ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

91 
 
göstərilən komissiyanın çalışacağı yerə gələnədək Zaqatala valisinə Azərbaycan və 
Gürcüstan  Respublikalarının    sərhədyanı    sakinləri    arasında    münasibətləri 
kəskinləşdirəcək hər cür bəhanəni aradan qaldırmaq  üçün tədbirlər görməsinə dair 
Sizin sərəncamınızı rica edirəm».
100
 
Yuxarıda  sadalanan  hal  və  məqamları  gözəl  dərk  edən  gürcü  hökuməti, 
münaqişə  ilə  bağlı  taktikasını  etiraf  edək  ki,  yetərincə  savadlı  qurmuşdu. 
Mübahisəli  torpaqlar  üzərində  gürcülərin  faktiki  nəzarətini  qəti  surətdə 
rəsmiləşdirməyə  çağırılmış  «Mazımçay  əməliyyatı»  üçün  münasib  zamanın  seçil-
məsi də dediklərimizə dəlalətdir. 
Məsələ onda idi ki, 1919-cu ilin sentyabrın sonlarında Azərbaycan xarici-
siyasi  sferada  növbəti  gərginliklərlə  üzləşmişdi.  Sentyabrın  21-də  «könüllülərin» 
donanmasının  vitse-admiralı  Gerasimov  polkovnik  Palisin  vasitəsilə  Azərbaycan 
rəsmilərinə «Azərbaycan hərbi və ticarət donanmasının Xəzər dənizində üzməsinin 
yolverilməzliyi  haqqında»  bəyanat  təqdim  etdi.  Bu  nota,  xüsusən  Britaniya 
qoşunlarının  respublika  hüdudlarını  tərk  etməsi  kontekstində  Azərbaycan  hakim 
dairələri  tərəfindən  kifayət  qədər  ciddi  qarşılanmışdı.  Dövlət  Müdafiə  Komitəsi 
notanı  xüsusi iclasında  müzakirə  edərək,  onu  cümhuriyyətin  suveren hüquqlarına 
qarşı yönəlmiş akt kimi rədd etmişdi.
101
 
Bu  akt, təbii ki,  Azərbaycan rəsmilərinin nəzərində  Denikin təhlükəsinin 
yenidən  aktuallaşması  demək  idi.  O,  Azərbaycan  hökumətini  şimal  istiqamətində 
hərbi səylərini intensivləşdirməyə sövq edirdi. 
Paralel  olaraq  Zəngəzurda  hadisələrin  inkişafı  Azərbaycan  üçün 
arzuolunmaz  xarakter  almışdı:  sentyabrın  əvvəllərindən  etibarən  erməni  nizami 
qoşunları  və  silahlı  dəstələri  Azarbaycan  əhalisini  sistematik  məhv  etmə 
taktikasına  keçmişdilər.  M.Süleymanovun  hesablamalarına  görə,  yalnız  bir  ay 
ərzində  Zəngəzurun  110  böyük  kəndi  məhv  edilmiş,  60  minə  yaxın  sakin  öz 
yurdlarından  didərgin  düşmüşdü.
102
  Zəngəzur  hadisələri  həmin  bölgəyə 
Azərbaycan qoşunlarının göndərilməsinə səbəb olmuşdu. 
«Könüllü Ordu» rəhbərliyinin və ermənilərin, çox güman ki, uzlaşdırılmış 
çıxışlarının Azərbaycan üçün doğurduğu hərbi-siyasi çətinliklər, aydın məsələdir ki, 
gürcü  hökuməti  tərəfindən  də  diqqətlə  izlənilirdi:  çox  güman  ki,  son  hadisələri 
ətraflı  təhlil  edən  gürcü  strateqləri  Mazımçay  mövqeyi  ilə
 
bağlı  planların 
gerçəkləşməsi üçün münasib vaxtın yetişdiyini qərara aldılar. 
Nəhayət,   1919-cu  ilin   sentyabrın  24-də  son  aylarda göstərilən   bütün   
diplomatik   və   inzibati   səylərin   məntiqi yekunu kimi, gürcü sərhəd mühafizəsi 
Mazımçay postunu ələ keçirdi.
103
 Həmin gün hadisələr aşağıdakı  qaydada cərəyan 
etmişdi: səhər Gürcüstan sərhəd mühafizəsinin başda zabit olmaqla, pulemyotlarla 
silahlanmış  30  nəfərlik  dəstəsi  posta  gələrək,  orada  olan  iki  Azərbaycan 
qoruqçusunu  hədə  ilə  öz  mövqelərini  tərk  etməyə  məcbur  etdi.  Zaqatala 
qubernatorunun      köməkçisi      dərhal      hadisə    yerinə    yollanmış    və    gürcü 
hərbçiləri  ilə  danışıqlara  başlamışdı.  Sərhəd  postunu  təmizləmək  barədə 


92 
 
Azərbaycan  məmurunun  tələbinə  cavab  olaraq  gürcü  zabiti  və  Laqodexi 
zemstvosunun  idarə  heyətinin  üzvləri  bildirmişdilər  ki,  postun  tutulması  könüllü 
surətdə baş vermişdir və gürcü hökumətinin xüsusi sərəncamı olmadan o qaytarıla 
bilməz.  Gürcü  tərəfi  hadisəni  qabaqçöllülərin  sabiq  Çiaur  meşəsinin  bir  hissəsini 
tutması faktı ilə əlaqələndirirdi. Bu irad hər iki tərəfin iştirakı ilə dərhal araşdırıldı 
və məlum oldu ki, qabaqçöllülər, həqiqətən də, köhnə inzabati sərhəddən 1,5 verst 
məsafədə  meşənin  bir  hissəsini  tutmuşdular.  Fəqət    Qabaqçöl    camaatının   
nümayəndələri      bu    faktı      həmin  zolaqda  gürcülərlə  çoxalmış  toqquşmalarla, 
habelə  Gürcüstan hakimiyyəti  tərəfindən  orada  başlanılmış torpaq  ölçmə işləri  və 
ərazini öz soydaşları ilə məskunlaşdırma siyasəti ilə izah edirdilər.  Qabaqçöllülər 
hesab edirdilər ki, məsələ nəzərdə tutulmuş konfransda həll olunana qədər «bütün 
mübahisəli zolaq  faktiki  olaraq  gürcülər  tərəfindən tutulacaq,  meşədən isə  yalnız 
bircə  kötüklər  qalacaq  və  onlar  üçün  bu  həyati  məsələ  özü-özlüyündə, 
qabaqçöllülərin xeyrinə olmadan çözüləcək».
104
 
«Mazımçay 
insidenti» 
münaqişə 
ocağında 
vəziyyəti 
olduqca 
kəskinləşdirdi:  münaqişə  tərəfləri  açıq  qarşılıqlı  mübarizə  -  destruktiv  faza 
astanasına gəlib çıxmış, onların münasibətləri isə antaqonist cizgilər kəsb etməyə 
başlamışdı. Laqodexidə yuxarıda bəhs etdiyimiz danışıqların getdiyi zaman çoxlu 
sayda  qabaqçöllü  kənd  məscidinin  hasarı  yanında  toplaşaraq,  silahlı  çıxışa 
hazırlaşırdılar. Yalnız böyük səylər hesabına yerli hakimiyyət onları bu hərəkətdən 
-  kütləvi  və  miqyaslı  zorakılıqdan  çəkindirə  bilmişdi.  Lakin  yerli  əhali  bəyan 
edirdi:  o  «öz  axırıncı  torpaq  varından  məhrum  olmaqdansa,  ən  son  nəfərinədək 
əlində silah ölməyi üstün tutur».
105
 
Qeyd  etməliyik  ki,  ADR  ilə  GDR-in  müstəqil  mövcudluğunun  bütün 
dövründə nə bu vaxta qədər, nə də bundan sonra sözügedən münaqişə çərçivəsində 
tərəflər arasında hərbi konfrontasiya ehtimalı bu qədər real olmamışdı. Daha artığı, 
bu  hadisə  1918-ci ilin  yayında  -  Borçalı  ilə  bağlı  ixtilafdan  sonra  Azərbaycan  və 
Gürcüstan  respublikalarını  ikinci  dəfə  lokal  silahlı  toqquşma  həddinə  gətirib 
çıxarmışdı. 
İnsidentin  baş  verdiyi  günlərdə  Azərbaycanın  yerli  hakimiyyət  orqanları 
postun  geri  qaytarılması  üçün  danışıqlarla  yanaşı,  müəyyən  hərbi  hazırlıqlar  da 
görürdü. Zaqatala qubernatoru M.Şahmalıyevin Gəncəyə getməsi ilə əlaqədar onu 
əvəz  edən  Ş.Dibirov  sentyabrın  24-də  Laqodexi  zemstvosu  sədrinə  təliqə 
göndərmişdi.  Orada  postu  geri  qaytarmaq  xahiş  olunurdu.  Fəqət  xahişlə  yanaşı, 
açıq hədə də səslənirdi: «Eyni zamanda sərhəd keşik dəstəsinə Mazımçay postuna 
qayıtması  haqqında  sərəncam  verilmişdir  və  Gürcüstan  Respublikası  məmurları 
tərəfindən hər cür maneə hərbi toqquşma doğuracaqdır.
106
 
Lakin qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycanın üzləşdiyi xarici-siyasi 
və hərbi problemlər Azərbaycan hökumətini öz yeganə müttəfiqi ilə münasibətlərin 
korlanmasına  səbəb  ola  biləcək  kiçicik  hadisədən  belə  yayınmağa  məcbur
 
edirdi, 
Sərhəd  postunun  strateji əhəmiyyətini anlayaraq,  onu nəyin  bahasına  olursa  olsun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə