76
Koreya, Vyetnam və Tibet Çindən asılı vəziyyətə düşdü.
Min sülaləsinin dövründə
Çin imperiyasının ərazisinə müasir
Çinin daxili əyalətləri və
Mancuriya daxil idi.
Min sülaləsinin hakimiyyəti dövründə Çindən asılı vəziyyətə düşmüş dövlətlər
Vyetnam
Tibet
Koreya
77
Sasanilər imperiyası (226-651)
Sasanilər dövlətinin yaranması və işğalları
İran ərazisində əvvəllər ardıcıl olaraq Midiya, Əhəmənilər və daha sonra Parfiya dövləti mövcud olmuşdur.
III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi.
Parfiya
dövlətinin zəifləməsi ilə yaranmış əlverişli vəziyyətdən Fars vilayətinin hakimi
Ərdəşir Babəkan istifadə etdi.
Bu zaman
Sasanilər nəslindən olan I Ərdəşir Babəkan:
Parfiya ordusunu məğlub edərək paytaxt Ktesifonu tutdu.
226-cı ildə özünü şahənşah elan etdi və Sasanilər dövlətinin əsasını qoydu.
Ərdəşir Babəkan
226-cı ildə Ktesifonda təntənəli şəkildə
«şahlar şahı» titulunu qəbul etdi.
Beləliklə, Sasanilər dövləti yarandı və geniş işğallara başladı.
Xarəzm, Xorasan, Mərv və
Azərbaycan dövləti olan Atropatena Sasanilər dövlətinə qatıldı. Sasanilərin dövlət quruluşu
erkən
feodal monarxiyası idi. Ölkəni
şahənşah idarə edirdi. Ölkə
əyalətlərə bölünürdü. Əyalətləri
şəhrdarlar və
mərzbanlar idarə edirdi. Onlar müharibəyə öz silahlı qüvvələri ilə gedir, mülki və
hərbi işlərə başçılıq edirdilər. Şahdan sonra ikinci rəsmi şəxs
ali maq (baş kahin) hesab olunurdu.
Ölkənin rəsmi dini olan
zərdüştlük dövlətin idarə olunmasında xüsusi rol oynayırdı. Zərdüştlüyün
əsas mərkəzi
Azərbaycanın (Atropatenanın) Qazaka şəhərindəki məbəd hesab olunurdu.
İranda feodal münasibətlərinin meydana gəlməsi
Sasanilər dövlətinin yaranması feodal münasibətlərinin meydana gəlməsini
sürətləndirdi. Ölkədə feodal münasibətləri
III-V əsrlərdə yarandı. Sasani şahları hakimiyyətin
dayaqlarını möhkəmlətmək, ucqar əraziləri qorumaq üçün hərbçilərə torpaq sahələri
paylayırdılar.
Sasanilərdə feodal torpaq mülkiyyətinin iki forması mövcud idi:
Dastakert – iri
feodallara məxsus əsas irsi torpaq mülkiyyət forması idi.
Xostak - orta və xırda feodallara məxsus şərti torpaq mülkiyyət forması idi.
Geniş torpaq sahəsinə (dastakertə) sahib olan
iri feodallar - patriklər, xidmət
müqabilində verilən torpaq (xostak) sahibi olan
orta və
xırda feodallar - azadlar adlanırdı.
Azadlardan ibarət süvari qoşun ordunun əsasını təşkil edirdi. Vergini və borcunu ödəyə
bilməyən kəndlilər
asılı kəndlilərə çevrilirdilər.
Ölkədə
natural təsərrüfat hakim idi.
Feodal münasibətləri dini idarələri də əhatə edirdi. Dini ibadət üçün vergi verilirdi.
Kahinlərin əlində çoxlu torpaq və kəndli toplanmışdı.
Məbəd və nüfuzlu din xadimlərinin
əlində iri torpaq sahələri cəmləşmişdi.
Sasanilər dövründə əsas vergilər aşağıdakılar idi:
Xaraq - kəndlililərin məhsulun 1/3-nə qədərini təşkil edən torpaq vergisi idi.
Gezit - 20-dən 50-yaşa qədər bütün əhalinin ödədiyi vergi idi.
Bac - sənətkar və tacirlərdən alınan vergi idi.
.
Ölkədə vergi sistemini qaydaya salmaq məqsədilə Sasani şahı
I Xosrov (531—579) islahat keçirmişdi. İslahatlar
nəticəsində vergi sistemi nizama salındı.
78
Mani təlimi. Məzdəkilər hərəkatı
III əsrdə Arşakilər sülaləsinə mənsub olan Mani İranda öz təlimini yaymağa
başladı. Bu təlim
xristian, zərdüşt və
buddizm dinini özündə birləşdirmişdi.
Mani
təliminə görə işıq və qaranlıq (nur və zülmət) arasında daim mübarizə gedir. Manilik
qısa müddətdə geniş ərazilərə yayıldı. Sasani şahı maniliyin hakimiyyət üçün təhlükəli
olduğunu görüb, Manini
edam etdirdi, manilərin təqibi gücləndirildi.
481-ci ildə İranda yeni bir hərəkat - məzdəkilər hərəkatı başladı. Hərəkatın
rəhbəri ali maq Məzdək Ktesifonda çıxış edib, ədalətli cəmiyyət qurulmasını tələb
etdi. O bütün nemətlərin insanlar arasında bərabər bölüşdürülməsini təbliğ edirdi.
Sasani şahı
I Qubad (488-531) mərkəzi hakimiyyəti möhkəmlətmək məqsədilə
məzdəkilərin xalq arasındakı nüfuzundan istifadə etdi.
I Qubad hakimiyyətini möhkəmləndirdikdən sonra məzdəkilərin təqibinə
başladı.
529-cu ildə Məzdək edam edildi, onun tərəfdarlarına isə qanlı divan tutuldu.
Sasanilər dövlətinin Ağ hunlarla müharibələri
V əsrdə Sasani imperiyası şərqdə sərhəd qonşusu və əsas rəqibi Ağ hun dövləti idi. Bu dövrdə hunlar tez tez İran
üzərinə yürüşlər edirdilər. Ağ hun hökmdarı Ağsuvar xanın dövründə hunlar
430-cu ildə Sasanilərə sarsıdıcı zərbələr
endirdilər.
V əsrin ikinci yarısından Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü və Ağ Hun imperatorluğuna
illik bac verməyə başladı.
Göytürk xaqanı
İstəmi xaqan Ağ hunlara qarşı ittifaq bağlamaq təklifi ilə Sasanilər dövlətinə
müraciət etdi. Sasani hökmdarı
Xosrov Ənuşirəvan (531-579) ağ hunlara (eftalitlərə) qarşı birgə çıxış etmək barədə
Göytürk xaqanı İstəminin
təklifini məmnunluqla qəbul etdi.
567-ci ildə Xosrov Ənuşirəvanın və İstəmi
xaqanın birləşmiş
qüvvələri Ağ hunlar üzərinə yürüşə başladılar. Nəticədə Ağ hunlar məğlub oldular və onun torpaqları
göytürklər və
sasanilər
arasında bölüşdürüldü.
Sasanilər dövlətinin zəifləməsi və süqutu
VI əsrdə Sasani dövləti Göytürk imperatorluğu ilə birləşib Ağ hunları məğlub etsə də, ölkə zəifləməkdə davam edirdi.
Xüsusilə Bizansla aparılan müharibələr Sasanilər dövlətinin bütün qüvvəsini tükəndirdi. Bizans Xəzər xaqanlığının köməyi ilə
Sasani dövlətini məğlub etdi. Sasanilər Bizansla sülh bağlamağa məcbur oldu.
VII əsrin 30-cu illərində Sasanilər dövləti yeni
bir təhlükə ilə - Ərəb dövlətinin hücumu ilə qarşılaşdı. Bizans və Xəzər xaqanlığı ilə müharibələr nəticəsində zəifləmiş
Sasanilər dövləti bu zaman ərəblərə qarşı ciddi
müqavimət göstərə bilmədi və 651-ci ildə Sasanilər dövləti süqut etdi.
Sasanilər Cənubi Qafqazı tutdu
Sasanilər dövləti yarandı
Çin bir neçə dövlətə parçalandı
Manilik hərəkatı meydana gəldi
III
əsr