Anar İsayev Ramil Rəhimov


Qızıl Ordu dövləti (XIII əsrin 40-cı illəri – XVI əsrin əvvəlləri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   120

 
94 
 
Qızıl Ordu dövləti (XIII əsrin 40-cı illəri – XVI əsrin əvvəlləri) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qızıl Ordu dövlətinin yaranması 
XIII  əsrin  40-cı  illərində  Batı  xanın  başçılığı  ilə  monqol  işğalları  nəticəsində  Şərqi 
Avropada Qızıl Ordu dövlət yarandı. 
Dövlətin banisi Batı xan olmuşdur. XIII əsrin sonlarında 
Qızıl  Ordu  Monqol  imperatorluğu  ilə  əlaqələrini  tamamilə  kəsərək  müstəqil  siyasət  yürütməyə 
başladı. Qızıl Ordu geniş bir əraziyə  malik dövlət idi. 
Rus knyazlıqları isə Qızıl Ordu dövlətinin 
tərkibində  olmasalar  da,  ondan  vassal  asılılığında  idilər.  Qızıl  ordunun  ilk  paytaxtı  Saray-Batı 
sonra isə  Saray-Bəkrə 
şəhəri olmuşdu. 
Qızıl Ordu dövlətində əhalinin və  qoşunun əsas hissəsini 
türklər təşkil edirdi.  Qızıl Ordu xanlarının fərmanları türk dilində yazılırdı.
 Qızıl Ordu dövlətində 
İslam dini rəsmi dövlət dini elan olunmuşdu. 
 
 
Qızıl Ordunun dövlət quruluşu. Feodal münasibətləri 
Qızıl Ordu feodal monarxiya dövləti idi. 
Dövlətin idarəetmə sistemi aşağıdakı kimi idi: 

 
Xan - dövləti idarə edən birinci şəxs idi

 
Divan - dövləti idarə edən  orqan idi

 
Məclis dövlətdə ali məşvərətçi orqan idi

 
Tarxan - dövlətdə imtiyazlı şəxslər idi

 
Baskaklar 
vergi yığılmasına rəhbərlik  edirdilər

Qızıl Ordu dövlətində xan və xan ailəsinin üzvləri ən böyük feodal idilər. Onlardan sonra noyonlar (bəylər) gəlirdi. 
Noyonlara  xidmət  müqabilində  böyük  torpaq  sahələri  verilirdi.  Feodallardan  asılı  olan  köçəri  maldarlar,  əkinçiliklə 
məşğul  olan  kəndlilər  töycü  ödəyir  və  mükəlləfiyyətlər  yerinə  yetirirdilər.  Bəzi  feodallar  torpağa  sahib  olmaq,  məcburi 
işlərdən  azad  edilmək  üçün  xandan  fərmanlar  alırdılar.  Belə  fərmanlar  yarlıq,  yarlıq  alan  imtiyazlı  şəxslər  isə  tarxan 
adlanırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
dövləti idarə edən 
birinci şəxs idi 
Xan
 
Məclis 
dövləti idarə edən 
orqan idi 
 
Divan 
 
dövlətdə ali 
məşvərətçi orqan idi 
Tarxan 
dövlətdə imtiyazlı 
şəxslər idi 
 
Baskaklar 
vergi yığan  
məmurlar idi 
Vəzir 
dövlət işlərini 
idarə edirdi 
Noyonlar 
Əmirlər 
Qızıl Ordunun idarəetmə sistemi 
 
 


 
95 
 
Qızıl Ordunun zəifləməsi və süqutu 
Qızıl  Ordu  dövləti  daxili  çəkişmələr  nəticəsində  zəiflədi. 
Qızıl  Ordu  dövlətidəki  daxili  çəkişmələrdən  və  onun 
zəifləməsindən  istifadə  edən 
rus  knyazları  tabe  olmaqdan  boyun  qaçırılar.  Odur  ki,  Qızıl  Ordu  xanı  Mamay  xan  itaət 
etməyən rus knyazları üzərinə yürüş təşkil etdi.  
Bu  zaman  Qızıl  Ordu  dövlətinə  qarşı  qüvvələrini  birləşdirən  Moskva  knyazı  Dmitri 
Donskoy  1380-ci  ildə  Kulikova  döyüşündə  Qızıl  Ordu  dövlətini  məğlub  etdi.  Lakin  Əmir 
Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış xan (1380-1395) hakimiyyəti dövründə: 

 
Moskvanı tutaraq yandırdı (1382-ci ildə). 

 
Rus knyazlıqları yenidən itaət altına alındı. 
Daha sonra Toxtamış xan Əmir Teymurdan asılı olan ərazilərə talançı yürüşlər təşkil etdi. 
Toxtamış  xanın  Teymurilərdən  asılı  olan  ərazilərə  talançı  yürüşlər  etməsi  Əmir  Teymurla 
müharibəyə səbəb oldu. Tərəflər arasında, 1395-ci ildə Terek çayı sahilində döyüş baş verdi.  
Döyüş nəticəsində: 

 
Toxtamış xan Teymur tərəfindən məğlub edildi. 

 
Əmir Teymur 
Qızıl Ordunun şərq vilayətlərini tutaraq 
öz imperiyasına birləşdirdi

Uzunsürən feodal çəkişmələri, hakimiyyət dəyişiklikləri Qızıl Ordunun parçalanmasına səbəb oldu. Qızıl Ordunun 
parçalanması  nəticəsində  XV  əsrdə  Volqa  çayı  boyunda  Qazan,  Həştərxan  xanlıqları,  Krımda    Qərbi  Sibirdə 
müstəqil  dövlətlər  meydana  gəldi.  Rus  knyazlıqları  Qızıl  Ordudan  asılılığa  son  qoydular. 
XVI  əsrin  əvvəllərində  Qızıl 
Ordu dövləti 
feodal dağınıqlığı nəticəsində 
süqut etdi. 
 
Qızıl Ordu dövlətinin tarixinə aid döyüşlər 
 
 
 
 
 
 
 
 
 
 
 
Əmir Teymurun hücumuna məruz 
qalmışdı 
 
Rus knyazlıqlarını özlərindən asılı 
vəziyyətə salmışdı 
 
Dövlətdə ali məşvərətçi orqan Məclis 
adlanırdı 
 
Paytaxtı Saray-Batı və Saray-Bəkrə 
şəhərləri olmuşdu 
 
Kulikova və Terek döyüşündə məğlub 
olmuşdu 
 
Əhalinin çoxunu və qoşunun əsasını 
türklər təşkil edirdi 
 
İslam dini dövlətin rəsmi dini elan 
edilmişdi 
 
Batı xan tərəfindən 
yaradılmışdı 
 idi 
 
Xan tərəfindən 
idarə edilirdi 
 
Xanların fərmanları türk dilində  
yazılırdı 
 
 
 
Qızıl Ordu 
dövləti 
 
XV əsrdə Qızıl Ordunun parçalanması nəticəsində yaranan dövlətlər 
 
Krım 
xanlığı
 
Həştərxan  
xanlığı 
 
Sibir  
xanlığı 
 
Qazan  
xanlığı 
 
1380 
1395 
Kulikova 
döyüşü
 
Terek 
döyüşü
 
 
Moskva knyazı Dmitri Donskoy Mamay xanın başçılıq etdiyi  Qızıl 
Ordu dövlətini məğlub etdi. 
 
Toxtamış  xan Teymur tərəfindən  məğlub edildi,  Əmir Teymur  Qızıl 
Ordunun şərq vilayətlərini tutaraq öz imperiyasına birləşdirdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə