ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   64   65   66   67   68   69   70   71   ...   110

147 
 
Qabaqçöllülərin  qanuni  maraqları  qətnamənin  «v»  bəndində  daha  bariz 
şəkildə  gözlənilmişdi.  Ona  əsasən,  Sığnaq  qəzasına  qatılan  sahələrdə  -  Dərin-
qobunun  sağ  sahilində,  habelə  Çürülü-tala,  Beşkən,  Qarakişi-tala  (Sitel-qora) 
adlanan  ərazilərdə  mövcud  binələr  (xutorlar)  Qabaqçöl  camaatının  istifadəsində 
saxlanılırdı. Bu zaman otlaqların və binələrin bundan sonra artırılmaması şərti irəli 
sürülürdü. 
Qətnamənin  «q»  bəndi  ilə  Sığnaq  qəzasına  keçən  sahələrdən  istifadəyə 
görə gürcü hakimiyyət orqanları 1924-1925-ci illərdə qabaqçöllülərdən icarə haqqı 
almamalı idi. 
Müşavirənin  oktyabrın  16-da  olmuş  iclasında  Şirək  çölündə  sərhədlərin 
müəyyənləşdirilməsi  məsələsi  müzakirəyə  çıxarıldı.
48
 
«Çiaur  meşəliyi» 
məsələsindən  fərqli  olaraq,  müşavirə  iştirakçıları  bu  məsələyə  dair  razılığa  gələ 
bilməmişdilər.  Zaqatala  rəhbərliyi  (Qocayev  və  Süleymanov)  Alazanyani  vadi 
haqqında  bilgiləri  qeyri-kafi  hesab  edərək,  müşavirəni  iki  həftəlik  təxirə  salmağı 
təklif  edirdi.  Gürcü tərəfi isə  əldə  olan  materialı kafi  bilərək,  sərhədi  Alazan  çayı 
üzrə keçirməyi lazım bilirdi;  bu zaman Zaqatala qəzası sakinlərinin 1 aprel 1923-
cü  ilədək  faktiki  istifadələrində  olan  torpaqların  bundan  sonra  da    onların 
istifadələrində saxlayacaqlarına zəmanət verirdi. 
Qocayev  və  Süleymanov  elə  ertəsi    gün  Gegeçkori  -Bünyadzadə 
komissiyasına  müraciət  etdilər.
49
  Orada  müşavirənin  Şirəklə  bağlı  razılığa 
gəlmədiyi qeyd olunmaqla yanaşı, komissiyanın məsələyə dair gözlənilən qərarının 
əsasına 14 may 1923-cü il qətnaməsinin qoyulması zərurəti vurğulanırdı. Zaqatala 
rəhbərliyi  kompromis  kimi  vadidəki  gürcü  xutorlarının  torpaq  istifadəsinə  mane 
olmamaq, habelə Kedi və Arxiloskalo  kənd cəmiyyətlərinin Alazana suvat yolunu 
təmin etmək barədə möhkəm zəmanət verirdi. 
Çox  maraqlıdır  ki,  müşavirənin  «Çiaur  meşəliyi»  məsələsinə  dair  qərarı 
elə  həmin  raportda  təqdir  olunurdu.  Ehtimalımızca,  Qocayev  və  Süleymanov 
güman edirdilər ki, 15 oktyabr  sazişi ilə lazımi kompromis əldə edilmişdir: Çiaur 
meşəliyi  inzibati  cəhətdən  Sığnaq qəzasına aid  edilsə  də, əvvəllər  olduğu  kimi,  
Zaqatala    kəndlilərinin    istifadəsində  qalacaqdır.  Belə  əminliyi  qətnamənin 
qabaqçöllülərin təsərrüfat maraqlarına qismən cavab verən bəhs etdiyimiz bəndləri 
də  təlqin  edirdi.  Tezliklə  bu  şəxslər  öz  mülahizələrində  yanıldıqlarını  anladılar: 
hadisələrin  sonrakı  inkişafı  göstərdi  ki,  mübahisəli    ərazilərin  inzibati    cəhətdən  
mənsubluğu    məsələsinin  həlli  bu  ərazilərin  hansı  təsərrüfat  subyektinin  ixtiya-
rında olacağını da öncədən müəyyənləşdirirdi. 
1924-cü  ilin  oktyabrın  17-də  Tiflisdə  «Çiaur  meşəliyi»  haqqında  15 
oktyabr qətnaməsi Gegeçkori və Bünyadzadə tərəfindən imzalandı.  Eyni zamanda 
bu  şəxslərin  sədrlik  etdiyi  komissiya  Azərbaycan  təmsilçilərinin  etirazlarına 
baxmayaraq,  Şirək  çölündəki  torpaq  mübahisəsinə  dair  tezliklə  qızğın  müzakirə 
predmetinə çevriləcək üç bənddən ibarət qərar qəbul etdi: 
 


148 
 
 
«1)Sığnaq  və  Zaqatala  qəzaları  arasında  «Şirək»  adı  yerdə  inzibati 
sərhədi,  əmək  istifadəsi  prinsipini  qoruyub  saxlamaq  şərti  ilə,  Alazan  çayı  üzrə 
saxlamaq. 
2)Həm  Gürcüstan,  həm  də  Azərbaycan  vətəndaşlarının  Şirək  çölündəki 
faktiki  əmək  istifadəsində  olan  torpaqların  mərzlənməsi  üçün  ora  komissiya 
göndərmək. 
3)Komissiyaya  müvafiq  sayda torpaq  ölçənlər  vermək  və  ona  öz işini  iki 
həftə ərzində bitirməyi təklif etmək».
50
 
Bu qətnamənin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş komissiya tezliklə  
Y.A.Balabanovun sədrliyi altında təşkil olundu. Balabanovun komissiyası 1924-cü 
ilin  oktyabrın  28-də  Alazan  çayının  sağ  sahilində  16337,5 desyatin torpağı  təhqiq 
edərək, onu Zaqatala kəndliləri və Tionet və Duşet qəzalarından bura köçürülmüş 
tuşin-maldarlar, habelə Nuxa qəzasından gəlmiş ermənilərin Qırmızı Səbətli kəndi 
arasında  bölüşdürdü.
51
      Bu      bölgü      son      dərəcə      ədalətsiz      keçirildi:      onun 
nəticəsində  Azərbaycan  vətəndaşlarının  müstəsna  istifadəsində  9  sahə  -  3707 
desyatin  saxlanılırdı.  Daha  iki  sahə  gürcülərlə  müştərək  surətdə  istifadə  olunmalı 
idi:  ümumi  sahəsi  969,75  des.  olan  bu  torpaq  sahələrindən  zaqatalalıların  payına 
real surətdə cəmi 194 des. torpaq düşürdü. 
Beləliklə,  əgər  14  may  1923-cü  il  qərarına  əsasən,  Zaqatala  qəzası 
kəndliləri  üçün  Şirəkdə  10200  des.  nəzərdə  tutulmuşdusa,  Balabanov 
komissiyasının  bölgüsü  nəticəsində  onlara  yalnız  3901  des.  sahə  ayrılmışdı. 
Alazanyanı vadinin nəhəng hissəsi - 14154,65 des. torpaq gürcü miqrantlarının və 
erməni  qaçqınlarının  ixtiyarına  keçirdi.
52
  Yeri  gəlmişkən,  Zaqatala  kəndlilərinin 
dəhşətli torpaq qıtlığı fonunda erməni qaçqınları səxavətlə mükafatlandırılmışdılar 
- onlara bölgü nəticəsində 685,5 des. torpaq verilmişdi.
53
 
1924-cü  ilin  oktyabr  sazişləri  «mübahisəli  torpaqlar»  adlandırdığımız 
ərazilərin taleyində müstəsna dərəcədə həlledici rol oynadı. Birincisi, o, sözügedən 
ərazilərin  mənsubluğu  haqqında  müzakirələrə  bir  növ  yekun  vururdu:  sonrakı 
illərdə, 
aşağıda  görəcəyimiz  kimi,  Azərbaycanın  müxtəlif  hakimiyyət 
instansiyalarının 
məsələnin 
yenidən 
həllinə 
dair 
çoxsaylı 
cəhdləri 
müvəffəqiyyətsizliyə uğrayırdı. 1924-cü ilin 17 oktyabrından etibarən istər «Çiaur 
meşəliyi»,  istərsə  də  Alazanyanı  vadi  hüquqi  baxımdan  Gürcüstan  ərazisi  kimi 
təsbit olunmuşdu. 
İkincisi, əgər 1924-cü ilin oktyabrına qədər mübahisə predmeti özlüyündə 
iki komponenti ehtiva edirdisə - 1) ərazinin siyasi-inzibati mənsubluğu məsələsi, 2) 
ərazinin  iqtisadi  resurslarının  -  torpaq  sahələrinin  bölüşdürülməsi  məsələsi), 
bundan  sonra  Azərbaycan  tərəfinə  təsərrüfat  resurslarının  heç  olmasa 
razılaşmalarda təsbit olunmuş bölgüsünün həyata keçirilməsinə çalışmaq qalırdı. 
Üçüncüsü,  sözügedən  aktlar  gürcü  hökumətinə  istər  Çiaur  meşəliyini, 
istərsə 
də 
Alazanyanı  vadini  iqtisadi  baxımdan  daha  fəal  surətdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə