ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

24 
 
Həbibulla bəy Qardaşov icra edirdi) kimin seçiləcəyi məsələsi aktuallaşdığı zaman 
bu  qüvvələr  bölgəyə  dair  müəyyən  niyyətlərini  gerçəkləşdirməyə  cəhd  etdilər. 
Seçki  məsələsi  ilə  əlaqədar  dairə  müvəkkili  Sirbiladze  Xüsusi  Zaqafqaziya 
Komitəsinə  təliqə  göndərmişdi.
20
  Təliqədə  komissarın  yerli müsəlmanlardan təyin 
edilməsi «yerli əhali tərəfindən demokratik əsasların mənimsənilməməsi üzündən» 
arzuolunmaz  sayılırdı.  Öz mövqeyini  əsaslandırmaq  üçün  Sirbiladze  bəzi  faktlara 
müraciət  edirdi:  «Sabiq komissar  İsmayıl  bəy  Şahmalıyev  bir  yerli  kimi  vəzifədə 
qala bilmədi və həm dairə komitəsinin qərarı ilə, həm də iri camaatların tələbi ilə 
kənarlaşdır ıldı...  
Bundan  əlavə,  hakimiyyətin  təşkili  üzrə  keçmiş  müvəkkil  İ.Qəbulov  da 
yerli kimi, əhalinin nəzərində mütləq nüfuza malik deyildi. Halbuki mən bir qeyri-
yerli  kimi...  dairənin  istisnasız  bütün  milliyyətlərinin  ümumi  rəğbətini  qazanmış-
dım...».  Gətirilən  sitatdan  belə  qənaətə  gəlmək  olar  ki,  sözügedən  dövrdə 
müsəlman əhalisi arasında siyasi təmərküzləşmə prosesi olduqca çətin gedirdi: bu, 
siyasi  şüurun  aşağı  səviyyədə  olmasından  irəli  gəlirdi.  Yalnız  1917-ci  ilin  sonla-
rına doğru  bölgənin  de-fakto  əlahiddələşməsi  bu  prosesə  müəyyən  mənada  təkan 
vermişdi. 
Sirbiladze    komissar  vəzifəsinə  M.D.Çavçavadze  adlı  gürcü  xadiminin 
namizədliyini irəli sürərək, həmin şəxsin bu yerlərin sakini olmamasını və deməli, 
heç  bir  qruplaşmaya  daxil  olmadığını  əsas  gətirirdi;  bu  amil,  təliqə  müəllifinin 
fikrincə,  qeyd  olunan  namizədin  bütün  millətlərə  eyni  münasibət  bəsləyəcəyini 
əvvəlcədən  müəyyənləşdirirdi.  Sirbiladzenin  məsələdə  heç  də  qərəzsiz  mövqe 
tutmaması elə bu məqamdan aydın olurdu: komissar vəzifəsinə mahal üçün kənar 
şəxsin təyin edilməsi zəruri idisə, bu şəxsin qeyri-müsəlman və hətta gürcü olması 
da şərt deyildi. 
Sirbiladzenin  təklifi  Qafqazın  ali  hakimiyyət  instansiyası  tərəfindən 
bəyənilmişdi. Zaqatala dairə icraiyyə komitəsinin oktyabrın 14-də olmuş iclasında 
XZK  nəzdində  hakimiyyət  orqanlarının  təşkili  üzrə  idarənin  müdiri  Mendelevin 
teleqramı oxundu: orada Çavçavadzenin namizədliyi rəsmən təklif olunurdu. Lakin 
icraiyyə  komitəsi  bu  namizədliyi,  hətta  səs  verməyə  çıxarmayaraq,  dərhal  rədd 
etmişdi.  İclasda  komissar  vəzifəsinə  mahalın  ruhani  liderlərindən  olan  Molla 
Məhəmməd Dibirov seçilmişdi.
21
 
1917-ci ilin sonlarına doğru bütün ölkəni bürümüş siyasi böhran Zaqatala 
mahalının  ictimai-siyasi  həyatına  təsir  göstərməyə  bilməzdi.  Bu,  ilk  növbədə 
bölgədə  quldurluq  hallarının  artmasında,  habelə  dairənin  regional  siyasi-inzibati 
mərkəzlə - Tiflislə, orada qərarlaşmış Cənubi Qafqazın ali hakimiyyət orqanları ilə 
əlaqələrinin  zəifləməsində  təzahür  edirdi.  Aşağıda  görəcəyimiz  kimi,  Cənubi 
Qafqaz seyminin
  
mövcudluğu dövründə Zaqatala dairəsi avtonom surətdə fəaliyyət 
göstərirdi. 
Qeyd etdiyimiz kimi, Zaqatala dairəsi tərkibinə Car-Balakən camaatlıqları 
və qismən İlisu sultanlığının əraziləri daxil idi, yəni dairə təqribən indiki Balakən, 


25 
 
Zaqatala  və  Qax  rayonlarının  ərazilərini  əhatə  edirdi.  Sahəsi  təqribən  3736  km
2
 
olan  bu  bölgə,  əhalisinin  polietnik  tərkibi  ilə  fərqlənirdi:  1917-ci  il  ərəfəsində 
dairədə təqribən 93,6 min əhali yaşayırdı ki, onlardan 49056 (54%) nəfərini avarlar 
və  başqa  dağlı  xalqları,  26230  (28,3%) nəfərini  Azərbaycan  türkləri,  9850  (9,6%) 
nəfərini ingiloylar, 4664-cü (5%) xristian gürcülər, 2530 (2,7%) nəfərini ermənilər, 
368  (0,4%) nəfərini ruslar təşkil  edirdir
22
.  Gətirilən  bilgilər bölgənin  konfessional 
mənzərəsini yetərincə aydın cızır: əhalinin mütləq əksəriyyəti - 92% müsəlman idi. 
Yeri  gəlmişkən,  məhz  bu  -  konfessional  amil  1918-ci  ildə  Azərbaycan 
cümhuriyyətinin  siyasi  identikliyinin  formalaşması  və  təsbitində  olduqca  mühüm 
rol  oynamışdı:  fikrimizcə,  birinci  respublikanın  qurucuları  öz  dövlətlərinə 
Qafqazın  (xüsusən  də  onun  cənub  və  mərkəzi  qisimlərinin)  türk-müsəlman 
aləminin  inteqrasiyasını  gerçəkləşdirəcək  özünəməxsus  siyasi  layihə  kimi 
baxırdılar. Belə bir baxış Zaqatala dairəsinin Milli Şurasının, bir qədər sonra ətraflı 
bəhs  edəcəyimiz  məlum  qərarında  da  öz  inikasını  tapan  gerçək  siyasi  əhvali-
ruhiyyə və sosiomədəni gözləmələrə istinad edirdi. 
Dairənin  iqtisadi  əlaqələrinə  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  bu  sferada 
Gürcüstana  -  Kaxetiyaya  müəyyən  meyillilik  nəzərə  çarpırdı.  Fəqət,  Azərbaycan 
Xarici İşlər Nazirliyinin əməkdaşı və «Azərbaycan» qəzetinin rus dilli versiyasının 
yazarlarından  olan  A.Şepotyevin  1920-ci  ildə  tərtib  etdiyi  məşhur  məruzəsində 
deyildiyi  kimi,  «Kaxetiya  dəmir  yolunun  çəkilişinə  qədər  müsəlman  və  gürcü 
əhalisi arasında ictimai-məişət və digər fərqlər sayəsində bu əlaqə (Zaqatala bölgə-
sinin Gürcüstanla iqtisadi əlaqəsi nəzərdə tutulur-Ş.R.) xeyli az əhəmiyyətə malik 
idi,  belə  ki,  Zaqatala  dairəsinin  ticarət  münasibətləri  Nuxa  istiqamətində  Yevlax 
stansiyasına yönəlirdi; sonuncu Alazan vadisindən sıra dağları ilə ayrılmış Tiflislə 
müqayisədə Zaqatala dairəsinə daha yaxın idi. Gerçəkdən son zamanlaradək bütün 
Yuxarı  Alazan  vadisi  Zaqatala  dairəsindən  (əksinə  yox)  iqtisadi  cəhətdən  asılı 
idi».
23 
Dairənin kənd təsərrüfatı məhsullarının əsas etibarı ilə Gürcüstan bazarlarına 
ixrac edilməsi amilindən 1918-1920-ci illərdə, yeri gəldikdə bəhs edəcəyimiz kimi, 
gürcü hökumət dairələri yetərincə yararlanmağa çalışırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə