ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   ...   110

10 
 
təəssüflə  qeyd  etməliyik  ki,  son  zamanlar  Gürcüstanın  bəzi  ictimai-siyasi 
dairələrində  Azərbaycanın  ayrılmaz  parçası  olan  şimal-qərb  bölgəsinə,  həmçinin 
David-Qareci  monastırı  ərazisinə  və  bəzi  digər  torpaqlarımıza  qarşı  açıq  və 
üstüörtülü  formada  iddialar  irəli  sürülməkdədir.  Bu  nöqteyi-nəzərdən  sözügedən 
problemin  tarixinin  öyrənilməsi  həmin  iddiaların  tutarsızlığının  da  bariz  şəkildə 
üzə çıxarılmasına imkan verir. 
1918-ci  ildən  etibarən  Zaqatala  bölgəsi  ilə  bilavasitə  əlaqədar  olan  bir 
başqa  ixtilaf  da  inkişaf  edirdi.  Bəlli  olduğu  kımi,  çarizm  Qafqazın  inzibati-ərazi 
bölgüsünü  həyata  keçirərkən,  bir  çox  hallarda  diyarın  tarixi,  etnokonfessional  və 
təsərrüfat xüsusiyyətlərini nəzərə almırdı. Ona görə də Azərbaycanın qədim tarixi 
vilayətləri  rus  inzibati  idarəçiliyi  tərəfindən  süni  surətdə  yaradılmış  müxtəlif 
quberniyalar arasında «paylaşdırılmışdı».  Bu tip  inzibati  vahidlərin təşkili  çox  vaxt 
çarizmin  strateji  planlarından  irəli  gəlirdi:  o,  Cənubi  Qafqazda  «etibarsız»  hesab 
etdiyi  müsəlman  əhalisinin  pay  çəkisini  və  siyasi  nüfuzunu  əhəmiyyətli  dərəcədə 
azaltmaqla,  və  əksinə,  regionda  xristian  elementinin  sayını  artırmaqla  öz  siyasi-
sosial dayaqlarını möhkəmləndirməyə can atırdı. 
Belə  ədalətsizliklə  Zaqatala  dairəsinin  əhalisi  də  üzləşmişdi:  yerli 
təsərrüfat  xüsusiyyətlərinə  məhəl  qoyulmadan  inzibati  sərhədlərin  ixtiyari 
(özbaşına)  təsbiti  nəticəsində  Car-Balakən  camaatlıqlarına  və  İlisu  sultanlığına 
məxsus  nəhəng  torpaq  massivləri  Tiflis  quberniyasının  Sığnaq  qəzasına  daxil 
edilmiş,  yaxud  da  inzibati  və  ya  təsərrüfat  baxımından  həmin  quberniyanın 
müvafiq təsisatlarının sərəncamına verilmişdi. 
Çarizmin bu «inzibati xətası» 1918-ci ildə böyük siyasi anlam kəsb etdi: 
Gürcüstan  Zaqatala  kəndlilərinin  əsrlər  boyu  sahib  olduqları  şumluqları,  örüşləri, 
biçənəkləri,  meşələri  özününküləşdirməyə  başladı.  Yeni  «status  kvo»nun  rəsmi 
təsbiti  və  zaqatalalıların  mübahisəli  ərazilərdən  sıxışdırılıb  çıxarılması  isə  artıq 
regionun sovetləşməsindən sonraya - 20-30-cu illərə təsadüf edirdi. 
Azərbaycan 
tarixçilərinin  qarşısında  hal-hazırda  duran  mühüm 
vəzifələrdən biri də sanballı elmi-metodoloji bazaya istinad edən Vətən tarixinin və 
tarixi  coğrafiyasının  işlənib  hazırlanmasıdır:  bu  zaman  son  iki  yüz  ildə  Şimali 
Azərbaycandan  qopardılmış  iri  tarixi  vilayətlərlə  yanaşı,  müxtəlif  bölgələrimizin 
miqyas  etibarı  ilə  daha  kiçik,  fəqət  bundan  önəmi  heç  də  əksilməyən  çoxsaylı 
torpaq  sahələrinin  qonşularımız  tərəfindən  mənilsənilməsi  tarixinin  araşdırılması 
həm  elmi-tədqiqat,  həm  də  elmi-praktiki  cəhətdən  əhəmiyyət  və  aktuallıq  kəsb 
edir. 
Beləliklə,  əsərdə  Azərbaycan-Gürcüstan  münasibətləri  kontekstində 
«Zaqatala məsələsi» kimi işarələdiyimiz ərazi və etnososial səciyyəli münaqişənin 
tədqiqi  nəzərdə  tutulmuşdur.  Bu  zaman  sözügedən  problemin  iki  süjet  xətti  qeyd 
olunmalıdır:  1)  Zaqatala  dairəsinə  Gürcüstanın  iddiası  (mahalın  siyasi 
mənsubiyyəti mübahisə predmeti kimi), 2) Zaqatala kənd icmalarının «Çiaur meşə 


11 
 
məntəqəsi» adlanan ərazidə (indiki Laqodex rayonu) və Şirək çölündə - Alazanyanı 
vadidə olan torpaq sahələri mübahisə predmeti kimi. 
Bəhs  etdiyimiz  münaqişə  xronoloji  baxımdan  mahiyyətcə  bir-birindən 
fərqlənən iki  dövrə  ayrılır: regionun  sovetləşməsinədək  və ondan  sonrakı  dövrlər. 
Yeri  gəlmişkən,  tədqiqatın  xronoloji  çərçivəsi  kimi  1917-1930-cu  illərin 
əvvəllərinin  seçilməsi  təsadüfi  deyildir:  «Zaqatala  məsələsi»  kimi  işarələdiyimiz 
konfliktoloji  problem,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  məhz  1917-ci  ildən  Rusiya 
məkanını  çulğalamış  arxitektonik  səciyyəli    və    miqyaslı    proseslər    nəticəsində  
aktuallıq   kəsb etmişdi. 
Cənubi  Qafqazın  sovetləşməsindən  sonra,  1921-ci  ilin  iyulun  5-də 
imzalanmış  N.Nərimanov-F.Maxaradze  sazişi  ilə  Gürcüstan  Zaqatala  mahalına 
olan iddialarından rəsmən imtina etdi: hərçənd sonralar, ələlxüsus da 40-cı illərdə 
gürcü tərəfi məsələyə yenidən baxılmasına cəhdlər etmişdi. 
Tədqiqatın  xronoloji  cəhətdən  30-cu  illərin  əvvəllərinədək  izlənilməsi 
məntiqi  münaqişənin  «mübahisəli  torpaq  sahələri»  adlandırdığımız  süjet  xəttinin 
inkişafından  irəli  gəlirdi.  Məsələ  ondadır  ki,  Cənubi  Qafqaz  Şuraları  Mərkəzi 
İcraiyyə  Komitəsinin  Rəyasət  Heyəti  1925-ci  ildə  «mübahisəli  sahələrin» 
Gürcüstana  verilməsi  haqqında  qərar  çıxarsa  da,  məsələ  ilə  bağlı  diskussiyalar, 
müzakirələr, həmçinin münaqişə ocağında gərginlik bütün 20-ci illər boyu davam 
etmişdi.  Yalnız  30-cu ilin  əvvəllərində Cənubi  Qafqazın ali hakimiyyət  orqanları 
məsələyə  dair müzakirələrə  son  qoymuş  və həmin  ərazilərin  Gürcüstan  tərkibində 
saxlanılması haqqında qəti qərar qəbul etmişdi. 
İlk  növbədə  qeyd  etməliyik  ki,  Azərbaycan  tarixşünaslığında  sözügedən 
mövzuya,  ələlxüsus  da  «mübahisəli  torpaqlar»  adlandırdığımız  məsələyə  həsr 
olunmuş  xüsusi  elmi  iş  yoxdur,  hərçənd  mövzunun  ayrı-ayrı  aspekt  və  süjetləri 
tədqiqatçıların  diqqətini  cəlb  etmişdir.  Məsələn,  Azərbaycanın  müvafiq  olaraq 
1918-1920-ci  və  1920-1922-ci  illərdə  xarici  siyasətini  və  beynəlxalq  vəziyyətini 
araşdıran N.Nəsibzadənin və M.Qasımovun monoqrafiyalarının Gürcüstanla müna-
sibətlərdən bəhs edən xüsusi bölmələrində Zaqatala mahalına dair gürcü iddialarına 
da  toxunulur.
1
  Fəqət  onların  sözügedən  süjet  haqqında  təhkiyəsi  qarşılarına 
qoyduqları  tədqiqat  vəzifəsi  səbəbi  ilə  fraqmentar  və  müəyyən  mənada  səthi 
xarakter daşıyır. Elmi planda bu əsərlərdə güclü ideoloji meyil duyulur. 
Bu  yaxınlarda  Moskvada  R.S.Mustafazədinin  1918-1922-ci  illərdə 
Azərbaycan-Rusiya  münasibətlərini  araşdıran  əsəri  işıq  üzü  görmüşdür.
2
 
Monoqrafiyanın aprel çevrilişi sonrası regionda təşəkkül tapmış mürəkkəb xarici-
siyasi  durumdan  bəhs  edən  bölümündə  müəllif  «Zaqatala  məsələsinə»  də 
toxunmuşdur.  Müəllif  Rusiya  arxivlərindən  məsələyə  dair  bu  çağadək  istifadə 
edilməmiş  və  ya  az  bəlli  olan  materialları  elmi  dövriyyəyə  cəlb  etmişdir.  Onun 
gətirdiyi  materiallar  Azərbaycanın  sovetləşməsindən  sonra  Zaqatala  mahalının 
mənsubiyyəti  məsələsinin  aktuallaşmasının  müəyyən aspektlərini aydınlaşdırmağa 
imkan verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə