90
Dehli sultanlığının idarəetmə sistemi
Dehli sultanlığı
feodal monarxiyası idi. Dövlətin başında qeyri məhdud hakimiyyətə malik
sultan dururdu. Dehli
sultanlığında sultandan sonra ikinci vəzifəli şəxs
baş vəzir sayılırdı. Baş vəzir aşağıdakı işlərə rəhbərlik edirdi:
Dövlət idarələrinə.
Hərbi işlərə.
Dehli sultanlığı inzibati cəhətdən
vilayətlərə, vilayətlər isə
dairələrə bölünürdü. Vilayətlər sultan tərəfindən birbaşa
təyin olunan
valilər tərəfindən, dairələrsə birbaşa vali tərəfindən təyin edilmiş
rəislər tərəfindən idarə olunurdu. Dehli
sultanlığında məhkəmə işlərinə
qazilər başçılıq edirdi.
Dehli sultanlığında torpaq mülkiyyət formaları
XIII-XIV əsrlərdə Dehli sultanlığında aşağıdakı torpaq mülkiyyət formaları mövcud olmuşdur:
Dövlət –
gəliri birbaşa dövlət xəzinəsinə daxil olan torpaq mülkiyyət forması idi.
Dehli sultanlığında əsas
torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.
Xass –
sultan ailəsiə mənsub olan torpaqlar idi.
İqta -
türk mənşəli sərkərdə və məmurlara sultan tərəfindən verilən torpaq mülkiyyət forması idi.
Bu
torpaqların
sahibi “zəmindar” adlanırdı.
Vəqf –
müsəlman ruhanilərinin və məscidlərin saxlanılması üçün sultan tərəfindən ayrılan torpaqlar idi.
İcma –
İcmalara məxsus ümumi torpaqlar (otlaqlar, qəbiristanlıqlar və.s) idi.
Dehli sultanlığının süqutu
XVI əsrin əvvəllərində Hindistanın ən böyük dövləti olan Dehli sultanlığı
dağınıqlıq dövrü keçirirdi. Əmir
Teymurun yürüşləri dövləti daha da zəiflətmişdi. Bu vəziyyət ölkə iqtisadiyyatına ziyan vurur, vahid daxili bazarın, iqtisadi
əlaqələrin yaranmasına mane olurdu.
Ümumilikdə, Dehli sultanlığının tənəzzülünün səbəbləri aşağıdakı amillərlə bağlı idi:
Daxili çəkişmələr.
Əmir Teymurun yürüşü.
1526-cı ildə Babur şah Dehli sultanlığının varlığına son qoyaraq onun yerində müsəlman-türk mənşəli
Böyük
Moğol imperatorluğunu yaratdı.
Vilayətləri idarə
edirdi, sultan
tərəfindən
birbaşa təyin
olunurdu
Vali
Baş vəzir
Dövlətin başında
duran və qeyri
məhdud hakimiyyətə
malik şəxs idi
Sultan
Dehli sultanlığının idarəetmə sistemi
Sultandan sonra
ikinci vəzifəli şəxs
idi. Dövlət
idarələrinə, hərbi
işlərə rəhbərlik
edirdi
Rəis
Dairələri idarə
edirdi, birbaşa
vali tərəfindən
təyin edilirdi
Qazi
Məhkəmə
işlərinə başçılıq
edirdi
91
Böyük Moğol dövlətinin yaranması Əkbər şahın hakimiyyəti
XVI əsrin birinci yarısında Hindistan feodal dağınıqlığı dövrünü yaşayırdı.
Belə bir şəraitdə ölkədə
müsəlman-türk mənşəli Böyük Moğol imperatorluğu
yarandı. Dövlətin əsasını
Babur şah (1526-1530) qoymuşdur. Babur şah hələ
dövlət yaratmamışdan əvvəl
özünü
Əmir Teymurun varisi elan etmiş və
Hindistanın bir hissəsini ələ keçirmiş, bu hadisə Dehli sultanlığı ilə müharibəyə
səbəb olmuşdu.
1526-cı ildə Babur şahla Dehli sultanı arasında qanlı döyüş baş
verdi. Döyüş nəticəsində:
Babur şah qalib gələrək Aqra şəhərini tutdu
Dehli sultanlığının varlığına son qoyuldu.
Böyük Moğol dövlətinin əsası qoyuldu.
Babur şah
Aqra şəhərini Böyük Moğol dövlətinin
paytaxtı etdi.
Babur şah
Hindistan incilərinin yaradıcısı və dövlətin qurucusu kimi tarixə daxil oldu. O,
böyük sərkərdə olmaqla yanaşı, şair, bəstəkar, memar olmuşdur.
Əkbər şahın (1556-1605) hakimiyyəti
dövründə:
İqtisadi münasibətlərdə sabitlik yaradıldı.
Moğol dövləti imperatorluğa çevrilməyə başladı.
Ölkədə əhəmiyyətli islahatlar həyata keçirildi.
Ticarətin inkişafı və karvan yollarının mühafizəsi təmin edildi.
Babur şahın dövründə başlayan Səfəvi və Osmanlı imperatorları ilə
diplomatik əlaqələr davam etdirildi.
Dehli və Moğol imperatorluqları üçün oxşar cəhətlər
Dehli və
Moğol
imperatorluğu
Əsas torpaq mülkiyyətçisi dövlət idi
Feodal monarxiya dövlətləri idilər
Hindistan torpaqlarında yaranmışdılar
Müsəlman-türk sülalələr tərəfindən
idarə olunurdu
Böyük
Moğol
imperatorluğu
Əsası Babur şah
tərəfindən
qoyulmuşdu
Əkbər şahın dövründə
imperatorluğa
çevrilmişdi
Müsəlman-türk
sülalələr tərəfindən
idarə olunurdu
Paytaxtı Aqara
şəhəri
olmuşdur
Hindistan
torpaqlarında
yaranmışdı
Ticarətin inkişafına
qayğı göstərilirdi
Səfəvi və Osmanlı
dövləti
ilə əlaqələr
yaratmışdı
Dehli sultanlığının
varlığına son
qoymuşdu
Babur şah
Əkbər şah