36
nərək, daha dolğun ərazi doktrinası hazırlamışdılar: həmin proqram, qeyd
etdiyimiz kimi, Zaqatala mahalına gürcülərin iddialarını təsbit edən ilk siyasi sənəd
idi. Fəqət, artıq 1917-ci ilin mayında Zaqatala dairəsinin Tiflis quberniyasına
birləşdiriləcəyi barədə güclü şayiələr meydana çıxmışdı: bu şayiələr o qədər ciddi
idi ki, Zaqatala dairə komissarlığı Xüsusi Zaqafqaziya Komitəsinə müraciət
edərək, belə bir birləşmənin yolverilməz olduğunu bəyan etmişdi.
67
Bu arada isə
dairə ilə Sığnaq qəzası arasında müsəlman-gürcü ədavəti güclənməkdə idi.
Gərginliyi azaltmaq üçün 1917-ci ilin avqustun 15-də Alazan vadisində Zaqatala
dairəsi, Sığnaq qəzası və Dağıstan vilayəti nümayəndələrinin toplantısı keçirildi.
Bu barədə «Açıq söz» qəzeti yazırdı: «İctima (toplantı - Ş.R.) müttəhid and ilə iki
millət arasında olan mehribançılığın xələldar edilməməsini, ittifaq və qardaşlıq
saxlamağa, hər cür müfəttinanə (fitnəkar - Ş.R.) çıxışları, hər hansı tərəfdən olursa-
olsun, təqib etməyi qərara almışdır».
68
4. Cənubi Qafqazın siyasi-hüquqi əlahiddələĢməsi və millət-
dövlətlərin meydana gəlməsi: ərazi ixfilafları etnosiyasi
identikliyin yan effekti kimi
1917-ci ilin oktyabr silahlı üsyanı Rusiya imperiyasında dezinteqrasiya
proseslərini gücləndirdi. Oktyabr çevrilişi və onun bilavasitə doğurduğu siyasi və
sosial nəticələr, eyni zamanda, gürcü sosial-demokratiyası üçün mötəbər fevral in-
qilabının iflasa uğraması və vahid Rusiya siyasi-hüquqi məkanının destruksiyası
(dağılması) anlamına gəlirdi. Dolayı şəkildə bunun etirafını gürcü menşeviklərinin
lideri N.Jordaniyanın noyabrın 11-də Cənubi Qafqazda yerli hakimiyyətini təşkili
məqsədi ilə çağırılmış Tiflis müşavirəsindəki nitqi də təsdiqləyir: «Artıq 100 ildir
ki, Zaqafqaziya Rusiya ilə əlbir işləyərək, özünü onunla qırılmaz əlaqədə hesab
edirdi. İndi bizə bədbəxtçilik üz verib: Rusiya ilə əlaqə qırılmışdır və Zaqafqaziya
tək qalmışdır. Biz öz ayaqlarımız üzərinə qalxmalı və öz-özümüzə kömək etməli,
yaxud da anarxiyada məhv olmalıyıq».
69
Yəni yeni, bolşevik Rusiyası gürcü
menşevikləri üçün ölüm və hərc-mərclik rəmzi, hər hansı bir dövləti nizamın
antitezisi kimi təsəvvür olunurdu.
Məhz Oktyabr inqilabı gürcü sosial-demokratiyasını etnosiyasi hərəkatda
daha fəal iştirak etməyə və həmin hərəkatın rəhbərliyini öz üzərinə götürməyə sövq
etdi.
Gürcüstanda milli hərəkat tezliklə müəyyən institusionallıq kəsb etdi:
1917-ci ilin noyabrın 20-də gürcü partiyalararası şurasının təşəbbüsü ilə
Gürcüstanın ilk Milli qurultayı çağırıldı.
70
Bolşeviklərdən başqa bütün siyasi
partiyaların qatıldığı bu qurultaya gürcü menşevikləri rəhbərlik edirdilər.
37
Bu forumun işində Zaqatala dairəsinin gürcü əhalisinin nümayəndəsi də
iştirak edirdi; o, qurultayın seçdiyi və H.Jordaniyanın sədri olduğu 67 nəfərlik
gürcü milli şurasının tərkibinə də daxii edilmişdi.
71
Vahid dövlətçilik sisteminin dağılması, unifikasiyaedici siyasi strukturun
tədricən aradan qalxması, Qafqazın sürətlə əlahiddələşməsi şəraitində sözügedən
Şura faktiki olaraq gürcü əhalisi üçün milli hakimiyyət orqanı nüfuzu kəsb etmiş
olurdu. Ona görə də onun tərkibinə Zaqatala gürcülərinin təmsilçisinin daxil
edilməsi bu qurumun dairəni gələcək gürcü muxtariyyətinin (o zaman söhbət
yalnız muxtariyyət haqqında gedirdi) hüdudları daxilinə qatmaq niyyətindən xəbər
verirdi. Fəqət gürcü muxtariyyəti və onun dəqiq müəyyənləşdirilmiş ərazisi
məsələsi 1917-ci ilin sonları - 1918-ci ilin əvvəllərində cərəyan edən proseslər
fonunda hələ yetərincə aktual deyildi: qeyd olunan dövrdə Cənubi Qafqazda vahid
dövlətçilik strukturlarını qoruyub saxlamaq hələ kifayət qədər zəruri idi. Bu
isə
azərbaycanlıların,
gürcülərin
və
ermənilərin
siyasi
fəaliyyətinin
koordinasiyasını şərtləndirirdi.
Belə bir şəraitdə Cənubi Qafqazın etnosiyasi hərəkatları ərazicə ayrılma
məsələsini ilk vaxtlar qabartmırdılar: məsələn, 1917-ci ilin dekabrında gürcü milli
şurası Zaqatala bölgəsinin müsəlman əhalisinin narazılığına yol verməmək üçün
qərarlarının dairə üçün məcburi olmadığı barədə dərhal bəyanat vermişdi.
72
Zaqafqaziya seyminin mövcudluğu dövründə Cənubi Qafqaz xalqlarının
etnik özünüidarə vahidlərinin təşkili və sərhədlərinin çəkilməsi məsələsi müzakirə
edilmiş, fəqət həllini tapmamışdı. Seymin 1918-ci il 15 fevralda olmuş iclasında
gələcəkdə milli muxtariyyətlərin hüdudlarının müəyyənləşdirilməsi zamanı etnik
məskunlaşma prinsipinin əsas götürülməsi haqqında fikirlər səslənsə də, konkret
qərar qəbul edilməmişdi.
73
Seym zamanında Zaqatala mahalını Tiflis quberniyasına birləşdirməyə
cəhd edilmişdi. O zaman dairə icraiyyə komitəsinin sədri vəzifəsində çalışmış,
sonralar Azərbaycan parlamentinin üzvü olmuş Bayram Niyazi Kiçikxanovun yaz-
dığına görə, bu niyyətlə bölgəyə gəlmiş gürcü knyazı Çavçavadzenin (çox güman
ki, bu, 1917-ci ildə dairə komissarlığına namizədliyini irəli sürmüş Çavçavadze idi)
bütün dilə
tutmaları və vədləri müvəffəqiyyətsizliyə uğramışdı: sakinlərin qəti
etirazı nəticəsində o, mahalı tərk etmək məcburiyyətində qalmışdı.
74
Cənubi Qafqaz xalqlarının tarixində ilk ümumi dövlət təcrübəsi - federativ
Cənubi Qafqaz (Transqafqaz) Respuklikası (o formal olaraq 1918-ci ilin aprelin
22-də elan edilmiş, amma faktiki olaraq fevralın 23-dən, yəni Zaqafqaziya
Seyminin açılışından etibarən fəaliyyət göstərirdi) daxili etnik və siyasi çəkişmələr,
habelə mürəkkəb beynəlxalq situasiya üzündən 1918-ci ilin mayın 25-də öz
mövcudluğuna son verdi. Əvvəlki siyasi və sosial proseslərin məntiqi yekunu kimi
gənc Qafqaz respublikaları - özünəməxsus millət-dövlətlər meydana çıxdı. Yeri
gəlmişkən, «millət-dövlət» istilahı ilə əlaqədar müəyyən haşiyə çıxarmaq istərdik.
Dostları ilə paylaş: |