ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

89 
 
xüsusi maraqlıdır  və  Bakının  Könüllü  Ordunun nüfuz  dairəsində  bulunmasına  yol 
vermək istəmir».
90
 
Fəqət belə bir hal da vurğulanmalıdır ki, İngiltərə siyasi və hərbi dairələri 
özlərinin  ikinci  -  geosiyasi  məramlarını  açıb-ağartmırdılar:  1919-cu  ildə  bütün 
düşüncələr bolşevizmi məhv etmək məqsədinə xidmət edirdi. Ona görə də Denikin 
ordusu 11 iyunda təyin edilmiş demarkasiya xəttinin
91
 (ona əsasən Dərbənd rayonu 
faktiki olaraq Azərbaycana  güzəşt edilirdi) ziddinə olaraq bütün Dağıstanı tutanda 
regiondakı  ingilis  komandanlığı  bu  faktla  barışmalı  olmuşdu,  belə  ki  həmin 
günlərdə  «könüllülər»in  məşhur  «Moskva  yürüşü»  başlamışdı.  Digər  tərəfdən 
Dağıstan da ingilislər üçün Azərbaycan qədər əhəmiyyət kəsb etmirdi. 
1919-cu  ilin  yayına  doğru  Gürcüstan  ilə  «könüllülər»  arasında  gərginlik 
nisbətən  səngimişdi.  Lakin  bu  dəfə  də,  Azərbaycan  Denikin  təcavüzünün  real 
ehtimalı  ilə  rastlaşmışdı.  May-iyun  aylarında  «könüllülər»  bütün  Dağıstanı  işğal 
edərək, Azərbaycan sərhədlərinə yaxınlaşmışdılar.
92
 
Bu  təhlükə,  qeyd  etdiyimiz  kimi,  Azərbaycanı  Gürcüstanla  hərbi-siyasi 
sahədə  əməkdaşlığa  sövq  edirdi.  Belə  əməkdaşlığın  zəruriliyini  hər  iki  ölkənin 
siyasi  dairələri  kifayət  qədər  dürüst  dərk  edirdilər.  Məsələn,  gürcü  menşevikləri-
nin  orqanı  olan  «Bopьбa»  iki  dövlətin  yaxınlaşması  zərurətini  belə  ifadə  edirdi: 
«Azərbaycan  istiqlalının  xilası  işi  onun  (gürcü  demokratiyasının  -  Ş.R.)  öz  şəxsi 
işidir».
93
 
Azərbaycan  tərəfinin  bu  əməkdaşlığa  münasibətinin  məzmunlu  ifadəsini 
isə  Y.V.Çəmənzəminlinin  həmin  günlərdə  qələmə  aldığı  sətirlərində  tapırıq: 
«Gürcüstan-Azərbaycan  dostluğunun  hər  iki  tərəf  üçün  də  böyük  faydası  var. 
Şübhə  ola  bilməz  ki,  həm  Gürcustan,  həm  də  Azərbaycan  müstəqil  yaşamaq 
istəyər.  Böylə  olduqda  Gürcüstan  üçün  bir  qorxu  baş  versə,  axırda  xətəri 
Azərbaycana  da  toxunacaq.  Bu  iki  məmləkətin  hürr  yaşaması  bir-birinə  bağlıdır, 
biri  asudəliyini  itirərsə,  o  birisi  də  itirmək  məcburiyyətində  bulunar.  Qafqazın 
dağlarını Qara dəniz ilə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik...»
94
 
Gürcüstan  Azərbaycanla  müqayisədə  bir  sıra  səbəblər  üzündən  hərbi 
planda xeyli irəli getmişdi. Ona görə də onunla əməkdaşlıq sayəsində Azərbaycan 
əhəmiyyətli  yardımlar  aldı.  Onlarla  gürcü  zabiti  Azərbaycan  silahlı  qüvvələri 
sıralarına  ezam  olundu.  İyul  ayından  etibarən  Gürcüstandan  Azərbaycana  zəruri 
miqdarda  hərbi  texnika,  sursat  və  ləvazimat  daxil  olmağa  başladı.  Gürcü 
təlimatçıları Azərbaycanda hərbi-istehkam qurğularının inşasına cəlb olundular.
95
 
Gürcüstan,  ümumiyyətlə,  «Könüllü  Ordu»ya  kifayət  qədər  fəal  əks-təsir 
göstərirdi:  Azərbaycana  yardımlarla  yanaşı,  o,  bir  tərəfdən  Soçi  dairəsində 
denikinçilərə  qarşı  döyüşən  kəndli  «Yaşıl  Ordusu»nu  silahla  təchiz  edirdi,  digər 
tərəfdən  isə  öz  ərazisində  silahlı  dəstələr  yaradaraq,  üsyan  etmiş  dağlıların 
köməyinə göndərirdi.
96
 
Xarici  təhlükə  amilinin  təsiri  ilə  iki  respublikanın  sıx  müttəfiqlik 
münasibətləri  qurması  fonunda  Gürcüstanın  «mübahisəli  sahələr»  məsələsində 


90 
 
ixtilafın  eskalasiyasına  getməsi,  ilk  baxışdan  paradoksal  görünə  bilər.  Fəqət  bəzi 
məqam  və  mətləblərin  xatırlanması  gürcü  tərəfinin  seçdiyi  taktikanın  müəyyən 
məntiqə əsaslandığını söyləməyə əsas verir. 
Birincisi,  qeyd  etdiyimiz  kimi,  1919-cu  ilin  yayına  doğru  Qara  dəniz 
sahillərində  gürcü-«könüllü»  qarşıdurması  səngiməyə  başlamışdı:  denikinçilərin 
Dağıstan  istiqamətində  fəallaşmaları  və  ən  əsası  bolşeviklərə  qarşı  genişmiqyaslı 
hücuma  keçmələri  Qara  dəniz  sahillərində  onların  qüvvələrinin  xeyli  azalmasına 
gətirib  çıxarmışdı.
97
  Bu  isə  faktiki  olaraq  1919-cu  ilin  sonlarına  qədər  Denikin 
təhlükəsi  ilə  üz-üzə  dayanan  və  Ermənistanla  sürəkli  konfrontasiya  şəraitində 
yaşayan  Azərbaycanla  müqayisədə  Gürcüstan  qarşısında  daha  geniş  fəaliyyət  və 
manevr etmə meydanı açırdı. 
İkincisi,  hərbi-müdafiə  müqaviləsinin  imzalanması  iki  dövlət  arasındakı 
mübahisəli ərazi problemlərinin heç də avtomatik həlli demək deyildi. Bunu xarici 
işlər  naziri  M.Y.Cəfərov  parlamentin  27  iyun  iclasında  söylədiyi  nitqində  də  bir 
növ etiraf edirdi: «Deyirdilər ki, hamıdan əvvəl gərək torpaq və hüdud məsələsini 
həll edək. Bu fikrə nə Azərbaycan, nə də Gürcüstan şərik ola bilməzdi. Ola bilər ki, 
hüdud məsələsini həll edincə istiqlalımız da getsin».
98
 
Üçüncüsü,  Azərbaycan,  öz  qonşusundan  fərqli  olaraq  hərbi  quruculuq 
işinə  əhmiyyəlli  dərəcədə  gec  başlamışdı.  Bəllidir  ki,  azərbaycanlılardan  fərqli 
olaraq gürcülər çarizm dövründə   hərbi   mükəlləfiyyətli   idilər.   Bu   səbəbdən   
on minlərlə gürcü Rusiya ordusu sıralarında dünya müharibəsi cəbhələrində kifayət 
qədər  döyüş  təcrübəsi  toplamış,  çoxsaylı  ixtisaslı  gürcü  hərbi-zabit  heyəti 
formalaşmışdı.  Qafqaz  cəbhəsinin  əsas  silah  anbarlarının  (arsenalın)  Tiflisdə 
yerləşməsi  və    1917-ci  ilin  payızından  etibarən  Gürcü  Milli  Şurasının  nəzarəti 
altına  keçməsi  amili  də  bu  məsələdə  mühüm  rol  oynamışdı.  Azərbaycanın  məhz 
Gürcüstandan  hərbi  yardımlar  alması  da  sadalanan  amillərlə  bağlı  idi. 
Ümumiyyətlə,  bu  iki  respublikanın  qurmağa  çalışdığı  təhlükəsizlik  sistemində 
Azərbaycanın  nisbətən  «zəif  halqa»  olması  onun  güzəştə  daha  çox  meyilliliyini 
şərtləndirirdi. 
Azərbaycan  tərəfinin  qeyd  olunan  davranış  xüsusiyyəti  həm  Mazımçay 
olayı  ərəfəsində,  həm  də  onun  gedişində  kifayət  qədər  təzahür  etmişdi.  Məsələn, 
Şahmalıyevin  sərhədyanı bölgədə zaqatalalıların təsərrüfat hüquqlarının  pozulma-
sına dair sözügedən məlumatları əsasında Azərbaycanın daxili işlər naziri 1919-cu 
ilin  sentyabrın  16-da  xarici  işlər  nazirinə  müraciət  edir:  taliqədə  «Zaqatala 
qubernatorunun,  əgər  bu  sərhədyanı  mübahisə  haqqında  danışıqlar  arzuolunan 
nəticələr verməzsə, hansı istiqamət tutmalı  olacağı» soruşulurdu.
99
 
21  sentyabr  tarixli  cavab  təliqəsində  xarici  işlər  naziri  mübahisəli 
rayonlarda  iki  respublika  arasında  müvəqqəti  sərhədin  təyin  edilməsi  üçün 
beynəlxalq  komissiyanın  təşkili  barədə  hökumətə  məruzə  etdiyini  bildirirdi. 
Sənəddə  Azərbaycanın  rəsmi  məqamlarının  bəhs  olunan  münaqişənin  eska-
lasiyasına  yol  verməməyə  yönəlmiş  məramı  açıq  ifadə  olunurdu:  «...  Yuxarıda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə