182
və sırf təsərrüfat səciyyəli çıxışları belə dərhal «banditizm» ittihamı ilə
damğalanırdı.
Azərbaycan kəndlisinin faciəsi onda idi ki, qabaqçöllülərin təbirincə,
«bilik və qüvvə üstünlüyü» onun tərəfində deyildi; yəni, bir tərəfdən savadlı, öz
vətəninin tarixinə bələd olan azərbaycanlı kadrlar fəlakətli şəkildə çatışmırdı, digər
tərəfdən isə Cənubi Qafqazın müxtəlif hakimiyyət strukturlarında qonşu millətlərin
nümayəndələri mütləq əksəriyyət təşkil edirdilər. Belə bir vəziyyətdə mübahisəli
ərazi məsələlərinin çözümü Kasyan, Şaverdov, Onanov, Balabanov, Çxenkeli kimi
şəxslərin ixtiyarına verilirdi.
Yeri gəlmişkən, 20-ci illərdə Zaqfederasiya çərçivəsində ərazi
mübahisələrinin həllinin müxtəsər icmalı onların bir çox hallarda Azərbaycan
maraqlarına zidd olduğunu söyləməyə əsas verir. Bu, aşağıda verilmiş cədvəldə də
öz təsdiqini tapır.
Cədvəl 3.
20-ci illərdə Gürcüstana verilən torpaqlar
№
Ərazilərin adları
Sahəsi
(hektar)
Cənubi Qafqaz MĠK
Rəyasət Heyətinin müvafiq
qərarının tarixi
1
Çiaur meşəliyi
5000
30 mart 1925
2
Şirək çölü
18000
30 mart 1925
3
Eldar düzü
16387
18 fevral 1929
4
Vaşlovan və Buğa
8376
5 dekabr 1926
5
İori (Qabırrı) yanı çayı
8577
5 dekabr 1926
6
Çatma çölü
12890,85 Azərbaycan
tərkibində cəmi 5318
qaldı)
7 dekabr 1926
7
Aramdərə və Bodbi
pay torpaqları
-
11 yanvar 1927
8
David Qareci monastırı
rayonu
2884,2
18 fevral 1929
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında mövcud torpaq
mübahisələri haqqında 20-ci illərin ortalarında ―v‖ ikinci yarısında qəbul edilmiş
qərarlar nəticəsində 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi. Bu zaman
20-ci illərin əvvəllərində Azərbaycana qaytarılmış, və yaxud Azərbaycanın
obyektiv haqlarının tanındığı bəzi torpaqların da mühüm qismi müxtəlif
bəhanələrlə Gürcüstana güzəşt edilmişdi.
183
N Ə T Ġ C Ə
1917-ci ildən etibarən Cənubi Qafqaz regionu Rusiya imperiya məkanında
cərəyan edən arxitektonik səciyyəli proseslər gedişində keyfiyyətcə yeni inkişaf
mərhələsinə qədəm basdı: etnosiyasi hərəkətlərin yüksəlişi və ilk zamanlar uni-
fikasiyaedici strukturun aradan qalxması şəraitində regionda ―millət-dövlətlər‖
meydana gəlməyə başladı. Monoqrafiyada bu tip dövlətlərin təşəkkülünün milli
(siyasi, ümumdövlət) identikliyin formalaşması prosesi ilə sıx əlaqəsi
göstərilmişdir. Xüsusi olaraq qeyd olunmuşdur ki, milli (ümumdövləti) identik-
liyinin ən önəmli komponentlərindən biri - ərazi identikliyinin təsbitidir. Ərazi
identikliyinin təsbiti isə çox vaxt ərazi ixtilafları doğururdu, belə ki, yaranmaqda
olan «millət-dövlətlər» bəzən eyni əraziyə iddia edirdilər.
Zaqatala məsələsi 1918-1920-ci illərdə Cənubi Qafqazda meydana çıxmış
çoxsaylı ərazi mübahisələrindən biri idi. Konkret olaraq bu məsələnin kökləri
əvvəlki onilliklərə gedib çıxırdı. gürcü intellektualları tərəfindən yaradılmış və öz
xalqının etnomədəni oyanışına xidmət etməyə çağırılmış «tarixi konsepsiyada»
Zaqatala dairəsi - Şimal-Qərbi Azərbaycan Gürcüstanın tarixi-coğrafi, siyasi və
mədəni məkanının tərkib hissəsi kimi təqdim olunurdu. Tədqiqatda bu konsepsiya-
nın məşhur gürcü tarixçisi və coğrafiyaçısı Vaxuştinin əsərlərinə istinadən
yaradıldığı və qədim gürcü mənbələri ilə təsdiqlənmədiyi qeyd olunur.
1917-ci ildə bu konsepsiya gürcü milli-demokratlarının proqramına
salınmaqla siyasi anlam kəsb etdi. 1918-ci ildə, Cənubi Qafqazda müstəqil
respublikaların meydana gəlməsi ilə isə gürcü siyasətçilərinin əsassız iddiaları
üzündən bölgənin siyasi mənsubluğu məsələsi mübahisə predmetinə çevrildi.
Bu ixtilafın analoji və sinxron münaqişələrdən fərqli cəhəti onun latent
(üstüörtülü) formada cərəyan etməsi və konfrontasiyaya gətirib çıxarmaması idi.
Bu, bir tərəfdən 1917-1920-ci illərdə region və onun ətrafında yaranmış xarici-
siyasi (beynəlxalq) vəziyyətdən irəli gəlirdi. Məhz beynəlxalq vəziyyət Azərbaycan
və Gürcüstanın siyasi yaxınlaşmasını və deməli, mövcud ixtilafların arxa plana
çəkilməsini zəruri edirdi.
Digər tərəfdən Zaqatala dairəsinin yerli müsəlman ictimai-siyasi
fəallarının 26 iyun 1918-ci ildə siyasi, tarixi və mədəni mülahizələrdən çıxış edərək
Azərbaycan lehinə seçim etməsi və bu seçimini əldə silah Qafqaz İslam Ordusu
sıralarında döyüşərək təsdiqləməsi, Gürcüstana birləşmək perspektivini isə qəti
surətdə rədd etməsi gürcü siyasi dairələrini məsələni öz xeyirlərinə həlli
istiqamətində radikal addımlar atmaqdan çəkindirdi.
Həmçinin gürcü və Azərbaycan xalqları arasında tarixi keçmişin ağır
mirası kimi qanlı ixtilaf və ziddiyyətlərin olmaması da əhəmiyyətli faktor idi.
Fəqət, Gürcüstan Zaqatalanın Azərbaycan Respublikası tərkibinə daxil
olması ilə sadəcə de-fakto barışmışdı, de-yure isə vəziyyəti xeyrinə təsbit etməyə
çalışırdı; gürcü rəsmi dairələri müxtəlif diplomatik sənədlərdə Zaqatala mahalını öz
184
ərazisi kimi qələmə verir, çap etdiyi xəritələrdə dairəni öz hüdudları daxilində
göstərir, formal da olsa ora öz hakimiyyət nümayəndəsini təyin edirdi.
1918-ci ildən etibarən, qeyd etdiyimiz kimi, Zaqatala bölgəsi ilə bilavasitə
əlaqədar olan bir başqa ixtilaf da inkişaf edirdi. Çar hökumətinin Cənubi Qafqazda
hələ XIX əsrdə həyata keçirdiyi inzibati-ərazi bölgüsü zamanı regionun tarixi,
etnoqrafik və təsərrüfat xüsusiyyətlərini və reallıqlarını nəzərə almaması 1918-
1920-ci illərdə çoxsaylı torpaq mübahisələrinin meydana çıxmasının ən mühüm
səbəblərindən biri idi. Bu zaman rus hökumətinin əsas məqsədi, qeyd etdiyimiz
kimi, Qafqaz regionunda müsəlman xalqlarının, ilk növbədə isə azərbaycanlıların
nüfuz üstünlüyünü əhəmiyyətli dərəcədə azaltmaqla və əksinə, xristian elementinin
sayını artırmaqla yaşayış arealını genişləndirməklə öz mövqe və dayaqlarını
möhkəmləndirmək idi.
Yüz illər boyu Alazan çayının sağ sahilində və Şirək düzündə nəhəng
şumluq, otlaq, biçənək və meşə sahələri simal-Qərbi Azərbaycanın - Car-Balakən
camaatlıqlarının və İlisu sultanlığının kənd icmalarının şəriksiz istifadəsində
olmuşdu. XIX əsrdə rus hökmranlığı bərqərar olduqdan sonra siyasi və hərbi
mülahizələr əsasında o zaman onlarla verst məsafədə gürcü elementinə rast
gəlinməyən ərazilər Sığnaq qəzası tərkibinə daxil edilmiş, yaxud da Tiflis
quberniyasının müvafiq təsisatlarının sərəncamına keçmişdi.
Lakin Qafqazda rus hökmranlığı dövründə müəyyən edilmiş sərhədlər
dövlət daxili olduğundan baryer (maneə) funksiyasından məhrum idi. Bu səbəbdən
1917-ci ilə qədər Zaqatala dairəsi sakinləri həmin torpaqlardan istifadədə
önəmli problemlərlə üzləşmirdilər. Fəqət deyilənlərlə yanaşı, artıq XIX əsrdə real
təzahür edən bir neqativ tendensiya XX əsrin əvvəllərində daha təhlükəli cizgilər
kəsb etməyə başladı: vaxtaşırı hökumət Zaqatala kənd icmalarının bəhs etdiyimiz
torpaq massivlərindən sahələr kəsib ayıraraq, müxtəlif gürcü zadəganlarına, gürcü
dağlılarına (tuşinlərə) və daha sonra isə rus köçkünlərinə paylayırdı.
Cənubi Qafqazda yeni dövlətlərin meydana gəlməsi ilə əvvəlki inzibati
sərhədlər dövlət sərhədlərinə çevrildi, onların baryer funksiyası ortaya çıxdı və
gücləndi. Belə vəziyyət nəticəsində dünənə qədər zaqatalalıların maneəsiz
istifadəsində olan torpaq sahələri bir an içində başqa dövlətin ərazisi kimi onlar
üçün xeyli əlçatmaz oldu ki, bu da münaqişəyə gətirib çıxardı.
Gürcü hökumət dairələrini münaqişəyə sövq edən iqtisadi, siyasi və
ideoloji motivlər mövcud idi. Əvvəla, Çiaur meşəliyi və ələlxüsus da Alazanyanı
vadi təsərrüfat baxımından olduqca cazibədar və əhəmiyyətli idi. Menşevik
hökumətinin həyata keçirdiyi aqrar islahatı gedişində Gürcüstanın torpaq qıtlığı
hiss olunan rayonlarından boş torpaqların olduğu şərq rayonlarına, o cümlədən
qeyd etdiyimiz ərazilərə
kəndlilər köçürülürdü.
Digər tərəfdən gürcü hakimiyyət orqanları zaqatalalıların mübahisəli
sahələrə girişlərini məhdudlaşdırmaqla siyasi təşviqat məqsədi də güdürdü, belə ki,
alternativ variant kimi Gürcüstan lehinə siyasi seçim təklif edilirdi.
Dostları ilə paylaş: |