ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   ...   110


 
çayının sağ sahilindəki Azərbaycan torpaqları hesabına qonşu ölkənin ərazisi daha 
da genişləndirildi. 
Beləliklə,  Rusiya  işğallarından  sonrakı  dövrdə  Cənubi  Qafqazda  ancaq 
Azərbaycan  torpaq  itkilərinə  məruz  qaldı.  Azərbaycan  xalqının  razılığı  olmadan 
onun torpaqları əlindən alındı. Şimali Azərbaycan torpaqlarının mühüm bir hissəsi 
də,  o  cümlədən  Car-Balakən  camaatlıqlarının  və  İlisu  sultanlığının  xeyli  hissəsi, 
mühüm  strateji  əhəmiyyəti  olan  Dərbənd  və  onun  ətrafları  Rusiyanın  tərkibində 
qaldı. 
Bununla  belə,  tarix  boyu  qonşularının  ərazi  bütövlüyünə  hörmət  edən 
Azərbaycan  özünün  ənənəvi  siyasətini  bu  gün  də  davam  etdirir.  Dahi  Heydər 
Əliyevin  yolu  ilə  gedən  Azərbaycan  dünya  birliyi  ölkələrinin  ərazi  bütövlüyünü 
tanıyır  və  buna  hörmətlə  yanaşır.  Prezident  İlham  Əliyev  bu  siyasəti  dönmədən 
uğurla  həyata  keçirir.  Lakin,  buna  baxmayaraq,  ayrı-ayrı  istiqamətlərdən 
Azərbaycana  qarşı  ərazi  iddiaları  irəli  sürmək  cəhdləri  yenə  davam  edir.  Bunu 
əsaslandırmaq məqsədilə əsərlər yazılır, dərsliklər nəşr olunur, xəritələr çap edilir, 
separatçılara dəstək verilir və s. Nə qədər acı olsa da, qardaş Gürcüstanın özündə 
də  bəzilərinin  «torpaq  iştahası»  soyumur  ki,  soyumur .  Bu  baxımdan  gənc 
tədqiqatçı  Şamil  Rəhmanzadə  ancaq  arxiv  sənədlərinə  əsaslanmaqla  çox  qiymətli 
bir  əsər  yazmışdır.  «Azərbaycan-Gürcüstan  münasibətlərində  ərazi  məsələləri 
(Azərbaycanın  şimal-qərb  bölgəsinin materialları  əsasında: 1917—1930-cu  illərin 
əvvəlləri)» adlanan  bu əsərdə iki ölkə arasındakı ərazi münasibətlərinin real tarixi 
araşdırılmışdı.  Şamil  Rəhmanzadənin  əsəri  real  tarixi  əks  etdirir.  Daha  doğrusu, 
müəllif  öz  oxucularına  tarixi  olduğu  kimi  təqdim  edir.  Onun  hər  bir  cümləsinin 
arxasında müəllifin subyektiv fikir və arzuları deyil, ilk mənbələr və arxiv sənəd-
ləri durur. Müəllif tədqiq etdiyi dövrdə Şimal-Qərbi Azərbaycandan Gürcüstana nə 
vaxt və nə qədər torpaq verildiyini, bu işin təşkilatçılarının kimlər olduğunu, həmin 
cinayətkar  fəaliyyətdə  Zaqfederasiyanın idarəçiliyində  yuva  salmış  ermənilərin nə 
kimi rol oynadığını təkzibolunmaz sənədlərlə sübuta yetirir. 
Nəhayət,  xüsusi  olaraq  qeyd  etmək  istərdim  ki,  Azərbaycan  alimi  öz 
əsərini  xoş  məramla  yazmışdır.  Belə  bir  əsərə  çox  böyük  ehtiyac  olduğu  üçün 
yazmışdır.  Müəllifin  məramı  bundan  ibarətdir:  qardaĢ  Azərbaycan  və 
                                                             
 
Mən  Şimal-Qərbi  Azərbaycanı  yaxşı  tanıyıram.  Bu  yerləri  qarış-qarış  gəzib  dolaşmışam. 
Tarixçi  olmaqdan  əlavə,  tərcümeyi-halımla  da  regionla  bağlıyam.  Bədxah  emissarlar  və 
missionerlərin  həmin  regiondakı,  xüsusilə  qədim  türk-albanların  nəsilləri  olan  ingiloyların 
yaşadıqları  kəndlərdəki  hər  cür  işləklərindən  də  yaxşı  xəbərdaram.  Bununla  bağlı  əlimdə 
olan  saysız-hesabsız  faktları  burada  vermək,  necə  deyərlər,  xırdalıqlara  enmək  həm 
Azərbaycan-Gürcüstan dostluğuna,  həm də şəxsi adıma layiq olmadığı   üçün bu məsələnin 
üstündən keçirəm. 
 



 
Gürcüstanın hər bir vətəndaĢı tarixi dostluğumuzun qədrini bilməli, onu göz bəbəyi 
kimi qorumalıdır. Bunun üçün real tarixi yavaĢ-yavaĢ öyrənmək və tarixi keçmiĢin 
hər bir səhifəsinə hörmətlə yanaĢmaq gərəkdir. Dost-qardaĢ arasında atılan hər 
bir addımda həm tarixin ibrət dərsləri, həm bugünkü qardaĢlıq münasibətləri, həm 
də  qloballaĢan  dünyanın  hər  an  gözlənilən  və  gözlənilməz  problemləri  ilə  üz-üzə 
qala biləcəyimiz nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, biz həm bu gün, həm 
də uzun-uzun gələcək tarixi dövrlər üçün həmiĢə bir-birimizə lazımıq! 
Bütün  bunları  başa  düşmək  üçün  Şamil  Rəhmanzadənin  kitabı  ayıldıcı 
gücə malik olan qiymətli tədqiqat əsəridir. Əsər Azərbaycan-Gürcüstan dostluğuna 
kəm  baxanlara  -  ərazi  iddiaçılarına,  hər  cür  emissarlara,  missionerlərə  tarixi 
həqiqətin uca səsi ilə deyir: DOST ARASI PAK GƏRƏK! 
 
Yaqub Mahmudov 
Əməkdar elm xadimi,  
AMEA-nın müxbir üzvü  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
G Ġ R Ġ ġ 
 
Çağdaş  Azərbaycan  tarix  elminin  qarşısında  Vətən  tarixinin  aktual 
məsələlərinin  yeni  elmi-nəzəri  biliklərə  əsaslanan  tədqiqi  ilə  əlaqədar  mühüm 
vəzifələr  durur.  1917-1920-ci  və  sonrakı  illərdə  Cənubi  Qafqazda  cərəyan  edən 
siyasi  və  sosial  proseslər  nəticəsində    təşəkkül    tapmış  dövlət  qurumlarının 
qarşılıqlı  münasibətlərinin  öyrənilməsi  belə  vəzifələrdəndir.  Adətən  yeni 
dövlətlərin  yaranmaqda  olan  münasibətlərinə  etnosiyasi  və  dövləti  identikliklərin 
formalaşması  prosesi  fövqəladə  güclü  təsir  göstərir;  sonuncusu  isə  çox  vaxt 
müxtəlif növ etnoərazi ixtilafların meydana çıxmasına səbəb olur. 
Söylənilənlər sözügedən dövrdə Cənubi Qafqazın siyasi həyatına da şamil 
oluna bilər: o illərdə regionun gənc respublikalarının qarşılıqlı münasibətləri məhz 
çoxsaylı ərazi mübahisələri ilə ağırlaşmışdı. 
Araşdırılan  dövrün  Azərbaycan-Gürcüstan  münasibətləri  son  dərəcə 
mürəkkəb və çoxaspektli fenomen kimi qarşımıza çıxır. Bu münasibətlərin aktual 
problemlərindən biri də mübahisəli sərhədyanı ərazi məsələləri (Borçalı, Zaqatala, 
Qarayazı, Sığnaq) idi. 
Azərbaycanın  tarixi  vilayətləri  -  Car-Balakən  camaatlıqları  və  İlisu 
sultanlığının  bir  hissəsini  əhatə  edən  Zaqatala  dairəsinin  siyasi  mənsubluğu 
məsələsi  iki  gənc  respublika  arasında  kifayət  qədər  gərginliklərə  səbəb  olmuşdu. 
Bu  mahal  1917-1921  -ci  illərdə  gürcü  siyasi  (və  intellektual)  dairələrinin  iddia 
predmetinə çevrilmişdi, hərçənd ki, 1918-ci ilin iyunun 26-da bölgə əhalisi siyasi, 
tarixi,  mədəni  və  etnokonfessional  mülahizələrdən  çıxış  edərək,  Azərbaycana 
birləşmək haqqında özünün taleyüklü qərarını vermişdi. 
Vətənimizin  tarixi  ərazilərinə,  o  cümlədən  şimal-qərb  bölgəsinə  gürcü 
iddialarının  tədqiq  edilməsi    1918-1920  və  1920-1921-ci  illərdə,  habelə  Cənubi 
Qafqaz  sovet  federasiyasınm  mövcudluğu  dövründə  Azərbaycanın  Gürcüstanla 
kifayət  qədər mürəkkəb  olan  siyasi  münasibətlərinin  çeşidli  aspektlərini nəzərdən 
keçirməyə,  bu  münasibətlərə  təsir  göstərən  amilləri  araşdırmağa,  iki  respublika 
arasında  qarşılıqlı  fəaliyyətin  cərəyan  etdiyi  fon  və  kontekstləri  aydınlaşdırmağa 
imkan verir. 
Bu  tip  ərazi  mübahisələrinin  tədqiqi  Cənubi  Qafqaz  etnoslarının  milli 
identikliklərinin  təsbiti  prosesi  ilə  çulğalaşan  ərazi  ideologiyalarının,  bu 
ideologiyalarda müəyyən vilayətlərə, sərhədyanı bölgələrə verilən yüksək simvolik 
önəmin  öyrənilməsi  baxımından  da  elmi  əhəmiyyət  kəsb  edir.  Bu mənada  əsərdə 
Zaqatala bölgəsinin istər gürcü, istərsə də Azərbaycan ictimai-siyasi şüurunda yeri 
və əhəmiyyətinə müəyyən aydınlıq gətirilməsinə cəhd göstərilmişdir. 
Məlum  olduğu  kimi,  müstəqillik  əldə  etdikdən  sonra,  ələlxüsus  da 
Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevin  hakimiyyətə  gəlişindən  sonra 
ölkələrimiz  arasında  strateji  müttəfiqlik  münasibətləri  bərqərar  olmuş,  bir  çox 
qlobal  əhəmiyyətli  layihələrin  həyata  keçirilməsinə  başlanılmışdır.  Lakin  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə