ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

52 
 
siyasi-hüquqi  reallıqların  destruksiyasına  və  qeyd  etdiyimiz  kimi,  yeni  geosiyasi 
konfiqurasiyanın  meydana  gəlməsinə  yol  açdı.  Regionda  Antanta,  daha  dəqiq 
desək, İngiltərə hegemonluğunun bərqərar olması o çağadək Almaniya və Türkiyə 
himayəsi  altında  dövləti-siyasi  təşəkkül  tapma  prosesini  yaşayan  Gürcüstan  və 
ələlxüsus  da  Azərbaycan  üçün  i l k   vaxtlar  müəyyən  problemlər  doğurmuşdu: 
bəllidir  ki,  Britaniya  qoşunları komandanı  general  V.M.Tomson  faktiki  olaraq ilk 
dövrdə  taktiki  mülahizələrə  görə  Bakı  rayonunu  Azərbaycan  hökumətinin  yuris-
diksiyasından  çıxarmış  və  «Vahid  və  bölünməz  Rusiya»  tərəfdarlarını  himayə 
etmişdi.
123
 
Antantanın  qalibiyyəti  Cənubi  Qafqazda  və  Şərqi  Anadoluda  erməni 
siyasi  amilinin  yenidən  dirçəlməsinə  də  səbəb  olmuşdu.  Gürcüstan  və 
Azərbaycandan  fərqli  olaraq,  müttəfiqlərin  nəzərində  özlərinin  antantapərəst 
obrazını  formalaşdırmış  erməni  siyasi  dairələri  öz  ərazi  ambisiyalarını  reallaş-
dırmağa girişmişdilər. Professor Avalovun yazdığına görə, 1918-ci ilin dekabrında 
ABŞ  Senatına  təqdim  olunmuş  qətnaməyə  əsasən,  Ermənistan  Qara,  Aralıq  və 
Xəzər dənizləri əhatəsində təsvir olunurdu.
124
 
Dünya  müharibəsinin  qalibi  Antantanın,  başlıcası  isə İngiltərənin  Rusiya 
imperiya  hüdudlarında  hərəkət  xətti  Almaniyanın  analoji  hərəkətindən  öz  strateji 
məqsəd  və  taktikası  ilə  seçilirdi.  Biz  A.Rayevskinin  ingilis  komandanlığının 
Rusiyada iki məqsəd güdməsi haqqında tezisi ilə razılaşırıq.
125 
Həmin tezisi bir qədər 
dəqiqləşdirərək, söyləyərdik: birinci niəqsəd ideya-siyasi amil kimi bolşevizmi, və 
sosio-siyasi  fenomen  kimi  sovet  quruluşunu  məhv  etmək  idi.  Bu  səbəbdən  artıq 
1918-ci  ilin  sonlarına  doğru  Antanta  Sovet  Rusiyasının  diplomatik  və  iqtisadi 
blokadasını  bərqərar  etmiş,  həmçinin  müdaxilə  planlarını  gerçəkləşdirməyə 
başlamışdı.
126
 Məhz Antantanın maddi və fiziki yardımları ilə Denikin ordusu 1919-
cu  ilin  əvvəllərindən  etibarən  fəal  hərbi  əməliyyatlara  keçərək,  tezliklə  bütün 
Şimali  Qafqazı  tutmağa  müvəffəq  olur  və  regionda  baş  verən  hərbi-siyasi 
proseslərin olduqca mühüm subyektinə çevrilir. 
Digər məqsəd Böyük Britaniyanın Qafqazda, ümumiyyətlə, Yaxın və Orta 
Şərqdə Rusiya ilə onilliklər boyu davam etmiş köhnə geosiyasi rəqabət faktoru ilə 
sıx  əlaqədə  idi:  siyasi  realizm  ənənələrinə  istinad  edən  (o,  dövlətlərin  qüdrətə 
doğru  can  atmasını  və  bu  səbəbdən  digər  dövlətlərlə  daim  rəqabət  aparmasını 
ehtimal edir
127
) ingilis hakim dairələri Rusiyanın istənilən formada yenidən bərpası 
və  dirçəlişinə  yol  vermək  istəmirdilər.  Ona  görə də  onlar  sözdə  «vahid  və  bölün-
məz  Rusiya»  ideyasını  dəstəkləsələr  də,  əməldə  faktiki  olaraq,  yeni  meydana 
çıxmış  dövlətlərə  himayə  edirdilər.  Və  məhz  geosiyasi  maraqlar  ingilis  hərbi 
komandanlığını  «Könüllü  Ordunun»  Cənubi  Qafqazı  da  işğal  etmək  cəhdlərinin 
qarşısını almağa sövq edirdi. 
Britaniyanın  Rusiya  məkanında  güddüyü  ikili  məqsədi  «Daily  herald» 
qəzeti  çox  dəqiq  səciyyələndirirdi:  «Bizim  hökumət  dilemma  qarşısındadır: 


53 
 
kapitalistlər kimi onlar sovetləri məhv etmək istəyirlər, imperialistlər kimi Rusiya 
imperiyasını əvvəlki qüdrət və miqyasda bərpa etmək istəmirlər».
128
 
1918-ci  idə  Azərbaycan  və  Gürcüstan  respublikalarının  öz  siyasi-ərazi 
identikliklərini  məhz  alman-türk  himayəçilərinin  patronajı  altında  təsbit  etməyə 
çalışdıqlarından  yazmışdıq.  1919-1920-ci  illərdə  də  bu  respublikaların  istər 
qarşılıqlı münasibətlərinin ümumi tonu, istərsə də müxtəlif ixtilaf və münaqişələrdə 
qarşılıqlı fəaliyyəti həm qlobal - İngiltərə (bir qədər nadir hallarda - həmçinin ABŞ 
və  Fransa),  həm  də  regional  -  monarxist,  daha  sonra  isə  bolşevik  Rusiyası  - 
subyektlərin  davranış  tərzi  və  iradaləri  ilə  müəyyən  edilirdi.  Biz  ikinci  fəsildə 
zaqatalalılara məxsus torpaq sahələri ilə bağlı mübahisəli məsələdən bəhs edərkən, 
məhz  bu  -  Azərbaycan-Gürcüstan  münasibətləri  kompleksində  ayrıca  epizodun 
inkişaf  süjetinə  region  və  ətrafında  cərəyan  edən  xarici-siyasi  proseslərin 
dinamikasının konkret necə təsir göstərdiyini daha ətraflı nəzərdan keçirəcəyik. 
 
 
 
8. Paris sülh konfransı: Azərbaycan və gürcü memorandumları 
və Zaqatala. Cənubi Qafqaz konfransları: «tarixi-strateji 
sərhədlər» prinsipi «təyini-müqəddərat» prinsipinə qarĢı 
 
1918-ci ilin sonlarından etibarən Azərbaycan-Gürcüstan münasibətlərində 
yaxınlaşma müşahidə olunurdu. Bu, ilk növbədə qurulmaqda olan respublikaların 
siyasi talelərinin çulğalaşmasından irəli gəlirdi: geosiyasi planda vəhdət təşkil edən 
Azərbaycan  və  Gürcüstan  nəzərdən  keçirilən  dövrdə  öz  mövcudluqlarına  qarşı 
yönəlmiş  eyni  təhdid  və  çağırışlarla  üzləşirdi.  Bu  çağırışlara  cavab  vermək 
məcburiyyətinin  məntiqi  gənc  respublikaların  siyasi  fəaliyyətinin  (o  cümlədən 
xarici  sferada)  koordinasiya  zərurətini  ortaya  çıxarırdı.  1919-cu  ildə  həmin 
zərurətdən  irəli  gələrək,  iki  respublika  arasında  hərbi-siyasi  sahədə  müttəfiqlik 
münasibətləri  təşəkkül  tapmışdı  ki,  onun  da  apofeozu  iyunun  16-da  imzalanmış 
müqavilə idi. 
Azərbaycan və Gürcüstan Paris sülh konfransında öz diplomatik səylərini 
kifayət  qədər uzlaşdırırdı: hər iki respublikanın nümayəndə heyəti  istər  monarxist 
Rusiyası  düşərgəsinin  siyasi  iddialarına  qarşı  mübarizədə,  istərsə  də  öz  dövləti 
müstəqilliklərinin  beynalxalq  tanınması  istiqamətində,  demək  olar  ki,  birgə 
fəaliyyət göstərirdi.
129
 
Lakin siyasi yaxınlaşma və müttəfiqlik münasibətləri heç də iki respublika 
arasında  ərazi  və  digər  etnosiyasi  səciyyəli  ixtilaf  və  münaqişələrin  aradan 
qalxması  demək  deyildi:  biz  1919-1920-ci  illərdə  Axısqa,  Cənub-Qərb  (Qars) 
respublikası,
130
  Batum,  Zaqatala  və  s.  bu  kimi hər iki respublika üçün  önəm  kəsb 
edən  məsələlər  ətrafında  kəskin  mübahisələr  getdiyini  görürük.  Növbəti  fəsildə 
zaqatalalıların  «mübahisəli»  torpaqları  məsələsinin  zaman-zaman  tərəfləri,  hətta 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə