185
Əsərdə Azərbaycan siyasi-intellektual zümrəsinin öz narritivlərində
sözügedən ərazilərin mənsubluğu haqqında əks-versiya hazırladığı qeyd edilmişdir:
onun ana ideyası -mübahisəli sahələr «irsən, ürfən və qanunən bizim torpağı-
mızdır» (İ.Qəbulov) şüarında öz tutumlu ifadəsini tapmışdı. Torpaq üzərində «əzəli
tarixi haqlar» haqqında təsəvvürlər bizim kontekstdə həmin torpağın sakinlərinin
(zaqalalalıların) özgə etnik miqrantlarla (gəlmə gürcülərlə) müqayisədə bu əraziyə
olan hüquqlarını əsaslandırmalı idi.
Monoqrafiyada münaqişənin konfliktoloji təhlilini verərkən, onun
obyektiv əsası kimi ərazi və onun resursları, münaqişə subyektləri kimi siyasi
aktorların institusional (Azərbaycan və Gürcüstan dövlətləri) və qrup (Zaqatala və
Sığnaq sakinləri) tiplərini göstərmişdik.
Bu münaqişənin dinamikası, yəni müəyyən zaman ərzində inkişafı və
dəyişməsi xüsusiyyətləri də yetərincə aydın sezilirdi. 1918-ci ildə münaqişə
situasiyası hələ latent fazada bulunurdu: sosial gərginlik yüksək həddə çatsa da,
tərəflər açıq konfrontasiyadan çəkinirdilər.
1919-cu ilin martında baş vermiş Birinci Mazımçay insidenti münaqişənin
aktuallaşmış fazaya qədəm basdığından xəbər verirdi. 1919-cu ilin sentyabrın
sonlarında olmuş İkinci Mazımçay insidenti münaqişənin, demək olar ki,
eskalasiya mərhələsinə daxil olmasına işarə idi. Azərbaycan tərəfinin nəyin
bahasına olursa olsun, Gürcüstanla hərbi qarşıdurmadan yayınmaq istəyindən
yararlanaraq, strateji əhəmiyyətli mövqeni ələ keçirmiş gürcü hakimiyyət orqanları
«mübahisəli torpaqlar» məsələsində daha inamla və cəsarətlə hərəkət etməyə
başladı. Bu isə mahal əhalisinin, hətta silahlı reaksiyasına səbəb oldu.
Fəqət ümumən Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafda olması,
habelə Qafqaz ətrafında təşəkkül tapmış xarici-siyasi vəziyyət münaqişənin
institusional aktorlarını, yəni gürcü və Azərbaycan dövlət orqanlarını destruktiv
davranışdan çəkinməyə vadar edirdi.
Beləliklə, Azərbaycan və Gürcüstan respublikalarının müstəqil mövcudluq
illərində Çiaur meşəliyi və Şirək düzündə Zaqatala kənd icmalarına məxsus torpaq
sahələri məsələsi öz həllini tapmadı. Azərbaycan tərəfinin həmin sahələri Azərbay-
can Respublikasına birləşdirmək səyləri baş tutmadı. Gürcü tərəfinin münaqişədə
riayət etdiyi davranış xəttini sözügedən torpaqların öz həqiqi sahiblərindən tədricən
almaq və demoqrafik və iqtisadi baxımdan mənimsəmək planları müəyyən edirdi.
1920-21-ci illərdə Zaqatalanın siyasi mənsubluğu məsələsinin
predmeti olduğu münaqişənin dinamikasında mühüm dəyişikliklər baş verirdi.
Həmin dəyişikliklərə təkan verən hadisə kimi Azərbaycanın sovetləşməsi çıxış
etdi. Bu hadisə Cənubi Qafqazı bir müddət sosial-siyasi və geosiyasi hüdudlarla
parçaladı: nəticədə obyektiv olaraq Gürcüstan Antantanın - Qərbin düşərgəsində,
Azərbaycan isə həmin Qərbin antitezisi kimi formalaşmaqda olan Avrasiya ümu-
miliyində - sovet düşərgəsində bulundu. Bu amil 1920-ci ilin aprelin sonu-mayın
əvvəllərində Azərbaycan-Gürcüstan münasibətlərinin sürətlə pisləşməsində və
186
hətta lokal konfrontasiyanın meydana çıxmasında önəmli rol oynadı.
Monoqrafiyada bu konfrontasiyanın yaranması və inkişafında Orconikidze və
Kirovun simasında yerli Qafqaz bolşevik rəhbərliyinin xüsusi rolu açılıb
göstərilmişdir. Moskvanın rəsmi mövqeyinə rəğmən, Qafqaz bolşevikləri
Azərbaycan ssenarisinin Gürcüstanda da uğurla tətbiqinə ümid edirdilər. Onlar öz
planlarında Azərbaycana bir alət və platsdarm rolunu ayırmışdılar.
Fəqət, bir tərəfdən Polşa cəbhəsində hadisələrin arzuolunmaz səpkidə
inkişafı, digər tərəfdən isə Gürcüstanın
kifayət qədər müqavimət göstərməsi
mərkəzin nöqteyi-nəzərinin üstünlük qazanmasına gətirib çıxardı və Gürcüstana
planlaşdırılan müdaxilə dayandırıldı.
Sovet-gürcü qarşıdurması Zaqatala ilə bağlı münaqişəni aktuallaşdırdı.
Əvvəla, may toqquşmalarının bir teatrı da sözügedən mahal idi. İkincisi və ən əsası,
mayın 7 və 12-də Moskvada imzalanmış müqavilə və ona əlavə saziş, habelə
Azərbaycanla Gürcüstan arasında Ağstafada bağlanmış müqavilə mübahisəli
məsələni hüquq müstəvisinə çıxardı. Ağstafa müqaviləsi ümumiyyətlə mahalın
siyasi mənsubluğunu mübahisə predmeti kimi Azərbaycan rəsmilərinin də tanıdığı
ilk hüquqi sənəd oldu.
Fəqət əməli baxımdan bu sənədlər Gürcüstanın ümidlərini doğrultmadı:
sovet hökuməti ümumiyyətlə, Cənubi Qafqazın qəti ərazi-inzibati bölgüsünü onun
tam sovetləşməsindən sonraya saxlamışdı.
Zaqatala siyasi mənsubluğu ilə bağlı mübahisənin aktuallaşmasında bir
başqa mühüm amil mahalda iyun ayında baş vermiş üsyan oldu. Qızıl Ordu
komandanlığının sözün əsl mənasında qarətçi əməlləri və yerli xüsusiyyətlərə
etinasızlığının nəticəsi kimi meydana çıxmış üsyan gedişində onun rəhbərliyi
Gürcüstan hökumət orqanları ilə sazişə imza atdı. Bu saziş sırf siyasi
mülahizələrdən meydana çıxmışdı: o, bir tərəfdən mahaldakı yeni, inqilabi
gerçəkliyin üsyan başçılarının - bölgənın əvvəlki elitasının sosial-siyasi maraq və
statuslarına zidd olmasından, digər tərəfdən isə əhalinin kütləvi şəkildə sosial nara-
zılığından nəşət edirdi. Həmçinin biz ehtimal etdik ki, bu qərar müəyyən mənada
Tiflisdəki «Azərbaycan qurtuluş komitəsi» ilə də razılaşdırılmışdı. Qənaətimizcə,
sözügedən saziş üsyan rəhbərliyi tərəfindən müvəqqəti taktiki gediş kimi
qavranılırdı.
Zaqatala mahalının hansı dövlətə mənsubluğu məsələsi öz qəti həllini
yalnız Gürcüstanın sovetləşməsindən sonra tapdı: 1921-ci ilin iyulun 5-də
F.Maxaradze və N.Nərimanov Azərbaycan və Gürcüstan arasında sərhəd xəttinin
müəyyənləşdirilməsinə dair qətnaməyə imza atdılar. Bu sənədlə, habelə 15 noyabr
1921-ci il M.Hacıyev-B.Mdivani sazişi ilə Gürcüstan SSR Zaqatala dairəsinə olan
bütün iddialarından əl çəkirdi.
Sözügedən münaqişənin həllində bəzi amillər rol oynamışdı. İlk növbədə
Zaqatala mahalının əhalisinin mütləq əksəriyyətinin (92-95 %-nin) müsəlman
olması və qəti şəkildə Azərbaycan tərkibində yaşamaq iradəsini ortaya qoyması, bu
Dostları ilə paylaş: |