85
daha kiçik idi, özü də kəndli yalnız mülkədarın icazəsi ilə həmin sahəni satın ala
bilərdi. Bundan əlavə, əgər Rusiyada müvəqqəti mükəlləfiyyətli kəndli
mülkədardan öz pay torpağını satın almaq üçün onun dəyərinin 75-80% dəyərində
hökumətdən borc alırdısa, Gürcüstanda belə bir borcun məbləği 4 dəfə az idi, yəni
öz «nadel»ini almaq üçün kəndli dərhal onun dəyərinin 70-80% həcmində nağd pul
ödəməli idi. İslahat nəticəsində təqribən 30 min kəndli torpaqsız qalmışdı. Bununla
bərabər, aztorpaqlı, asılı, yarımazad işçilər ordusu yaranmışdı.
76
XX əsrin əvvəllərində Gürcüstanda torpaq sahibliyində aşağıdakı nisbət
müşahidə edilirdi: Kutais quberniyasında əhalinin 86%-ni təşkil edən kəndlilər
210770 destayin torpağa, əhalinin 6,78%-ni təşkil edən zadəgan-mülkədarlar isə
815321 desyatinə malik idi. Tiflis quberniyasında 85% kəndlinin 134796 desyatini,
2,89% mülkədarın isə 961502 desyatini var idi.
77
Kutais quberniyasında bütün
mülkədar torpaqlarının 44%-i (358000 desyatin) beş iri mülkədarın
mülkiyyətində idi.
78
Gürcüstanın siyasi gündəliyində sosial əhəmiyyətli məsələlər sırasında
aqrar məsələnin birinci yerdə durduğunu söyləsək, mübaliğəyə yol vermərik: XIX
əsrin sonu-XX əsrin əvvəlləri bu ölkədə faktiki olaraq iri kəndli çıxışları perma-
nent xarakter almışdı. Təsadüfi deyildi ki, 1917-ci il inqilabı aqrar məsələnin
həllinin təxirəsalınmaz vacibliyini kəskin şəkildə ortaya qoydu.
1917-ci ilin dekabrın 16-da Zaqafqaziya komissarlığı «Torpaq
komitələrinə xəzinə, keçmiş udel, kilsə, monastır torpaqları, habelə hüquqi
şəxslərin və xüsusi torpaq sahiblərinin torpaqlarının verilməsi haqqında» əsasnamə
dərc etdi. Bu dekretdə mülkədar torpaqlarının müsadirəsi bəyan edilirdi. Lakin
müsadirə olunacaq və mülkədarın sərəncamında qalacaq torpaqların norması
müəyyənləşdirilmirdi. Özü də müsadirə olunmuş torpaqlar kəndli komitələrinin
yox, yuxarıdan təyin olunmuş torpaq komitələrinin ixtiyarına keçməli idi:
sonuncuların mahiyyəti kəndli kütlələri üçün naməlum qalırdı.
Sözügedən əsasnaməyə əlavə olaraq, 1918-ci ilin martın 7-də Cənubi Qafqaz
seymi «Sahibləri üçün saxlanılan torpaq normasının müəyyən edilməsi və torpaq
islahatının həyata keçirilməsi tədbirləri haqqında» qanun qəbul etdi.
79
Qanunun
məğzi mülkədarların mülkiyyətində saxlanılacaq torpaq normasının müəyyən
edildiyi ikinci paraqrafda açılırdı: torpaq sahibinə dəyərli bitkilər becərilən rayonda
7 desyatin, dənli bitkilər rayonunda 15 desyatin, maldar təsərrüfatlarında 40
desyatin torpaq sahəsi saxlanılırdı. Əlavə qeyddə göstərilirdi ki, quberniya
torpaq komitələri, yerli şəraitə uyğun olaraq, həmin rəqəmləri müvafiq olaraq, 10,
20 və 50 desyatinə qədər artıra bilərdi.
Qanunun 14-cü paraqrafına əsasən, əgər torpaq bir neçə ailəyə məxsus
idisə, yaxud ailə üzvlərindən bu və ya digərinin aliləsi var idisə, onda hər bir
iştirakçıya və ya ailəyə ayrı norma verilməli idi. Bu müddəadan istifadə edən
mülkədarlar özləri üçün daha çox norma saxlamaq üçün fiktiv torpaq bölüşdür-
mələrini rəsmiləşdirirdilər. Mayın 2-də qəbul edilmiş qanuna görə isə xüsusi
86
mülkiyyətçilərdən müsadirə edilmiş malikanələr, xalq təsərrüfatı əhəmiyyətinə
malik olduğu halda, quberniya komitələrinin sərəncamı ilə əvvəlki sahibinə
qaytarıla bilərdi.
1918-ci ilin statistik bilgilərinə əsasən, Gürcüstanın yararlı torpaqlarının
ümumi sahəsi 5537207 desyatin idi. Torpaq sahibliyi kateqoriyasına görə, onlar
aşağıdakı qaydada bölünürdü: 1) xüsusi mülkiyyət torpaqları - 2208045 des.
(39,9%), 2) xəzinə torpaqları - 2020212 des. (36,5%), 3) kəndli torpaqları -
1309150 des.(23,6%).
80
Gürcüstanın ziraət naziri H.Xomerikinin məlumatlarına əsasən, 1920-ci
ilin yanvarın 1-i üçün cəmi 621697 desyatin torpaq müsadirə edilmişdi ki, onlardan
Kutais quberniyasının payına təqribən 110158 des. düşürdü. Bu zaman, mülkədar
torpaqlarının demək olar 2/3-si toxunulmamış qalmışdı.
81
Biz, J.Drabkinanın belə qənaəti ilə razılaşırıq ki, mülkədarlara güzəşt
menşeviklərin Gürcüstan parlamentində sağ partiyalarla faktiki olaraq bağladıqları
siyasi blokla şərtlənirdi.
82
Görünür, sosial-demokrat hökuməti öz daxili, o cümlədən sosial-iqtisadi
siyasətini kifayət qədər geniş konsensus əsasları üzərində qururdu: bu dövlətin
dayaqlarını möhkəmlətmək istəyindən doğurdu. Lakin, eyni zamanda mülkədar-
ların «qılığına girmə» siyasəti kəndlilərin gərəkli həcmdə torpaqla təminatını
əngəlləyirdi. 1918-1919-cu illərdə ölkənin müxtəlif rayonlarında iri kəndli çıxışları
da aparılan islahatla əlaqədar köklü narazılıqdan xəbər verirdi.
Sosial gərginliyi səngitmək məqsədi ilə Gürcüstan parlamenti 1919-cu ilin
yanvarın 28-də «Əhaliyə dövlət torpaq fondundan xüsusi mülkiyyətə torpaq
verilməsi haqqında
qanun» dərc etdi.
83
Bu qanunla torpaqsız və aztorpaqlı kənd-
lilərə məqbul qiymətə dövlət fondundan torpaqların təklif edilməsi nəzərdə
tutulurdu.
Qanunun ikinci maddəsində, habelə qeyd edilirdi ki, Ziraət nazirliyinin
sərəncamına əsasən, müəyyən torpaqlar əhalinin məskunlaşıması və köçürülməsi
məqsədi üçün ayrılacaqdır.
Beləliklə, 28 yanvar qanunu gürcü hökumətinə geniş miqyaslı köçürmə
siyasətinə başlamağa imkan verən normativ baza oldu. Elə Sığnaq qəzası
ərazisində «mübahisəli torpaq sahələri» ilə bağlı ixtilafın yay aylarında
gərginləşməsinin bir səbəbi də fikrimizcə, sozügedən qanunun əməldə
gerçəkləşdirmək cəhdlərindən irəli gəlirdi: həmin sahələrin Gürcüstan tərəfindən
qəti surətdə özününküləşdiriləcəyi təqdirdə, təqribi hesablamalarımıza görə
(normanı 7 desyatin götürməklə) Çiaur məntəqəsində (4500 des.) təxminən 643,
Şirək düzünün Alazanyanı vadisində isə, hətta sonrakı 20-ci illərin statistikasından
çıxış etsək belə (16337 des.), 2334 kəndli ailəsini yerləşdirmək mümkün olacaqdı.
Bu isə ən azı 15000 nəfərə yaxın insanın həyati təminatı demək idi. Ona görə də
ixtilaf ocaqlarında gərginliyin artan xətt üzrə inkişafı və Gürcüstanın məsələ ilə
bağlı diplomatik və hərbi səylərini intensivləşdirməsi bir sıra hallarda aqrar
Dostları ilə paylaş: |