Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 48,45 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü48,45 Kb.
#42480


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

 

UOT 94 (479.24) 

AZƏRBAYCAN ƏHALİSİNİN MİQRASİYASININ BƏZİ 

PROBLEMLƏRİ (1990-2009-CU İLLƏR) 

 

L.L.HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

L.Letife@ mail.ru 

 

SSRİ-nin süqutu və Azərbaycanın müstəqillik  əldə etməsi prosesində respublikada 

mövcud olan demoqrafik durum kökündən dəyişdi. Ölkədə baş verən demoqrafik dəyişikliklərə 

ciddi təsir göstərən amillərdən biri də  əhalinin miqrasiyasıdır. Məqalədə demoqrafik 

proseslərin tənzimlənməsi, müvafiq əhali və onun tərkib hissəsi olan miqrasiya siyasətinin 

hazırlanması və s. problemlərdən bəhs edilir. 

 

Açar sözlər: Azərbaycan əhalisi, miqrasiya, miqrasiya saldosu, demoqrafiya 

 

Məlumdur ki, müstəqillik  ərəfəsində  və dövründə başqa postsovet res-



publikalarında olduğu kimi Azərbaycan Respublikasında da mövcud olan de-

moqrafik durum köklü şəkildə  dəyişdi. Ölkədə baş verən demoqrafik 

proseslərin dəyişməsinə ciddi təsir göstərən amillərdən biri də əhalinin miqra-

siyasıdır. Bu problem, xüsusilə  də  əhalinin qeyri-qanuni miqrasiyası hazırda 

dünyanı narahat edən qlobal problemlərdən biridir. Belə ki, əhali içərisində 

baş verən demoqrafik proseslərin və xüsusilə  də miqrasiyanın kortəbii  şəkil 

alması böyük problemlərlə (aclıq, demoqrafik partlayış, yoluxucu xəstəliklər 

və s.) müşayiət olunur. Həmin hadisələrin idarə edilməsi, demoqrafik pro-

seslərin tənzimlənməsi, müvafiq əhali və onun mühüm hissəsi olan miqrasiya 

siyasətinin hazırlanmasının əhəmiyyətini daha da artırmışdır (6, 3-4). Məhz bu 

baxımdan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr 290 

nömrəli sərəncamı ilə qəbul edilmiş «Azərbaycan Respublikasının Demoqrafik 

İnkişaf Konsepsiyasında» (1, 2911-2927) məsələnin bu tərəfinə xüsusi diqqət 

göstərilmişdir. Sonrakı illərdə  də  gənc respublika bu məsələni diqqət mər-

kəzində saxlamış və onun qanunvericilik bazarını daha da möhkəmləndirmiş-

dir. Belə ki, 2002-ci ildə qəbul edilmiş «Gənclər siyasəti haqqında» Azərbay-

can Respublikasının qanununda da gənclərin xaricə miqrasiyasının qarşısını 

almaq üçün onlara dövlət qaydasını genişləndirmək, gənclərin yeni peşələrə 

yiyələnməsi, iş və mənzillə təmin edilməsi, onlara torpaq sahələri və güzəştli 

kreditlərin verilməsi üçün geniş tədbirlər planı hazırlanmışdır (5, 858-859). 

 

97



2004-cü ildə qəbul olunmuş «Azərbaycan Respublikasında demoqrafiya 

və  əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında  əhalinin miqra-

siyasının demoqrafik proseslərdə mühüm yer tutduğu qeyd edilir və bu prob-

lemi tənzimləmək üçün bir sıra tədbirlərin: miqrasiya üzrə informasiya mərkə-

zinin yaradılması, qanunsuz miqrasiya ilə mübarizəyə dair təkliflərin hazırlan-

ması, daxili miqrasiya ilə bağlı uçot sahəsində  vəziyyətin öyrənilməsi, 

məlumat mənbələrinin dəqiqləşdirilməsi və s.,-nəzərdə tutulmuşdu (2, 3201-

3202). Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul 

tarixi, 1575 №-li sərəncamı ilə «Azərbaycan Respublikasının Dövlət Miqrasi-

ya Proqramı»  (2006-2008-ci illər) qəbul edildi. Proqramda qeyd edildiyi kimi, 

Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 

noyabr tarixli sərəncamı ilə  təsdiq edilmiş «Azərbaycan Respublikasında 

demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına uyğun 

olaraq hazırlanmışdır və ölkədə mövcud miqrasiya proseslərinin təhlili 

əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan 

zəruri tədbirləri özündə əks etdirir» (8, 1617). 

Proqramda qeyd edildiyi kimi, miqrasiya proseslərinin təhlili onun iki 

istiqamətinin: daxili və xarici miqrasiya, müəyyənləşdirilməsinə imkan verir. 

Məlumdur ki, Azərbaycan keçmiş Sovet respublikaları içərisində qaçqın və 

məcburi köçkün problemi ilə qarşılaşan ilk ölkələrdən biri olmuşdur. XX əsrin 

80-ci illərinin ortalarında ölkə rəhbərliyi on illərlə yığılıb qalmış problemlər-

dən  əhalinin diqqətini yayındırmaq məqsədilə «yenidənqurma», «demok-

ratikləşmə», «aşkarlıq» və s. şüarları irəli sürdü. Bundan məharətlə istifadə 

edən ermənilər «Qarabağ problemini» yenidən gündəmə  gətirdilər. Mərkəzin 

«ermənipərəst» siyasətindən istifadə edən ermənilər Qərbi Azərbaycanda 

yaşayan etnik azərbaycanlıların öz ata-baba yurdlarından qovulması prosesini 

başa çatdırdılar. Nəticədə 250 mindən çox soydaşımız Ermənistan SSR-dən 

qovularaq Azərbaycana pənah gətirdilər (9, 4). SSRİ-də keçirilən  əhalinin 

sonuncu–1989-cu il, siyahıyaalması zamanı Ermənistan SSR əhalisinin 93, 

3%-i ermənilər təşkil edirdilər (6, 136). Ermənistan faktik olaraq, on beş sovet 

respublikası arasında yeganə monoetnik dövlətə çevrilmişdir. 

Onu da qeyd etmək lazımdır ki, 1989-cu ilin iyununda Özbəkistanın Fər-

qanə vilayətində baş verən etnik toqquşmalardan sonra öz yaşayış yerlərindən 

qaçmış 51 mindən çox mesxeti türkü də Azərbaycana gəldi ki, bu da qaçqınla-

rın sayının artmasına səbəb oldu. Bununla bərabər, Ermənistanın Azərbaycana 

təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal olundu. Dağlıq Qara-

bağ  və onun ətrafında olan yeddi rayonun: Laçın, Kəlbəcər, Ağdam. Fizuli, 

Cəbrayıl, Qubadlı, Zəngilan,- işğalı nəticəsində onların 600 min nəfərdən çox 

əhalisi öz doğma vətənində məcburi köçkünə çevrildilər (7, 5). Eyni zamanda 

Ermənistan və Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrinin 100 

mindən çox əhalisi də, ermənilərin təcavüzü nəticəsində öz daimi yaşayış 

yerlərini tərk etmişdilər. Azərbaycan Respublikası Dövlət Statistika Komitə-

sinin 2000-ci il məlumatına görə respublikada məskunlaşan qaçqın və məcburi 

 

98




köçkünlərin sayı 788,8 min nəfər olmuşdur və Ermənistanla həmsərhəd 

rayonlarda məcburi köçkünlərin sayı da nəzərə alınmaqla Azərbaycanda 

qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfərdir (3, 11). Bundan başqa 

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 mindən çox adam həlak 

olmuş, 50 min nəfər  əlil olmuşdur.  Əlbəttə yuxarıda göstərilən faktlar XX 

əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində respublikamızda və onun 

ətrafında baş verən hərbi-siyasi hadisələrlə bağlı ölkədə genişlənməkdə olan 

məcburi miqrasiya prosesinin intensivləşməsini göstərir. 

«Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı 

sahəsində Dövlət Proqramında göstərildiyi kimi

〈…〉 1990-1994-cü illərdə 

SSRİ-nin dağılması, ölkənin müharibə vəziyyətində olması, daxili qeyri-sabit-

lik və iqtisadiyyatın böhran keçirməsi ölkədə miqrasiyanın, o cümlədən əhali-

nin məcburi yerdəyişməsini gücləndirmişdi (2, 3201). Beləliklə, ölkədaxili 

məcburi miqrasiyanın əsas subyektləri həmin məcburi köçkünlərdir. Bütövlük-

də, son zamanlar ölkə iqtisadiyyatının, o cümlədən regionların iqtisadi 

inkişafı, qaçqın və  məcburi köçkünlərin yaşayış  şəraitinin yaxşılaşdırılması 

daxili miqrasiyanın nisbətən tənzimlənməsinə şərait yaratmışdır. Ona görə də, 

biz  əsas diqqəti xarici miqrasiyaya, yəni immiqrasiya və emiqrasiyaya 

yönəldəcəyik. Müstəqilliyin ilk illərində Azərbaycanda və regionlarda baş 

verən hadisələr ölkəmizdən emiqrant axınını gücləndirdi. Halbuki, sovet dövrü 

adlandırdığımız dövrdə ən az hərəkətlilik Azərbaycan əhalisi arasında idi. Belə 

ki, bütün əhaliyə görə ən az miqrasiya 1,3% azərbaycanlılar arasında idi. 

Bütün rəsmi dövlət sənədlərindən və  tədqiqatlardan göründüyü kimi, 

miqrasiya proseslərinə dövlət səviyyəsində  təsir göstərmək və onu tənzim-

ləmək, qismən nizamlamaq üçün miqrantların dəqiq qeydiyyatının və 

statistikasının aparılması zəruridir. Lakin əksər hallarda miqrasiya, o cümlədən 

emiqrasiya və immiqrasiya haqqında dəqiq statistik məlumatlar  əldə etmək 

olmur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hər il çap 

etdirdiyi «Azərbaycan  əhalisi» adlı statistik məcmuədə miqrasiyaya həsr 

edilmiş cədvəli nəzərdən keçirək: 

Cədvəldəki rəqəmlərdən də göründüyü kimi, 1990-cı ildən 2008-ci ilə 

qədər Azərbaycanda əhalinin miqrasiyası mənfi saldoya malik olmuşdur. Yəni 

Azərbaycandan gedənlər gələnlərdən sayca çox olmuşdur. Belə ki, müstəqillik 

ərəfəsində – 1990-cı ildə regionda baş verən hadisələrlə bağlı olaraq, 84,3 min 

nəfər Azərbaycana gəldiyi halda, 137,9 nəfər Azərbaycanı  tərk etmiş  və 

miqrasiya saldosu-53,6 min nəfər olmuşdur. Bu həmin dövrdə ölkədə gedən 

hərbi siyasi proseslərlə və iqtisadi vəziyyətlə bağlı olmuşdur. Təxminən 2001-

ci ilə  qədər miqrasiya prosesi sabitləşməyə  və  təbii ki, azalmağa doğru 

getmişdir. 

 

99



Azərbaycan Respublikası əhalisinin miqrasiyası [min nəfərlə] (4, 50) 

illər 


gələn 

gedən 


miqrasiya  

saldosu 


o cümlədən 

 

 



 

 

 



şəhərdə

kənddə 


1990 84,3 137,9 -53,6 -52,7  -0,9 

1991 66,3 106,4 -40,1 -39,4  -0,7 

1992 35,7 49,9  -14,2 -13,8  -0,4 

1993 16,3 28,5  -12,2 -11,9  -0,3 

1994 8,6  19,6  -11,0 -10,8  -0,2 

1995 6,2  16,0  -9,8  -9,5 

-0,3 

1996 5,8  13,2  -7,4  -7,2 



-0,2 

1997 7,5  15,7  -8,2  -8,1 

-0,1 

1998 5,4  10,5  -5,1  -5,0 



-0,1 

1999 4,8  9,1  -4,3  -3,5 

-0,8 

2000 4,4  9,9  -5,5  -5,0 



-0,5 

2001 2,6  7,3  -4,7  -3,6 

-1,1 

2002 1,2  4,3  -3,1  -2,0 



-1,1 

2003 2,5  3,8  -1,3  -1,6 

0,3 

2004 2,4  2,8  -0,4  -0,7 



0,3 

2005 2,0  2,9  -0,9  -0,5 

-0,3 

2006 2,2  2,6  -0,4  -1,9 



1,5 

2007 2,0  3,1  -1,1  -1,4 

0,3 

2008 3,6  2,5  1,1  - 



2009 2,3  1,4  0,9  - 

 

Respublikada yaranan ictimai-iqtisadi, siyasi sabitliklə bağlı olaraq ilk 



dəfə 2008-ci ildə Azərbaycanda miqrasiya saldosu müsbət 1,1 min nəfər 

olmuşdur. Bu proses növbəti 2009-cu ildə  də davam etmiş, Azərbaycana 

gələnlər gedənlərdən 0,9 min nəfər çox olmuşdur. 

Cədvəldə başqa bir məsələ də diqqəti cəlb edir. Şəhər əhalisi miqrasiya-

da «daha fəal iştirak edir». Yəni ölkədən gedən və gələnlərin əksəriyyəti şəhər 

əhalisidir. Məsələn, 1990-cı ildə-53,6 min nəfər miqrasiya saldosunun 52,7 

min nəfəri şəhər əhalisinin payına düşdüyü halda, yalnız 0,9 min nəfəri kənd 

yaşayış məskənlərində yaşayanlar idilər. 

Sovetlər  İttifaqı çoxmillətli bir dövlət idi; bu dövlət uzun onilliklər 

ərzində təbliğ və təşviq etdiyi kimi milli məsələni həll etməmişdi və SSRİ-də 

xeyli dondurulmuş münaqişə ocağı var idi. Çoxmillətli bir dövlət kimi, SSRİ-

nin dağılması zamanı postsovet məkanında olan bir çox respublikalarda 

müxtəlif xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar yaşayırdılar ki, 

onlar da müxtəlif səbəblər üzündən öz tarixi vətənlərinə qayıtmağa başladılar. 

Məhz bu səbəbdən də müstəqillik ərəfəsində və onun ilk illərində Azərbaycana 

gələnlərin  əksəriyyəti MDB ölkələrindən gəlmişdilər. Məsələn, 1990-cı ildə 

Azərbaycana gələn 84.279 nəfərdən 83184 nəfəri keçmiş sovet respublikala-

rından-MDB-dən gələnlər təşkil etmişdilər. Sonrakı illərdə də bu meyl özünü 

qabarıq şəkildə büruzə vermişdir: 1995-ci ildə Azərbaycana gələn 6222 nəfə-

rin 5953 nəfəri, 2007-ci ildə isə müvafiq olaraq 1954 nəfəri MDB ölkələrindən 

 

100



gələnlər olmuşlar. 

MDB ölkələri içərisində Azərbaycana  ən çox miqrant verən və  qəbul 

edən Rusiya Federasiyası olmuşdur. 1990-cı ildə MDB ölkələrindən Azərbay-

cana gələn 83184 nəfər miqrantın 30857 nəfəri Rusiya federasiyasının payına 

düşür. Azərbaycana miqrant verən MDB ölkələrini miqrantların sayına görə sı-

ralasaq aşağıdakı nəticələri almış olarıq: 1. Rusiya Federasiyası, 2. Özbəkistan; 

3. Gürcüstan; 4. Ukrayna; 5. Qazaxıstan; 6. Qırğızıstan; 7. Türkmənistan və s. 

Azərbaycana  ən çox miqrant verdiyi kimi, Azərbaycandan da ən çox 

miqrant qəbul edən MDB ölkəsi Rusiya Federasiyasıdır. Qəbul etdiyi miqrant-

ların sayına görə Rusiyadan sonra Ukrayna, Qazaxıstan, Gürcüstan, Belorus, 

Türkmənistan və Özbəkistan gəlir. 

Yuxarıda göstərilənlərlə yanaşı postsovet məkanında Azərbaycan ən çox 

qaçqın və məcburi köçkünlə qarşılaşan respublikadır. Hal-hazırda Azərbaycan-

da bir milyona yaxın məcburi köçkün və qaçqın var. 

 

ƏDƏBİYYAT 

1.

 



 Azərbaycan  Respublikasının  Demoqrafik  İnkişaf  Konsepsiyası//  Azərbaycan  Respublika-

sının Qanunvericilik toplusu. 2001, №8, s. 2921-2927. 

2.

 

 Azərbaycan  Respublikasında  demoqrafiya  və  əhali  sakinliyinin  inkişaf  sahəsində  Dövlət 



Proqramı//Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2004, №11, s. 3198-3224. 

3.

 



 Azərbaycan rəqəmlərdə. 2000. Bakı: Azərbaycan Dövlət Statistika Komitəsi, 2000, 117 s. 

4.

 



 Azərbaycan  əhalisi  (statistik  bülleten) 2008. Bakı:  Azərbaycan  Respublikasının  Dövlət 

Statistika Komitəsi, 2008, 113 s. 

5.

 

 «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu // Azərbaycan Respubli-



kasının Qanunvericilik toplusu, 2002, №5, s. 853-861. 

6.

 



 Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında. Bakı: BDU, 2003, 301 s. 

7.

 



 Краткая  информация  об  истории  Карабаха.  Баку:  Фонд  Гейдара  Алиева.  Из  серии 

«Карабахские реалии», 2006, 14 с. 

8.

 

 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) // Azərbaycan 



Respublikasının Qanunvericilik toplusu, 2006, №7, s. 1617-1627. 

9.

 



Начало  Карабахского  конфликта.  Баку:  Фонд  Гейдара  Алиева.  Из  серии  «Карабахские 

реалии», 2006, с.14  

 

НЕКОТОРЫЕ ПРОБЛЕМЫ МИГРАЦИИ НАСЕЛЕНИЯ АЗЕРБАЙДЖАНА  

(1990-2009 гг.) 

 

Л.Л.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

В процессе распада СССР и завоевания Азербайджаном независимости произош-



ли  серьезные  изменения  в  демографической  ситуации  существующий  в  республике. 

Одним из важных факторов, оказавших влияния на демографические изменения в стра-

не, миграция населения. 

В  статье  повествуется  о  стабилизации  демографических  процессов,  народо-

населении и подготовка миграции как ее составной части и др. проблемах. 

 

Ключевые слова: население Азербайджана, миграция, сальдо миграции, демография 

 

101




 

SOME PROBLEMS OF MIGRATION OF THE AZERBAIJAN POPULATION  

(1997-2009) 

 

L.L.HASANOVA 

 

SUMMARY 

 

The processes of collapse of the Soviet Union and independence of Azerbaijan 



radically changed the existing demographic situation. 

Migration of the population is one of the factors seriously influencing demographic 

changes in the country. 

The article deals with the regulation of demographic processes, migration policy and 

other problems. 

 

Key words: Population of Azerbaijan, migration, the balance of migration, demography 

 

 

102



Yüklə 48,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə