ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   68   69   70   71   72   73   74   75   ...   110

155 
 
yuxarıda  həmin  tədbirdə  M.C.Bağırovun  nitqindən  bəzi  fraqmentlər  gətirmişdik. 
Orada çıxış edən digər natiqlər də analoji fikirlər söyləmişdilər. 
Müşavirənin təklifi  ilə  Azərbaycan  MİK  Rəyasət  Heyəti  özünün  1925-ci 
ilin  12  dekabr  iclasında  həll  edilmiş  bəzi  sərhəd  məsələlərinə,  o  cümlədən 
Alazanyanı  vadi  məsələsinə  yenidən  baxılması  haqqında  Cənubi  Qafqaz  MİK-i 
qarşısında  vəsatət  qaldırdı.  Bu  vəsatətə  Cənubi  Qafqaz  MİK-in  Rəyasət  Heyəti 
1926-cı  ilin  martın  15-də  baxdı.  Rəyasət  Heyəti  torpaq  komissiyasına  vəsatətdə 
irəli sürülmüş məsələlərlə bağlı öz rəyini təqdim etməyi tapşırdı.
71
 
Məsələnin  yenidən    gündəliyə  çıxarılması  ilə  əlaqədar  1026-cı  ilin 
aprelində  Azərbaycan  XTK  torpaq  mübahisələrinə  dair  yuxarıda  qeyd  olunan 
arayışla  bir  daha  çıxış  etdi.  Yeri  gəlmişkən,  arayışda  səslənən  fikirlər  sonrakı 
illərdə  də  Azərbaycan  tərəfinin  mübahisəyə  dair  rəsmi  qənaətlərində  əksini 
tapmışdı.  Məsələn,  Azərbaycan  MİK-nin  xüsusi  komissiyasının  1927-ci  ilin 
yanvarın 3-də olmuş iclasında analoji rəy səslənmişdi: iclas, Cənubi Qafqaz MİK-
nə  ezam  olunacaq  Azərbaycan  nümayəndəsinə  Şirək  məsələsində  aşağıdakı  gös-
tərişi  əldə  rəhbər  tutmağı  tövsiyə  edirdi:  «28  oktyabr  1924-cü  il  komissiyasının 
yalnız  eskiz  çertyojuna  əsaslandığı,  özü  də  bu  zaman  Zaqatala  qəzasının  kənd 
cəmiyyətlərinin...  torpaq  istifadəsini  tamamilə  aydınlaşdırmadığını  nəzərə  alaraq, 
mübahisəli  rayonun  dəqiq  təhqiqinin  icrasına  təkid  etmək  və  yalnız  bu  cür 
təhqiqatdan  sonra  torpaq  sahələrinin  bu  və  ya  digər  respublikaya  mənsubiyyəti 
məsələsini həll etmək».
72
 
1926-cı ilin dekabrın 6-da Zaqatala qəza icraiyyə komitəsi Cənubi Qafqaz 
MİK-nə  vəsatətlə  müraciət  etdi.  Vəsatətdə  Şirək  çölündə  bu  qəzanın  sakinləri  ilə 
gürcü maldarları arasında torpaq istifadəsi zəminində baş verən ixtilafların həlli xahiş 
olunurdu. 
Vəsatətə    1927-ci    ilin  yanvarın    12-də  Cənubi  Qafqaz  MİK-in 
respublikalar arasında torpaq, meşə və su istifadəsinə dair mübahisələrin həlli üzrə 
komissiyası  baxdı.  Komissiya  Azərbaycan  tərəfinə  qısa  zaman  ərzində  Şirəkdə, 
Alazanyanı  vadidə  torpaq  məsələsinin  vəziyyəti  haqqında  məruzə  təqdim  etməyi 
tapşırdı. Məruzədə sözügedən rayonda Zaqatala qəzasının hansı kəndlərinin torpaq 
istifadəsinə  malik  olduğu,  həmin  torpaqların  sahəsi  və  tutduğu  ərazi,  hansı 
hakimiyyət  orqanları  və  hansı  şərtlərlə  icarəya  verildiyi,  torpaq  istifadəçiləri 
arasında hansı anlaşılmazlıqların yarandığı və s. bu kimi məsələlər barədə məlumat 
verilməsi təklif olunurdu.
73
 
Yanvarın  24-də  Azərbaycan  xalq  torpaq  komissarı  vəzifəsini  icra  edən 
İ.Datiyev  (o,  Bünyadzadə  olmadığı  zaman  onu əvəz  edirdi)  Zaqatala  qəza torpaq 
şöbəsi müdiri D.Nəsibova yeddi sualdan ibarət sorğu vərəqəsini ünvanladı.
74
 
Sorğu ilə əlaqədar D.Nəsibov ətraflı cavab  məktubu hazırlamışdı.  Həmin 
məktub Zaqatala qəza icriyyə qəza komitəsinin 1924-ci ilin yanvarın 15-də olmuş 
iclasında  təsdiq  edildi.  İclas,  «kəndlilərin  Şirək  məsələsinin  qeyri-düzgün  həlli 
üzündən böyük narazılıq ifadə etdiklərini nəzərə alaraq»,  Azərbaycan MİK-dən ali 


156 
 
hakimiyyət  instansiyaları  qarşısında  məsələni  yenidən  baxılmaya  çıxarmağı  bir 
daha xahiş etdi.
75
 
1927-ci ilin fevralın 27-də D.Nəsibov sözügedən məktubunu Azərbaycan 
XTK-na  göndərdi.
76
  Bu  təliqənin  dəyərliliyi  ondan  ibarətdir  ki,  orada  Alazanyanı 
vadidə  indiki  Zaqatala  və  Qax  rayonu  sakinlərinin  malik  olduqları  torpaqların 
həcmi,  1924-cü  ilin  oktyabrından  1927-ci  ilin əvvəlinədək, yəni  cəmi  2  il  ərzində 
itirilmiş  torpaqların  hər  kənd  cəmiyyəti  üzrə  sahəsi,  qəzanın  torpaqdan  tamamilə 
məhrum kəndləri,  torpaq  istifadəsinin  xarakteri  və  s. haqqında  dolğun  olmasa  da, 
kifayət qədər maraqlı faktlar ehtiva olunur. 
Nəsibov  1924-cü  ildən  qəzanın  Şirək  çölündən  tamamilə  sıxışdırılıb 
çıxarılmış  13  kəndinin  adlarını  sadalayır:  Muğanlı,  Varxiyan,  Padar,  Qandax, 
Yengiyan,  Kəpənəkçi,  Mosul,  Kürdəmir,  Kötüklü,  Çardaxlı,  Tasmalı,  Muxax, 
Sabunçu (bir başqa sənəddə bu siyahıya daha dörd kəndin adı əlavə olunur: Almalı, 
Kiçik Lahıc, Lələli, Qorağan
77
). Adı  çəkilən kəndlərin əllərindən alınan torpaqların 
ümumi  sahəsi,  Nəsibovun  məlumatına  görə,  8438  desyatin  (9218,5 hektar)  təşkil 
edirdi. 
Qəzanın  Alazan  çayı  hövzəsində  yerləşən  digər  kəndləri  isə  torpaqların 
yalnız  kiçik  hissəsini  istifadələrində  saxlaya  bilmişdilər.  Məsələn,  əvvəllər  Şirək 
çölündə 1600 des. torpağı  olan Əliabad  kəndinin 1927-ci ildə cəmi 500 desyatini 
qalmışdı. Bu kəndin vadidə yerləşən 40 binəsindən 30-u ləğv edilmişdi. Analoji halla 
başqa kəndlər də üzləşmişdi. 
Arayışda,  həmçinin  qeyd  olunurdu  ki,  yuxarıda  göstərilən  torpaq 
sahələrindən  əlavə,  Zaqatala  qəza  torpaq  şöbəsinin  Şirək  düzündə  7750  des. 
(8466,8  ha)  otlaq  fondu  da  var  idi  ki,  1924-cü  ildən  etibarən  o  da  gürcü 
hakimiyyətinin sərəncamına keçmişdi. 
Zaqatala    Qəza    İcraiyyə    Komitəsinin    Rəyasət    Heyəti  1927-ci  ilin  
fevralın  5-də olan iclasında Cənubi Qafqaz MİK-in torpaq komissiyasına müraciət 
etdi.
78
  Sözügedən  qurumun  məsələyə  yenidən  baxmağın  zəruriliyinə  inandırmaq 
məqsədi   ilə   Zaqatala   rəsmiləri   aşağıdakı   dəlilləri   təqdim edirdilər: 1) Vadi 
«bütün sənədli məlumatların təsbit etdiyi kimi (bax: 1905-ci ilin 5 verstlik xəritəsi, 
bu vadinin 1887-ci ildə Zaqatala qəzası kəndləri arasında bölüşdürülməsi xəritəsi), 
xatirəgəlməz çağlardan etibarən  Zaqatala  mahalının ayrılmaz hissəsi olmuşdu». 2) 
«Zaqatala  qəzasının  Əliabad,  Almalı  və  tamamilə  torpaqsız  Muxax  rayonlarının 
əhalisinin  taleyi  bu  vadidən  asılıdır»  -  öncə  qeyd  etdiyimiz  kimi,  göstərilən 
rayonların  əkin  və  örüş  sahələri,  demək  olar  ki,  müstəsna  olaraq  Şirək  çölündə 
yerləşirdi. 3) «Gürcü əhalisinin həmin sahələrə ehtiyacı qeyri-mühüm dərəcədədir. 
Gürcü  hökuməti  bu  vadiyə  əsas  etibarı  ilə  onu  gəlmə  tuşin  maldarlara  icarəyə 
vermək  məqsədi  ilə  iddia  edirdi».  4)  Və  ən  nəhayət,  mübahisəli  ərazi    «Əliabad  
dairə    icraiyyə  komitəsi    iqamətgahının    3  verstliyində    və    Zaqatala    qəza  
mərkəzinin   18   verstliyində yerləşir,  halbuki  onu  Krasnıye  Kolodsıdan  (indiki  
Siteli-Skaro  Ş.R.)  25  verst,  Sığnaq  qəza  mərkəzindən  isə  60  verst  ayırır». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə