ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

101 
 
rən  qeyd  etməliyik:  Cənubi  Qafqaz  respublikaları  arasında  Azərbaycan  istər  öz 
geostrateji mövqeyinə, istərsə də təbii sərvətlərinə görə ən əhəmiyyətli ölkə hesab 
olunurdu və təbii, bu səbəbdən də Rusiyada savaşan hər iki düşərgənin regiondakı 
ilk hədəfinə çevrilirdi. 
1919-cu  ilin  sonlarına  qədər  Denikin,  1920-ci  ilin  əvvəllərindən  etibarən 
isə  bolşevik  təhlükəsi, həmçinin  Antantanın  (ilk növbədə isə  Böyük  Britaniyanın) 
Azərbaycan  və  Gürcüstan  respublikalarını  antisovet  zəminində  birləşdirəcək 
«Transqafqaz  kordonu»  yaradılmasına  dair  planları
146
  iki  dövlətin  yaxınlaşmasını 
şərtləndirən amillər idi. 
Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq 1919-cu ilin sonlarına 
doğru intensiv və məzmunlu xarakter almışdı. Məsələn, Bakı rayonunda müdafiə-
istehkam  işlərinə  gürcü  generalı  Takayşvili  rəhbərlik  edirdi.
147
  Qarabağda  və 
Zəngəzurda  erməni  təcavüzünə qarşı  Azərbaycan  ordu hissələri  sırasında döyüşən 
2-ci piyada Zaqatala alayının I taborunun komandiri kapitan Vaçnadze idi.
1 4 8
 
Paralel  olaraq  iki  dövlət  arasında  1920-ci  ilin  əvvəllərində  siyasi 
münasibətlər  də  dinamik  inkişaf  edirdi.  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin 
yanvarın  20-də  Parisə,  Ə.M.Topçubaşova  göndərdiyi  icmalda  Gürcüstanla 
münasibət  dəyişməz  dostluq  kimi  səciyyələndirilirdi,  sərhədyanı  ixtilaflar  və  ilk 
növbədə Zaqatala mahalı ilə Sığnaq qəzası arasında torpaq mübahisələri «xırda» və 
«əvvəlki dövrün mirası» kimi qələmə verilirdi.
149
 
1920-ci  ilin  ilk  4  ayında  ixtilafın  inkişafında  yeganə  pozitiv  məqam  onun 
sonrakı eskalasiyasına yol verilməməsi idi. Burada, fikrimizcə, iki amil önəmli rol 
oynamışdı:  birincisi,  qarət  və  zorakılıq  hallarının  miqyasca  böyüməsinin  qarşısını 
almaq  məqsədi  ilə  Zaqatala  qubernatoru  1920-ci  ilin  yanvarın  1-dən  etibarən 
sərhədi bağlamışdı.
150
 
İkincisi,  çox  ehtimal  ki,  gürcü hökuməti  bir  sıra  faktorların  təsiri altında 
münaqişədə  tutduğu  hərəkət  xəttinə  bəzi  təshihlər  etməli  olmuşdu:  1920-ci  ilin 
baharında  o, məsələn, Alazanyanı  vadiyə zaqatalalıların  şum  və əkin işlərinə ma-
neələr  törətmədi.
151
  Mənbələr  birbaşa  şahidlik  etməsə  də,  analoji  halın  Çiaur 
məntəqəsində  də  yarandığını  ehtimal  edə  bilərik:  Qabaqçöl  sakinlərinin  20-ci 
illərdə təqdim etdikləri ərizələrdən, hər halda, belə təəssürat aşılanır.
152
 Çox güman 
ki,  region  ətrafında  cərəyan  edən  prosesləri,  habelə  zaqatalalıların  qətiyyətli 
mövqeyini nəzərə alan gürcü tərəfi münaqişənin sonrakı artan xətt üzrə inkişafına 
lüzum görmürdü. 
Lakin  bəhs  etdiyimiz  dövrdə  sərhədyanı  münasibətlərin  tam  ekssessiz 
ötüşdüyünü də söyləyə bilmərik. Azərbaycanın sovetləşməsi ərəfəsində - aprelin 7-
də  Qabaqçöl rayonundakı  Savux  sərhəd  postunda hadisə  baş  vermişdi:  ora gəlmiş 
bir neçə silahlı gürcü öz hökumətinin adından hədə ilə postun təmizlənməsini tələb 
etmişdi.  İlk  baxışdan  Mazımçay  insidentini xatırladan  bu olay,  fəqət, qarşı tərəfin 
reaksiyasını  yoxlamaq  məqsədi  güdürdü.  Lakin  qubernator  Mallaçixanov  əvvəlki 
hadisəni  nəzərdə  saxlayırdı:  o,  təcili  surətdə  postun  nıühafizəsini  gücləndirir.  Bu 


102 
 
addım  nəticə  verir:  Laqodex  qarnizonu  rəisi  teleqramla  bildirir  ki,  həmin  şəxslər 
torpaqölçən idilər və özbaşına hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaqlar.
153
 
İxtilaf, görünür, bununla da bitmiş hesab olundu və tərəflər gərginliyi artıra biləcək 
addımlardan yayındılar. 
 
 



 
Beləliklə,  çar  hökumətinin  Cənubi  Qafqazda  hələ  XIX  əsrdə  həyata 
keçirdiyi  inzibati-ərazi  bölgüsü  zamanı  regionun  tarixi,  etnoqrafik  və  təsərrüfat 
xüsusiyyətlərini  və  reallıqlarını  nəzərə  almaması  1918-1920-ci  illərdə  çoxsaylı 
etnosiyasi  və  etnososial  səciyyəli  ixtilafların  meydana  çıxmasının  ən  mühüm 
səbəblərindən biri idi. 
Yüz  illər  boyu  Alazan  çayının  sağ  sahilində  və  Şirək  düzündə  nəhəng 
şumluq, otlaq, biçənək və meşə sahələri Şimal-Qərbi Azərbaycanın - Car-Balakən 
camaatlıqlarının  və  İlisu  sultanlığının  kənd  icmalarının  şəriksiz  istifadəsində  ol-
muşdu.  XIX  əsrdə  rus  hökmranlığı  bərqərar  olduqdan  sonra  siyasi  və  hərbi 
mülahizələr  əsasında  o  zaman  onlarla  verst  məsafədə  gürcii  elementinə  rast 
gəlinməyən  ərazilər  Sığnaq  qəzası  tərkibinə  daxil  edilmiş,  yaxud  da  Tiflis 
quberniyasının müvafiq təsisatlarının sərəncamına keçmişdi. 
Lakin  Qafqazda rus hökmranlığı  dövrünün  etno-təsərrüfat reallıqlarından 
bəhs  edərkən  bir  məqam  nəzərdən  qaçırılmamalıdır:  imperiya  çərçivəsində 
müəyyən edilmiş sərhədlər dövlət daxili və, deməli, baryer (maneə) funksiyasından 
məhrum  idi.  Bu  səbəbdən  1917-ci  ilə  qədər  Zaqatala  dairəsi  sakinləri  həmin 
torpaqlardan  istifadədə  önəmli  problemlərlə  üzləşmirdilər.  Fəqət  deyilənlərlə 
yanaşı  artıq  XIX  əsrdə  real  təzahür  edən  bir  neqativ  tendensiya  XX  əsrin 
əvvəllərində  daha  təhlükəli  cizgilər  kəsb  etməyə  başladı:  vaxtaşırı  hökumət 
Zaqatala  kənd  icmalarının  bəhs  etdiyimiz  torpaq  massivlərindən  sahələr  kəsib 
ayıraraq, müxtəlif gürcü zadəganlarına, gürcü dağlılarına (tuşinlərə) və daha sonra 
isə rus köçgünlərinə paylayırdı. 
Cənubi  Qafqazda  yeni  dövlətlərin  meydana  gəlməsi  ilə  əvvəlki  inzibati 
sərhədlər  dövlət  sərhədlərinə  çevrildi,  onların  baryer  funksiyası  ortaya  çıxdı  və 
gücləndi.  Belə  vəziyyət  nəticəsində  dünənə  qədər  zaqatalalıların  maneəsiz 
istifadəsində  olan  torpaq  sahələri  bir  an  içində  başqa  dövlətin  ərazisi  kimi  onlar 
üçün xeyli əlçatmaz oldu ki, bu da münaqişəyə gətirib çıxardı. 
Gürcü  hökumət  dairələrini  sözügedən  münaqişəyə  sövq  edən  bir  sıra 
motivlər mövcud  idi:  1)  İqtisadi  motiv: mübahisə predmeti olan  torpaqlar  -  Çiaur 
meşəliyi və ələlxüsus da Alazanyanı vadi təsərrüfat baxımından olduqca cazibədar 
və  əhəmiyyətli  idi:  Bizim  təxmini  hesablamalarımıza  görə,  Gürcüstanda  o  zaman 
həyata  keçirilən  aqrar  islahat  gedişində  bir  ailəyə  düşən  torpaq  normasını  7 
desyatin  (təqr.  7,65  hektar)  qəbul  etməklə,  həmin  ərazidə  ən  azı  15000  nəfər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə