83
Ərəb xilafətinin parçalanması və süqutu
IX əsrdə Ərəb xilafəti dağıldı.
Xilafətin zəifləməsinin və dağılmasının əsas səbəbi aşağıdakı amillərlə bağlı idi:
Ərəb xilafətinin işğal etdiyi ərazilərdə başlayan azadlıq mübarizələri
.
Daxili çəkişmələr
və iri feodalların (əmirlərin) müstəqilliyinin artması.
Ucqarlardakı
yerli hakimlər ilk növbədə, xəlifə xəzinəsinə göndərdikləri vergilərin məbləğini azaldır, sonra isə
tamam dayandırırdılar. Yerli hakimlərin öhdəsindən gələ bilməyən xəlifələr onları öz vilayətlərində tamhüquqlu sahib kimi
tanıyırdılar. İlk olaraq, İspaniyada yaranmış
Kordova əmirliyi Xilafətdən ayrılaraq müstəqil oldu. Sonra
Mərakeş,
Əlcəzair, Tunis, Liviya, Yəmən və
Xorasan mərkəzi hakimiyyətdən ayrıldı. Bunun ardınca
İran və
Misir Xilafətin
tərkibindən çıxdı.
Mərkəzi Asiyada və
Azərbaycanda türk müsəlman sülalələri hakimiyyəti ələ keçirdilər.
Xeyli zəifləyən Ərəb xilafəti,
səlcuqların yürüşü ilə süqutunu yaxınlaşdırdı. Səlcuqların ardınca
monqolların
yürüşlərinə tab gətirməyən Ərəb xilafəti
1258-ci ildə süquta uğradı.
IX əsrdə Bağdad xilafətindən ayrılan ərazilər
Azərbaycanda və Mərkəzi Asiyada yeni dövlətlərin yaranması
Azərbaycanda ilk feodal dövlətlərin yaranması
Xilafət zəiflədiyi zaman Şirvandakı canişin mərkəzi hakimiyyətlə əlaqəsini tamamilə kəsərək
861-ci ildə müstəqil
Şirvanşahlar dövlətini yaratdı. Şirvanşahlar dövləti
Azərbaycanın ən uzunömürlü feodal dövləti (861-1538) idi.
879-cu ildə Azərbaycan ərazisində
Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Sacilər sülalənin və
dövlətinin banisi
«Afşin» titullu türk əmirləri nəslindən olan adlı-sanlı
sərkərdə Əbu Sac Divdad idi.
Sacilər dövləti (879-941)
qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etmişdilər. Sacilərin hakimiyyəti dövründə
bütün Azərbaycan
torpaqları ilk dəfə vahid dövlət halında birləşdirildi.
941-ci ildə Saciləri dövlətini
Salarilər dövləti (941-981) əvəz etdi.
981-ci ildə Salarilər dövləti süqut etdi. Sacilər dövlətinin yerində Azərbaycanın şimalında paytaxtı Gəncə olmuş
Şəddadilər dövləti (971-1054) və Azərbaycanın cənubunda paytaxtı Təbriz olmuş Rəvvadilər dövləti (981-1054) yarandı.
Xilafətin süqutu nəticəsində Şimali Azərbaycan (Albaniya-Arran) torpaqlarında
Tiflis əmirliyi, Şəki hakimliyi və
Dərbənd əmirliyi kimi
xırda feodal dövlətləri də yarandı.
Əlcəzair
Mərakeş
Tunis
Xorasan
84
Samanilər dövləti (875-999)
Xilafətin parçalanması nəticəsində Mərkəzi Asiyada
Samanilər, Qaraxanlı və
Qəznəvilər dövləti yarandı.
875-ci ildə yaranmış
Samanilər dövləti Saman
Xudatın adını daşıyırdı.
Samanilər dövlətinin ərazisinə
Mavəraənnəhr, Xorasan və
Şimal-Şərqi İran daxil idi.
Onun ərazisinin böyük hissəsini tarixi türk torpaqları, əhalisinin əksəriyyətini türklər
təşkil edirdi. Dövlətin paytaxtı
Buxara şəhəri idi.
999-cu ildə Samanilərin əsas rəqibi
olan Qaraxanlılar Buxaranı tutaraq Samanilər dövlətinin varlığına son qoydular.
Samanilər dövlətində kənd təsərrüfatı, sənətkarlıq və ticarət yüksək inkişaf
etmişdi. Samani tacirləri
Kiyev, Bizans, Çin, Azərbaycan, İran və başqa ölkələrə
xalça,
ipək, ədviyyat, zinət əşyaları aparıb satırdılar. Samanilər dövlətinin Azərbaycanla geniş
ticarət və mədəni əlaqələrini ölkəmizdə tapılmış
Samani pulları sübut edir.
Qaraxanlı dövləti (927-1212)
İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri olan Qaraxanlı dövləti
927-ci
ildə meydana gəlmişdi. Dövlətin əsasını
Qutluq Bilgə Qədir xan qoymuşdu. O özünü
«Qara xan», yəni
«Böyük xan» adlandırdığı üçün sülalə də onun adı ilə adlanırdı.
Qaraxanlı dövlətinin ərazisi
Balxaş gölündən başlayaraq Hindiquş dağlarına
qədər olan torpaqları əhatə edirdi.
Dövlətin paytaxt
Qaşqar, Balasaqun və
Uzgen şəhərləri olmuşdu. Qaraxanlı
dövlətində
Səmərqənd, Buxara, Ürgənc, Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı.
Erkən orta əsrlərdə təqribən 300 il mövcud olan Qaraxanlı dövləti
1212-ci ildə
Xarəzmşahlar dövləti tərəfindən
süquta uğradıldı.
Qəznəvilər dövləti (962-1187)
X əsrin 60-cı illərində Mərkəzi Asiyada
Qəznəvilər dövləti yaranmışdı. Dövlətin əsasını
Alptəkin qoymuşdu. Alptəkin əvvəllər Samanilər dövründə türk qvardiyasında qulluq etmişdi.
Şəxsi şücaətinə görə
hərbi əyanlar sırasına daxil olmuş Alptəkin Samanilərin hakimiyyətini
tanımaqla yanaşı, Qəznəvilər dövlətini yaratmışdı.
Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə:
Qəznəvi dövlətinin qüdrəti daha da artırdı və ərazisini xeyli genişləndi.
Samanilər dövlətini ərazisi
Qəznəvi və
Qaraxanlı dövlətləri arasında bölüşdürüldü.
Qəznəvilər Hindistanın
şimal və
şimal-şərq torpaqlarını ələ keçirildi.
Qəznəvilər dövlətinin ərazisi
Hindistandan Xəzərsahili torpaqlarına qədər
genişləndi..
Sultan Mahmudun xarici siyasətində əsas yeri
Hindistanın işğalı tuturdu. O, bu məqsədlə
1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etdi. Bu hücumlar nəticəsində:
Hindistanın
Kəşmir, Pəncab, Qucarat vilayətlərini ələ keçirildi.
Hindistanın zəngin sərvəti ələ keçirildi və Qəznəvi dövləti iqtisadi cəhətdən
möhkəmləndi.
Sultan Mahmudun vəfatından sonra dövlət tənəzzül etməyə başladı.
Vergilərin ağırlığı,
əhalinin məmurlardan narazılığı və feodalların mərkəzi hakimiyyətə qarşı çıxışları ölkəni
zəiflətdi.
Qutluq Bilgə Qədir xan.
Qaraxanlı dövlətinin
bayrağı
Alptəkin (962-963)
Qəznəvilər
dövlətinin bayragı