74
Çin
Şərq ölkələrində feodalizmin meydana gəlməsi
III-V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri yarandı. Quldarlıq quruluşunu feodalizm əvəz etdi.
Böyük
təsərrüfat sahələri, münbit torpaqlar şərq xalqlarının həyatının sürətlə dəyişməsinə şərait yaratdı. Bu dövrdə Çin, Hindistan,
Azərbaycan və İranda feodal münasibətləri formalaşdı. Feodalizm quruluşu torpaq sahibi olan feodallar və onların
torpaqlarında çalışan kəndlilərin iqtisadi münasibətləri üzərində yaranıb inkişaf edirdi.
Çində «güclü ailələr»in yaranması
III- VII əsrlərdə Çində
iri xüsusi torpaq sahibləri -
«
güclü ailələr
»
(
iri feodallar)
adlanırdı.
«
Güclü ailələr
»
dövlət üçün
əlverilşi deyildir. Çünki
«
güclü ailələr
»
in artması və möhkəmlənməsi
nəticəsində:
Kəndlilərin torpaqsızlaşmasına səbəb olur, iri feodallar onları özlərindən asılı olan icarədarlara çevirirdilər.
Dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi.
Asılı vəziyyətə düşmüş kəndlilər
töycü şəklində vergilər ödəyirdilər.
VIII əsrdən etibarən Çində feodallar
dövlət
torpaqlarını zəbt etməyə başladılar.
Həmin ərazidə yaşayan kəndlilər isə feodallardan
asılı kəndliyə çevrildilər.
Çində dövlət feodalizminin formalaşması
«
Güclü ailələr
»
ə qarşı mübarizə aparmaqla xüsusi torpaq mülkiyyətinin inkişafını tamamilə dayandırmaq əlverişli
olmadığı üçün Çində digər Şərq ölkələrində olduğu kimi
dövlət feodalizmi formalaşırdı.
III-VII əsrlərdə Çində ən böyük
torpaq sahibi olan
imperator hərbi xidmət müqabilində özünün
ən yaxın adamlarına, sərkərdələrə və
məmurlara iri torpaq
sahələri paylayırdı.
Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər.
Suy sülaləsinin hakimiyyəti (586-618)
«Sarısarıqlılar» üsyanı və digər amillər
III əsrin əvvəllərində Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb
oldu, Çin xırda dövlətlərə parçalandı və Qədim Çin imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir neçə dövlət
yarandı. Çində
feodal münasibətlərinin inkişafı yenidən vahid dövlətin yaranmasına səbəb oldu. Sərkərdə
Yan Szyan
rəqiblərinə qalib gələrək:
Suy sülaləsinin (586-618) əsasını qoydu.
Çanan şəhərini dövlətin paytaxtı elan etdi.
Ölkənin
cənubunda hökmranlıq edən
Çin
sülaləsinin hakimiyyətinə son qoydu.
Çin imperiyasını yenidən bərpa etdi, ölkəni
vahid dövlətdə birləşdirdi.
Suy sülaləsinin ikinci hökmdarı
Yan Quanın
hakimiyyəti dövründə ölkə daxilində yük daşınmasını
asanlaşdırmaq üçün uzunluğu 1700 km olan
Böyük kanal
çəkildi.
Tan sülaləsinin hakimiyyəti (618-918)
VII əsrin əvvəllərində
(618-ci ildə)
Çində hakimiyyət
Tan sülaləsinin (618-918) əlinə keçdi. Tan sülaləsinin dövründə
Tan imperatoru
«Səma oğlu» adlandırılırdı. Tan sülaləsi Çini təqribən 300 il idarə etdi.
Tan sülaləsinin hakimiyyəti
dövründə:
Çin yenidən
vahid dövlətdə birləşdirildi.
Çin işğalçılıq siyasəti yeritdi.
Koreya və
Vyetnam Çinə tabe edildi.
Çin Böyük İpək yolunun
Çindən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarəti əlinə keçirsədə, ərəblərlə
döyüşdə məğlub olduğu üçün bu nəzarəti itirdi.
Böyük İpək yolu Çinin Mərkəzi Asiya dövlətləri, Azərbaycan, İran və Bizansla ticarət əlaqələrini möhkəmləndirdi.
Lakin
751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra Böyük İpək yolunun Mərkəzi Asiyayadək uzanan
hissəsinə nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, yenə də Çin bu yol vasitəsilə
İran, Mərkəzi Asiya və
Bizansla
ticarət əlaqələri saxlayırdı.
Çin dəniz vasitəsilə
Hind okeanı sahili ölkələri ilə, d
axili ticarətdə isə
Böyük kanaldan geniş
istifadə edirdi.
Bu dövrdə
Çində ənənəvi olan
çəltik, çay, şəkər qamışı, çini qablar, ipək istehsalı inkişaf edirdi.
75
Türklər və Çin
Erkən orta əsrlər dövründə də şimaldan türk xalqlarının Çinə hücumlarının arası kəsilmirdi. Dağınıq halda olan Çin bu
hücumların qarşısını almaqda çətinlik çəkirdi. I Göytürk hökmdarı Muğan xaqanın (552-572) dövründə Çin göytürklərdən
asılı vəziyyətə düşdü. Lakin
588-ci ildə daxili ziddiyyətlər və hakimiyyət çəkişmələri nəticəsində I Göytürk imperatorluğu iki
hissəyə - Şərqi və Qərbi Göytürk dövləti
parçalandı. Bundan bir qərər sonra həmin dövlətlər Çindən asılı vəziyyətə düşdülər.
VII əsrin 80-ci illərində göytürklər İltəris (Qutluq) xanın
başçılığı altında üsyan qaldıraraq yenidən dövlət yaratdılar.
Qapağan xaqanın dövründə (692-716) göytürklər Çini yenidən məğlub edərək özlərindən asılı vəziyyətə saldılar.
Göytürk dövlətinin yerində yaranan Uyğur xaqanlığı da Çini daimi təzyiq altında saxladı. Uyğur hökmdarı Moyon Çur
xaqanın dövründə (745-759) Çində ərəblərlə döyüşdə məğlubiyyətdən sonra güclü çəkişmələr baş verdi, Çin sərkərdəsi
qanunsuz olaraq Çində hakimiyyəti ələ keçirdi. Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru uyğurlardan kömək istədi. Bu
zaman Moyon Çur xaqan Çin imperatoruna hakimiyyəti qaytarmaqda kömək etdi və Çinin paytaxtını tutub devrilmiş Çin
imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin Uyğur dövlətinə hər il ipəklə bac verməli idi. Digər
Uyğur hökmdarı Bögü xaqanın dövründə (759-779) Çinin bütün ticarəti uyğurların nəzarəti altına keçdi, Çinə hücum edən
tibetlilər darmadağın edildi.
Sun sülaləsinin hakimiyyəti (960-1260)
960-cı ildə Çində hakimiyyətə Sun sülaləsi gəldi.
Sun
sülaləsinin hakimiyyəti
dövründə:
Çində daim kəndli üsyanları baş verdi.
Ölkə ərazisi qonşu dövlətlərin hücumuna məruz qaldı.
Çingiz xanın qoşunları Şimali Çini tutdu.
Monqollar Çini tamamilə özlərinə tabe etdilər.
1215-ci ildə Böyük Monqol xanı
Çingiz xanın qoşunları
Şimali Çini tutdu. Monqollar uzun mübarizədən sonra Çini
tamamilə özlərinə tabe etdilər. Çin Monqol imperiyasının əsas
hissəsi oldu. Monqol imperatorluğunun paytaxtı hətta
Pekin
şəhərinə köçürüldü.
Min sülaləsinin hakimiyyəti (1368-1644)
XIV əsrin ortalarında Çində monqol əsarətinə qarşı üsyan
- xalq hərəkatı baş verdi. Xalq hərəkatı nəticəsində:
Monqollar Çindən qovuldu.
Hakimiyyətə Min sülaləsi gəldi.
Min sülaləsi
1368-1644-cü illərdə Çində
hakimiyyətdə
oldu. Min sülaləsinin hakimiyyətinin
ilk dövründə aşağıdakı
tədbirlər həyata keçirildi:
Monqol feodallarından alınmış torpaqlar kəndlilərə
paylanıldı.
Kəndlilər üç il müddətinə bütün vergi və
mükəlləfiyyətlərdən azad edildi.
Tacirlər və sənətkarlardan alınan
vergilərin miqdarı
azaldıldı.
Bütün bu tədbirlər
XV əsrdə Çində təsərrüfatın inkişafına
səbəb oldu.
Min sülaləsi də digər Çin sülaləri kimi işğalçı yürüşlər həyata keçirdi
. XVI
əsrdə Min sülaləsinin işğalçı yürüşləri nəticəsində:
İmperiyanın ərazisi
xeyli genişləndi
Suy sülaləsi
(586-618)
Tan sülaləsi
(618-918)
Paytaxt Çanan şəhəri oldu.
Çin yenidən vahid dövlətdə birləşdirildi.
Çin imperiyası yenidən bərpa edildi.
Böyük kanal çəkildi.
Çin yenidən vahid dövlətdə birləşdirildi.
Çin işğalçılıq siyasəti yeritdi.
Türklərlə mübarizə davam etdirildi.
Koreya və Vyetnam Çinə tabe edildi.
Çində monqollara qarşı xalq
hərəkatı