ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

72 
 
Stolıpinin  aqrar  islahatı  gedişində  qabaqçöllülərin  torpaqlarında  (indiki 
Laqodexi  ərazisində)  yeddi  rus  kəndi  təşkil  olunmuşdu:  Novo-Alekseyevka, 
İllarionovka,  Novo-Mixaylovka,  Qrafskoye,  Voronsovka,  İvanovka,  Daşkovo
24

Bundan  əlavə,  gürcü  kəndi  Şroma  da  təqribən  o  vaxtlar  salınmışdı.  1917-ci  ildə 
ruslar faktiki olaraq qovulurlar və onların boşalmış   kəndlərini   gürcülər   tuturlar.   
Gürcülərin   gəlişini İ.Qəbulov belə xatırlayırdı: «Hürriyyət olan gündən gürcülər 
hər  vasitə ilə  olsa da,  yuxarıda  zikr olunan  kəndlərdəki mühacir   xaxolları   gah   
təhdid      və      gah      təzyiq      edərək,    o  yerlərdən  köçürüb,  onların  yerinə  Kutais 
quberniyasından  və  qeyri-yerlərdən  gürcü  qardaşlarını  gətirib,  iskan  etdilər 
(məskunlaşdırdılar  -  Ş.R.).  Təbiri-digərlə,  gələcəkdə  Zaqatal  okruğunu    qəsb 
etməyə mənəvi  və cismani  bir qüvvə hazırladılar». 
Bənzər  proseslər  Şirək  düzündə  də  cərəyan  etməkdə  idi:  Birinci  rus 
inqilabından  sonra  Alazanyanı  bölgədə  iki  gürcü  kəndi  (Aşağı  və  Yuxarı  Kedi) 
salınmışdı.
25
  Bu  kəndlərə  istinad  edən  gürcü  hökuməti  1918-1920-ci  illərdə 
Zaqatala  kənd  icmalarını  faktiki  olaraq  Alazan  çayının  sağ  sahilindən  sıxışdırıb 
çıxarmağa çalışırdı. 
Beləliklə,  gətirilən  mənbələr  ixtilaf  ocaqlarında  hadisələrin  münaqişəyə 
qədərki  tarixini  ümumi  cizgilərdə  bərpa  etməyə  kifayət  edir,  belə  ki,  orada 
saxlanılan  bilgilərin  bir  çox  hallarda  identik  olması  qərəzli  təhrif  və  yanlışlıq 
ehtimalını  (belə  ehtimal  isə  mümkündür,  çünki  istənilən  mənbə,  ələlxüsus, 
narrativlər  gerçəkliyi  bilavasitə  yox,  bilvasitə  -  şüurdan  keçirməklə  -  əks  etdirir) 
xeyli azaldır. 
İstinad  etdiyimiz  mənbələr  belə  bir  mənzərəni  cızır:  Zaqatala  kənd 
icmalarının  100  illər  boyu  malik  olduqları  nəhəng  torpaq  massivləri  çarizmin 
ədalətsiz inzibati bölgüsü nəticəsində Sığnaq qəzası (Gürcüstanın indiki Laqodexi, 
Sığnaqi,  Siteliskaro rayonları)  ərazisinə  düşmüşdü.  Hələ  XIX  əsrdə rus hökuməti 
həmin  torpaq  sahələrini  paralayaraq,  Şirək  düzündə  təqribən  107000  desyatini 
gürcü-tuşinlərə,  gələcək  Çiaur  meşə  məntəqəsində  6000  desyatindən  artıq  sahəni 
isə  knyaz  Çelokayevə  və  başqa  gürcü  əsilzadələrinə  vermişdi.  XX  əsrin 
əvvəllərində  yuxarıda  bəhs  etdiyimiz  hadisələr  nəticəsində  Qabaqçöl  kəndliləri 
Çiaur məntəqəsində daha 5-6 min desyatin torpaq itkisinə məruz qalmışdılar. 
Mənbələrlə  tanışlıq  həmçinin  söyləməyə  əsas  verir:  mübahisəli  sahələrə 
dair  müxtəlif  sənədlərdə  göstərilən  rəqəmlər  (müvafiq  olaraq  4500  və  16337 
desyatin) 1917 və sonrakı illərin reallıqlarını əks etdirirdi. Lakin çarizm tərəfindən 
XIX-XX  əsrin əvvəllərində  Çiaur  məntəqəsi  və  Şirəkdə  torpaq  fondunun  yenidən 
bölüşdürülməsinə  dair  gətirdiyimiz  bəzi  bilgilər  Zaqatala  kənd  icmalarının  bir 
zamanlar daha geniş torpaq sahələrinə malik olmasından xəbər verir. 
Sözügedən  sahələr  20-ci  illərin  ortalarınadək  Zaqatala  kəndlərinin 
təsərrüfata  yararlı  əsas  torpaq  fondu  və  başlıca  dolanışıq  mənbəyi  idi.  Qabaqçöl 
sakinləri  Zaqatala  qəza  icraiyyə  komitəsinə  1923-cü  ilin  dekabrın  27-də 
ünvanladıqları ərizədə Çiaur məntəqəsinin onlar üçün təssərrüfat əhəmiyyətini belə 


73 
 
dəyərləndirirdilər: «...Bizim  kənd icmamız Zaqatala qəzası hüdudlarında əlverişli 
şum torpaqlarına malik deyildir, ona görə də bizdə əkinçilik zəif inkişaf etmişdir, 
bizim  meyvəli  bağlarımız  da  yoxdur...  və  bizim  kənd  təsərrüfatımız  yalnız  iri 
maldarlığa söykənir... Mübahisəli torpaqların  əlimizdən  alınması  kəndlilərimizi  
mal-qarasız,      meşə  tikinti  materiallarsız  və  hətta  yanacaqsız  qoymalıdır,  yəni 
kəndliləri qəti surətdə müflis etməlidir».
26
 
Analoji  vəziyyət  Şirək  düzündə  -  Alazan  vadisində  də  yaranmışdı. 
Əliabad,  Almalı  və  Muxax  məntəqələrinin  adlarını  öncə  çəkdiyimiz  21  kəndinin 
istifadəyə yararlı əkin və otlaqları Zaqatala dairəsi hüdudları daxilində deyil, məhz 
Alazan vadisində idi.
27
 
Yeri  gəlmişkən,  bir  faktı  nəzərə  çatdırmaq  istərdik  Əkinçilik  və  Dövlət 
Əmlakı  Nazirliyinin  Tiflis  quberniya  idarəsi 1880-cı illərdə iki  dəfə həmin  vadini 
məhz  sözügedən  kəndlər  arasında  aşağıdakı  qaydada  bölüşdürmüşdü:  Mosul 
kəndinə  -  1155  des.,  Əliabad  -  1600  des.,  Varxiyan  -  1155  des.,  Muğanlı  -  1000 
des.,  Qandax  -  530  des.,  Padar  -  154  des.,  Kəpənəkçi  -  147  des.,  Yengian  -  232 
des.,  Kürdəmir-80  des.,  Kiçik  Ləkit  -  240  des.,  Tasmalı  -  182  des.,  Zəyəm  -650 
des. və s.
28
 
Cənubi  Qafqaz  vahid  unifikasiyaedici  sosial-iqtisadi  və  siyasi  sistemin  - 
imperiyanın tərkibində bulunduqca, hökumət orqanları bu tip sosial münaqişələrin 
-  əslində  torpaq  mübahisələri  sosial  səciyyə  daşıyır  -  eskalasiyasına  imkan 
vermirdilər. Məsələn, Qabaqçöl və Şambul kənd cəmiyyətlərinin Azərbaycan SSR 
XKŞ  sədri  Q.Musabəyova  1926-cı  ilin  17  iyununda  göndərdikləri  ərizədə  rus 
kəndləri  ilə  Çiaur  məntəqəsi  üstündə  heç  bir  mübahisənin  düşmədiyi 
vurğulanırdı,
29 
hərçənd  1910-1912-ci  illərdə  qabaqçöllülər  dəfələrlə  canişinliyə 
müraciət  edərək,  sözügedən  məntəqədə  «Beşkən»  adlı  yerin  onların  tam 
sərəncamına  verilməsini  xahiş  etmişdilər.
30 
İmperiyanın  müvəqqəti  dağılması  və 
Cənubi  Qafqazda  gənc  respublikaların  meydana  gəlməsi,  ötən  fəsildə  də  qeyd 
etdiyimiz kimi, çoxsaylı siyasi, sosial və iqtisadi münaqişələrlə müşayiət olunurdu: 
ərazi  və  sərhədlərin  təsbiti  prosesi  illər  boyu    yığılıb  qalmış    qarşılıqlı    iddia  və 
ədavətlərin   sürətlə aktuallaşmasına   yol  açmışdı.   Bu   zaman  iri  tarixi-coğrafi 
vilayət və rayonlarla (Zaqatala, Borçalı, Qarayazı və s.) yanaşı, daha xırda ərazi və 
torpaq sahələri də ixtilaf predmetinə çevrilirdi. 
Haşımbəyovun      1918-ci      ilin      noyabrında      daxili      işlər  nazirinə 
ünvanladığı raportunda deyilirdi ki, rus idarəçiliyi aradan qalxdıqdan sonra Çiaur 
məntəqəsindəki mübahisəli sahə Gürcüstan və Azərbaycan arasında neytral zolağa 
çevrilmişdi.
31
  Fəqət  bu  hal  uzun  sürmədi:  gürcü  hökuməti  həm  Çiaur  meşə 
məntəqəsi  (meşəliyin  inzibati  cəhətdən  Sığnaq  qəzasına  aid  olmasını  bəhanə 
gətirərək),  həm  də  Şirək  düzünün  Alazanyanı  vadisi  üzərində,  bir  qədər  sonra 
görəcəyimiz  kimi,  artıq  1918-ci  ilin  sonu-1919-cu  ilin  əvvəlində  öz  nəzarətini 
bərqərar  etməyə  nail  olur.  Məhz  o  andan  etibarən  gürcü  hakimiyyət  dairələri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə