ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   77   78   79   80   81   82   83   84   ...   110

174 
 
Məsələ  onda  idi  ki,  15  oktyabr  protokolu  ilə  sərhəd  müəyyən  edilərkən, 
onun Ulqam-çayla olduğu kimi, Dərin-qobu çayının köhnə,  yaxud yeni axarı üzrə 
keçirilməsi  qeyd  olunmamışdı.  Azərbaycan  tərəfi  köhnə  məcranın  qəbul  edil-
məsinə israr edirdi; bu halda Osman-binə Azərbaycan hüdudları daxilində qalırdı. 
İyunun 19-da Zaqatala QİK Azərbaycan MİK-ə müraciət edərək, bir daha 
«Osman-binə»  məsələsinin  tezliklə  çözümünə  çağırdı.
144
  Təliqədə  qeyd  olunurdu 
ki,  «əgər  sərhəd  Dərin-qobu  çayının  yeni  axarı  üzrə keçirilərsə,  onda adı  çəkilən 
sərhəd  16№-li  sahənin  ortasından  keçməklə  Qabaqçöl  və  Laqodex  sakinləri 
arasında ixtilaf doğura bilər». 
Zaqatala  QİK  Rəyasət  Heyəti  özünün  1926-cı  il  14  iyul  və  22  avqust 
tarixli iclaslarında Osman-binənin Zaqatala qəzasına verilməsi, sərhədin isə Dərin-
qobu çayının köhnə məcrası üzrə keçirilməsinə dair vəsatət qaldırılması haqqında 
yenidən qərar qəbul etdi.
145
 
1926-cı ilin iyunun 17-də 7 iyun müşavirəsinin qərarına uyğun olaraq hər 
iki  qəzanın  təmsilçilərindən  ibarət  xüsusi  komissiya  mübahisə  rayonunda 
qabaqçöllülərin  torpaq  sahələrini  dəqiqləşdirməyə  başladı.  Komissiyanın  tərtib 
etdiyi  akta  əsasən,  Qarakişi-talada  (Sitel-qorada),  Ulqam-çayının  sağ  sahilində, 
qabaqçöllülərin  binələrinin  yaxınlığında  onlara  əkin  üçün  2  des.  ayrılmış,  habelə 
sabiq  Daşkovo  kəndindən  aşağıda  18  binə  və  4  des.  əkin  sahəsi  qeydə  alınmışdı. 
Abjit-su  çayı  yaxınlığında  30  des.  meşə  sahəsi  otlaq  kimi  Qabaqçöl  və  gürcü 
kəndlilərinin birgə istifadəsinə verilirdi.
146
 
1926-cı  ilin  avqustun  2-də  Zaqatala  və  Sığnaq  qəzaları  hakimiyyət 
nümayəndələrinin  növbəti  müşavirəsi  keçirildi.
147 
O,  7  iyun  müşavirəsinin 
qətnaməsinə  uyğun  olaraq,  qabaqçöllülərdən  icarə  haqlarının  alınması  haqqında 
qərar  çıxardı.  Lakin  Zaqatala  QİK-in  yeni  sədri  Rəhimov  bu  qərarla  razı-
laşmayaraq,  torpaqların  qabaqçöllülərin  əmək  istifadəsində  olması  haqqında  öz 
rəyində qaldı. 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin  1926-cı  il  19  avqust  iclasında 
Çiaur  meşəliyində  sərhədlərin  müəyyənləşdirilməsi  məsələsi  növbəti  dəfə 
müzakirəyə  çıxarıldı.  İclas  MİK  üzvü  Koçetkovun  sədrliyi  altında növbəti  qarışıq 
komissiyanın  yaradılması  haqqında  qərar  qəbul  edildi.  Komissiyanın  qarşısına 
aşağıdakı  vəzifələr  qoyulmuşdu:  1)  15  oktyabr  müşavirəsində  təsbit  edilmiş 
sərhədin  qeyri-aydın,  müxtəlif  təfsirlərə  yol  verən  hissələrini  plan  üzərində 
müəyyənləşdirmək.  2)  Həmin  müşavirənin  qətnaməsini  yerinə  yetirmək.  3) 
Mübahisəli  zolaq  daxilində  istifadəsi  olan  kəndlərin  bütün  torpaq  təminatının 
ölçüsünü, habelə torpaq istifadəsi əsasını (daimi əmək istifadəsi, yaxud müvəqqəti 
icarə) aydınlaşdırmaq.
148
 
1926-cı  ilin  noyabrın  24-də  Tiflis  şəhərində  Koçetkovun  sədrliyi  altında 
komissiyanın  iclası  oldu.
149
  Həmin  günədək  komissiya  torpaq  quruluşçusu 
Çxenkelinin (xatırladaq ki, bu Şəxs Koçmerjevski ilə birlikdə 1925-ci ildə sərhəd 


175 
 
xəttini  təsbit  etmişdi)  təqdim  etdiyi  bilgilər  əsasında  Çiaurda  müəyyən  edilmiş 
sərhədə və qabaqçöllülərin xutor və əkin sahələrinə baxış keçirmişdi. 
Fikir  mübadiləsi  gedişində  Azərbaycan  tərəfi  (Həmid  Sultanov,  Əli 
Məmmədov  və  Ələkbərov)  Dərin-qobu  və  Osman-binə haqqında  Zaqatala  QİK-in 
mövqeyini  səsləndirmiş  həmçinin  Çxenkeli-Koçmerjevski  komissiyasının 
müəyyən  etdiyi  sərhəd  xəttini  qeyri-dəqiqliyinə  görə  tənqid  etmişdi.  Azərbaycan   
təmsilçilərinin    rəyincə,    «qabaqçöllülərin      1926-cı  il  7  iyun  komissiyasının 
protokolunda  qeydə  alınmış  79  binəsini  və  Zaqatala  qəza  torpaq  şöbəsinin 
məlumatlarına  görə  600  baş  iri  mal-qarasını  və  50-60  baş  atını  faktiki  istifadə 
yerində (Sitel-qoridə,  Beşkəndə, Dərin-qobuda) saxlamaq və onlara...  norma üzrə 
otlaq vermək, habelə Beşkən binələrində onların  1924-cü ilin sonlarındakı faktiki 
istifadə sərhədləri daxilində şumlamalarına icazə vermək zəruridir». 
Gürcü tərəfi Osman binəni, habelə Dərin-qobu çayı ilə onun arxı arasında 
kiçik adanı sanki Zaqatala qəzasına güzəştə getməyə hazır idi. Fəqət bu zaman elə 
şərtlər irəli sürülürdü ki, həmin güzəştləri mənasız edirdi. Birincisi, qabaqçöllülərin 
bütün  binələri  göstərilən  2  sahəyə  köçürülməli  idi.  Yəni  başqa  sözlə,  Qabaqçöl 
camaatı  3  iri  təsərrüfat  rayonu  -Qarakişi-tala  (Sitel-qora),  Beşkən  və  Dərin-qobu 
əvəzinə,  miqyasca  və  dəyər  etibarı  ilə  xeyli  kiçik  iki  sahə  ilə  kifayətlənməli 
olacaqdılar. 
Gürcülərin  ikinci  şərtinə  görə  isə,  gələcəkdə  Zaqatala  qəzasında  torpaq 
quruluşu işləri keçirilərkən, qabaqçöllülərin Laqodex sakinlərinə nisbətən daha çox 
torpaqları olduğu aşkarlanarsa, sözügedən iki sahə belə Laqodexə qaytarılmalı idi. 
İclasa  sədrlik  edən  Koçetkov  Çxenkeli  Koçmerjevski  komissiyası 
tərəfindən təsbit  olunmuş  sərhədi  tanımağı,  qabaqçöllülərin  Sitel-qora,  Beşkən  və 
Dərin-qobu rayonlarındakı binə və xutorlarını saxlamağı, onların mal-qarasının də-
qiq uçotunu tutmağı və qabaqçöllülərə müvafiq norma icarə verməyi təklif edirdi. 
Lakin  fikir  ayrılığı  üzündən  iclasda  yekdil rəyə  gəlmək mümkün  olmadı 
və məsələ yenidən Cənubi Qafqaz MİK-in baxılmasına verildi. 
1927-ci  ilin  yanvarın  3-də  H.Sultanovun  sədrliyi  altında  Az.MİK-in 
mübahisəli ərazilərlə  bağlı  məsələlərin  ilkin  müzakirəsi  üzrə  komissiyasının  iclası 
oldu.
150
  Qəbul  edilmiş  qətnamənin  Çiaur  meşəliyi  ilə  bağlı  hissəsində  deyilirdi: 
―Cənubi Qafqaz MİK-i tərəfindən 1925-ci ilin martın 30-da təsbit edilmiş sərhədi, 
16№-li  sahə  rayonunda  dəyişiklər  etməklə  (Kvirias-Sxalinin  (Dərin-qobunun  - 
Ş.R.) köhnə axarı), dəstəkləmək. 52,8”5/39,29”0 və 51,35
 
― 9/38,8‖0  məntəqələri 
arasında Ulqam-su çayının köhnə məcrasını sərhəd hesab etmək. Bununla yanaşı, 
Zaqatala  qəzası  sakinlərinin  müəyyən  edilmiş  sərhəddən  qərbdə  Sığnaq  qəzası 
hüdudları  daxilində  mövcud  torpaq  istifadəsini  dəqiq  və  müəyyən  şəkildə  təsbit 
etmək‖. 
Bu  qətnamə  ilə  Azərbaycan  rəsmi  orqanları  Zaqatala  və  Sığnaq  qəzaları 
arasında 1924-cü ilin oktyabr sazişlərindən sonra bərqərar olmuş sərhədi i l k  dəfə 
etiraf  edirdilər.  Bundan  sonra  Azərbaycan  tərəfi  Çiaur  meşəliyinin  tamamının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə