ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

40 
 
5. Zaqatala mahalı milli Ģurasının 26 iyun 1918-ci il 
tarixli Azərbaycana birləĢmək haqqında qərarı və onun 
siyasi və sosiomədəni aspektiəri 
 
Azərbaycan və Gürcüstanın istiqlalı elan olunduğu zaman Zaqatala dairəsi 
faktiki olaraq avtonom surətdə fəaliyyət göstərməkdə idi. Cənubi Qafqaz seyminin 
1918-ci  ilin  18  aprel  tarixli  iclasında  çıxış  edən  A.Qardaşov  bildirmişdi  ki, 
Zaqatala  əhalisi  fevralın  5-də  keçirilmiş  fövqəladə  toplantısında  Transqafqaz 
hökuməti ilə əlaqə saxlamaq haqqında qərar qəbul etsə də, hökumət bu müraciətə 
lazımi əhəmiyyət verməmişdir. Bu səbəbdən mahal özbaşına qalmışdı.
82
 
1918-ci  ildə  Azərbaycan  və  Gürcüstanın  dövləti  təşəkkülü  gedişində 
Zaqatala  dairəsinin  siyasi  mənsubluğu  problemi  ikitərəfli  münasibətlərdə  yaşanan 
gərgin məsələlərdən  biri idi.  Yeri  gəlmişkən,  bu  bölgəyə həm  Gürcüstan («tarixi» 
konsepsiyaya  istinad  edərək),  həm  də  Azərbaycanla  Dağlı  respublikaları  iddia 
edirdi; sonuncu iki dövlət qurumu etno-konfessional amili qabardırdı. 
Belə  bir  şəraitdə,  əlbəttə  ki,  yerli  əhalinin  siyasi  qərarı  olduqca 
əhəmiyyətli idi. Zaqatala dairəsinin Müsəlman Milli Şurasının 1918-ci ilin iyunun 
26-da  baş  tutmuş  iclası  tarixə  olduqca  əlamətdar  hadisə  kimi  düşdü:  bölgə 
əhalisinin  etnosiyasi  identikliyi  haqqında  məsələ  öz  həllini  məhz  həmin  iclasda 
tapdı - mahalın siyasi, sosial və intellektual fəallarının mövqeyini  ifadə edən şura 
Azərbaycana birləşmək haqqında qərar qəbul etdi. 
Həmin iclasın həcmcə qısa, fəqət mənaca zəngin protokolu
83
 qalmışdır: bu 
sənəddə  iclas  iştirakçılarının  -  bölgənin  özünəməxsus  elitasının  siyasi  seçiminin 
əsasında duran motivlər artikulyasiya olunurdu. 
Mətndə həmin  motivlərin  ifadə  olunduğu  müddəaların  belə  sıralanmasını 
təklif edirik: 
1)  «Son  yüz  ilin nə  tarixi  bilgilərinə, nə  də real məskunlaşma  əlamətinə 
görə  dairə  sözügedən  «siyasi  qruplaşmaların»  (söhbət  Azərbaycan,  Gürcüstan  və 
Dağlı  respublikalarından  gedir  -  Ş.R.)  heç  birinə  daxil  olmamış,  fəqət  indi  bu 
cümhuriyyətlərdən birinə qatılmaq zərurəti qarşısındadır». 
2)  «Gürcüstan  mahala  tarixi,  Dağıstan  və  Azərbaycan  isə  milli  və  dini 
nöqteyi-  nəzərdən  iddia  edir,  hərçənd  son  iki  yüz  ildə  Zaqatala  Gürcüstan 
tərkibində olmayaraq, Rusiya istilasınadək özünü idarə edən vahid idi». 
3) «Böyük əksəriyyəti müsəlmanlardan ibarət dairə əhalisinin Gürcüstana 
münasibətdə  heç  bir  meyli  yoxdur,  əksinə,  sonuncunun  bölgəni  özünə 
birləşdirməyə yönəlmiş istənilən cəhdi əhali tərəfindən hiddətlə qarşılanır». 
4) «Dairə Dağıstandan keçilməz dağ silsiləsi ilə ayrı düşmüşdür».       .
 
5)  «Mədəni,  iqtisadi,  məişət,  dini,  dil  və  məşğuliyyət  şərtlərinə  görə 
Zaqatala mahalı və Azərbaycan cümhuriyyəti yekcins ünsürlərdir». 
6)  «Azərbaycana  birləşmək  Zaqatala  dairəsinin  məqsəd  və  maraqlarına 
daha dolğun cavab verir». 


41 
 
Gətirilən  müddəalar  Zaqatala  Milli  Şurasının  siyasi  identikliyinin 
məğzində duran açıq (ifadə olunmuş) motivlərlə yanaşı, özünü qeyri-aşkar surətdə 
büruzə verən sövqedici amilləri də ehtiva edir. Görkəmli tarixçi-metodoloq İ.D.Ko-
valçenko informasiyanın açıq və gizli planını belə fərqləndirirdi: «Semantik planda 
informasiyada, bir tərəfdən subyektin şüurlu surətdə əldə etdiyi, ona aydın olan və 
onun istifadə edə bildiyi informasiya, digər tərəfdən isə qeyri-ixtiyari çıxarılan və 
fiksasiya edilən, ona görə də subyekt üçün qeyri-aşkar, bilavasitə ifadə olunmayan 
informasiya  arasında  nisbət  haqqında  məsələ  fövqəladə  əhəmiyyətlidir. 
İnformasiyanın  göstərilən  iki  növünü  ifadə  olunmuş,  qavranılmış  informasiya  və 
gizli informasiya... adlandırmaq qəbul olunmuşdur».
84
 
Yuxarıda  gətirilən  nəzəri-metodoloji  göstərişdən  çıxış  tezisi  kimi 
yararlanaraq,  bir  sıra  qənaətlərə  gəlmək  olar.  Qeyd  etdiyimiz  kimi,  sözügedən 
qərar  etnosiyasi  identikliyin  təsbiti aktı  idi.  İstənilən  ərazi özünüidentikləşdirməsi 
isə  hər  zaman  iyerarxik  səciyyə  daşıyır,  belə  ki,  milli  (siyasi,  dövlət)  identikliklə 
yanaşı, lokal (yerli) identikləşmə də mövcuddur ki, o, tarixi planda birincidən əvvəl 
gəlir.
85
  Mətnin  bütün dili  qeyri-aşkar  surətdə  («gizli  informasiya»  şəklində)  bölgə 
elitasının  ərazi-siyasi  identikliyi  iyerarxiyasında  lokal  səviyyənin  əhəmiyyətini 
vurğulayır.  Bu,  həm  yeni  Qafqaz  respublikalarının  «siyasi  qruplaşma»  deyə 
işarələməklə  onların  dayanıqlı  siyasi  varlıq  kimi  perspektivinə  müəyyən 
inamsızlıqda, həm də mahalın «Rusiya istilasınadək özünüidarə edən vahid» kimi 
qələmə verilməsi ilə müəyyən tarixi-siyasi əlahiddəliyə iddiada təzahür edir. 
Lakin  paralel  olaraq,  mətn  daha  yüksək  ranqdan  olan
 
identikliyin  -  milli 
(dövləti)  identikliyin  artıq  kifayət  qədər
 
formalaşmasından  (amma  tam  başa 
çatmamasından)  da  xəbər  verirdi:  bu,  məhz  Azərbaycana  birləşmək  motivlərində 
ifadə olunurdu. 
Qərarın  sövqedici  səbəblərinə  gəldikdə  isə  onları  siyasi  və  sosiomədəni 
qisimlərə ayırmaq mümkündür. Ən  əvvəl qeyd edərdik ki, Azərbaycana birləşmək 
haqqında  qərar  etnopolitologiyada  milli  identikliyin  və  etnikliyin  təbiətinin 
təfsirində  istifadə  olunan  instrumentalist  və  konstruktivist  paradiqmalar  (nəzəri 
yanaşmalar) çərçivəsində izah edilə bilər.
86
 
 M.Veberin  ideyalarına  istinadən,  instrumentalistlər iddia  edirlər ki,  etnik 
qrupun fiziki və mədəni xarakteristikaları resurs (alət) təşkil edir; onun köməyi ilə 
insanlar  qrupu  öz  maraqlarını  irəli  sürə  və  reallaşdıra  bilərlər.  İnstrumentalistlər 
etnikliyi  varlığın  təbii  «verilmiş  mövcudluğu»  kimi  deyil,  siyasi  artefakt,  alət  və 
«rasional  seçim»  məsələsi  kimi  yozurlar.  Bu  yanaşma  zaqatalalıların  seçimini 
qismən  izah  etməyə  imkan  verir:  həqiqətən  də,  6-cı  müddəadan  da  göründüyü 
kimi,  bölgə  fəalları  məsələyə  instrumentalistcəsinə  yanaşaraq, məhz  Azərbaycana 
birləşməyi  mahalın  məqsəd  və  maraqlarına  daha  dolğun  cavab  verəcəyini  güman 
edirdilər. 
Fəqət  bəhs  olunan  fenomeni  «siyasi  artefakt»  kimi  səciyyələndirən 
instrumentalistlərin nəzəriyyələrinin  zəif  yeri  -etnikliyin  və etnosiyasi  identikliyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə