67
Göytürk dövlətinin idarəetmə quruluşu
Bumin xaqan qədim türklərin çox nüfuzlu
Aşina qəbiləsindən idi. Əfsanəyə görə, bu qəbilə
qurddan törəmişdi. Aşina
qəbiləsindən olanlara
«göydən enmiş türklər» -
göytürklər deyirdilər. Odur ki, Bumin xaqanın yaratdığı bu dövlət Göytürk
xaqanlığı adlanırdı.
Dövlətə
“Göytürk” adının verilməsi ilə ilk dəfə olaraq hunlar
göytürk adlandırıldı. ―Göytürk‖ mürəkkəb
sözündəki
“göy” sözü həm
səma, Tanrı, həm də
rəng mənasında işlənir.
Xaqanlığın bayrağında qurd başının şəkli vardı.
Göytürk dövlətinin idarəetmə sisteminə aşağıdakılar daxil idi:
Xaqan -
dövlətə başçılıq edir, həm də ordu komandanı idi.
Yabqu -
xaqandan sonra ikinci şəxs sayılırdı.
Tigin -
taxt-tacın vəliəhdi titulunu daşıyırdı.
Şad -
xaqanlıqda ən yüksək əyan titulu idi.
Uyğur xaqanlığı (744-842)
Uyğur imperatorluğunun yaranması. Qutluq Bilgə Gül xaqan (744-745)
744-cü ildə Göytürk imperatorluğu dağıldıqdan sonra
Qutluq Bilgə Gül xaqan Uyğur
xaqanlığının əsasını qoydu.
Qutluq Bilgə Gül xaqan hakimiyyəti dövründə:
Doqquz oğuz tayfalarını On uyğur ilə birləşdirərək Uyğur dövlətini yaratdı.
Ordu şəhərini Uyğur imperatorluğunun paytaxtı etdi.
Uyğur dövlətini geniş ərazini əhatə edən imperatorluğa çevirdi.
Dövlətin ərazisi
şərqdə Altaydan Mancuriyaya, cənubda Qobi səhrasına qədər torpaqları
əhatə edirdi.
QEYD:
Uyğur sözünün mənası
“müttəfiq”, “uyuşan” deməkdir.
Moyon Çur xaqanın hakimiyyəti (745-759)
745-ci ildə Qutluq Bilgə Gül xaqan vəfat etdi. Onun yerinə oğlu
Moyon Çur xaqan (745-759) keçdi. Moyon Çurun
hakimiyyəti zamanı Çində
ərəblərlə döyüşdə məğlubiyyətdən sonra güclü çəkişmələr baş verdi, Çin sərkərdəsi qanunsuz
olaraq Çində hakimiyyəti ələ keçirdi. Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru uyğurlardan kömək istədi. Bu zaman
Moyon Çur
Çin imperatoruna hakimiyyəti qaytarmaqda kömək göstərdi və
Çinin paytaxtını tutub devrilmiş Çin
imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin
Uyğur dövlətinə hər il ipəklə bac verməli idi.
QEYD:
Çini özündən asılı vəziyyətə salmaları I Göytürk imperatoru Muğan xaqanın və Uyğur xaqanı Moyon Çur
xaqanın fəaliyyətində oxşar cəhət təşkil edir.
Qutluq Bilgə Gül xaqan
68
Bögü xaqanın hakimiyyəti (759-779)
Moyon Çur xaqandan sonra onun oğlu
Bögü xaqan hakimiyyəti ələ keçirdi. Bögü xaqanın dövründə:
Çinin bütün ticarət əlaqələri uyğurların əlinə keçdi.
Çinə hücum edən tibetlilər darmadağın edildi.
QEYD:
762-ci ildə tibetlilər Çinə basqın edərkən Bögü xaqan
Çin kimi zəngin bir ölkəni itirməmək üçün mübarizəyə
başlamış və bu mübarizədə qalib gəlmişdi.
Bağa Tarkan xaqanın hakimiyyəti (779-789)
Bögü xaqandan sonra
Bağa Tarkan xaqan hakimiyyətə gəldi. Bağa Tarkanın dövründə
Uyğur xaqanlığı gücləndi və
iqtisadiyyatı daha da yüksəldi.
Lakin
IX əsrin birinci yarısından başlayaraq Uyğur xaqanlığı zəifləməyə başladı.
842-ci ildə
qırğızların üsyanı nəticəsində Uyğur dövləti süqut etdi.
Uyğur xaqanları
Uyğur xaqanlığının iqtisadi həyatı
Çətin coğrafi şəraitə baxmayaraq, uyğurlar zəngin
təsərrüfat həyatına malik idilər
. Maldarlıq və
əkinçilik
təsərrüfat həyatında mühüm yer tuturdu. Sənətkarlığın
dəmirçilik, zərgərlik, toxuculuq, xüsusilə xalçaçılıq sahəsi
inkişaf etmişdi. Böyük İpək yolu buradan keçdiyi üçün bir
çox ölkələrlə ticarət əlaqələri qurulmuşdu. Uyğurlar böyük
şəhərlər (
Qarabalasqun, Beşbalıq, Qaraxoca, Qaşqar,
Xotan, Yarkənd, Turfan, Qaraşar, Ağsu və.s)
salmışdılar.
Şəhərlər arasında çoxlu yollar çəkilmişdi. Bu yollardan indi
də istifadə edilir. Uyğurlar avropalılardan xeyli əvvəl
kağız
istehsal etmiş və mətbəə yaratmışdılar. Onlar
kitab çap
edirdilər. Uyğurların özünəməxsus
əlifbası da olmuşdur.
QEYD:
Hazırda uyğurların əksəriyyəti Çinin
Sintszyan-
Uyğur əyalətində yaşayır.
Uyğur dövlətini yaratdı, Ordu şəhərini Uyğur imperatorluğunun paytaxtı
etdi, Uyğur dövləti imperatorluğa çevrildi.
Çinin paytaxtını ələ keçirərək imperatorun hakimiyyətini bərpa etdi, Çin
uyğurlardan asılılığı qəbul etdi.
Uyğur dövlətinin Çin üzərində nüfuzunu artırdı, uyğurlar Çinin bütün
ticarətini öz nəzarəti altına aldı, Çinə hücum edən tibetlilər məğlub edildi.
Bögü xaqan (759-779)
Moyon Çur (745-759)
Qutluq Bilgə (744-745)
Bağa Tarkan (779-789)
Uyğur xaqanlığı
gücləndi, iqtisadiyyatı daha da yüksəldi.
II Göytürk
I Göytürk
Uyğur
Böyük Hun
Çinə qarşı mübarizə aparmış türk dövlətləri