ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

56 
 
Onlar  öz  fəaliyyətlərini    legitimləşdirmək  üçün  bu  səbəbdən  müvafiq  anlayışları 
nitq  dövriyyələrinə  cəlb  etməli  olurdular.  Bu  anlayışlar  sırasında  gürcü  xarici-
siyasi dairələrində irəli sürülən və dəstəklənən «tarixi-strateji sərhədlər» prinsipi də 
yer almışdı. 
1918-1920-ci  illərdə  gənc  respublikalar  arasında  müxtəlif  siyasi  və 
iqtisadi  problemləri,  o  cümlədən  ərazi  mübahisələrini  yoluna  qoymaq  üçün  bir 
neçə dəfə Cənubi Qafqaz konfransları təşkil  olunmuşdu. Bu  forumlarda  tərəflərin  
təklif etdikləri prinsiplər arasında köklü fərqlər ortaya çıxmışdı.  Məsələn, 1919-cu 
ilin aprelin 25-də Tiflisdə işinə başlayan konfrans mühüm dövlətlərarası məsələləri 
həll  etmək  üçün  müxtəlif  komissiyalar  təşkil  etmişdi.
139
  Onlardan  birinin  -  ərazi 
komissiyasının  mayın  14,  17  və  19-da  olmuş  iclaslarında  ərazi  ixtilaflarının 
nizamlanmasına  dair  ümumi  prinsiplərin  işlənib  hazırlanmasına  cəhd  edildi.
140
 
Müzakirələr  gedişində  tərəflər  öz  prinsiplərini    təqdim  etdilər.  Azərbaycan  
tərəfinin  təklifləri «təyini-müqəddərat», yəni etnodemoqrafik prinsipə söykənirdi, 
lakin  bu  zaman  Dağlıq  Qarabağa  və  s.  bu  kimi  ərazilərə  erməni  iddialarının 
qarşısının  alınması  üçün  mühüm  bir  şərt  də  irəli  sürülürdü:  mübahisəli  rayon 
təsərrüfat-məişət  və  tarixi  şərtlərlə  digər  mübahisəsiz  rayonlarla  bağlıdırsa,  onda 
referendum ümumən götürülmüş bu rayonların hamısında keçirilməlidir. 
Yeri  gəlmişkən,  konfransda  Azərbaycan  diplomatiyasının  riayət  etdiyi 
etnodemoqrafik  prinsip  onun  çağırılma  ərəfəsində  Ü.Hacıbəyli  -  Birinci 
respublikanın  intellektual  liderlərindən  biri  tərəfindən  bədii-siyasi  ifadəsini  belə 
tapırdı:  «Hüdud  məsələsi  müzakirəsinə  başlarkən  bir  əsas  üzərində  dayanmaq 
lazımdır...  Biz...  «etnoqrafi»  əsas  tərəfdarıyıq,  yəni  bir  yerin,  bir  mahalın  sakin 
olduğu millətlərindən çoxluq və azlıq kimin tərəfində olduğunu mülahizə edirik... 
Bizim...  yalnız  istədiyimiz  budur  ki,  əksəri  Azərbaycan  türk  və  islamları  ilə 
məskun olan yerlər Azərbaycan dövlətinə mütəəlliq olsun».
141
 
Gürcü  tərəfi  öz  müqəddəratını  təyin  etmə  prisipi  əsasında  dövlət 
sərhədlərinin  müəyyən  edilməsi  perspektivini  dərhal  rədd  etmişdi:  onun  formulə 
etdiyi  prinsip  münaqişələrin  nizamlanması  zamanı  dövlətlərin  tarixi-strateji 
sərhədlərinin  və  mübahisəli  bölgələrin  təsərrüfat-məişət  şəraitinin  əldə  rəhbər 
tutulmasını güman edirdi. 
İrəli  sürülən  bu təklif  gürcü  etnik  elementi  tərəfindən  zəif məskunlaşmış 
Zaqatala mahalı kimi vilayətlərin nə zamansa gürcü çarlığında bulunması faktından 
yeni  Gürcüstan  dövlətinin  ərazi  cəhətdan  təsbitində  əsas  kimi  istifadə  etmək 
niyyətindən doğurdu. Elə «mübahisəli rayonun təsərrüfat məişət şəraiti» ifadəsi də 
həmin  məqsədə  xidmət  edirdi:  qeyd  etdiyimiz  kimi,  müstəqillik  elanı  ərəfəsində 
Zaqatala dairəsi Tiflis quberniyası ilə kifayət qədər iqtisadi əlaqələrə malik idi. 
Konfrans  gedişində  gürcü  tərəfinin  irəli  sürdüyü  və  faktiki  olaraq  gürcü 
xarici siyasətinin təməl prinsiplərindən biri olan «tarixi-strateji sərhədlər» prinsipi 
XIX əsrin sonu -XX əsrin əvvəllərində Avropa siyasi dairələrində məşhur olan və 


57 
 
bir  çox  hallarda  ekspansionist  canatımlara  haqq  qazandırmaq      məqsədi      güdən   
«təbii   sərhədlər»   nəzəriyyəsinin növmüxtəlifliyi idi.
142
 
Yeri  gəlmişkən,  gürcü  tərəfinin  apelyasiya  etdiyi  «tarixilik»    prinsipinə 
Ü.Hacıbəylinin  (və  onun  simasında,    fikrimizcə,  Azərbaycanın  siyasi-intellektual 
dairələrinin) münasibəti yuxarıda qeyd etdiyimiz məqaləsində belə ifadə olunurdu: 
«Zatən  biz  də  tarixə  müraciət  edə  bilərik;  ancaq  bu  şərtlə  ki,  o  tarix  «Nuh 
əyyamı»nın  tarixi  olmaya,  yəni  qədim  tarix  olmayıb  da  yaxın  tarix  bəhsi  ola». 
Gətirilən  fraqmentdən  Üzeyir  bəyin  tarixi  keçmişə  müraciətində  bir  növ 
inamsızlığı  nəzərə  çarpır.  Bu,  ümumiyyətlə,  Birinci  respublika  müəlliflərinin 
dövlət  quruculuğunun  və  siyasi-ərazi  identikliyinin  ideoloji  cəhətdən 
əsaslandırılmasında  önəmli  rol  oynayan  tarixi  keçmiş  haqqında  bitkin  və 
konseptual  təsəvvürlərinin  hələ  qeyri-kafi  halda  olmasından  xəbər  verirdi.  Öz 
etnoslarının tarixinə dair bu cür bitkin konseptual münasibət gürcü və erməni siyasi 
və sosiomədəni şüurunda artıq XIX əsrdə təşəkkül tapmışdı. Belə münasibət, etiraf 
olunmalıdır ki, həmin xalqların yetərincə zəngin tarixi ədəbiyyat ənənəsindən qay-
naqlanırdı.  Gürcü  və  ermənilərdən  fərqli  olaraq,  Azərbaycan  türklərində  belə  bir 
ənənənin, demək olar ki, yoxluğu, və ümumiyyətlə, özünüidentikləşdirmənin etnik 
zəmində  inkişafının  qonşularına  nisbətən  daha  gec  başlaması  Azərbaycan  tarixi 
keçmişinə dair dolğun və bitkin konsepsiyanın o dövrdə hazırlanmamasına gətirib 
çıxarmışdı. 
Universalist  səciyyəli  (sosial-demokratik)  ideologiyanın  daşıyıcıları  olan 
gürcü  menşeviklərinin  xarici-siyasi  kursunda  ekspansionist  mahiyyətli  «tarixi-
strateji» adlanan prinsipə  etinad  etmələri  M.Ə.Rəsulzadənin  də  təəccübünə  səbəb 
olmuşdu.  O,  «Azərbaycan»  qəzeti  səhifələrində  bu  məqama  münasibətini  belə 
ifadə  edirdi:  «Təyini-hüdud  kibi  məsələlərdəki  əsrimizin  ruhuna  uyan  milliyət  və 
rəy-amm  (referendum)  olduğu  hər  kəsdən  ziyadə  Gürcüstan  hökuməti  başında 
duran  sosial-demokratlara  bəlli  olsa  gərək.  Milli  tələbləri  demokratlıq  cildinə 
geydirmək  məharətində  Sereteli  kibi  natiqəpərdaz  hər  nə  qədər  mahir  olsalar  da, 
təsirləri  yalnız  Azərbaycan  hüdudunu  Neftlikdən  (indiki  Naftluqi  -  Ş.R.)  bir  az 
uzaqlaşdırmaq, Tiflisə nəfəs verdirmək üzərinə aid ola bilir. Yoxsa qatı imperialist 
məsləki  olan  «hüdudi-tarixiyyə»  əfsanəsini  Sereteli  cənabları  belə  söyləsə,  kimsə 
bir həqiqət olaraq onu
 
qəbul edəməz».
143
 
Haqqında  yuxarıda  danışdığımız  konfrans  ərazi  mübahisələrinin 
nizamlanmasına  dair  hərtərəfli  prinsipləri  işləyib  hazırlamağa  müvəffəq  olmadı: 
Denikin  təhlükəsi  ilə  əlaqədar
 
işini  dayandıran  forum  yetərincə  yayğın,  heç  nəyə 
məcbur etməyən və iki şərti ehtimal edən qətnamə qəbul etdi. Birinci şərtə əsasən, 
yalnız dövlətlərarası sərhədyanı ərazilər mübahisə predmeti ola bilərdi. İkinci şərtə 
görə, bu mübahisələrin həlli maraqlı respublikaların razılaşmasına verilirdi. Sazişin 
baş tutmadığı halda isə məsələ arbitraj yolu ilə həll edilməli idi.
144
 
1920-ci  ilin  aprelində  -  Azərbaycanın  sovetləşməsi  ərəfəsində    Tiflisdə  
keçirilən      növbəti    Cənubi    Qafqaz    konfransında
145
  regional  təhlükəsizlik  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə