69
Oğuz dövləti
Oğuz dövlətinin yaranması
Uyğur dövləti dağıldıqdan bir qədər sonra
Seyhun çayı və Xəzər dənizi arasında yerləşən türk boyları birləşib tarixi
mənbələrdə
Oğuz dövləti və ya
Yabqu dövləti kimi qeyd olunan dövlət yaratdılar.
X əsrdə yaranmış
Oğuz dövlətinin
mərkəzi
Yenikənd şəhəri idi. Oğuz dövlətinin idarəetmə sistemi belə idi:
Yabqu -
dövlət başçısı hesab edilirdi.
Subaşı -
orduya başçılıq edir, yabqudan sonra ən
səlahiyyətli şəxs idi.
Gülərgin yabqunun vəkili sayılırdı.
Divan -
Dövlət başçısının yanında fəaliyyət göstərən
orqan idi.
Təhsildar -
Şəhərlərdən vergiyığan məmurlar idi.
Oğuz dövlətində ordunun əsasını atlı qoşun təşkil edirdi.
Oğuzların İslam dinini qəbul etməsi.
İslam dinini qəbul edənə qədər oğuzlar
Göy tanrıya inanırdılar.
950-ci ildə oğuzlar
İslam dinini qəbul etdilər. Bu dini
qəbul edən oğuzları
türkmən adlandırmağa başladılar. Tezliklə İslam dini oğuzlar arasında hakim dinə çevrildi. Oğuzların
İslam dinini qəbul etməsinin böyük əhəmiyyəti var idi. Belə ki, oğuzlar İslam dinini qəbul etdikdən sonra:
Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi.
İslam və türk ənənələri birləşdi.
Oğuz dövlətinin süqutu. Oğuz axınları
Daxili çəkişmələr nəticəsində Oğuz dövləti zəiflədi. Bu vəziyyətdən istifadə edən
qıpçaqlar 1000-ci ildə Oğuz
dövlətinin varlığına son qoydular. Dövlət süqut etdikdən sonra müxtəlif istiqamətlərə oğuzların yeni axınları başladı. Onların
bir hissəsi
Qara dənizin şimalında məskunlaşdı, digər qismi isə
İran, İraq, Azərbaycan və
Anadoluya yayıldı.
70
Avar xaqanlığı (558-803)
Avarların Şərqi Avropaya yürüşü
552-ci ildə
Göytürklər Jujan dövlətinin varlığına son qoyduqdan sonra jujanların bir qismi qərbə çəkildi və
Qafqazda
məskən saldılar.
Jujan dövləti dağılarkən qərbə çəkilən
jujanlar “avar” adlanmağa başladı. Türkcə avar sözü
“dirənən, qarşı
gələn” mənasını verir.
Avarlar az sonra
Qafqazdan köçərək Şərqi Avropaya getdilər və
Şərqi Avropanın türk xalqları ilə
qaynayıb qarışaraq burada
Avar dövlətini yaratdılar. Avar xaqanlığının yaranmasında və möhkəmlənməsində
hun, sabir,
oğuz və.b türk tayfaları yaxından iştirak etmişdilər.
Avar xaqanlığının yaranması
Avar tayfaları
Şərqi Avropada
558-ci ildə Bayan xaqanın başçılığı ilə
Avar dövlətini yaratdılar.
VI əsrin sonlarında,
hökmdar
Bayan xaqanın hakimiyyəti dövründə:
Bizans avarlara vergi verməyə başladı.
Alman və slavyan tayfalarının bir hissəsi avarlardan asılı hala düşdü.
Avar dövləti güclü imperatorluğa çevrildi.
VI əsrin sonlarında,
hökmdar
Bayan xaqanın hakimiyyəti dövründə
artıq imperatorluğa çevrilmiş Avar xaqanlığının
ərazisinə
indiki Macarıstanın, Çexiyanın, Slovakiyanın, Avstriyanın və Almaniyanın cənub bölgələrinin bir hissəsi daxil
idi.
Göründüyü kimi, Avar xaqanlığının ərazisinə
Şərqi və Qərbi Avropanın böyük hissəsini əhatə edirdi.
Konstantinopolun mühasirəsi
Avar xaqanlığı Bizansla qonşu olduqdan sonra onun Bizans üzərinə hücumları artdı. Avarlar
Sasanilərlə birlikdə iki
dəfə Konstantinopolu mühasirəyə aldılar.
626-cı ildə Konstantinopolu
n
ikinci mühasirə zamanı avarlar məğlub olaraq şimala
çəkildilər. Avarların bu məğlubiyyətinin səbəbi
onların donanmamasının olmaması idi.
Beləliklə,
Konstantinopolun
hər
iki
mühasirəsi avarlar üçün
uğursuz oldu. Bu
uğursuzluqdan sonra:
Avar xaqanlığının qüdrəti sarsıldı.
Hakimiyyət uğrunda mübarizə başladı.
Avar xaqanlığına
tabe olan xalqların
üsyanı baş verdi.
Bu amillər
Avar xaqanlığının
zəifləməsinə
səbəb oldu
.
Avarların Konstantinopolu mühasirəyə alması (qədim şəkil)
71
Avar xaqanlığının zəifləməsi və süqutu
Avar xaqanlığının süqutunun əsas səbəbi əsasən aşağıdakı amillərlə bağlı olmuşdur:
Xaqanlığa tabe olan xalqların üsyanları.
Hakim təbəqənin hakimiyyət uğrunda mübarizəsi.
Üsyanlar yatırılsa da, Avar xaqanlığına güclü zərbə vuruldu. Avarlara növbəti zərbəni
bulqarlar vurdu. Belə ki,
Bulqar
dövlətinin başçısı Kubrat xan avarlardan ayrılan bəzi türk tayfalarını öz elinə birləşdirdi. O, avarları Qara dənizin şimal
sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axarlarından sıxışdırıb çıxardı.
Avar xaqanlığının varlığına isə
franklar son qoydular.
VIII əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında
uzunsürən müharibə başlandı. Avar-frank müharibələri nəticəsində:
Franklar avarların Pannoniya ərazisini tutdular.
803-cü ildə
Avar dövləti süqut etdi.
Avar imperatorluğu süqut etdikdən sonra avarlar
Balkan yarımadasına, Macarıstanın şərq vilayətlərinə səpələnərək
xristianlaşdılar və yerli əhali içərisində əriyib getdilər.
Hazırda Şimal-Qərbi Azərbaycanda və Dağıstanda yaşayan avarlar
qədim avar türklərinin nəsilləri hesab olunur.
Bulqar dövləti
Böyük Bulqar dövləti (630-665). Kubrat xan
Qərbi Göytürk xaqanlığı süqut etdikdən sonra Şərqi Avropa düzənliklərində iki dövlət formalaşmışdı:
Qara dəniz ətrafında Böyük Bulqar dövləti (630-665).
Xəzər dənizinin şimal ərazilərində Xəzər xaqanlığı (634-965).
Bulqar dövləti yarandığı vaxtdan güclü siyasi qüvvəyə çevrilmişdi. Lakin dövlətin əsasını qoymuş
Kubrat xanın
vəfatından
sonra Böyük Bulqar dövləti zəiflədi
və onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başladı. Bu zaman
xəzərlər yaranmış fürsətdən istifadə edərək bulqarlar üzərinə hücum etdilər.
660-cı ildə xəzərlərlə bulqarlar arasında baş
vermiş döyüş nəticəsində:
Xəzərlər qalib gəldilər.
Bulqarların bir hissəsi xəzərlərin hakimiyyətini qəbul etdilər.
Bulqarların digər bir hissəsi isə Kubrat xanın oğlu
Asparux xanın başçılığı ilə Dunay ətrafına çəkildi.
Beləliklıə, Böyük Bulqar dövləti iki hissəyə parçalandı:
Volqa Bulqar türk dövlətinə.
Dunay Bulqar türk dövlətinə.
QEYD:
Bulqar sözünün mənası ―
qarışmaq” deməkdir.
Qara dənizin şimal sahillərində və
Şimali Qafqazda
məskunlaşan və
oğuz türk qupuna daxil olan
onoqurlar, sarıqurlar, utruqurlar, kutuqurlar hun türkləri ilə qarışaraq
bulqar
adlanmağa başladılar.
Dunay Bulqar dövləti
İdil Bulqar dövləti