ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

46 
 
danışıqların  fəal  iştirakçısi  Z.Avalov  bununla  əlaqədar  yazırdı:  «(Gürcülər) 
almanlarda  Avropa  mədəniyyətinin,  Avropa  biliklərinin  və  bacarığının  yaxşı 
təmilçilərini  görürdülər...  Batumda  Almaniya  Türkiyə  üçün  buruntaq  demək  idi, 
elə vacibi də bu idi».
106
 Analoji fikrə biz Jordaniyanın nitqində də rast gəlirik.
107
 
Gətirilən  fraqment  onunla  əlamətdardır  ki,  o,  1918-  1920-ci  illərdə 
mövcud  Gürcüstan  siyasi  sisteminin,  demək  olar  bütün  qüvvələri  üçün  səciyyəvi 
olan  siyasi  və  sosiomədəni  səpkili  dünyagörüşü  yönəlişliyindən  (ustanovkadan): 
«avropamərkəzçilikdən»  xəbər  verirdi.  Özü  də  bu  yönəlişliyin  ən  qızğın 
tərəfdarları  gürcü  menşevikləri  idi.  Onların  lideri  N.Jordaniya  hələ  1917-ci  ilin 
noyabrında gürcü milli qurultayında, vaxtı ilə Gürcüstanın Rusiyaya birləşdirilməsi 
zəruriliyindən bəhs edərkən, deyirdi: «O zaman Gürcüstan dilemma  qarşısında idi: 
Şərq, yaxud Qərb. Və bizim əcdadlarımız Şərqdən kənara çəkilməyi və Qərbə doğru 
üz  tutmağı  qərara  aldılar.  Lakin  Qərbə  yol  Rusiyadan  keçirdi  və  deməli,  Qərbə 
tərəf getmək Rusiya ilə birləşmək demək idi...»
108
 
Almaniyanın  Gürcüstan  üzərində  protektoratlığı,  belə  bir  vəziyyət  üçün 
səciyyəvi  olan  ağır,  faktiki  əsarət  şərtləri  ilə  müşayiət  olunurdu,
109
  amma  paralel 
olaraq,  gürcü  dövləti  institutlaşma  dövrünü  kataklizmlərsiz  yaşamaq  imkanı  əldə 
etmişdi. 
Yuxarıda  qeyd  etdiyimiz  İstanbul  konfransına  hazırlıq  mərhələsi  çox 
uzandı  və  ən  sonda  bu  forum,  ümumiyyətlə,  baş  tutmadı.  Bu  arada  isə  təşəkkül 
tapma  dövrünü  yaşayan  Azərbaycan  və  Gürcüstan  respublikaları  öz 
himayəçilərinin  yardımı  ilə  siyasi-coğrafi  məkanlarının  təsbitinə  can  atırdılar. 
Fəqət  bu  can  atımlar  bir  çox  məqamlarda  hegemon  dövlətlərin  -  Almaniya  və 
Türkiyənin Qafqazda 1918-ci ilin yayında özünü açıq şəkildə büruzə verən rəqabəti 
şəraitində müəyyən edilir və istiqamətləndirilirdi. 
Hələ  1918-ci  ilin  aprelin  27-də  Cənubi  Qafqazın  nüfuz  dairəsinə 
bölünməsinə  dair imzalanmış  alman-türk  sazişinə  əsasən, Türkiyəyə  yalnız  Qars-
Aleksandropol-Qarakilsə  dəmir  yolu  boyunca  ərazilər  verilirdi.  Gürcüstan  və 
Azərbaycanın isə Almaniyanın nüfuz dairəsinə keçməsi nəzərdə tutulurdu.
110
 Lakin 
tezliklə iki mühüm amil bu sazişi faktiki olaraq etibarsız etdi. Birincisi və ən əsası, 
bölgədə  yeni  hərbi-strateji  reallıqların  meydana  gəlməsi  Osmanlı  imperiyasının 
hakim  dairələrinə  -  gənc  türklərə  çoxdan  bəri  bəslədikləri  panturanist  planları 
həyata  keçirməyə  (1917-ci  ilin  noyabrında  dərc  etdiyi  bəyanatla  «İttihad  və 
Tərəqqi»  partiyası  Osmanlı  imperiyasının  yeni  şimal  sərhədlərinin  Şimali  Qafqaz 
dağlarından  keçməsinə  çağırırdı
111
)  və  Almaniyanın  məqsədləri  ilə  çox  vaxt 
uzlaşmayan öz geosiyasi maraqlarını gerçəkləşdirməyə əlverişli şərait yaratmışdı. 
Digər  amil  Azərbaycan  cümhuriyyətinin  təşəkkülü  faktı  ilə  sıx  surətdə 
bağlı  idi:  Azərbaycan  siyasi  yuxarıları  dövlətin  siyasi  və  ərazi  cəhətdən 
təmərküzləşməsində təbii ki, özlərinə etnokonfessional planda yaxın olan qüvvəyə 
dərin  ümidlər  bəsləyirdilər,  fəqət  bu  zaman  Azərbaycanın  siyasi  özünüifadə  və 
identikliyinin Osmanlı imperiyasının siyasi və sosiomədəni məkanında reallaşması  


47 
 
 


48 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


49 
 
ehtimalını  da  istisna  etmirdilər.  Bu  isə  Osmanlı  ordusunun  Azərbaycan  ərazisinə 
yuxarıda  qeyd  olunan  sazişə  rəğmən  qoşun  yeritməsinə  hüquqi  və  mənəvi  haqq 
qazandırmış olurdu. 
Türkiyənin  Cənubi  Qafqazda  müstəqil  hərbi-siyasi  kurs  götürməsi 
Almaniyanın  hakim  dairələrinin  kəskin  narazılığına  səbəb  olmuşdu:  almanların 
fikrincə,  türklərin  Qafqaz  istiqamətində  hücumu  onları  strateji  hədəflərdən 
yayındırırdı.  1918-ci  ilin  iyununda  Borçalıda  alman  və  türk  əsgərləri  arasında 
müəyyən toqquşmalar da baş vermişdi.
112
 
Bu arada alman qoşunları Borçalı və Qarayazını, habelə Poylu və Ağstafa 
stansiyalarını  tutmuşdular.  Bu  ərazilərdə  alman  hərbi  faktorundan  yararlanaraq, 
gürcü  hökuməti  öz  inzibati  idarəçiliyini  təşkil  etmişdi.
113
  Faktiki  olaraq,  alman 
hərbi  qüdrətinin  çatısı  altında  Gürcüstan hakimiyyəti  bir  sıra  ixtilaflı  bölgələri  öz 
nəzarəti altına götürürdü. Qeyd edək ki 1918-ci ilin noyabrında alman qoşunlarının 
Gürcüstanı tərk etməsindən sonra da bir sıra ərazilər, o cümlədən Borçalı qəzasının 
azərbaycanlı və erməni əhalisi yaşayan hissələri gürcü idarəçiliyi altında qaldı. Bu 
cür  vəziyyət,  hətta  1918-ci  ilin  dekabrında  qısamüddətli  gürcü-erməni 
müharibəsinə gətirib çıxarmışdı. 
Belə  bir  fakt  xüsusi  olaraq  qeyd  edilməlidir  ki,  1918-ci  ildə  Azərbaycan 
de-fakto Gürcüstanla qərb sərhədlərinin bərqərar olması prosesində, demək olar ki, 
əməli iştirak etməmişdi.
1 1 4
  Məhz  ona  görə  də  gürcü hökuməti  gürcü  etnik  ünsü-
rünə  faktiki  olaraq  rast  gəlinməyən  Qarayazı,  habelə  Çatma,  Ceyrançöl  və  Eldar 
düzlərini nəzarəti altına götürməyə ınüvəffəq olmuşdu. 
Azərbaycan  öz  siyasi-ərazi  identikliyinin  təsbitində  analoji  surətdə 
Türkiyənin  hərbi-siyasi  resurlarına  bel  bağlayırdı:  öncə  qeyd  etdiyimiz  kimi, 
Zaqatala  mahalına  türk  qoşunlarının  yeridilməsi
115
  həmin  ərazinin  Azərbaycan 
tərkibində qalmasında xeyli əhəmiyyəti oldu. 
Yeri 
gəlmişkən, 
Zaqatala  üzərində  Azərbaycan  hakimiyyətinin 
legitimasiyası,  yəni  yerli  əhali  tərəfindən  tanınması  prosesi,  demək  olar  ki,  ciddi 
çətinliklərlə  üzləşmirdi.  Yalnız  ilk  vaxtlar,  Azərbaycan  hökumətinin  təyin  etdiyi 
qubernator  Haşımbəyovun  vəzifədən  kənarlaşdırdığı  bəzi  şəxslər  Dağıstana 
birləşmək  barədə  gizli  təşviqat  aparsalar  da,  onların  qarşısı  alınmışdı.
116
 
Zaqatalalıların  yeni  siyasi  reallıqları  qəbul  etməsinin  önəmli  göstəricisi    onların 
Qafqaz  İslam  Ordusu  tərkibində  Azərbaycan  uğrunda  döyüşlərdə  fəal  iştirak 
etmələri  idi.  Bu  barədə  B.N.Kiçikxanov  obrazlı  surətdə  yazırdı:  «Kəndlərimizdə 
olan  Türkiyə  zabitlərindən,    bilistifadə  hər  kənddə  20-dən  25  yaşına  qədər 
gənclərimiz  əsgəri  təminat  altına  alındı...  Bir  alay  təşkil  edilib,  Tiflisdən  xeyli 
ləvazimat  da   gətirildi.    Bir   yandan   əsgəri  təşkilatımız  tənzim,   digər tərəfdən 
bunların  iaşələri  ifa  və  tərtib  edilirdi.  Kəndlərdən  vaqonlar  ilə  ərzaq,  yüzlərlə 
ayaqlı mallar ianə  təriqilə hər  gün göndərilməkdə idi...  Bakıda hücumda  bulunan 
ordumuzun arxasını təmin,  daxili  anarxiyanı təskin  etmək  qəsdilə  bütün  cihazı ilə 
bir  bin  (1000)  nəfərdən  ibarət  süvari  əsgər  təşkil  edildi.  Bu  atlı  əsgərlərin  4 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə