ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

42 
 
sosiomədəni  aspektlərinə  nisbətən  az  əhəmiyyət  vermələridir.  Bu  çatışmazlığı 
müəyyən mənada konstruktivist yanaşma aradan qaldırmağa çalışır. Konstruktivist 
paradiqma etnikliyin mənşə və təbiətinin sosial xarakterini təsdiq edir; etniklik bu 
zaman cəmiyyətdəki mədəni fərqlərin təşkili forması kimi nəzərdən keçirilir. 
Sözügedən  yanaşmanın  işığında  5-ci  müddəada  göstərilən  motiv  öz 
izahını  tapır:  zaqatalalıların  seçimində  siyasi  mülahizələrlə  yanaşı,  sosiomədəni 
amillər də mühüm  rol oynamışdı. 
Əsrlər  boyu  mahalın  Azərbaycanın  siyasi  və  mədəni  orbitində  üzvi 
surətdə  bulunması  onun  qeyri-türk  müsəlman  əhalisinə  güclü  akkulturasiya  təsiri 
göstərməyə  bilməzdi.  İzahat  üçün  deyək  ki,  akkulturasiya  uzun  sürən  təmas  və 
ünsiyyət  nəticəsində  bir  etnik  qrup  tərəfindən  digər  etnik  qrupun  mədəniyyətinin 
bu  və  ya  başqa  elementini  əxz  etməsi  prosesidir.  Azərbaycan  mədəni  mühitinin 
təsiri nəticəsində bölgənin avar, ingiloy və saxur etnosları arasında bikultural (ikili 
mədəni)   və   bietnik   (qoşaetnik)   identiklik   və   səriştəlilik formalaşmışdı
87
 ki, 
bu,  ilk  növbədə  Azərbaycan  türkcəsinin,  adət-ənənələrinin  və  mədəniyyətinin 
mahalda geniş yayılmasında özünü göstərirdi. 
Azərbaycan  dilinin  yayılma  arealının,  demək  olar  ki,  tarixən  bütün 
Qafqazı,  xüsusən  də  onun  cənubunu  və  mərkəzini  əhatə  etməsi,  müxtəlif  yerli 
xalqlar  arasında  ünsiyyət  vasitəsinə  çevrilməsi  tarixi  və  etnoqrafik  ədəbiyyatda 
artıq  çoxdan  təsdiqini  tapmışdır.
88
  Ona  görə  də  bilavasitə  Zaqatala  mahalında 
Azərbaycan  türkcəsinin  geniş  yayılmasını  və  ümumişlək  dil  kimi  bölgənin 
polietnik  əhalisinin  təmərküzləşdirici  amil  olmasını  təsdiqləyən  bəzi  faktlara 
toxunmaq istərdik. 
1826-cı  ildə  rus  ordusunun  polkovniki  M.A.Kotsebu  yazırdı:  «Car 
müklərində əhalinin 2/3-ni təşkil edən köklü müsəlmanlar tatarca (azərbaycanca — 
Ş.R.) danışırlar və mahiyyətcə ləzgidirlər (dağlıdırlar - Ş.R.)».
89
 
1830-cu  ilin  fevral-martında  Car-Balakən  camaatlarına  qarşı  hərbi  yürüş 
etmiş  Paskeviç  öz  raportunda  kənd  icma  başçılarına  təqdim  etdiyi 
proklamasiyaların məhz azərbaycanca tərtib olunduğunu göstərirdi.
90
 
1840-cı  ildə  Kaxetiyaya  və  Car-Balakən  vilayətinə  səyahətə  çıxmış 
D.Zubarev Car-Balakən mahalının işlək dili kimi Azərbaycan türkcəsinin olduğunu 
bildirirdi.  O,  bu  dilin,  həmçinin  qonşu  Kaxetiyada  da  yayıldığını  qeyd  edirdi  və 
kaxetinlərin  leksikasında  fəal  surətdə  işlədilən  Azərbaycan  sözlərini  nümunə 
gətirirdi («Allahverdi», «Yaxşı yol»). 
Zubarevin xatırladığı carlıların yemək adları (bozbaş,  kabab, plov) maddi 
mədəniyyətin  önəmli  elementlərindən
 
olan  Azərbaycan  kulinariyasının  mahalda 
kök salmasından xəbər verirdi.
91
 
1865-ci ildə qələmə aldığı məqaləsində A.Poserbski həm avarların, həm də 
ingiloyların azərbaycanca bildiklərini qeyd edirdi.
92
 
Azərbaycan  dilinin  bölgədə rolu  və əhəmiyyəti haqqında  dəyərli    etirafa   
D.Bakradzedə  də   rast  gəlirik:   «Dairədəki muğalların (azərbaycanlıların - Ş.R.) 


43 
 
dilinə gəldikdə isə. o bütün Şərqi Zaqafqaziyada və İranın şimal hissəsində ümum-
işləkdir.    Burada  bu  dilin  dairənin  bütün  xalqları  arasında  ünsiyyət  vasitəsi  kimi 
xidmət göstərdiyini qeyd etməmək olmur, çünki onu hamı  - həm ləzgilər (avarlar-
Ş.R.), həm də ingiloylar bilir».
93
 
Başqa  olduqca  qiymətli  bir  şahidlik  gürcü  «Saxalxopurseli»  qəzetinə 
məxsusdur.  Bu  qəzetin    1916-cı  ilin  fevral  saylarından  birində getmiş  və  tərcümə 
olunaraq  «Açıq  söz»  qəzetində  dərc  edilmiş  «İngiloda»  sərlövhəli  məqaləsində 
gürcü  pravoslav  missionerlərinin  ingiloy  əhali  arasında  uğursuz  fəaliyyətinə 
toxunularaq, ürək ağrısı ilə qeyd edilirdi: «Təəssüf ki, indi ingiloy müsəlmanlar və 
ingiloy  xristianlar  arasında...  qardaşlıq,  birlik  yoxdur.  Bir-birlərindən  çox 
uzaqlaşdılar.  İngiloy  müsəimanlar  ana  dilini,  əxlaq  və  adətini  unutmağa  qeyrət 
ediyorlar...  Bizim  çörəklərdən  qızartmıyorlar,  türkləşməyə  çalışıyorlar.  Zövcəliyə 
Nuxa  həvalisindən  türk  qadınlarını    götürüyorlar...      Nə    məhəlli    türklər,      nə  
ləzgilər  bizim ingiloy müsəlmanları qədər dərin mütəəssib (din təəssübkeşi - Ş.R) 
deyildirlər... 
Qardaşlar  (xristian  gürcülər  və  ingiloylar  nəzərdə  tutulur  -  Ş.R.)  bir-
birilərindən uzaqlaşdılar.  Bu  qardaş  uzaqlaşması  oraya  qədər dayandı  ki,  əmizadə 
müsəlmana  söylərsən:  «  Qamar  coba!»,  türkcə  cavab  verər:  «Sağ  ol».  Söylərsən 
gürcücə:  «Nasılsın,  əmizadəm?»,  «Yaxşıyam»  deyər.  Hasili  sizinlə  gürcücə 
qonuşmayacaqdır.  Bir  çox  ingiloy  müsəlmanlar  ana  dilini    unutdu  və  on  sənə 
içində  İngilo müsəlmanları arasında gürcücəyi yad edən qalmaz».
94
 
Azərbaycanın dəyərli ziyalılarından M.A.Mirbağırzadənin yazdığına görə, 
ingiloylar,  xüsusən  də  1917-ci  ildən  etibarən  öz  övladlarını  Azərbaycan  dilində 
oxutmağa üstünlük verirdilər. O, qeyd edirdi ki, «Kötüklü kən dinin ...  yerli əhalisi 
xristian  yengiloylardır...  İstər  öz  aralarında  və  istər  camaat  arasında  danışıqları 
türkcə «muğal» şivəsidir. Hətta türkcə danışıqları o qədər aydındır ki, bunların türk 
muğaldan dönüb yengiloy olduqları xatırlanır».
95
 
Beləliklə, göstərilən siyasi və sosiomədəni amillər zaqatalalıların seçimini 
şərtləndirdi.  Bölgə  əhalisinin  mədəni-konfessional  mənsubluğu  onun  Azərbaycan 
dövlətçiliyi sistemində siyasi identikləşməsi üçün münbit zəmin oldu. Gürcüstana 
birləşmək  perspektivi  isə  mahalın  siyasi-intellektual  elitası  tərəfindən  birmənalı 
surətdə rədd edildi. 
Zaqatala Milli Şurası Azərbaycan hökumətinə öz qərarı barədə iyunun 28-də 
teleqramla xəbər verdi; həmin teleqram əsasında 1918-ci ilin iyunun 30-da hökumət 
Zaqatala  dairəsinin  Azərbaycan  Respublikasına  birləşdirilməsi  haqqında  qərar 
qəbul  etdi.
96
  Quberniya  statusu  almış  mahala  tezliklə  general  Əliyar  bəy 
Haşımbəyov vali (qubernator) təyin olundu: o bu vəzifəni 1919-cu ilin aprel ayının 
ortalarınadək icra etdi.
97
 
Yeri  gəlmişkən,  Azərbaycan  hökuməti  Zaqatala  mahalının  Azərbaycan 
cümhuriyyəti  tərkibinə  daxil  olmasını  hüquqi  cəhətdən  təsbit  edərkən,  gürcü 
hakimiyyət  strukturları  da  analoji  addımlar  atmaqda  idi:  Gürcüstan  parlamentinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə