ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   13   14   15   16   17   18   19   20   ...   110

38 
 
«Millət-dövlət»  konsepsiyası
75
  fransız  maarifçilərinin  və  digər  liberal 
mütəfəkkir  və  ideoloqların  intellektual  səylərinin  məhsulu  olub,  ilk  dəfə  XVIII 
əsrin  sonlarında  –  amerikan  və  xüsusən  də  Böyük  Fransa  inqilabının  gedişində 
praktiki  təcəssümünü  tapmışdı.  XIX-XX  əsrlərdə  isə  bu  cür  dövlət  tipi  əvvəlcə 
Avropa və Amerikada, sonra isə dünyanın digər qitələrindən vüsət alan milli-siyasi 
hərəkatların  məqsədinə  çevrilmişdi.  Milli  dövlətlər  yaranmalarına  görə  millətçi 
baxışların  inkişafına  borclu  idilər:  mütləqiyyətçi  hakimiyyət  prinsipinə
 
söykənən 
ənənəvi  dövlətlərin  -  imperiyaların  xalq  suverenliyi  və
 
milli  yekcins  dövlət 
ideyasına  istinad  edən  «millət-dövlətlərlə»
 
sürətlə    əvəzləndiyi  XIX-XX    əsrin  
əvvəlləri,   ümumiyyətlə, «millətçilik əsri» kimi qavranılırdı. Burada millətçiliyin 
görkəmli  tədqiqatçılarından  olan  E.Hobsbaumun  aşağıdakı  tərifini  gətirmək 
istərdik: «millətçilik - siyasi proqramdır və tarixin nöqteyi-nəzərinə görə, nisbətən 
yeni  hadisədir.  Bu  konsepsiyaya  uyğun  olaraq,  özünü  «Millət»  kimi  anlayan 
qruplar,  fransız  inqilabından  sonra  formalaşmış  ərazi  dövlətləri  tipində  dövlət 
yaratmaq  hüququna  malikdirlər».
76
  «Millət-dövlət»      konsepsiyası  çərçivəsində 
(habelə  «millət»  konseptinin  şərhində)  iki  əsas  yanaşma  mövcud  idi:  birinci 
yanaşma  (fransız)  millət-dövlətə  fərdlərdən  ibarət  siyasi  camiə  (toplum)  kimi 
baxırdısa      ikinci  yanaşma  (alman)  millətə  üzvü  varlıq  kimi  münasibətdən  çıxış 
edirdi: ona əsasən fərdlər özü-özlüyündə mövcud ola bilməzlər: onlar özlərini daha 
dolğun  gerçəkləşdirməkdən  ötrü  bir  millətin  üzvü  olmalıdırlar.  Bu  yanaşmaya 
əsasən dövlətin üzvi sərhədi yalnız millət ola bilərdi.
77 
 
«Millət-dövlət»  haqqında  gətirilmiş  bu  xarakteristika  1918-ci  ildə 
meydana  çıxmış  Qafqaz  respublikalarına  da şamil oluna bilər. Siyasi planda bu 
respublikalar  imperiyanın  çöküşünün  məhsulları  idi.  Onlar  mövcudiyyətləri 
dövründə öz soydaşlarının məskun olduqları ərazilərlə yanaşı, tarixi, təsərrüfat və 
s. mülahizələrə istinadən, özgə etnik və sosiomədəni arealdan olan  torpaqları əhatə 
etməyə  çalışırdı  (sonuncu  qeyd  ilk  növbədə  Ermənistan  və  Gürcüstan 
respublikalarına  şamil  olunmalıdır).  Bu  respublikaların  ideoloji  əsası  sinkretik 
xarakter  daşıyırdı:  o,  millətçiliyin,  liberalizmin,  sosializmin,  mühafizəkarlığın   
elementlərini   özündə   birləşdirirdi,   fəqət millətçi ideyalar bu zaman dominatlıq 
kəsb edirdi. 
Tarix  səhnəsinə  çıxmış  bu  gənc  respublikaların  qarşısında  duran  ən 
önəmli  həyati  vəzifələr  -  özlərinin  yaşama  qabiliyyətini      təsdiqləmək,      habelə,   
öncə      qeyd      etdiyimiz    kimi,  sərhəd  və  ərazilərini  müəyyən  etmək  idi.  Bu 
dövlətlərin ərazi identikliklərinin təsbitinə yönəlmiş səyləri çoxsaylı ixtilaf və hətta 
qanlı münaqişələrlə  müşayiət  olunurdu.  Ümumiyyətlə, ərazi  çəkişmələri müstəqil  
varolmalarının  bütün  dövründə Cənubi Qafqaz respublikalarının siyasi həyatının 
ayrılmaz  atributuna  çevrilmişdi,  çünki  millətçilik,  məşhur  ingilis  antropoloqu 
B.Andersenin  fikrincə,  «milləti  birləşdirmək  üçün  daxilə, millət  və  onun  ərazisini 
qonşu xalqlardan ayırmaq üçün isə xaricə hədəflənir».
78
 
 


39 
 
Bəhs olunan dövrdə Gürcüstanın və ola bilsin ki, bütün Cənubi Qafqazın 
siyasi həyatında ən mühüm hadisələrdən biri gürcü sosial-demokratiyanın, bir çox 
hallarda millətçi diskursun (nitq praktikasının) və davranışın daşıyıcısı olan siyasi 
qüvvəyə transformasiyası idi ki, bu barədə yeri gəldikcə daha ətraflı bəhs edəcəyik. 
Azərbaycan  və  Gürcüstan  respublikaları  arasında  öz  təcili  həllini  tələb 
edən  bir  sıra  etnoərazi  ixtilafları,  bu  dövlətlər  siyasət  meydanına  çıxar-çıxmaz, 
yaranmışdı.  Gürcü  ictimai-siyasi  xadimi,  professor  Z.Avalovun  xatirələrinə  görə, 
hələ  mayın  21-də,  Batumda  olarkən  Azərbaycan  və  gürcü  nümayəndə  heyətləri 
arasında  sərhədlərin  müəyyənləşdirilməsinə  dair  məsləhətləşmələr  aparılmışdı. 
Jordaniyanın  rəhbərlik  etdiyi  gürcü  tərəfi,  öz  etiraflarına  görə,  son  məqamda, 
əlacsız  qalarsa,  Zaqatala  dairəsindən  imtina  edə  biləcəyini  dilə  gətirmişdi, 
Azərbaycan  xeyrinə  digər  ərazi  güzəştləri  isə  istisna  edilirdi.
79
  Tərəflərin 
kompromiss əldə edə bilməməsi üzündən həmin görüş nəticəsiz qalmışdı. 
Görüşdən  bir neçə gün  sonra  Cənubi  Qafqaz  dövləti  dağıldı  və  dərhal  da 
Azərbaycanla Gürcüstan arasında Borçalı, Qarayazı, Sığnaq, Zaqatala bölgələrinin, 
yaxud  həmin  ərazilərin  bu  və  ya  digər  hissələrinin  mənsubluğu  ilə  bağlı  kəskin 
mübahisələr  ortaya  çıxdı.  1918-ci  ilin  yayında,  hətta  iki  dövlət  arasında  silahlı 
toqquşma  ehtimalı  yaranmışdı.  İyunun  14-də  Azərbaycanın  xarici  işlər  naziri 
M.H.Hacınskinin  öz  gürcü  həmkarına  göndərdiyi  notada  Borçalı  qəzasının  bü-
tövlükdə  gürcü  qoşunları  tərəfindən  tutulmasına  qəti  etiraz  bildirilirdi.
80
  Söhbət 
Borçalının  azərbaycanlılar  yaşayan  hissəsindən  gedirdi.  Oranın  əhalisi 
Azərbaycana  birləşmək  arzusunda  idi  və  Azərbaycan  hökuməti  bu  istəyə  etinasız 
qalmamağa çalışırdı. 
Gürcüstan  xarici  işlər  naziri  N.Ramişvilinin  iyunun  17-də  göndərdiyi  cavab 
məktubu  sərt  tonda  tərtib  olunmuşdu:  «...Borçalı  qəzası  hər  zaman  Gürcüstan 
tərkibində bulunmuş və mübahisə, şübhə predmeti də olmamışdı, hərçənd bu qəza 
heç  əvvəllər  də  yekcins  etnik  vahid  təşkil  etmirdi.  Həmçinin  (Gürcüstanın  şərq 
sərhədi də mübahisə oluna bilməz...»
81
 
Artıq  bəhs  olunan  bu  ilk  diplomatik  yazışmalarda  ərazi  mübahisələrinin 
həllinə  dair  Azərbaycan  və  gürcü  yanaşmalarında  fərq  ortaya  çıxırdı:  əgər 
Azərbaycan  tərəfi  münaqişələrin  həllinin  prinsipial  əsası  kimi  etno-demoqrafik, 
yəni  gürcü menşeviklərinin hələ  1917-ci  ildə  irəli  sürdükləri  «real  məskunlaşma» 
prinsipini  dəstəkləyirdisə,  gürcü  tərəfi  «tarixilik»  adlanan  prinsipi  əldə  rəhbər 
tuturdu.  Faktiki  olaraq  bununla  menşeviklər  -  Gürcüstan  siyasi  sisteminin  və 
dövləti mexanizminin dayaq  elementi,  milli-demokratların bir qədər  əvvəl  söhbət 
açdığımız  ərazi  ideologiyasını  və  onun  «açar»  anlayışını  («Gürcüstanın  tarixi 
məkanı») əxz etdiklərini nümayiş etdirmiş olurdular. 
Azərbaycan  və  Gürcüstan  respublikalarının  1918-ci  ilin  ikinci  yarısında 
qarşılıqlı  münasibətləri  regionda  alman-türk  hegemonluğunun  bərqərar  olması 
şəraitində cərəyan edirdi ki, bu barədə xüsusi paraqrafda bəhs edəcəyik. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə