ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   4   5   6   7   8   9   10   11   ...   110

18 
 
-20-ci  illərdə  bəzi  digər  Azərbaycan  torpaqlarının  Gürcüstana  verilməsi 
prosesi müxtəsər şəkildə izlənilmişdir. 
Əlbəttə,  tədqiqatda  sözügedən  elmi  problemin  heç  də  bütün  aspektləri 
bərabər dərəcədə və dolğun surətdə nəzərdən keçirilməmişdir. Lakin təqdim olunan 
elmi  işin  bu  sahədə  ilk  addım  olduğu  bir  daha  nəzərə  alınmalıdır.  Fikrimizcə, 
əsərdə  qoyulmuş  bir  sıra  tədqiqat  vəzifələri  və  məsələləri  öz  gələcək 
tədqiqatçılarını gözləyir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


19 
 
I FƏSĠL 
 
AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASĠBƏTLƏRĠNDƏ 
ZAQATALA MAHALININ SĠYASĠ MƏNSUBLUĞU 
MƏSƏLƏSĠ (1917-1920) 
 
1. Zaqatala dairəsi: ərazisi, əhalisi və idarəçiliyi 
 
Azərbaycanın  şimal-qərbində,  tarixi  Car-Balakən  camaatlığı  və  İlisu 
sultanlığı torpaqlarında rus  inzibati idarəçiliyi  tərəfindən  təşkil  olunmuş  Zaqatala 
dairəsi 1917-1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da 
öz  təsir  dairəsində  saxlayan  arxitektonik  səciyyəli  sosial  və  siyasi  proseslər 
gedişində mübahisə predmeti kimi aktuallıq kəsb etdi. O zaman qurulmaqda olan 
gənc  Qafqaz  respublikalarının  -  Azərbaycan  və  Gürcüstanın  siyasi-intellektual 
dairələrinin  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  öz  dövləti 
identikliklərinin təsbiti və sərhədlərin müəyyənləşdirilməsi idi. Zaqatala dairəsinin 
sözügedən  dövlət  qurumlarından  hansına  birləşdirilməsi,  habelə  əhalisinin  öz 
etnosiyasi  müqəddəratını  təyin  etməsi  məsələləri,  bir  qədər  sonra  görəcəyimiz 
kimi,  məhz  göstərilən  kontekstdə  siyasi,  iqtisadi  və  simvolik  məna  və  əhəmiyyət 
kəsb etmiş olurdu. 
Bilavasitə mövzuya keçməzdən əvvəl dairə və onun tarixi haqqında kiçik 
arayış  verməyi  münasib  hesab  edirik.

Qeyd  olunduğu  kimi,  Zaqatala  dairəsi 
tərkibinə  Car-Balakən  camaatlıqları  və  qismən  İlisu  sultanlığının  torpaqları  daxil 
edilmişdi.  Sözügedən  dövlət  qurumlarının,  xüsusən  də  Car-Balakən 
camaatlıqlarının Rusiya istilasınadək sərhədləri kifayət qədər dinamik idi. Osmanlı 
hökmdarı  III  Əhmədin  1728-ci  ildə  Car-Balakən  camaatlıqlarına  göndərdiyi 
fərmanda bu qurumun ərazisi aşağıdakı şəkildə göstərilirdi: «Gürcüstan və Şirvana 
hazırlıq görülən səfərlərdə tam şəkildə iştirakınızı boynunuza götürdüyünüzə görə 
əvvəllər  və  hal-hazırda  ixtiyarınızda  olan  Cəbəl  əl-Fəth  və  Kurtumanı,  Şəki 
tərəfdən  Qobu  çay,  Kaxet  tərəfdən  Qabırrı  çayı  və  Kavaz  suyu  ətrafında  olan 
İnisel, Padar, Axilo, Bəy-Əhmədli, Lələli sizə qarşı mərhəmət və lütfkarlığımızın 
əlaməti olaraq mükafatınız olur».
2
 Fərmanda adı çəkilən Cəbəl əl-Fəth çox güman 
ki,  Böyük  Qafqaz  sıra  dağlarını,  Kurtuman  çayı  isə  Qara-Tuban  çayını  bildirirdi. 
Yeri  gəlmişkən,  rus  müəllifi  Poserbski  Zaqatala  dairəsinin  sərhədlərindən  bəhs 
edərkən, Qara-Tuban çayının dairəni Telavi qəzasından ayırdığını qeyd edirdi.
3
 
Fərmanın  gətirilən  hissəsindən  bəlli  olur  ki,  göstərilən  ərazilər,  o 
cümlədən Qabırrı (İori) çayınadək ərazilər (yəni Şirək çölü) artıq uzun zamandan 
bəri  camaatlıqların  tərkibində  idi  və  türk  sultanı,  sadəcə,  mövcud  status-kvonu 
etiraf  edirdi.  Yeri  gəlmişkən,  tarixən  camaatlıqların  şimal-qərb  hüdudları  faktiki 
olaraq Gürcüstanın indiki Laqodexi rayonunun ərazisini də əhatə edirdi: sənədlərdə  


20 
 
 
 
 


21 
 
Qara-tuban  çayının  (hal-hazırda  Laqodexi  və  Telavi  rayonları  ərazisindən  keçən 
çay) mahalın şimal-qərb sərhədi kimi göstərilməsi də dediklərimizi təsdiqləyir. 
İlisu sultanlığının sərhədlərinə gəldikdə isə, o şərqdən Qanlı-qobu çayı ilə 
Şəki  xanlığından,  qərbdən  isə  Qapı  çay  və  Muxax  çay  ilə  Car-Balakən 
camaatlıqlarından  ayrılırdı.  Sultanlığın  cənub  sərhədini  Alazan  çayı  təşkil  edirdi. 
Onun  şimal  hüdudları  Qafqaz  sıra  dağlarınadək  uzanaraq,  Samur  çayının  yuxarı 
hövzəsini də əhatə edirdi.
4
 
Car-Balakən  camaatlıqları  və  İlisu  sultanlığı  Rusiya  tərəfindən  1803-
1804-cü  illərdə  işğal  edilmişdi.  Lakin  1830-cu  ilədək  bu  qurumlar  öz  nisbi 
sərbəstliklərini  saxlamışdılar:  yalnız həmin  ildə  bölgədə  üsyan  yatırıldıqdan  sonra 
Car  vilayəti  yaradıldı  və  onun  idarəçiliyi  Qafqaz  baş  komandanı  tərəfindən  təyin 
olunan  xüsusi  orqana  həvalə  edildi.  Vilayət  rəisinə  1844-cü  ilədək  öz  nominal 
mövcudluğunu qoruyub saxlayan İlisu sultanlığı da tabe idi. 
1840-cı  ilin  aprelində  Cənubi  Qafqazda  inzibati  islahat  haqqında  qanun 
verildi.  Ona  əsasən  çar  hökuməti  bir  sıra  Azərbaycan  torpaqlarını  yenicə  təsis 
edilən  Gürcüstan-İmeretiya  quberniyası  tərkibinə  daxil  etmişdi.  Car  vilayəti  də 
Balakən  qəzası  adı  altında  həmin  quberniyaya  aid  edildi.  Lakin  bu  hal  uzun 
sürmədi:  1842-ci  ildə Car-Balakənə  baş  çəkən hərbi nazir knyaz  Çernışev,  «yeni 
qaydanın əhalinin anlayışlarına nə dərəcədə uyğun gəlmədiyinə şəxsən əmin oldu 
və  qəza  idarəsinin  hərbi  qərargah  zabitinə  tabe  olmaqla  və  hərbi-məhkəmə 
komissiyasını təsis etməklə... dairə idarəsi ilə əvəz olunması haqqında əmr verdi».
5
  
1844-cü  ildə,  ləğv  edilmiş  İlisu  sultanlığının  da  bir  hissəsi  daxil  olmaqla  Car-
Balakən  hərbi  dairəsi  yaradıldı.  Sultanlığın  digər  -  dağlıq  hissəsi  isə  Samur 
dairəsinin tərkibinə verildi.
6
 
1860-cı  ilin  aprelində  dərc  olunmuş  «Dağıstan  vilayətinin  idarəçiliyi 
haqqında əsasnaməyə» əsasən Car-Balakən hərbi dairəsi başda dairə rəisi olmaqla 
Zaqatala  dairəsinə  təbdil  edilirdi.  Dairə  rəisi  Yuxarı  Dağıstanın  hərbi  rəisinə, 
sonuncusu  isə  hərbi  cəhətdən  Dağıstan  vilayəti  rəisinə,  mülki  cəhətdən  isə 
bilavasitə  Qafqaz  canişininə  tabe  idi.  1864-cü  ildə  dairə      rəisinə    daxili   
idarəçilikdə   qubernator   səlahiyyətləri verilmişdi. 
Zaqatalada  «hərbi-xalq  idarəçiliyi»  adlanan  idarəetmə  sistemi  tətbiq 
edilmişdi. Belə bir sistem üçün bütün mülki hakimiyyətin hərbi məmurların əlində 
cəmləşməsi  səciyyəvi  idi;  digər  tərəfdən  o,  kənd  icmalarının  idarəçiliyini,  habelə 
qəza idarəsinin aşağı  vəzifələrini nüfuzlu  yerli  sakinlərə həvalə  etməklə  müəyyən 
elastiklik nümayiş etdirmiş olurdu.
7
 
Zaqatala      dairəsində      qeyd      olunan      idarəçilik      sistemi  müəyyən 
dəyişikliklərlə 1917-ci ilə qədər saxlanılmışdı. 
Yeri   gəlmişkən,   bir   məsələyə   də   qısaca   toxunmaq istərdik. Bəzən 
belə  bir  fikir  səslənməkdədir  ki,  Zaqatala  dairəsi  inzibati  planda  Tiflis 
quberniyasına  tabe  idi.  Hətta  qonşu  Gürcüstanda  dərc  olunmuş  tarixi-coğrafi 
xəritələrdə  sözügedən  dairə  məhz  Tiflis  quberniyasının  tərkibində  göstərilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə