ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

54 
 
silahlı konfrontasiya həddinə gətirdiyini ətraflı şərh edərkən, ixtilaflı problemlərin 
iki dövlət arasında münasibətlərə destruktiv təsirinə biz bir daha qayıdacağıq. 
Azərbaycan  və  Gürcüstan  dövlətlərarası  münasibətlərinə  mənfi  təsir 
göstərən digər mühüm amil 1918-ci ildə iki ölkə arasında de-fakto bərqərar olmuş 
sərhədlərin  qarşılıqlı  surətdə tanınmaması idi.  Biz  bunun  qabarıq  təzahürünü  istər 
gürcü,  istərsə  də  Azərbaycan  nümayəndə  heyətlərinin  Paris  sülh  konfransına 
təqdim  etdikləri  memorandumlarda  da  görürük.  Bu  memorandumlar  gənc 
respublikaların  meydana  çıxma  zərurətini  və  həyati  qabiliyyətini  əsaslandırmağa 
çağırılmış  tarixi-etnoqrafik,  iqtisadi  və  siyasi  aspektləri  ehtiva  edən  sənəd  olub, 
həmin  respublikaların  dövrün  fəvqəldövlətləri  tərəfindən  tanınmasına  yardım 
etməli idi. 
Azərbaycan  memorandumunun  respublikanın  ərazisinə  dair  bölməsində 
Borçalı,  Tiflis  və  Sığnaq  qəzalarının  türk-müsəlman  əhalisi  yaşayan  hissələrinə 
Azərbaycanın  hüquqları  əsaslandırılırdı.  Həmçinin  Batum  və  Qars  əyalətlərinin, 
Axalsıq  qəzasının  etnokonfessional  baxımdan  Azərbaycana  bağlılığı  qeyd 
olunurdu.
131
 
Sülh konfransına analoji memorandumu gürcü nümayəndə heyətinin sədri 
N.S.Çxeidze  və  üzvü  İ.Q.Sereteli  də  təqdim  etmişdi.
132
  Memorandumda  qeyd 
edilirdi ki, gürcü dövlətinin hüdudları Gürcüstanın etnoqrafik sərhədləri ilə üst-üstə 
düşür.  Halbuki  bu  sənəddə  Gürcüstan  tərkibinə  daxil  olan  ərazilər  sırasında 
Zaqatala  mahalının,  habelə  Türkiyənin  Ərdahan,  Oltu  və  Rizə  əyalətlərinin 
göstərilməsi  belə  bir  iddianın həqiqətə  uyğun  gəlmədiyini nümayiş  etdirirdi.  Me-
morandumda  ümumi  sahəsi  təqribən  93  min  km
2
  və  əhalisi  34  mln.  (onlardan 
yalnız 1,7 mln. nəfərini gürcülərə təşkil edirdi) güman edilən Gürcüstan dövlətinin 
ərazisi  faktiki  olaraq  gürcü  milli-demokratlarının  hələ  1917-ci  ildə  formulə 
etdikləri  ərazi  proqramına  tam  uyğun  şəkildə  müəyyənləşdirilmişdi.  Yeri 
gəlmişkən,  memorandumda  gürcü  dövləti  üçün  nəzərdə  tutulan  məkan,  müəyyən 
düzəlişlərlə  (Türkiyə  əyalətlərindən  imtina  ilə)  1921-ci  ilin  fevralın  21-də 
Gürcüstan  Müəssislər  Məclisinin  təsdiq  etdiyi  Konstitusiyada  da  öz  təsbitini 
tapmışdı:  ona  əsasən  Zaqatala  mahalı  muxtar  inzibati  vahid  kimi  Gürcüstan 
Respublikasının ayrılmaz hissəsi elan olunmuşdu.
133
 
Gətirilən  faktlarla  əlaqədar  üzə  çıxan  maraqlı  məqam  -gürcü  sosial-
demokratiyasının  (N.S.Çxeidze  və  İ.Q.Sereteli  gürcü  menşevizminin  və 
ümumiyyətlə,  rus  menşevizminin  görkəmli  xadimləri  olmuşlar),  artıq  qeyd 
etdiyimiz  kimi,  gürcü  milli-demokratlarının millətçi  yönümlü  ərazi  proqramlarını 
əxz  etmələri  idi.  Gürcü  menşeviklərinin  belə  ideya-siyasi  təkamülü  -  müəyyən 
mənada  millətçi  liderlərə  çevrilməsi  faktı  onlara  müasir  müəlliflər  tərəfindən  də 
qeydə  alınmışdı.  Menşeviklərin  opponenti,  kommunist  F.Maxaradze,  düzdür,  bir 
qədər  rəngləri  tündləşdirərək,  yazırdı:  «Menşeviklərin  bundan  sonra  (müstəqillik 
elanından  sonra  -  Ş.R.)  bütün  siyasəti  iki  sözlə  ifadə  olunurdu:  qamarlamaq  və 
buraxmamaq. Onlar, ən əvvəla, Gürcüstan ərazisini qonşu respublikaların hesabına 


55 
 
genişləndirməyə...,  ikincisi,  gürcü  xalqını  Gürcüstan  ərazisində  qədimdən 
məskunlaşmış bütün digər xalqlara münasibətdə böyük dövlətçi millət etməyə can 
atırlar. Gürcüstan gürcülər üçün - menşeviklər partiyasının əsas şüarı budur; və bu 
şüar menşeviklərin ətrafında həm klerikalları, həm... milli demokratları və həm də 
zadəganları  birləşdirmişdir».
134
  Əlbəttə,  ifadə  olunmuş  bu  mövqedə  siyasi 
qərəzlilik  vardır.  Fəqət,  gürcü  menşeviklərinin  qurduğu  dövlətdə  etnik  azlıqların 
hüquqlarının pozulmasına dair faktlar digər mənbələr tərəfindən də təsdiqini tapır. 
Məsələnin  təfərrüatına  varmadan,  sadəcə,  bir  şahidliyə  müraciət  edək.  O  dövrdə 
Gürcüstanı  gəzmiş  bir  ingilis  yazırdı:  «Azad  və  müstəqil  Gürcüstan  sosial 
demokratik dövləti mənim yaddaşımda hər zaman həm öz hüdudlarından kənarda 
əraziləri zəbt etməyə, həm də bürokratik tiraniyaya münasibətdə kiçik imperialist 
millətin klassik nümunəsi  kimi qalacaqdır.  Onun şovinizmi  hər cür həddi aşır.» 
l35
 
Gürcü millətçilərinin diskursuna xas ifadələr artıq menşevik xadimlərinin 
nitq  praktikasına  da  daxil  olmuşdu  Məsələn,  1920-ci  ilin  iyunun  25-də  gürcü 
Müəssislər Məclisində Ağstafa müqaviləsinin müzakirəsi zamanı gürcü menşevik-
lərinin liderlərindən A.Çxenkeli öz nitqində demişdi: «Bəlli olduğu kimi, Zaqatala 
mahalı  -  Saingilo  Gürcüstanın  həm  tarixi,  həm  də  iqtisadi  cəhəldən  ayrılmaz 
hissəsini  təşkil  etmiş  və  etməkdədir.  Bu  mahal  Gürcüstan  hüdudları  xaricində 
mövcud ola bilməz».
136
 
Gürcü  sosial-demokratlarının  gürcü  millətçilərinin  siyasi  davranış  və 
diskursunu belə mənimsəməsinin səbəbi, fikrimizcə, onların bəhs etdiyimiz dövrdə 
əvvəlki  daha  universalist  Rusiya  siyasi  sferasından  nisbətən  daha  partikulyarist 
gürcü  siyasi  meydanına  keçidləri  ilə  əlaqədar  idi;  müəyyən  hadisələrin 
kombinasiyası  nəticəsində  baş  vermiş  bu  keçid  müvafiq  davranış  və  nitq 
vərdişlərinin əxz olunmasını şərtləndirirdi. 
Qənaətimizcə  bu,  artıq  qeyd  etdiyimiz  kimi,  in gilis  alimi  Skinnerrin 
təqdim  etdiyi  konvensional  anlayışların,  yəni  auditoriyanın  qəbul  etməyə  hazır 
olduğu  legitim  söyləmələr  dairəsinin  işlənib  hazırlanması  və  (və  ya) 
mənimsənilməsində  təzahür  edirdi.  Konkret  olaraq  bizim  nümunəmizdə  bu,  aşa-
ğıdakılar demək idi: menşeviklər 1918-1921-ci illlərdə əhalinin siyasi cəhətdən fəal 
hissəsinin-ziyalıların və xırda burjuaziyasının böyük əksəriyyətinin millətçi əhvali-
ruhiyyəyə  tutulduğu  ölkəyə  rəhbərlik  edirdilər.  Əhalinin  həmin  seqmenti  on  illər 
boyu,  bir  az  öncə  söhbət  açdığımız  D.Bakradzeninin,  M.Canaşvilinin  və 
başqalarının  Gürcüstan  tarixinə  dair  yazdıqları  fundamental  əsərlər  və  dərsliklər 
əsasında tərbiyə almışdılar
137
: orada Gürcüstanın əzəmətli  tarixi  keçmişi,  itirilmiş 
vilayətləri,  o  cümlədən  «Saingilo»  -  Zaqatala haqqında təsəvvürlər təlqin  edilirdi. 
Gürcü  siyasi  səhnəsində  sözügedən  illərdə  şəriksiz  və  arasıkəsilmədən  iqtidarlıq 
edən  menşeviklər  (müstəqillik  dövründə  bütün  kabinetləri  onlar  təkbaşına  təşkil 
etmişdilər,    həmçinin    gürcü    Müəssislər    Məclisinin      130    üzvündən  109-u 
menşevik  partiyasının  üzvü  idi
138
)  əhali  (auditoriya)  ilə  ünsiyyət  saxlamaq  üçün 
məhz  qeyd  etdiyimiz  ovqat  və  təsəvvürləri  nəzərə  almaq  məcburiyyətində  idilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə