Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Zəngilan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi Metodiki vəsait



Yüklə 138,38 Kb.
tarix30.12.2017
ölçüsü138,38 Kb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Zəngilan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://budrooo.com/wp-content/uploads/2014/10/youtu.be-pzghp0sn8s4-1-520x245.jpg?5280a2

Metodiki vəsait

Zəngilan 2016

Tərtib etdi:

Metodika və biblioqrafiya şöbəsinin müdiri - Cəfərova Tutu

Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti - Həsənova Bahar

Harda yaşasaq da Zəngilanlıyıq!

Toxum tək səpildik Azərbaycana

Harda yaşasaq da Zəngilanlıyıq!

Elə bil doğubdur bizi bir ana,

Ayrıla bilmirik, istiqanlıyıq

Harda yaşasaq da Zəngilanlıyıq!

Zəngilan rayonu


Əhali 42707 nəfər

Əhali sıxlığı 58 nəfər /km2 https://vetenim.files.wordpress.com/2012/10/zengilan.jpg

Ərazi 707 km2

Yaşayış məntəqələrinin sayı 82

İcra başçısı Ramiz Həsənov

Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. ”



Heydər Əliyev

Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kv. km., əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.

RAYON HAQQINDA ÜMUMİ MƏLUMAT

Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 707 kv km, əhalisi 42.7 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.

Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.

Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.

Rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır.

Rayonun ərazisində iki iqlim növü var. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.

Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, göz oxşayan yer quruluşuna malikdir.

Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay.

Ərazidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.

Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır.

Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur.

-Təbii Çinar meşəsinin sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.

Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.

- «Ağ Oyuğ»un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə yaxın keçmişdə adlandırıldığı kimi, həqiqətən qızıl Zəngilandır.

Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və е. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır.

1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsini əldə edən filologiya elmləri namizədi A. Həsənovun tədqiqatlar və araşdırmaları nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır.

Ərazisi:

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. (Zəngilan dedikdə əslində Pirçivan şəhəri nəzərdə tutlmalıdır.Çünki Zəngilan şəhərinin əsl adı Pirçivan yaxud da Pircavan olmuşdur. Rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. Ilk adı Pirçivan оlan rayоn mərkəzi isə yalnız 1957-ci ldən Zəngilan adlandırılmışdır) 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli, Canbar, Ağkənd, Dərəli, Gün-Qışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənəndli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri MüĢlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər. Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “Rayşelk” (ipək idarəsi olan yer) ,Pavilyon məhləsi ,Çala dərə ,Üst məhlə və s. məhəllələri vardır.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.



Coğrafi ərazisi

Ərazisi оrta və alçaq dağlar sahəsindədir, mürəккəb, parçalanmış səth quruluşuna maliкdir. Şimal-qərbdən əraziyə daхil оlan Bərgüşad silsiləsi, Bazarçayla Охçu çayı arasında "Ağ оyuq" maili düzünü, əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həкəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölündən кеçir. Qərbdən Mеğri silsiləsinin кənarı Şüкrətaz dağı yеrləşir. Rayоnda çöкüntü suхurlarından başqa vulкaniк matеriallar-yura, təbaşir çöкüntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tiкinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng хammalı, susuzlaşdırılmış sоda üçün əhəng daşı vardır. Rayоnun bitкi örtüyü Araz palıdı bitən kserоfit mеşələr, mərкəzi hissədə və şimalda коlluqlardan ibarətdir.



Tarixi abidələri

1 Məmmədbəyli türbəsi

2 Qədim Şərifan şəhəri

3 Hacallı dairəvi bürcü XIV əsr

4 Yenikənd sərdabəsi

5 Zəngilan şəhərində məscid

6 Bartaz qız qalası

7 Muzeylər

8 Koroğlu daşı

Məmmədbəyli türbəsi

Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngi daşdan işlənmişdir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompoziyası türbəyə moni-mental gözəllik verir.

Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 sm olub iki, cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m. ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağa örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir.https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/mausoleum_in_mamedbeyli-img_8021.jpg/200px-mausoleum_in_mamedbeyli-img_8021.jpg

Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.
Qədim Şərifan şəhəri

Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

Burada "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi,

şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir.İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV- XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunun şəhərdə tapılan düyü anbarı sübut edir.http://www.zengilan.com/cms/data/upimages/sehri-serifan.jpg

Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb.Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır.. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur,abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tili sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış Daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

Hacallı dairəvi bürcü XIV əsr

Hacallı kəndindəki dairəvi bürc – bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır. Bu abidə dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəsis rəyinin və arxeoloji tədqiqatların aparılmasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.



Yenikənd sərdabəsi

Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.



Zəngilan şəhərində məscid
Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.
Bartaz qız qalası

Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki, yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynamayıb. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qız qalası müşahidə məntəqəsi rolu oynamışdır. Rayonun Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri var idi.



Muzeylər

Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində idi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır.

Koroğlu daşı

Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfinə bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir.Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən "Yazı düzü" də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir.Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməmişdir.


Təbiəti

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.

http://www.zengilan.com/cms/data/upimages/zengilan-gotursu.jpg

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda Dünyada ll, Avropada l nadir çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır

Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur



İqlimi

Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim təşkil edir. Orta temperatur yanvarda 1°C, iyulda 25,3°C-dir. İllik yağıntı 400-500 mm-dir.



İri yaşayış məntəqələri

Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.

Görkəmli şəxsləri

Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru

Mehtiyev Qüdrət Dadaş oğlu – fizika-riyaziyyat elmləri namizədi

Piriyev Nəsib Paşa oğlu – fizika-riyaziyyat elmləri namizədi

Piriyev Zahid Nəsib oğlu – iqtisad elmləri namizədi

Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru

Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru

Əmirəliev Sabir Nurqələm oğlu – tibb elmləri namizədi

Məhəmməd Əsədov-General Mayor

Mehrəliyev Oruc Şəmsəli oglu- Tibb elmləri namizədi

Mədəniyyət təhsil və səhiyyə müəssisələri

Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur.

O cümlədən: 39 orta məktəb, 15 əsas (8 illik) məktəb, 12 ibtidai məktəb.

Şagirdlərin sayı – 5836

Müəllimlərin sayı – 1115



İşğaldan sonra

2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37

O cümlədən: 34 orta məktəb, 2 əsas məktəb, 1 ibtidai məktəb.

Şagirdlərin sayı – 3 960

Müəllimlərin sayı – 821

2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.

1993-cü ildən sonra 3 müəllim "Əməkdar müəllim" adına layiq görülüb.

2 müəllim "Tərəqqi" medalı, 2 müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunublar.



Təqvimimizdə daha bir qara günün sayı artdı  29 Oktyabr (1993-cü il)

 

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. 


Düşmən əsasən 3 istiqamətdə hərəkət edirdi:

 


  1. Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.

  2. Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

  3. Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.

Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.

 

Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək:



 

1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də Seyidlər kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər iki saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Baş verən hadisələrə baxmayaraq hökümət heç nə etmir, heç bir tədbir görmürdü. Vəziyyət getdikcə  gərginləşirdi.

1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.


 Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz H.Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Buna görə də zəngilanlılar Heydər Əliyeva daim minnətdardılar. O olmasaydı yəqin ki, camaat ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı.

 

 ZƏNGİLANDA NƏYİMİZ QALDI?  



 

ZƏNGİLAN boyda VƏTƏN;

Dünyada II, Avropada I Nadir Çinar meşələri;

Torpaq üzərində olan bütün var-dövlət;

67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, Konserv zavodu, dəmir yol deposu...

 

Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.



 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn qəhrəman soydaşlarımızın həyat və döyüş yolu bugünkü gənclərimiz üçün əsl örnəkdir. O da faktdır ki, şəhidlərimizin döyüş yolunu mənimsəyən gənclərin vətənpərvərlik ruhu formalaşır, Vətənə məhəbbət hissi artır. http://www.zengilan-ih.gov.az/images/1.jpg

Zəngilan aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə