Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   120

 
76 
 

 
Koreya, Vyetnam və Tibet Çindən asılı vəziyyətə düşdü. 
Min sülaləsinin  dövründə  Çin imperiyasının ərazisinə müasir Çinin daxili əyalətləri  Mancuriya daxil idi.  
 
Min sülaləsinin hakimiyyəti dövründə Çindən asılı vəziyyətə düşmüş dövlətlər 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vyetnam 
 
Tibet 
 
Koreya 
 
 
 


 
77 
 
Sasanilər imperiyası (226-651)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sasanilər dövlətinin yaranması və işğalları 
İran ərazisində əvvəllər ardıcıl olaraq Midiya, Əhəmənilər və daha sonra Parfiya dövləti mövcud olmuşdur. 
III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi.  
Parfiya 
dövlətinin  zəifləməsi  ilə  yaranmış  əlverişli  vəziyyətdən  Fars  vilayətinin  hakimi  Ərdəşir  Babəkan  istifadə  etdi. 
Bu  zaman 
Sasanilər nəslindən olan I Ərdəşir Babəkan: 

 
Parfiya ordusunu məğlub edərək paytaxt Ktesifonu tutdu. 

 
226-cı ildə özünü şahənşah elan etdi və Sasanilər dövlətinin əsasını qoydu. 
Ərdəşir Babəkan  226-cı ildə Ktesifonda təntənəli şəkildə «şahlar şahı» titulunu qəbul etdi. 
Beləliklə,  Sasanilər  dövləti  yarandı  və  geniş  işğallara  başladı.  Xarəzm,  Xorasan,  Mərv  və 
Azərbaycan  dövləti  olan  Atropatena  Sasanilər  dövlətinə  qatıldı.  Sasanilərin  dövlət  quruluşu 
erkən feodal monarxiyası idi. Ölkəni şahənşah idarə edirdi. Ölkə əyalətlərə bölünürdü. Əyalətləri 
şəhrdarlar  mərzbanlar idarə edirdi. Onlar müharibəyə öz silahlı qüvvələri ilə gedir, mülki və 
hərbi işlərə başçılıq edirdilər. Şahdan sonra ikinci rəsmi şəxs ali maq (baş kahin) hesab olunurdu. 
Ölkənin rəsmi dini olan zərdüştlük dövlətin idarə olunmasında xüsusi rol oynayırdı. Zərdüştlüyün 
əsas mərkəzi Azərbaycanın (Atropatenanın) Qazaka şəhərindəki məbəd hesab olunurdu.  
 
İranda feodal münasibətlərinin meydana gəlməsi 
Sasanilər  dövlətinin  yaranması  feodal  münasibətlərinin  meydana  gəlməsini 
sürətləndirdi. Ölkədə feodal münasibətləri III-V əsrlərdə yarandı. Sasani şahları hakimiyyətin 
dayaqlarını  möhkəmlətmək,  ucqar  əraziləri  qorumaq  üçün  hərbçilərə  torpaq  sahələri 
paylayırdılar. 
Sasanilərdə feodal torpaq mülkiyyətinin iki forması mövcud idi:
 

 
Dastakert – iri feodallara məxsus əsas irsi torpaq mülkiyyət forması idi. 

 
Xostak - orta və xırda feodallara məxsus şərti torpaq mülkiyyət forması idi. 
Geniş  torpaq  sahəsinə  (dastakertə)  sahib  olan  iri  feodallar  -  patriklər,  xidmət 
müqabilində  verilən  torpaq  (xostak)  sahibi  olan  orta    xırda  feodallar  -  azadlar  adlanırdı. 
Azadlardan  ibarət  süvari  qoşun  ordunun  əsasını  təşkil  edirdi.  Vergini  və  borcunu  ödəyə 
bilməyən kəndlilər asılı kəndlilərə çevrilirdilər.
 Ölkədə natural təsərrüfat  hakim idi.
 
Feodal  münasibətləri  dini  idarələri  də  əhatə  edirdi.  Dini  ibadət  üçün  vergi  verilirdi. 
Kahinlərin  əlində  çoxlu  torpaq  və  kəndli  toplanmışdı.
  Məbəd  və  nüfuzlu  din  xadimlərinin 
əlində iri torpaq sahələri cəmləşmişdi.
 
Sasanilər dövründə əsas vergilər aşağıdakılar idi: 

 
Xaraq - kəndlililərin məhsulun 1/3-nə qədərini təşkil edən torpaq vergisi idi. 

 
Gezit 20-dən 50-yaşa qədər bütün əhalinin ödədiyi vergi idi. 

 
Bac sənətkar və tacirlərdən alınan vergi idi.
.
 
Ölkədə  vergi  sistemini  qaydaya  salmaq  məqsədilə  Sasani  şahı  I  Xosrov  (531—579)  islahat  keçirmişdi.  İslahatlar 
nəticəsində vergi sistemi nizama salındı. 
 
 
 


 
78 
 
 
Mani təlimi. Məzdəkilər hərəkatı 
III  əsrdə  Arşakilər  sülaləsinə  mənsub  olan  Mani  İranda  öz  təlimini  yaymağa 
başladı.  Bu  təlim  xristian,  zərdüşt  və  buddizm  dinini  özündə  birləşdirmişdi. 
Mani 
təliminə görə işıq və qaranlıq (nur və zülmət) arasında daim mübarizə gedir. Manilik 
qısa müddətdə geniş ərazilərə yayıldı. Sasani şahı maniliyin hakimiyyət üçün təhlükəli 
olduğunu görüb, Manini edam etdirdi, manilərin təqibi gücləndirildi. 
481-ci  ildə  İranda  yeni  bir  hərəkat  -  məzdəkilər  hərəkatı  başladı.  Hərəkatın 
rəhbəri  ali  maq  Məzdək  Ktesifonda  çıxış  edib,  ədalətli  cəmiyyət  qurulmasını  tələb 
etdi.  O  bütün  nemətlərin  insanlar  arasında  bərabər  bölüşdürülməsini  təbliğ  edirdi. 
Sasani  şahı  I  Qubad  (488-531)  mərkəzi  hakimiyyəti  möhkəmlətmək  məqsədilə 
məzdəkilərin xalq arasındakı nüfuzundan istifadə etdi. 
I  Qubad  hakimiyyətini  möhkəmləndirdikdən  sonra  məzdəkilərin  təqibinə 
başladı. 529-cu ildə Məzdək edam edildi, onun tərəfdarlarına isə qanlı divan tutuldu. 
 
 
 
 
 
 
Sasanilər dövlətinin Ağ hunlarla müharibələri 
V  əsrdə  Sasani  imperiyası  şərqdə  sərhəd  qonşusu  və  əsas  rəqibi  Ağ  hun  dövləti  idi.    Bu  dövrdə  hunlar  tez  tez  İran 
üzərinə  yürüşlər  edirdilər.  Ağ  hun  hökmdarı  Ağsuvar  xanın  dövründə  hunlar
  430-cu  ildə  Sasanilərə  sarsıdıcı  zərbələr 
endirdilər. V əsrin ikinci yarısından Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü və  Ağ Hun imperatorluğuna 
illik  bac  verməyə  başladı. 
Göytürk  xaqanı  İstəmi  xaqan  Ağ  hunlara  qarşı  ittifaq  bağlamaq  təklifi  ilə  Sasanilər  dövlətinə 
müraciət  etdi.  Sasani  hökmdarı  Xosrov  Ənuşirəvan  (531-579)    ağ  hunlara  (eftalitlərə)  qarşı  birgə  çıxış  etmək    barədə 
Göytürk  xaqanı  İstəminin  təklifini  məmnunluqla  qəbul  etdi.  567-ci  ildə  Xosrov  Ənuşirəvanın  və  İstəmi  xaqanın  birləşmiş 
qüvvələri Ağ hunlar üzərinə yürüşə başladılar. Nəticədə Ağ hunlar məğlub oldular və onun torpaqları göytürklər  sasanilər 
arasında bölüşdürüldü.
 
 
Sasanilər dövlətinin zəifləməsi və süqutu 
VI əsrdə Sasani dövləti Göytürk imperatorluğu ilə birləşib Ağ hunları məğlub etsə də, ölkə zəifləməkdə davam edirdi. 
Xüsusilə Bizansla aparılan müharibələr Sasanilər dövlətinin bütün qüvvəsini tükəndirdi. Bizans Xəzər xaqanlığının köməyi ilə 
Sasani dövlətini məğlub etdi. Sasanilər Bizansla sülh bağlamağa məcbur oldu. VII əsrin 30-cu illərində Sasanilər dövləti yeni 
bir  təhlükə  ilə  -  Ərəb  dövlətinin  hücumu  ilə  qarşılaşdı.  Bizans  və  Xəzər  xaqanlığı  ilə  müharibələr  nəticəsində  zəifləmiş 
Sasanilər dövləti bu zaman ərəblərə qarşı ciddi müqavimət göstərə bilmədi və 651-ci ildə Sasanilər dövləti süqut etdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sasanilər Cənubi Qafqazı tutdu 
 
Sasanilər dövləti yarandı 
 
 
Çin bir neçə dövlətə parçalandı 
 
Manilik hərəkatı meydana gəldi
 
 
III  
əsr  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə