ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

44 
 
1918-ci ilin avqustun 2-də təsdiqlədiyi quberniya, mahal və qəza ştatları haqqında 
xüsusi  qərara  əsasən,  Zaqatala  dairəsinə  də  digər  inzibati  vahidlərə  olduğu  kimi, 
komissar təyin olunurdu.
98
 
Lakin  1918-ci  ilin  yayında  gürcü  hökuməti,  bütün  səylərinə  rəğmən, 
Zaqatala  dairəsində  öz nəzarətini  bərqərar  edə  bilmədi.  Buna  bir  səbəb  yerli  əhali 
və onun ictimai-siyasi fəallarının öz seçimini Azərbaycan lehinə etməsi və Gürcüs-
tana  ilhaq  olunma  perspektivini  birmənalı  surətdə  rədd  etməsi  idisə,  digər  səbəb 
həmin dövrdə Zaqalala bölgəsində Osmanlı qoşun hissələrinin  olmasından, xarici-
siyasi faktordan irəli gəlirdi. 
 
 
 
6. Qafqaz alman-türk blokunun himayəsi altında: 
ərazi və sərhədlərin təsbiti cəhdləri 
 
Bəlli olduğu kimi,  1918-ci ilin may-oktyabr aylarında Cənubi Qafqazda 
türk-alman  blokunun  hegemonluğu  bərqərar  olmuşdu.  Yenicə  yaranmaqda  olan 
Qafqaz cümhuriyyətlərinin siyasi təşəkkülü, onların ərazilərinin ilkin təsbiti məhz 
bu  blokun  diqqətli  nəzarəti  altında  və  onun  iradəsinə  uyğun  şəkildə  baş  verirdi. 
Bəhs  olunan  dövrdə  Almaniyanın  və  Osmanlı  imperiyasının  Cənubi  Qafqaz 
siyasətini  davam  etməkdə  olan  dünya  savaşı  və  Rusiya  imperiyasının  dağılması 
şəraitində  regionun   geosiyasi   və  iqtisadi  resurslarından   optimal yararlanmaq 
məqsədi  müəyyən  edirdi.  Bu  amillər  sözügedən  dövlətlərin  ortaya  çıxmış  bir  sıra 
etnoərazi ixtilaflarını öz maraq və məqsədlərinə uyğun şəkildə tənzimləmək (və ya 
dondurmaq)  istəyini  şərtləndirirdi.  Məsələn,  1918-ci  ilin  iyulunda  Azərbaycan 
hərbi  hissələrinin  Qarayazıya  yeridilməsi  ilə  əlaqədar  Azərbaycan  və  Gürcüstan 
respublikaları  arasında  yaranmış  gərginlik  məhz  alman  hərbi  missiyasının 
müdaxiləsi ilə münaqişəyə çevrilməmişdi.
99 
Bir  qədər  əvvəl  qeyd  etdiyimiz  kimi,  1918-ci  ilin  mayın  21-də, 
Transqafqaz  cümhuriyyətinin  dağılması  ərəfəsində  Batumda  gürcü  (Jordaniya, 
Nikoladze, Surquladze, Avalov) və Azərbaycan (Xan Xoyski, Yusifbəyü, Cəfərov, 
Xasməmmədov,  Səfikürdski,  Pepinov)  tərəflərinin  görüşündə  qarşılıqlı  ərazi 
iddiaları  və  sərhəd  məsələsi  müzakirə  olunmuş,  lakin  bir  nəticəyə  varılmamışdı. 
Həmin  dövrdə,  ümumiyyətlə,  Cənııbi  Qafqazda  artıq  ilkin  konturları  sezilməkdə 
olan  yeni  siyasi  reallıqların  təsbiti  və  «Dördlər  İttifaqının»  -  Almaniya  və 
Türkiyənin  hegemonluğu  altında  yeni  geosiyasi  konfiqurasiyanın  biçimlənməsi, 
habelə  mövcud  və  potensial  etnosiyasi  münaqişələrin  qeyd  etdiyimiz  güc 
mərkəzlərinin  mənafelərinə  uyğun  qaydada    nizamlanması    üçün  İstanbulda 
beynəlxalq  konfransın  çağırılması  nəzərdə  tutulurdu.  Onun  işində  iştirak  etmək 
üçün Osmanlı paytaxtına Qafqaz respublikalarının hər biri öz nümayəndə heyətini 


45 
 
ezam  etmişdi.  Bu  respublikalar  arasındakı  ixtilaflar  artıq  Konfransa  hazırlıq 
gedişində bütün çılpaqlığı ilə üzə çıxmışdı. 
Bəhs  olunan  dövrdə  Azərbaycan  və  Gürcüstan  respublikaları  arasında 
münasibətlər, bəlkə də, 1918-1920-ci illərdə -Azərbaycanın sovetləşməsinədək ən 
aşağı nöqtədə idi.
100
 Bunu Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadə-
nin  və  fövqəladə  səlahiyyətli  səfir  Ə.M.Topçubaşovun  məktubları  da  təsdiqləyir.  
M.Ə.Rəsulzadə  Azərbaycanın  xarici  işlər  naziri  M.H.Hacınskiyə  iyulun  19-da 
İstanbuldan göndərdiyi məktubunda qeyd edirdi: «Borçalı, Qarayazı məntəqələrini 
və  Zaqatala,  Sığnaq  qəzalarını  Azərbaycan  xəritəsinə  köçürmüşük      və     müdafiə   
edəcəyik».
101
     «Analoji      xəritəni»  gürcülər  də tərtib  etmişdilər.  M.H.Hacınskiyə 
bir başqa məktubunda M.Ə.Rəsulzad gürcü nümayəndəsi ilə görüşünü belə təsvir 
edir: «O bizi heyrətləndirdi. Cibindən bir xəritə çıxardı və bir tərəfdən Göyçəgöl və 
Qazaxa,  digər  tərəfdən  isə  Zaqatala  və  Azkalaaxturi    xəttinə  çatan  Gürcüstan 
hüdudlarını  göstərdi.  Buna  əsaslanaraq,  o  dedi  ki,  yalnız  sərhədlərin  təshihindən 
danışmaq  mümkündür,  yoxsa  biz  sazişə  gələ  bilmərik,  qan  tökmək  lazım  gələr. 
Mən ona cavab verdim ki, nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar, 
və biz ayrıldıq». 
102
 
Ə.M.Topcubaşov  baş  nazir  F.X.Xoyskiyə  ünvanladığı  1918-ci  il  5 
sentyabr  tarixli  məktubunda  yazırdı:  «Gürcüstan  ilə  münasibətlər  elə  korlanıb  ki, 
onların  nizamlanması  üçün  tədbir  görmək  lazımdır.  Şəkk-şübhə,  inamsızlıq, 
Gürcüstanın
 
bütün  bəlalarının  Türkiyədən,  deməli,  o  cümlədən  bizdən  gəlməsi 
barədə mənfi rəy - bizim ən yaxşı qonşularımız bunlardan çıxış edirlər. Gürcülərin 
dərin  inamına  görə,  onları  tevtonların  ağuşuna  atan  bizik!  Burada  uzun  zaman 
bulunmalıyıq ki, belə yanlış fikirləri yox edək...»
103
 
Gətirilən  iqtibas  bir  həqiqət  məqamını  əks  etdirir:  faktiki  olaraq 
Gürcüstanın  Almaniya  protektoratlığına  keçməsini  məhz  Türkiyənin  hərbi  və 
geosiyasi  ambisiyaları  şərtləndirmişdi.  Məsələn,  Osmanlı  imperiyasının 
Gürcüstana zorla qəbul etdirdiyi 4 iyun 1918-ci il tarixli müqaviləsinə əsasən (bəlli 
olduğu kimi, analoji müqavilələr digər Qafqaz respublikaları ilə də bağlanmışdı)» 
Batum  vilayəti,  Axalkələk  qəzası  və  Axalsıq  qəzasının  bir  qismi,  yəni  Gürcüstan 
dövlətinin  iddia  etdiyi  ərazidən  350  min  nəfərin  yaşadığı  10000  kv.  verst 
Türkiyəyə verilirdi.
104
 
Ölkələrinin  Türkiyə  himayəsi  altına  keçməsindənsə,  Almaniyanın 
protektoratlığı altında bulunmasına üstünlük verən gürcü siyasi elitası 1918-ci ilin  
mayın 28-də Potidə Almaniya ilə yetərincə ağır şərtlərdə 6 müqavilə imzalamışdı: 
faktiki  olaraq  həmin  müqavilələrlə  Gürcüstanın  dəmir  yolları,  limanları  üzərinə 
alman  nəzarəti  bərqərar  olurdu.  Gürcüstana  məxsus  gəmilər,  habelə  dağ-mədən 
sənayesi Almaniyanın felən sərəncamına keçirdi. Gürcüstan respublikasının strateji 
məntəqələrində alman qoşunları yerləşdirilirdi.
105
 
Almaniya  himayəsinin  qəbulunu  gürcü  siyasi  dairələri  (ilk  növbədə  də 
menşeviklər)  məcburi,  fəqət  zəruri  akt  kimi  dəyərləndirirdi.  O  dövrdə  aparılan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə