ĠAMĠl rəhmanzadə


 Zaqatalaya gürcü iddialarının ideoloji kökləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

26 
 
2. Zaqatalaya gürcü iddialarının ideoloji kökləri 
(Bölgənin tarixi haqqında gürcü konsepsiyası) 
 
1918-1920-ci  illərdə  Cənubi  Qafqazda  «millət-dövlətlərin»  təşəkkülü 
prosesi  baş  verməkdə  idi.  XVIII  əsrin  sonları  -  XIX  əsrin  əvvəllərində  bu  tip 
dövlətçiliyin meydana  çıxdığı  Avropada  siyasi  coğrafiyanın  klassik «millət-ərazi-
dövlət» triadası formulə edilmişdi: o, milli-siyasi identikliyi ərazi identikliyi ilə sıx 
əlaqədə  nəzərdən  keçirirdi.  Bu  isə  öz  növbəsində  sərhəd  və  ərazilərin  təsbitini 
yaranmaqda olan hər bir «millət-dövlət» üçün son dərəcə aktual məsələyə çevirirdi. 
Qeyd 
etməliyik 
ki, 
hələ 
Qafqaz  cümhuriyyətlərinin  meydana 
gəlmələrindən əvvəl onların hüdudları və əhatə edəcəkləri ərazilər haqqında sosial 
təsəvvürlər  siyasi-ideoloji  şüurlarda  artıq  bu  və  ya  digər  dərəcədə  formalaşmışdı. 
Burada  limologiya  (sərhədşünaslıq)  elminin  aşağıdakı  tərifi  yada  düşür:  sərhədlər-
yaxın  dövrlərin  sosial  konstruktları  olub,  əvvəlcə  sosial  təsəvvürlərdə  yaranır  və 
yalnız sonra xəritə üzərinə delimitasiya olunur.
24
 
Yuxarıdakı  tezisdən  çıxış  edərək,  bəzi  qənaətlərə  gəlmək  mümükündür. 
1917-1918-ci illərdə Gürcüstanda vüsət alan milli (etnosiyasi) hərəkat gedişində bu 
ölkənin arzu olunan məkanı və siyasi sərhədləri haqqında gürcü siyasi dairələrində 
müəyyən  konvensional  (uzlaşma)  səciyyəli  təsəvvürlər  formalaşmışdı.  Bu 
təsəvvürlər  mənşəcə  əvvəlki  onilliklərə  gedib  çıxırdı:  məhz  o  zaman  gürcü 
intellektual  dairələri  öz  ölkələrinin  tarixinə  və  tarixi  coğrafiyasına  dair  yetərincə 
bitkin konsepsiya yaratmışdılar. Bu konsepsiya tarixi-coğrafi səpkidə olsa da, artıq 
öncədən qeyri-aşkar siyasi intensionallıq (məqsədyönlülük) kəsb edirdi. 
Ona  görə  də  1917-1918-ci  illərdə  gürcü  siyasi  qüvvələrinin 
məramnamələrində    Zaqatala  mahalının  yeri  və  mənasının  şərhinə  keçməzdən 
öncə,  həmin  məramnamələrdə  bu  bölgəyə
 
dair    siyasi    iddiaları    əsaslandırmalı  
olan    və    formalaşması  XIX  -  XX  əsrin  əvvəllərinə  təsadüf  edən  konsepsiya 
nəzərdən keçirilməlidir. 

Gürcüstanın  tarixi  və  tarixi  coğrafiyası  haqqında  bir  qədər  aşağıda  bəhs 
edəcəyimiz  bu  konsepsiya  və  orada  Zaqatala  mahalının  qədim  gürcü  vilayəti 
olmasına dair qərar  tutmuş  təsəvvürlər  öz  kökləri  ilə  XVIII  əsrin  görkəmli  gürcü 
tarixçisi və coğrafiyaçısı Vaxuşti Baqrationinin (1696-1757) əsərlərinə gedib çıxırdı. 
İlk  öncə  qeyd  olunmalıdır  ki,  qədim  Şimal-Qərbi  Azərbaycan  antik, 
habelə  erməni  və  alban  mənbələrində  Qafqaz  Albaniyasının  Kambisena,  gürcü 
qaynaqlarında  isə  Hereti  vilayəti  kimi  göstərilirdi.  Gürcü  məxəzlərində  Hereti 
vilayət i n in  Qanıx (Alazan) - Qabırrı (İori) - Kür çayları zonasında yeriəşdiyi qeyd 
olunurdu.  «Hereti»  xoronimi  alban  tayfalarından  biri  olan  herlərin  adından 
törənmişdi  və  yalnız  gürcü  salnamələrindən  bəllidir.  Ona  görə  də
F.Məmmədovanın  qeyd  etdiyi  kimi,  «gürcü  qaynaqlarında  hər  dəfə  Hereti  anla-
yışına  rast  gələrkən,  bu  istilah  altında  nəyin  nəzərdə  tutulduğunu  və  onun  hansı 
ərazini əhatə etdiyini aşkara çıxarmaq çətindir».
25
 


27 
 
Gürcü mənbələri, Q.A.Melikişvilinin qeyd etdiyi kimi, herlər ilə gürcüləri 
qarışdırmır,  əksinə,  «kartuelləri»  (kartları)  «herlərdən»  fərqləndirirdi.
26
  Biz 
D.L.Musxelişvilinin belə bir fikri ilə razılaşırıq ki, Vaxuştiyə qədər yazmış gürcü 
salnaməçiləri  qədim  Şimal-Qərbi  Azərbaycanın  -  Hereti  vilayətinin  Gürcüstanın 
əzəli  tarixi  ərazisi  olmadığını  faktiki  olaraq  etiraf  etmişdilər.
27
  Məsələn, 
L.Mrovelinin  «Kartli  çarlarının  həyatı»  adlanan      tarixi      xronikası      Qafqaz   
xalqlarının      mifik      keçmişindən  bəhs  edərkən,  kartlilərin  Kartlos,  herlərin  isə 
Heros  adlı  qardaşlardan  törəndiyini,  onların  (kartlilərin  və  herlərin)  hər  birinin 
müstəqil  surotdə  öz  ölkələrində  ayrıca  yaşadıqlarını  qeyd  etmişdi.
28
  Salnamədə 
sonralar  Heretinin  ərazicə  aid  edildiyi  Kaxetiyanın  mənşəyi  haqqında  rəvayət  də 
maraq  doğurur:  kaxetinlərin  mifik  əcdadı  (etnarxı)  Kaxos  Kartlosun  oğlu  kimi 
təqdim  olunurdu.  Bu  o  mənanı  verirdi  ki,  kaxetinlər  və  onların  ölkəsi    Heretidən 
fərqli olaraq,  bilavasitə Kartlosdan törəmişdilər, yəni gürcü etnik arealına mənsub 
idilər.  Mroveli  Kaxosun  ölkəsi  ilə  Heretini  kifayət  qədər  dəqiq  ayırırdı: 
«[Kartlosun  dul  arvadı  -Kaxosun  anası]  Kaxosa  Qafqaz  və  Kaxeti  dağı  arasında, 
Araqvidən  Hereti  sərhədi  olan  Tkembaya  qədər  torpaq    verdi».
29
  Melikişvili 
düzgün olaraq qeyd edir ki, Mrovelinin Bibliya ənənəsinə istinad edən hekayəsində 
məhz adı çəkilən soy  banilərinin mülklərinin sərhədləri haqqında gətirilən bilgilər 
«şübhəsiz,  müəyyən  çağın tarixi  şəraitini  əks  etdirir».
30
  Bu  fikrin  inkişafı  olaraq, 
qeyd   edərdik:  mifik  təfəkkürün dili formasında   tarixi reallıqlar təsbit olunurdu. 
Kartli  hökmdarı  VI  Vaxtanqın  oğlu  olan  Vaxuştinin  1745-ci  ildə, 
Moskvada  mühacirətdə  olarkən  başa  çatdırdığı  «Sakartvelos  tsxovreba» 
(«Gürcüstanın  yaşamı»)  adlı  əsəri  əslində  Şimal-Qərbi  Azərbaycan  torpaqlarına 
gürcü  iddialarını  əsaslandırmağa  çağırılmış  gələcək  konsepsiyanın  ilkin  variantını 
təqdim  edirdi.  Vaxuştinin  tarixi-coğrafi  bilgilərinin  icmalına  keçməzdən  öncə  bir 
məqama diqqəti cəlb etmək istərdik. 
Hər  hansı  bir  sözü  söyləyərkən  müəllif,  dinlənilmək  və  başa  düşülmək 
istədəyi  müəyyən  auditoriyaya  müraciət  edir.  Bizim nümunədə  bu  o  deməkdir  ki, 
Vaxuşti  öz  əsərini  yaradarkən,  ona  ilk  növbədə  yaxın  mühitini  -  gürcü  siyasi 
mühacirətini,  daha  sonra  isə  vətənində  Osmanlı  və  İran  hökmranlığına  qarşı 
mübarizə  aparan  soydaşlarını  ideya-siyasi  cəhətdən  təchiz  edəcək  bir  vasitə, 
«ideoloji silah» kimi baxırdı. Əsərin başlıca   ideoloji   leytmotivi   kimi   «vahid   
gürcü   dövləti» ideyasının çıxış etməsi də məhz bu mövqedən irəli gəlirdi.Vaxuşti 
öz  əsərləri  toplusunun  «Öncədən  bildiriş»  adlı  bölməsində  XVIII  əsrin  birinci 
yarısında  gürcü  siyasi  yuxarılarını  haradasa  siyasi  amalından  və  eyni  zamanda 
gürcü etnik özünüdərkinin o dövrdəki səviyyəsindən xəbər verən aşağıdakı sətirləri 
qələmə almışdı: «Gürcüstan Kartli, Kaxeti və İmereti çarlıqlarına parçalandı (1469-cu il 
nəzərdə  tutulur  -Ş.R.),  fəqət  onun  əhalisi  bir  dildə  danışan,  kartvelcə  yazan, 
üzərində  gürcü  yazılarının  bulunduğu  xaç  və  ikonalara  səcdə  qılan,  qədim 
hökmdarları  Vaxtanq,  Qurucu  David,  Tamara  haqqında  rəvayətləri  yaddaşında 
saxlayan əvvəlki kartvel əhalisi olaraq qalırdı...».
31
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə