178
21-də ünvanladığı təliqədə bildirirdi: «Çiaur meşə məntəqəsinin aşağı hissəsi pay
torpağı və... yerli əhəmiyyətli meşə kimi... yerli əhaliyə (gürcülərə - Ş.R.)
verilmişdir; 700 des. sahəsi olan Beşkiani (Beşkən - Ş.R.) meşəsi isə
qabaqçöllülərin ağac qırmaları üzündən güclü şəkildə zərər çəkmişdir. «Oğlan»
adlı məntəqədəki 1200 kv.des. boş sahə Sığnaq qəzasının torpaqsız kəndlilərinin
məskunlaşması üçün verilmişdir. Bundan əlavə, bu məntəqələrdən Alazan çayının
o tayındakı rayonlar da tikinti materialları ilə təmin olunmalıdır... Yuxarıda
deyilənləri nəzərə alaraq, Gürcüstan MİK-i Azərbaycan MİK-in xahişini təmin
etmək imkanından məhrumdur»
163
Beləliklə, Gürcüstan hakimiyyəti ən yüksək səviyyədə açıq şəkildə bəyan
edirdi ki, Cənubi Qafqazın ali dövlət orqanının qərarları onun üçün icbari deyildir.
Ehtimalımızca, gürcü rəsmilərinin belə etinasızlığı onların ən ali instansiyalarda
hərəkətlərinə zəmanət almalarından irəli gəlirdi. Bunu hadisələrin sonrakı inkişafı
da təsdiqləyirdi.
Gürcü təliqəsi ilə əlaqədar Az.MİK dekabrın 29-da Cənubi Qafqaz MİK-
nə müraciət etdi. Müraciətdə 19 sentyabr qərarından irəli gələn vəzifələri
gerçəkləşdirmək, ilk növbədə də nəzərdə tutulmuş komissiyanın tezliklə işə
başlamasını təmin etmək xahiş olunurdu.
164
Lakin Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1928-ci il 16 yanvar tarixli
iclasında bu xahiş müzakirəsiz gündəlikdən çıxarıldı.
165
Elə bu qərarın özü də
gürcü təliqəsinin impulsiv akt olmayıb,
yuxarılarla kifayət qədər
razılaşdırıldığından xəbər verirdi.
Gürcü hökumətinin Çiaur meşəliyində torpaq sahələri ayırmaqdan imtina
etməsi, Zaqatala QİK-in Az.MİK-ə 1928-ci ilin martın 8-də göndərdiyi təliqədə
deyildiyi kimi, o dövrdə Qabaqçöl sakinlərinin dəfələrlə etirazlarını doğurmuşdu
və onların daimi narazılıq mənbəyinə çevrilmişdi.
166
Qabaqçöllülərin Çiaur meşəliyində torpaq istifadəsi məsələsinə növbəti
dəfə Cənubi Qafqaz MİK Rəyasət Heyətinin məşhur 18 fevral 1929-cu il tarixli
iclasında baxıldı. Bu iclasda Azərbaycanın qonşu respublikalarına olan ərazi müba-
hisələri nəzərdən keçirilmiş və bir çox hallarda Azərbaycan mənafelərinə zidd
qərarlar çıxarılmışdı. Ona görə də haqlı olaraq həmin gün tariximizə qara hərflərlə
düşməyə layiqdir.
İclasda çıxarılan qətnaməyə əsasən, «Gürcüstan SSR maldarlarının
ehtiyacını təmin etmək üçün» Eldar-Samux qış otlaqlarından 15000 des. (16387,5
ha) ərazi ayrılıb, Gürcüstana birləşdirilirdi.
167
Həmçinin David-Qareci monastırı
kompleksinin «mübahisəli hissəsində» ayrı-ayrılıqda 2000, 340 və 300 des.
torpaq sahələri, yəni ümumən 2640 des. (2884,2 ha) Tiflis qəzasına qatılırdı.
168
Artıq bəhs etdiyimiz kimi, 1921-ci ilin noyabrın 8-də Azərbaycan-gürcü
komissiyası monastır kompleksini Azərbaycan ərazisi kimi təsbit etmiş lakin 20-ci
illərin ortalarından etibarən Gürcüstan hökuməti məsələni yenidən gündəliyə
salmağa müvəffəq olmuşdu. 1927-ci ilin yanvarın 7-də Cənubi Qafqaz MİK torpaq
179
komissiyası monastır kompleksi rayonunda sərhədi dəyişmədən, monastırın
özünün Gürcüstana aid edilməsinin məqsədəuyğunluğu haqqında qərar çıxarmışdı.
Lakin o zaman Cənubi Qafqaz MİK-i bu qərarı təsdiqləməmişdi.
Məhz 1929-cu ilin 19 fevral qətnaməsi monastır rayonunda hal-hazırda da
mövcud sərhəd xəttini müəyyən etdi; yəni monastır kompleksi faktiki olaraq iki
respublika arasında bölünmüş oldu.
Qətnamənin «Çiaur meşəliyinə» dair hissəsində Qabaqçöl sakinlərinə 6
may və 19 sentyabr 1927-ci il qərarlarına müvafiq olaraq, otlaq sahələri verilməsi
nəzərdə tutulurdu.
169
Görünür, qətnamənin digər bəndləri ilə Azərbaycandan xeyli
ərazi qopardıqdan sonra Cənubi Qafqaz hakimiyyəti «Çiaur meşəliyi» məsələsində
Azərbaycan maraqlarını qismən nəzərə almalı olmuşdu.
Lakin ali hakimiyyət orqanının bu, sayca üçüncü analoji qərarı əvvəlkilər
kimi Gürcüstan tərəfindən yenə də qulaqardına vurulurdu. Cənubi Qafqaz
hökuməti isə qərarın gerçəkləşməsi üçün təsirli tədbirlər görmək fikrində deyildi.
Hətta 19 fevral qərarının nəşrindən sonra gürcülər daha da azğınlaşmış, Dərin-qobu
və Çürülü-tala ərazilərində qabaqçöllülərin 6 binəsini yandırmış, əkinlərini məhv
etmiş, torpaqlarını şumlamışdılar. Bu fakt Cənubi Qafqaz MİK nəzdində torpaq ko-
missiyası tərəfindən də etiraf olunmuşdu.
170
Hər halda qabaqçöllülərin torpaqla təminatına dair qərarlar mövcud idi
və onlara müəyyən dərəcədə əməl etmək lazım gəlirdi. Ona görə də Cənubi Qafqaz
MİK-i Çiaur meşəliyində qabaqçöllülərin binə və əkin yerlərini naturada işarələ-
məyi və planını çıxarmağı, habelə Kaxetiya (keçmiş Sığnaq) qəzasının pay
torpaqları xaricində qabaqçöllülərə meşə otlaqlarını icarəyə verməyi nəzərdə
tuturdu.
171
Nəhayət, Cənubi Qafqaz MİK-nin xüsusi komissiyası 1929-cu iln 26 aprel
aktına əsasən, Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə Çiaur
məntəqəsində 130,13 və 339,37 hektar iki torpaq sahəsini ayıraraq, Qabaqçöl
sakinlərinin sərəncamına verdi.
172
Göründüyü kimi, qabaqçöllülərə ümumən 5000 hektara yaxın əzəli
torpaqlarından bu aktla cəmi 469,5 ha ayrılırdı ki, bu da onların təsərrüfat
ehtiyaclarının təminatı üçün kifayət deyildi. Lakin digər bənzər qərar və
sərəncamlar kimi sözügedən akt da kağız üzərində qaldı. Artıq 30-cu illərin mate-
riallarından bəlli olur ki, gürcü hakimiyyət orqanları ona faktiki olaraq məhəl
qoymamışdı. Azərbaycan XTK-nın 1931-ci ilin 13 iyun tarixli arayışında obrazlı
deyildiyi kimi, «Qordi düyünü indiyədək çözülməmişdir».
173
Ona görə də Azərbaycan tərəfi 6 may və 19 sentyabr 1927-ci il, 18 fevral
1929-cu il qərarlarının mövcud olması ilə əlaqədər məsələyə adi deyil, inzibati
qaydada baxılmasını, yəni süründürməçiliyə və etinasızlığa yol vermiş səlahiyyət-
lilərin məsuliyyətə cəlb olunmasını, Qabaqçöl sakinlərinin qanuni tələblərinin
qeyd-şərtsiz və qəti şəkildə təmin olunmasını məqsədəuyğun hesab edirdi.
Lakin Azərbaycan tərəfinin bu əsaslı tələbi də nəticəsiz qaldı.
Dostları ilə paylaş: |