ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

97 
 
yasının  təsiri  bu  cavabda  da  duyulmaqdadır.  Elə  həmin  formulda  yer  alan 
«Zaqatala quberniyası sakinlərinin tutduğu sahələr» söz birləşməsi də bəhs olunan 
məqamdan  nəşət  edirdi:  müəyyən  dayanıqlılığı  bildirən  «malik  olmaq»  feli  əvə-
zinə  «tutmaq»  felinin  işlənilməsi  vəziyyətin  müvəqqətiliyinə  eyham  idi.  Bununla 
gürcü  tərəfi  demək  istəyirdi:  həmin  torpaqlar  (istər  Şirəkdə,  istərsə  də  Çiaur 
meşəliyində) bir vaxtlar tarixi ədalətsizlik nəticəsində zəbt və qəsb edilmişdir. İndi 
isə  onların  öz  əzəli  və  həqiqi  sahiblərinə  -  gürcülərə  qaytarmağın  zamanı  gəlib 
çatmışdır. 
Bu,  gürcülərin  cavabının,  təbiri  caizsə,  aşkar  söylənilməyən  tarixi 
aspektini  təşkil  edir.  Onun hüquqi aspekti isə  daha nəzərə  çarpacaqdır:  gürcülərin 
rəyincə,  sözügedən  torpaq  sahələri  mülkiyyət  obyekti  kimi  dövlətə  məxsusdur  və 
zaqatalalılar  sadəcə  onun  istifadəçiləri  idilər.  Müəyyən  sərhədlər  daxilində  (ora 
bütünlükdə Sığnaq qəzası da aid edilirdi) əvvəlki dövlətin hüquqi varisliyinə iddia 
edən  Gürcüstan  respublikası,  bu  məntiqə  əsasən,  sözügedən  torpaqların  ali 
mülkiyyətçisinə çevrilirdi  və bu qisimdə həmin torpaqlardan istədiyi kimi istifadə 
edə, yəni onları özgələşdirə, icarəyə verə, sata bilərdi. Bu mövqedə hüquqi-məntiqi 
baxımdan  qüsurluluq  nəzərə  çarpır:  birincisi,  regionda  əvvəlki  dövlətin  -  Rusiya 
imperiyasının  hüquqi  varisliyinə  və  ondan  irəli  gələn  hüquq  və  təəhhüdlərə
 
tək 
Gürcüstan iddia edə bilməzdi. İkincisi, hətta gürcü məntiqindən çıxış olunsa belə, 
Alazanyanı  vadinin  Gürcüstana  ilhaqı  zəruriliyi  sual  altına  düşürdü;  zira  qeyd 
etdiyimiz kimi, bir
 
sıra sənəd və xəritələrdə həmin rayon məhz Zaqatala dairəsinin 
tərkibində göstərilirdi. 
Gürcü  tərəfi,  həmçinin  əvvəlki  çar  hökumətinin  praktikasında  olan  bir 
məqamı  da  unudurdu:  xəzinənin  ixtiyarında  olan  torpaqlar  icarəyə  verilərkən, 
işlərin faktiki vəziyyəti nəzərə alınırdı. 
Gürcülərin  bəhs  etdiyimiz  cavabının  sonunda  «çıxarmamağa  razıdır» 
ifadəsinin  yer  alması  da  onların  vəziyyətə  ən  azı  müvəqqəti  hal  kimi 
baxmalarından  bir  daha  xəbər  verirdi.  Hadisələrin  sonrakı inkişafı  da  göstərdi  ki, 
gürcü hökuməti nəinki bu vədinə əməl etmək niyyətində deyil, hətta bundan sonra 
mübahisəli sahələri daha qətiyyətlə mənimsəməyi planlaşdırır. 
 
 
8. «Mübahisəli sahələr» daimi etnososial gərginlik zolağı kimi 
(1919-cu ilin sonu 1920-ci ilin əvvəlləri) 
 
Noyabrın  3-də  keçirilmiş  iclas  beynəlxalq  komissiyanın  işində  sonuncu 
oldu: komissiya lazımi materialları, xəritələri və planları toplamaq bəhanəsi ilə öz 
işinə ara versə də,
128 
fəaliyyətini bir daha bərpa etmədi. 
1919-cu  ilin  son  aylarında  münaqişə  ocaqlarında  etno-sosial  səciyyəli 
qarşılıqlı  zorakılıq  hallarının  artımı  müşahidə  olunurdu  ki,  bu  iki  dövlət  arasında 
diplomatik yazışmada da öz əksini tapırdı. 


98 
 
Gürcüstanın xarici siyasət idarəsinin başçısının öz azərbaycanlı həmkarına 
noyabrın  10, 14 və 21-də göndərdiyi təliqələrdə qabaqçöllülər mübahisəli ərazidə 
torpaq  sahələrini  ələ  keçirməkdə  və  şumlamaqda,  habelə  basqınlarda,  mal-qara 
oğurluqlarında,  yerli  əhalini  qarət  etməkdə  ittiham  olunurdular.
129
  Fəqət  bu 
ittihamları  araşdırmaq  məqsədi  ilə  Çiaur  məntəqəsinin  Sitelqora  (Qarakişi-tala) 
adlanan  sahəsinə  baxış  keçirən  Şimanovski  və  Dibirov  orada  yalnız 
qabaqçöllülərin çoxillik və müstəsna torpaq istifadəsini müəyyən etmişdilər. Baxış 
zamanı o da aydın oldu ki, o çağadək həmin rayondan istifadə etməyən tuşinlər öz 
qoyun  sürülərini  oraya  sürüb  gətirmişdilər.  Qabaqçöllülər  əvvəlcə  tuşinlərə 
otlaqlardan  müştərək istifadə  etməyi  təklif  etmiş,  yalnız  bu  təklif rədd  edildikdən 
sonra tuşinləri ərazidən uzaqlaşdırmışdılar.
130
 
Gətirilən faktdan bəlli olur ki, qabaqçöllüləri və digər 
 
Zaqatala sakinlərini 
zorakılığa  məhz  Gürcüstan  hökumətinin  fəal  dəstəyinə  arxalanan  miqrant 
gürcülərin mübahisəli sahələri qəsb etmək cəhdləri təhrik edirdi. Bunu diplomatik 
sənədlər  də  təsdiqləyir.  Məsələn,  noyabrın  19-da  Azərbaycanın  xarici  işlər 
nazirinin  gürcü  həmkarına  ünvanladığı  təliqədə  beynəlxalq  komissiyanın  məlum 
qərarına rəğmən qoyunçu tuşinlərin öz sürülərini Şirək düzünə sürüb gətirmələri və 
Azərbaycan təbəəsi olan qoyunçuları oradan çıxarmaları qeyd olunurdu.
131
 
Gürcüstanın  müvafiq  qurumunun  20  dekabr  1919-cu  il  tarixli  cavab 
təliqəsində məsələnin araşdırılacağı vəd olunurdu və Şirəkdəki şumluq və otlaqlara 
zaqatalalıların  girişinin  maneəsiz  olduğu  iddia  edilirdi,  amma  istifadəyə  görə 
yığılıb qalan borca diqqət bir daha cəlb edilirdi.
1 3 2
 
Lakin verilən vədlər daha çox kağız üzərində qalırdı, tuşinlər isə bu arada 
nəinki Şirək düzündə zaqatalalıları  sıxışdırır, hətta Zaqatala  quberniyasının həmin 
düzlə həmsərhəd rayonlarında belə qəsblərə əl atırdılar.
133
 
Nəzərdən  keçirdiyimiz  dövrdə  Çiaur  məntəqəsindo  gəlmə  gürcülərlə 
qabaqçöllülərin qarşıdurması daha kəskin xarakter almışdı. 
1919-cu  ilin  dekabrın  31-də  Azərbaycan  diplomatik  nümayəndəsinin 
Gürcüstan  Xarici  İşlər  Nazirliyinə  ünvanladığı  təliqədə  sərhədyanı  rayonda 
gürcülərin Azərbaycan  vətəndaşlarına  basqınlarının  sistematik xarakter aldığı, bu-
nun  da  öz  növbəsində  əks-hücumlar  doğurduğu  qeyd  edilirdi.
134
  Gürcülər  həmin 
günlərdə  25  qabaqçöllünü  saxlayaraq,  onların  arabalarını  müsadirə  etmişdilər. 
Hadisəni araşdırmaqdan ötrü Zaqatala valisinin tapşırığı ilə məmur Şıxlinski gürcü 
hakimiyyət  orqanları  ilə  məşvərətə  ezam  olunmuşdu.  Müşavirədə  Laqodex 
qarnizonunun  rəisi  kapitan  Kupraşvili  ona  bildirmişdi  ki,  arabalar  gürcü  ərazisində 
saxlanılmışdır və o, qarnizon rəisi olaraq planda göstərilən sərhədi hərtərəfli nıüdafiə 
edəcək.
135
 Yeri gəlmişkən, bu şəxsin özbaşına müəyyən etdiyi  sərhəd  qabaqçöllülərin 
şumluq  torpaqlarını  və  Çiaur  meşəliyinin  müvafiq  hissəsini  Gürcüstanın  tərkibinə 
daxil edirdi.
136
 
İstər  Azərbaycanın  Xarici  İşlər  Nazirliyi  və  onun  Tiflisdəki  diplomatik 
nümayəndəliyinin,  istərsə  də  Zaqatala  qubernatorunun  bütün  bu  şikayət  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə