ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

28 
 
Tarixi  və  tarixi-coğrafi  hissələrdən  ibarət  əsərdə,  yuxarıda  vurğulanan 
qayəyə uyğun olaraq, Gürcüstanın tarixi keçmişini ucaltmaq və vəsf etmək meyli, 
ilk  növbədə  Kartli  və  Kaxeti  hökmdarlarının  ələ  keçirdikləri  və  müəyyən  zaman 
kəsiyində  malik  olduqları  əraziləri,  o  cümlədən  Hereti  vilayətini  «özününkü-
ləşdirmək»  cəhdlərində  büruzə  verirdi.  Əvvəlki  gürcü  salnamələrində  ayrıca  ölkə 
kimi  göstərilən  Hereti  Vaxuşti  tərəfindən  əzəli  gürcü  vilayətinə  çevrilmişdi:  «Və 
onun  özü  (yəni  Heros-Ş.R.)  və  qohumları  Kartlosun  və  Msxet  mamasaxlisinin 
(hərfən:  «evin  atasının»  -  feodalizmə  qədərki  gürcü  hakiminin  -  Ş.R.)  tabeçili-
yində olub, zaman-zaman qopub ayrılırdı».
32
 Müəllifın tarixi görümündə Kaxetiya 
üç  hissəli  (Hereti,  Kaxetii  və  Kuxeti)  qeyd  edilirdi  və  Heretinin  kaxetin  çarı  III 
Kvirike (1010-1029)  tərəfindən ilhaqı Kaxeti  və  Heretinin  yenidən  birləşməsi kimi 
təqdim  olunurdu.
33
  Yeri  gəlmişkən,  Azərbaycan  tarixçi-etnoqrafı  Ş.Əliyev  gürcü 
mənbələrinə istinadən, Hereti-Kaxeti çarlığında hereti  feodallarının aparıcı mövqeyə 
malik olduqlarını qeyd edir.
34
 
Vaxuştinin  bölgənin  sonrakı  hərbi-siyasətinə  dair,  o  cümlədən  Şah 
Abbasın 1616-cı ildə  Kaxetiyaya  viranedici  yürüşü haqqında  gətirdiyi  bilgilər  və 
hadisələr  haqqında  təqdim  etdiyi  interpretasiya  XIX  -XX  əsr  gürcü  tarixşünaslığı 
üçün çıxış bazası rolunu oynadı. 
Vaxuştinin  əsərinin  tarixi  hissəsi  ilə  yanaşı,  coğrafi  qismi  də  Şəki-
Zaqatala  bölgəsinin  gürcü  etnik  arealına  daxil  olması  təsəvvürünü  təlqin  edirdi:  
əsərdə  bölgə  toponimikası  müstəsna  olaraq  gürcü  versiyasında  verilməsi  də  bu 
məqsəddən irəli gəlirdi.
35 
Vaxuştinin əsəri, digər analoji gürcü mənbələri ilə yanaşı, qeyd etdiyimiz 
kimi,  XIX  əsrin  II  yarısı-XX  əsrin  başlanğıcında  gürcü  intellektual  qüvvələri,  ilk 
növbədə  D.M.Bakradze  (1827-1890)  və  M.Q.Canaşvili  kimi  tarixçilər  tərəfindən 
Gürcüstanın tarixinə və coğrafiyasına dair zamanın ruhunu müvafiq konsepsiyanın 
yaradılmasında  qiymətli  tikinti  materialı  rolunda  çıxış  etdi.  Yeni  gürcü 
tarixşünaslığının  Gürcüstanın  əzəmətli  keçmişi  və  tarixi-coğrafi  məkanına  dair 
təqdim  etdiyi  narrativlər  qəsdən  ənənələr  ilə  manipulyasiya  etmək  mexanizminə 
istinad  edirdi:  məşhur  fransız  sosioloqu  P.Burdyenin  təbirincə,  hal-hazırkı 
məqamın  tələblərinə  uyğun  olaraq  keçmişə  müraciət  indinin  açıq  mənasını 
determinə  etmək,  fərqləndirmək, müəyyənləşdirmək  məqsədi  güdür.
36
  Yəni  başqa 
sözlə  desək,  XIX-XX  əsrlərin  qovşağında  gürcü  milli  şüuru  keyfiyyətcə  yeni 
mərhələyə  qədəm  basmış,  etnomədəni  hərəkat  kifayət  qədər  canlanmışdı.  Belə  bir 
şəraitdə  Gürcüstanın  bir  çox  hallarda  mifolojiləşdirilmiş  tarixi  keçmişinin 
retrospektiv  rekonstruksiyası  məhz  gürcü  milli  oyanışının  cari  tələblərini 
legitimləşdirməyə çağırılmışdı. Eyni zamanda bununla, qeyri-aşkar surətdə olsa da 
perspektiv etnosiyasi hədəf və oriyentirlər müəyyənləşdirilirdi. 
Gürcüstanın tarixi coğrafiyası haqqında konsepsiyada Zaqatala mahalının 
gürcü  tarixi,  geosiyasi  və  sosiomədəni  arealının  ayrılmaz  hissəsi  olmasına  dair 


29 
 
təsəvvürlər  pərvəriş  tapmışdı.  Bölgənin  tarixi  keçmişi  ilə  bağlı  analoji  mövqeyi 
inqilaba qədərki rus tarixşünaslığı da sərgiləyirdi. 
1830-cu ilin martında Qafqazdakı rus qoşunlarının baş komandanı Paskeviç 
Car-Balakən camaatlıqlarını ram etmək üçün oraya etdiyi hərbi yürüşü imperatora 
ünvanladığı  raportunda  şərh  edərkən,  tarixi  arayış  verməyi  unutmur:  «Bütün  bu 
ölkə bir zamanlar Gürcüstana mənsub idi... Alazan arxası Kaxetiyanın məhsuldar 
torpaqlarına  tamahsılanaraq  və  Gürcüstanın  sıxıntılı  vəziyyətindən  istifadə 
edərək... onlar (avarlar - Ş.R.) əsr yarım bundan əvvəl ... Kaxetiyanın bu hissəsinə 
keçirdilər və oradakı yerli əhalini kölə halına saldılar.
37 
  Hərbi  yürüşə  çox  güman 
ki,  mənəvi  əsas  verməli  olan  bu  passaj  polkovnik  M.A.Kotsebunun  hələ  1826-cı 
ildə  tərtib  etdiyi  və  gələcək  rus  hakimiyyət  dairələri  və  tarixşünaslığı  üçün  çıxış 
tezisi  rolunu  oynayan  «Car  mülkləri  haqqında  bilgilər»  adlı  raportunun  bölgə 
tarixinə dair  qisminə  istinad  edirdi.
38
  Bu mövqe,  faktiki  olaraq  sonrakı illərdə rus 
hökumətinin Zaqatala dairəsinə münasibətdə tarixi-siyasi yönəlişliyi (ustanovkası) 
mənasını  verirdi:  mahalın  əzəli  Gürcüstan  ərazisi,  qədim  və  hakim  əhalisinin  isə 
gürcülər  olması,  müsəlman  etnosların  təbiət  etibarı  ilə  vəhşi  xislətliliyi  barədə 
fikirlər  o  dövrdə  bölgə  haqqında  yazmış,  demək    olar,    bütün rus  müəllifləri  üçün 
səciyyəvi idi.
39
 
Zaqatala  dairəsinin  etno-tarixi  mənsubluğu  və  identikliyi  barədə  gürcü 
konsepsiyasının  rus  tarixşünaslığının  qeyd  olunan  mövqeyi  ilə  üst-üstə  düşməsi 
aşkardır. Fərq, fəqət, müəllifləri hərəkətə gətirən motivlərdə idi. Rus tarixçiləri ali 
hakimiyyətin  təsbit  etdiyi  farvater  üzrə  hərəkət  edərək,  Cənubi  Qafqazın  xristian 
oykumenasına  əzəli  mənsubluğunu  və  müsəlmanların  vəhşiliyini  isbatlamağa 
çalışırdılar:  bununla onlar  regionda  rus  ekspansiyasına  və  xristian  etnosların 
hökumət  tərəfindən  himayə  edilməsinə,  həmçinin  o  dövrdə  intensiv  şəkildə 
gerçəkləşdirilən ingiloyların  xristianlaşması  siyasətinə mənəvi-əxlaqi  planda haqq 
qazandırmaq  məqsədi  güdürdülər.      Bu    niyyət    A.Poserbskinin    məqaləsində  
özünü  dolayısı  ilə  göstərir:  «Tarix  sivilizasion  millət  tərəfindən  vəhşi  və  nadan 
xalqların  istilasını  heç  zaman  qınamamışdır,  madam    ki,  sonuncuların  rifahı  bu 
istilaların nəticəsidir.
40
 
Öz  rus  həmkarlarından  fərqli  olaraq,  gürcü  tarixçiləri,  qeyd  etdiyimiz 
kimi,  məhz  öz  -  gürcü  milli  və  mədəni  (perspektivdə  isə  -  etnosiyasi)  dirçəlişləri 
məcrasında hərəkət edir. 
Bəhs  olunan  dövrdə  Zaqatala  mahalının  tarixi  mənsubiyyəti  haqqında  
formalaşmış  gürcü görümünün bədii və yığcam ifadəsini D.Bakradzenin «Zaqatala 
haqqında  qeydlər»  adlı  məqaləsində  tapırıq:  «...  Füsunkar  təbiətə  malik,  qədim 
əyyamlarda  müstəsna  olaraq  gürcü  elementi  ilə  məskunlaşmış  [Zaqatala  dairəsi] 
Kaxetiyanın  şimal-şərq  ucqarı  və  Dağıstan  xalqlarına  qarşı  daimi  dayaq  rolunda 
çıxış edirdi, Lakin Gürcüstanın siyasi cəhətdən güclü  nizamsızlığı dövründə, XVII 
və XVIII əsrlər ərzində ləzgilər (avarlar nəzərdə tutulur - Ş.R.), İran şahlarının və 
Azərbaycan tatarlarının yardımı ilə bir sıra basqınlardan sonra onu Kaxetiyadan ta-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə