180
1933-cü ilin fevral-mart aylarında Azərbaycan XTK-sı və Xalq
Komissarları Şurası Cənubi Qafqaz MİK-nə müraciət edərək, Gürcüstanın yerli
hakimiyyət orqanlarının qabaqçöllülərə ayrılmış sahələrdən istifadə etmələrinə
mane olduqlarını bildirmişdi.
174
20-ci illərin sonu-30-cu illərin əvvəllərində sözügedən məsələ Zaqatala
mahalının yerli hakimiyyəti tərəfindən də
diqqət mərkəzində saxlanılmaqda idi.
Məsələn, 1929-cu ilin mayın 5-də Zaqatala QİK Rəyasət Heyəti öz iclasında Çiaur
meşəliyinin Azərbaycana verilməsi haqqında vəsatət qaldırmışdı.
175
Yeri gəlmişkən,
bu, mübahisəli ərazinin Azərbaycana birləşdirilməsini nəzərdə tutan vəsatətlərdən
sonuncusu idi.
1931-ci ilin yanvarın 7-də artıq Balakən rayon icraiyyə komitəsi
Azərbaycanın ali hakimiyyətindən qabaqçöllülərin torpaqla təminatı məsələsinin
tezliklə həllini xahiş etmişdi.
l76
Lakin bütün bu vəsatətlər, özlərindən əvvəlkilər kimi, əməli nəticə
vermədi. Gətirilən faktlardan aydın olur ki, Şirək çölü məsələsində olduğu kimi,
Çiaur meşəliyi məsələsində də Azərbaycanın bir sıra tələbləri Cənubi Qafqazın ali
hakimiyyət orqanı tərəfindən qəbul edilsə də, əməli surətdə həyata keçirilirdi.
Gürcü rəsmiləri müxtəlif komissiyalarda iştirak edərək, qabaqçöllülərin Çiaur
meşəliyində müəyyən torpaq sahələri ilə təmin edilməsinə dair çoxsaylı
qətnamələrə, aktlara imza atsalar da bu onlara mübahisəli əraziləri məqsədyönlü
şəkildə mənimsəməyə, həmin torpaqların həqiqi və əzəli sahiblərini sıxışdırıb
çıxarmağa mane olmurdu. Bütün bunlar, artıq dəfələrlə qeyd etdiyimiz kimi,
mərkəzi orqanların «susqun razılığı» və hətta gizlin həvəsləndirməsi ilə baş
verirdi. Nəticədə qabaqçöllülər tədricən «Çiaur meşəliyi» adlanan ərazidən
uzaqlaşdırılırdılar. Azərbaycan hakimiyyəti isə 30-cu illərdə mövcud yerli
təsərrüfatları artıq keçmiş Zaqatala qəzası hüdudlarında torpaqla təmin etmək
məcburiyyətində qalmışdı.
* * *
Beləliklə, 1920-30-cu illərin əvvəlləri Zaqatala mahalı kənd icmalarının
Çiaur meşəliyi və Şirək çölündəki əzəli torpaqlarından məhrum olmaları ilə
əlamətdar idi.
Bu fəsildə biz sözügedən dövrdə ixtilafın faktiki olaraq ki mərhələyə
ayrıldığını göstərmişdik. 1924-cü ilin oktyabrınadək olan mərhələdə gürcü tərəfi
məsələnin hüquqi cəhətdən həllinə, yəni həmin torpaqların Gürcüstan hüdudlarında
təsbitinə çalışırdı. Qeyd etdiyimiz kimi, 1924-cü ilin oktyabrın l5-də Tiflisdə
keçirilmiş Azərbaycan-Gürcüstan müşavirəsində tərtib olunmuş protokola və
oktyabrın 17-də xalq torpaq komissarları Bünyadzadə və Gegeçkorinin
181
imzaladıqları sazişlərə əsasən, Çiaur meşəliyi və Alazanyanı vadi inzibati cəhətdən
Gürcüstana verilirdi.
Bundan sonra ixtilafın inkişafında ikinci mərhələ başlanmışdı. Məsələ
onda idi ki, 1924-cü ilin oktyabr sazişləri mübahisəli rayonları inzibati planda
Gürcüstana tabe etdirsə də, eyni zamanda həmin ərazilərdəki bir sıra torpaq sahələ-
rinin (Çiaur meşəliyində isə ərazinin böyük qisminin) Zaqatala qəzası kəndlilərinin
təsərrüfat istifadəsində saxlanılmasını nəzərdə tuturdu. Fəqət göstərilən şərt gürcü
hakimiyyət orqanları tərəfindən kobud surətdə pozulmuşdu. Qeyd etdiyimiz kimi,
gürcü rəsmiləri öz respublikalarında təsərrüfata yararlı torpaqların qıtlığı, habelə
torpaqsız kənd əhalisinin həddən artıq olması faktından mübahisəli ərazilərin
Gürcüstana verilməsi zəruriliyini əsaslandırmaq üçün istifadə edirdilər. Halbuki
gətirilən məlumatlardan da bəlli olurdu ki, Azərbaycan kəndlisi torpaqsızlıqdan heç
də az əziyyət çəkmirdi. 20-ci illərdə gürcü tərəfinin arqumentasiyası Cənubi
Qafqazın ali orqanları (əslində həmin orqanlarda dominant mövqe tutan, söz və
nüfuz sahibi olan gürcü və erməni səlahiyyətliləri) tərəfindən dəstəklənirdi.
Sözügedən fəsildə biz bu dəstəyin gürcü hakimiyyətinə qanunlara kobud surətdə
məhəl qoymadan Zaqatala mahalının kəndlilərini - qabaqçöllüləri, əliabadlıları,
muğanlıları, almalıları və başqalarını öz əzəli torpaqlarından sıxışdırıb
çıxarmalarına imkan verdiyini ətraflı şəkildə təsvir və təhlil etməyə çalışmışıq.
Artıq 20-ci illərin sonlarına doğru ikinci mərhələnin də ümumən başa
çatmasından danışa bilərik. Gürcüstan hökuməti mübahisəli ərazilərin böyük
qismini təsərrüfat baxımından mənimsəməyə, orada dağlıq və torpaqsız
rayonlardan köçürülmüş həmvətənlərini əsaslı surətdə yerləşdirməyə və deməli,
zaqatalalıları uzaqlaşdırmağa müvəffəq olmuşdu. 20-ci illərin sonları-30-cu illərin
əvvəllərində həyata keçirilən kollektivləşdirmə gedişində həmin ərazilərdə gürcü
hakimiyyəti iri təsərrüfat vahidləri - kolxoz və sovxozlar yaratmağa başlamışdı.
Belə bir şəraitdə nəhəng torpaq massivlərinə ehtiyaclarını bəhanə gətirən gürcü
rəsmiləri kiçik torpaq sahələrinin güzəştini belə qəti surətdə rədd etmişdilər.
Halbuki həmin torpaqlar Zaqatala kəndlilərinin ən cüzi iqtisadi ehtiyaclarının
ödənilməsi üçün istifadə olunmalı idi.
30-cu illərin ortalarına doğru Şirək çölü və Çiaur meşəliyindəki
sabiq Zaqatala dairəsi kəndlilərinin torpaqları məsələsi tədricən gündəlikdən
çıxarılır. Mübahisənin ilk illərində torpaqların Gürcüstan tərəfindən tam
mənimsənilmədiyi, məsələnin ədalətli həllinə ümidlərin yaşadığı, bu torpaqların
əvvəlki sahiblərinin - Azərbaycan kəndlilərinin xatirələrinin hələ canlı olduğu bir
zaman problem gündəmdə öz yerini qoruyub saxlayırdı. Gətirilən faktlardan aydın
olur ki, Zaqatala kəndliləri öz torpaqlarının itkisi ilə asanlıqla barışmamış, dəfələrlə
yuxarı instansiyalara müraciətlər etmiş, hətta bəzən gürcü tərəfinin qanunsuz
əməllərinə əks-təsir göstərməyə çalışmışdılar. Fəqət M.C.Bağırovun öncə isnad
etdiyimiz məruzəsində qeyd edildiyi kimi, Azərbaycan kəndlilərinin ən təvazökar
Dostları ilə paylaş: |