ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

50 
 
milyondan  fazla  məsarifatı  bu  gün  məhcur  edilmiş  yazıq  kəndlilər  alın  tərilə 
qazandığı pullardan vermişdilər»."
7
 
Beləliklə,  1918-ci  ilin  payızına  doğru,  xarici-siyasi  aktorların  - 
Türkiyənin  və  Almaniyanın  fəal  iştirakı  və  təsiri  ilə  Azərbaycan  və  Gürcüstan 
respublikaları  arasında  de-fakto  sərhədlər  bərqərar  oldu:  keçmiş  Yelizavetpol 
(Gəncə) və Tiflis quberniyaları, habelə Zaqatala dairəsi ilə Sığnaq qəzası arasında 
sabiq  Rusiya  hökuməti  tərəfindən  təsbit  edilmiş  inzibati  sərhədlər  felən  dövlət 
sərhədləri  statusu  kəsb  etdi.  Zaqatala  Azərbaycan,  Borçalı  və  Qarayazı  isə 
Gürcüstan tərkibində  qaldı.  Ümumiyyətlə,  bu  iki respublika arasında  1920-ci  ilin 
aprelinədək  de-fakto  təşəkkül  tapmış  təqribi  sərhədlər  Azərbaycan  diplomatik 
sənədlərində aşağıdakı qaydada göstərilirdi: «Zaqatala dairəsinin Sığnaq qəzası ilə 
keçmiş sərhədindən Alazan çayınadək və sonra bu çay üzrə Zilçə dağınadək, daha 
sonra düz xətlə Eldar düzünü keçməklə cənuba İori çayına doğru, Kəsəmən kəndi 
yaxınlarında  Gəncə  və  Tiflis  quberniyalarının  keçmiş  sərhədi  üzrə  Poylu 
stansiyasınadək,  Kür  çayı  ilə  yuxarıya  yönələrək,  Xram  çayı  üzərindəki  Qırmızı 
körpüyə qədər və oradan Qazax və Borçalı qəzaları arasında köhnə inzibati sərhəd 
üzrə cənuba doğru».
118 
Həm Azərbaycan, həm də gürcü tərəfi de-fakto bərqərar olmuş sərhədlərin 
şərti və müvəqqəti olduğunu dəfələrlə bəyan etmişdi. 
 
 
7. Cənubi Qafqazda «Dördlər Ġttifaqı» 
ilə Antantanın mübarizəsi 
 
1918-1920-ci  illərdə  Cənubi  Qafqazda  cərəyan  edən  siyasi  və  sosial 
proseslərin  tədqiqat  məntiqi  onlara  hadisələrin  xarici-siyasi  (beynəlxalq) 
kontekstini  nəzərə almaqla daha geniş rakursda baxılması zərurətini ortaya qoyur. 
Bu proseslərin gedişi bir çox hallarda 1918-ci ildə öz sonuncu mərhələsinə qədəm 
basmış  dünya  müharibəsi  və  Rusiyada  yenicə alovlanmaqda  olan  vətəndaş  savaşı 
ilə şərtlənirdi. 
1918-ci  ildə  Cənubi  Qafqazda  əsas  fövqəlregional  oyunçular  Almaniya, 
Türkiyə  («Dördlər  İttifaqı»),  İngiltərə  (Antanta)  və  bolşevik  Rusiyası  idi.  Həmin 
ilin  sonlarında  region  və  onun  ətrafında  mövcud  konfiqurasiya  əsaslı  dəyişikliyə 
uğrayır: «Dördlər ittifaqının» dünya müharibəsində məğlubiyyəti ilə Almaniya və 
Türkiyə orduları Qafqazdan getmək məcburiyyətində qalırlar; regionda təqribən il 
yarım  davam  etmiş  Antanta  (ilk  növbədə  isə  İngiltərə)  hegemonluğu  dövrü 
başlayır.  Bununla  yanaşı,  Cənııbi  Qafqaz,  Rusiya  məkanında  cərəyan  edən  daxili 
savaşda  qarşıduran  düşərgələrin  hər  ikisinin  maraq  fokusunda  idi.  Regionda 
qurulmaqda  olan  dövlətlərin  ərazi  və  sərhədlərinin  təsbiti  məsələsi  də  bir  çox 
məqamlarda  qeyd  olunan  güc  mərkəzlərinin  məqsəd  və  maraqlarına  müvafiq  və 
eyni  zamanda  onların  qarşılıqlı  təsir  müstəvisində  öz həllini tapırdı.  Ona  görə  də 


51 
 
xarici-siyasi  (beynəlxalq)  konteksti  nəzərə  almadan  Cənubi  Qafqaz  respubli-
kalarının  qarşılıqlı  münasibətlərinin  adekvat  mənzərəsini  yaratmaq,  deməli, 
mövcud  etnosiyasi  ixtilafları,  o  cümlədən  Zaqatala  problemini  dolğun  anlamaq 
mümkün deyildir. 
Almaniyanın  1918-ci  ildə  Rusiya  məkanında  davranış  tərzini  Dünya 
müharibəsinin  məntiqi,  habelə  köhnə  geosiyasi  maraqlar  diktə  edirdi.  Brest  sülh 
müqaviləsinin  şərtlərinə  görə  Almaniya  bu  məkanda  leqal  hərəkət  etmək  imkanı 
əldə etmişdi. Almaniyanın orada əsas rəqibi bilavasitə Antantadan daha çox, onun 
patronajı  altında  1917-ci  ilin  sonu  1918-ci  ilin  əvvəllərində  Kuban  və  Don 
hövzəsində  formalaşmış  «General  Alekseyev-Denikin  duumviratının»  rəhbərlik 
etdiyi  «Könüllü  Ordu»  idi
119
  Faktiki  olaraq  Almaniya,  yuxarıda  qeyd  olunan 
mülahizələrdən  çıxış  edərək,  antibolşevik  Rusiyasının  Cənubi  Qafqaza 
münasibətdə fəal hərəkət etməsini əngəlləyirdi. Məsələn,1918-ci ilin yayında gürcü 
hərbi  hissələri  tərəfindən  Soçi  dairəsinin  tutulması  «Könüllü  Ordu»  düşərgəsində 
hiddətlə  qarşılanmışdı.    Lakin  alman  amilinin  mövcudluğu  «ağ»lara  çəkindirici 
təsir  göstərirdi.  Oktyabrın  əvvəllərində  alman  missiyası  müşavirinin  Tiflis 
qəzetlərindən  birində  getmiş  aşağıdakı  məzmunlu  məlumatı  da  deyilənləri 
təsdiqləyirdi:  «Rus  Könüllü  Ordusunun  təhdidləri  Gürcüstan  üçün  təhlükəli 
deyildir,  çünki  general  Alekseyevin  qoşunlarının  Gürcüstana  hücum  edəcəyi 
təqdirdə  alman  qoşunları  Gürcüstana    münasibətdə    öz    üzərinə    götürdüyü  
təəhhüdlər  səbəbilə  gürcü  respublikasının  sərhədlərinin  müdafiəsinə  qalxacaq, 
Ukrayna qoşunları isə general Alekseyevə arxadan zərbə endirəcəkdir».
120
 
Digər  tərəfdən  isə  yeni  sovet  qurumunu  məhv  etmək  məqsədi  güdən 
Antanta  blokundan  fərqli  olaraq,  Almaniya  bolşevik  hökuməti  ilə  yetərincə  sıx 
siyasi-diplomatik  münasibətlər  yaratmışdı.  Alman-sovet  əməkdaşlığı  Almaniyaya 
Şərq cəbhəsini ləğv etmək, Rusiya və xüsusən də ondan ayrılmış vilayətlərin maddi 
ehtiyatlarından  yararlanmaq  imkanı  verirdi.  Sovet  Rusiyası  isə  öz  növbəsində 
müharibədən  çıxmaqla  hərbi-siyasi  konsolidasiyası  üçün  olduqca  zəruri  tənəffüs 
əldə  etmiş  olurdu.    Sözügedən  əməkdaşlığın    ən    bariz  nümunəsi  1918-ci  ilin 
avqustun 27-də imzalanmış sovet-alman əlavə sazişi idi. Həmin saziş Gürcüstanın 
İkinci Reyxin nüfuz dairəsinə keçməsini faktiki olaraq təsdiqləyirdi; Almaniya isə 
öz növbəsində, hasil olunacaq Bakı neftinin 1/4  -nin güzəşt edilməsi müqabilində 
Azərbaycanın şərqinin sovet Rusiyasında qalmasına razılıq verirdi.
121
 
Bəlli  olduğu  kimi,  bu  saziş  bir  sıra  amillər,  o  cümlədən  hərbi-siyasi 
konyunkturanın sürətlə dəyişməsi üzündən həyata keçmədi.
122
 
1918-ci  ilin  son  aylarında  Cənubi  Qafqazda  beynəlxalq  vəziyyət  köklü 
surətdə  dəyişdi:  cahan  savaşında  məğlubiyyət  Tüfkiyə    və    Almaniyanı    regionu  
tərk    etmək    məcburiyyəti  qarşısında  qoydu.  Diyarın  mühüm  məntəqələri  -  Bakı, 
Tiflis, Batumi ingilis qoşunları tərəfindən işğal edildi. 
Alman-türk  blokunun  Qafqazdan  çəkilməsi  və  müvafıq  surətdə  ingilis 
qoşunlarının gəlişi regionda Brest-Litovsk sonrası təşəkkül tapmış hərbi-siyasi və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə