72
Volqa (İdil) Bulqar türk dövləti (665/965-1236)
Volqa (İdil) Bulqar türk dövləti
Orta Volqaboyu və
Aşağı Kama çayı sahillərində yaşayan türk tayfalarının yaratdığı
ilk türk dövləti idi. Volqa Bulqar dövlətinin qurucusu Kubrat xanın oğlu
Baqi Bayan xan, paytaxtı isə
Bulqar şəhəri idi.
Bulqarlar uzun müddət xəzərlərin tabeliyində olmuş, onlara vergi vermişdilər.
965-ci ildə Xəzər xaqanlığı dağıldıqdan sonra
bulqarlar yenidən müstəqil oldular.
Yaxşı inkişaf etmiş
Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Burada sənətkarlıq,
xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar. Bulqar
xanlarının adından pul kəsilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi
bulqarlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə
imkan yaradırdı. Bulqarlar
taxıl, xəz-dəri, sənətkarlıq məmulatları ixrac edirdilər.
Volqa
Bulqar türkləri
İslam dini qəbul etmiş ilk türk tayfalarından biridir. Bulqar xanı hətta Abbasi xəlifəsindən İslam
dinini öyrənməyə kömək etmək üçün alimlərin göndərilməsini
xaiş etmiş, xəlifə də bir qrup alimlər göndərmişdi.
Monqolların Şərqi Avropaya yürüşü zamanı İdil (Volqa) Bulqar türk dövləti təhlükə altına düşdü.
1236-cı ildə
monqollar
Volqa (İdil) Bulqar türk dövlətinin
varlığına son qoydular.
Dunay Bulqar türk dövləti (679-864). Asparux xan
679-cu ildə Dunay Bulqar türk dövlətinin qurucusu
Asparux xan Bizansı
məğlub edərək
Cənub-Şərqi Avropada müstəqil Bulqar-türk dövlətini qurdu.
Həmin ildə Bizansla Asparux xan arasında imzalanan müqaviləyə əsasən:
1.
Bizans imperiyası
Bulqar-türk dövlətinin müstəqilliyini tanıdı.
2.
Bizans Bulqar-türk dövlətinə xərac verməli oldu.
Dunay Bulqar türk dövlətinin paytaxtı əvvəlcə
Pliska sonra isə
Preslav
şəhəri olmuşdur.
Bulqar dövlətini bütün hakimiyyəti öz əlində cəmləşdirmiş
xan
idarə edirdi. Ölkənin şəhərləri bir sıra dövlətlərlə ticarət əlaqələri saxlayırdı.
Ə
halisi, əsasən,
əkinçiliklə məşğul olurdu.
Bağçılıq və maldarlıq da inkişaf
etmişdi.
Bulqar türk dövlətinin xarici siyasətində öz ərazilərində müstəqil türk
dövlətinin olması ilə razılaşmaq istəməyən
Bizans imperiyası ilə münasibətlər
xüsusi yer tuturdu.
IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi. Bu
dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı. Şərqi Avropada olan
yeganə
duz mədənləri də bulqarlara məxsus idi.
Omurtaq xanın dövründə dövlət öz qüdrətini saxlasa da
Boqoris xanın dövründə zəifləməyə başladı.
864-cü ildə
Bulqar türk dövlətində
xristianlıq dövlətin rəsmi dini elan edildi.
Bulqar türk dövlətində
xristianlıq dövlətin rəsmi dini elan
edilməsi nəticəsində:
Ölkənin ərazisinə slavyanların çoxsaylı axınları daha da artdı.
Bulqarlar slavyanlaşaraq öz varlıqlarını itirdilər.
Mərkəzi Avropada yaranmış daha bir türk birliyinin varlığına son qoyuldu.
73
Xəzər xaqanlığı (634-965)
Xəzər xaqanlığının yaranması
Şərqi Avropa çöllərində yaşayan tayfalar o
cümlədən
xəzərlər Qərbi Hun imperatorluğu
dağıldıqdan sonra müstəqil oldular. Xəzərlər
sabir,
onoqur və
altay türklərinin törəmələri idi. Xəzərlər
VII əsrin əvvəllərindən başlayaraq əvvəlcə
Xəzər
dənizinin qərb sahillərində, o cümlədən Azərbaycan
ərazisində yaşamış, sonralar qərbə və şərqə doğru
yayılmışdılar.
Göytürk xaqanlığı yarandıqdan sonra
xəzərlər onun
qərb qanadlarından birini təşkil edirdi.
634-cü ildə Qərbi Göytürk dövləti dağıldıqdan sonra
xəzərlər
yenidən
müstəqil oldular və Xəzər
xaqanlığını yaratdılar.
634-965-ci illərdə mövcud
olmuş Xəzər xaqanlığının paytaxtı
Səməndər, sonra
isə
İdil şəhəri olmuşdur.
Xəzər xaqanlığı
Şərqi Avropada yaranmış ilk feodal dövlət idi.
VIII-IX əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli
dövrünü yaşayırdı. Bu zaman onun ərazisinə
Şimali Qafqaz, Azov dənizi sahilləri və
Krım yarımadasının bir hissəsi daxil
idi.
Xəzər xaqanlığının zəifləməsi və süqutu
IX əsrin ikinci yarısında şərq slavyanlarının bir çox tayfaları xəzərlərə
bac verirdi. Lakin zaman keçdikcə Xəzər xaqanlığı zəifləməyə başladı. Dövlətin
zəifləməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi:
Xəzərlərin tdigər ürk tayfası olan
peçeneqlərlə mübarizəsi.
Azərbaycan
uğrunda
xəzərlərlərin
ərəblərlə
uzunmüddətli
müharibələr aparması.
Zəifləmiş xaqanlıq
X əsrin 60-cı illərində (962-ci ildə) Kiyev rus dövləti
tərəfindən işğal olunaraq varlığına son qoyuldu.
Xəzər xaqanlığının idarəetmə sistemi. Təsərrüfatı. Ticarət əlaqələri
Ölkəni
xaqan idarə edirdi. Xaqanın ətrafında böyük imtiyaz sahibi olan
bəylər və
tarxanlar toplaşmışdı. Xəzər dövlətinin güclü ordusu var idi. Xəzərlər
burada və ətraf ərazilərdə çox böyük nüfuza malik idilər.
Ölkənin ərazisindən şimala və şərqə doğru uzanan ticarət yolları keçirdi.
Geniş ticarət əlaqələri ölkənin iqtisadi və mədəni inkişafına əlverişli şərait
yaradırdı.
Volqa ilə Dnepr
arasındakı ərazislər
Qara dənizin şimalı
Şimalı Qafqaz
VIII-IX əsrlərdə Xəzər xaqanlığına daxil olan ərazilər
Slaviyanların xəzərlərə bac
verməsi (qədim şəkil)