ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

36 
 
nərək,  daha  dolğun  ərazi  doktrinası  hazırlamışdılar:  həmin  proqram,  qeyd 
etdiyimiz kimi, Zaqatala mahalına gürcülərin iddialarını təsbit edən ilk siyasi sənəd 
idi.  Fəqət,  artıq  1917-ci  ilin  mayında  Zaqatala  dairəsinin  Tiflis  quberniyasına 
birləşdiriləcəyi barədə güclü şayiələr meydana çıxmışdı: bu şayiələr o qədər ciddi 
idi  ki,  Zaqatala  dairə  komissarlığı  Xüsusi  Zaqafqaziya  Komitəsinə  müraciət 
edərək,  belə  bir  birləşmənin  yolverilməz  olduğunu  bəyan  etmişdi.
67
  Bu  arada  isə 
dairə  ilə  Sığnaq  qəzası  arasında  müsəlman-gürcü  ədavəti  güclənməkdə  idi. 
Gərginliyi  azaltmaq  üçün  1917-ci  ilin  avqustun  15-də  Alazan  vadisində  Zaqatala 
dairəsi,  Sığnaq  qəzası  və  Dağıstan  vilayəti  nümayəndələrinin  toplantısı  keçirildi. 
Bu barədə «Açıq söz» qəzeti yazırdı: «İctima (toplantı - Ş.R.) müttəhid and ilə iki 
millət  arasında  olan  mehribançılığın  xələldar  edilməməsini,  ittifaq  və  qardaşlıq 
saxlamağa, hər cür müfəttinanə (fitnəkar - Ş.R.) çıxışları, hər hansı tərəfdən olursa-
olsun, təqib etməyi qərara almışdır».
68
 
 
 
 
4. Cənubi Qafqazın siyasi-hüquqi əlahiddələĢməsi və millət- 
dövlətlərin meydana gəlməsi: ərazi ixfilafları etnosiyasi 
identikliyin yan effekti kimi 
 
1917-ci  ilin  oktyabr  silahlı  üsyanı  Rusiya  imperiyasında  dezinteqrasiya 
proseslərini gücləndirdi. Oktyabr çevrilişi və onun  bilavasitə doğurduğu siyasi və 
sosial nəticələr, eyni zamanda, gürcü sosial-demokratiyası üçün mötəbər fevral in-
qilabının  iflasa  uğraması  və  vahid  Rusiya  siyasi-hüquqi  məkanının  destruksiyası 
(dağılması) anlamına gəlirdi.  Dolayı şəkildə bunun etirafını gürcü menşeviklərinin 
lideri  N.Jordaniyanın noyabrın  11-də  Cənubi  Qafqazda  yerli hakimiyyətini  təşkili 
məqsədi ilə  çağırılmış Tiflis müşavirəsindəki nitqi  də təsdiqləyir:  «Artıq 100  ildir 
ki,  Zaqafqaziya  Rusiya  ilə  əlbir  işləyərək,  özünü  onunla  qırılmaz  əlaqədə  hesab 
edirdi. İndi bizə bədbəxtçilik üz verib: Rusiya ilə əlaqə qırılmışdır və Zaqafqaziya 
tək  qalmışdır.  Biz  öz ayaqlarımız  üzərinə  qalxmalı  və  öz-özümüzə  kömək  etməli, 
yaxud  da  anarxiyada  məhv  olmalıyıq».
69
  Yəni  yeni,  bolşevik  Rusiyası  gürcü 
menşevikləri  üçün  ölüm  və  hərc-mərclik  rəmzi,  hər  hansı  bir  dövləti  nizamın 
antitezisi kimi təsəvvür olunurdu. 
Məhz  Oktyabr  inqilabı  gürcü  sosial-demokratiyasını  etnosiyasi hərəkatda 
daha fəal iştirak etməyə və həmin hərəkatın rəhbərliyini öz üzərinə götürməyə sövq 
etdi. 
Gürcüstanda  milli  hərəkat  tezliklə  müəyyən  institusionallıq  kəsb  etdi: 
1917-ci  ilin  noyabrın  20-də  gürcü  partiyalararası  şurasının  təşəbbüsü  ilə 
Gürcüstanın  ilk  Milli  qurultayı  çağırıldı.
70
  Bolşeviklərdən  başqa  bütün  siyasi 
partiyaların qatıldığı bu qurultaya gürcü menşevikləri rəhbərlik edirdilər. 


37 
 
Bu  forumun  işində  Zaqatala  dairəsinin  gürcü  əhalisinin  nümayəndəsi  də 
iştirak  edirdi;  o,  qurultayın  seçdiyi  və  H.Jordaniyanın  sədri  olduğu  67  nəfərlik 
gürcü milli şurasının tərkibinə də daxii edilmişdi.
71
 
Vahid  dövlətçilik  sisteminin  dağılması, unifikasiyaedici  siyasi  strukturun 
tədricən aradan qalxması, Qafqazın sürətlə əlahiddələşməsi   şəraitində  sözügedən   
Şura   faktiki   olaraq gürcü əhalisi üçün milli hakimiyyət orqanı nüfuzu kəsb etmiş 
olurdu.  Ona  görə  də  onun  tərkibinə  Zaqatala  gürcülərinin  təmsilçisinin  daxil 
edilməsi  bu  qurumun  dairəni  gələcək  gürcü  muxtariyyətinin  (o  zaman  söhbət 
yalnız muxtariyyət haqqında gedirdi) hüdudları daxilinə qatmaq niyyətindən xəbər 
verirdi.  Fəqət  gürcü  muxtariyyəti  və  onun  dəqiq  müəyyənləşdirilmiş  ərazisi 
məsələsi  1917-ci ilin sonları    -  1918-ci ilin əvvəllərində cərəyan edən proseslər 
fonunda hələ yetərincə aktual deyildi: qeyd olunan dövrdə Cənubi Qafqazda vahid 
dövlətçilik   strukturlarını   qoruyub   saxlamaq   hələ   kifayət qədər zəruri idi. Bu 
isə 
azərbaycanlıların, 
gürcülərin 
və 
ermənilərin 
siyasi 
fəaliyyətinin 
koordinasiyasını şərtləndirirdi. 
Belə  bir  şəraitdə  Cənubi  Qafqazın  etnosiyasi  hərəkatları  ərazicə  ayrılma 
məsələsini ilk vaxtlar qabartmırdılar: məsələn, 1917-ci ilin dekabrında gürcü milli 
şurası  Zaqatala  bölgəsinin  müsəlman  əhalisinin  narazılığına  yol  verməmək  üçün 
qərarlarının dairə üçün məcburi olmadığı barədə dərhal bəyanat vermişdi.
72
 
Zaqafqaziya  seyminin  mövcudluğu  dövründə  Cənubi  Qafqaz  xalqlarının 
etnik özünüidarə vahidlərinin təşkili və sərhədlərinin çəkilməsi məsələsi müzakirə 
edilmiş,  fəqət  həllini  tapmamışdı.  Seymin  1918-ci  il  15  fevralda  olmuş  iclasında 
gələcəkdə  milli  muxtariyyətlərin  hüdudlarının  müəyyənləşdirilməsi  zamanı  etnik 
məskunlaşma  prinsipinin  əsas  götürülməsi  haqqında  fikirlər  səslənsə  də,  konkret 
qərar qəbul edilməmişdi.
73
 
Seym  zamanında  Zaqatala  mahalını  Tiflis  quberniyasına  birləşdirməyə 
cəhd  edilmişdi.  O  zaman  dairə  icraiyyə  komitəsinin  sədri  vəzifəsində  çalışmış, 
sonralar Azərbaycan parlamentinin üzvü olmuş Bayram Niyazi Kiçikxanovun yaz-
dığına görə, bu niyyətlə bölgəyə gəlmiş gürcü knyazı Çavçavadzenin (çox güman 
ki, bu, 1917-ci ildə dairə komissarlığına namizədliyini irəli sürmüş Çavçavadze idi) 
bütün  dilə
 
tutmaları  və  vədləri  müvəffəqiyyətsizliyə  uğramışdı:  sakinlərin  qəti 
etirazı nəticəsində o, mahalı tərk etmək məcburiyyətində qalmışdı.
74
 
Cənubi Qafqaz xalqlarının tarixində ilk ümumi dövlət təcrübəsi - federativ 
Cənubi  Qafqaz  (Transqafqaz)  Respuklikası  (o  formal  olaraq  1918-ci  ilin  aprelin 
22-də  elan  edilmiş,  amma  faktiki  olaraq  fevralın  23-dən,  yəni  Zaqafqaziya 
Seyminin açılışından etibarən fəaliyyət göstərirdi) daxili etnik və siyasi çəkişmələr, 
habelə  mürəkkəb  beynəlxalq  situasiya  üzündən    1918-ci  ilin  mayın  25-də  öz 
mövcudluğuna son verdi. Əvvəlki siyasi və sosial proseslərin məntiqi yekunu kimi 
gənc  Qafqaz  respublikaları  -  özünəməxsus  millət-dövlətlər  meydana  çıxdı.  Yeri 
gəlmişkən, «millət-dövlət» istilahı ilə əlaqədar müəyyən haşiyə çıxarmaq istərdik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə