Anar İsayev Ramil Rəhimov


Frank imperiyasının parçalanması. Verden müqaviləsi (843-cü il)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

 
111 
 
 
Frank imperiyasının parçalanması. Verden müqaviləsi (843-cü il) 
Böyük Karlın ölümündən sonra onun varisləri arasında müharibələr başladı, Frank imperiyası zəiflədi və ayrı-ayrı 
dövlətlərə parçalandı. Frank imperiyasının parçalanmasının əsas səbəbləri aşağıdakı amillərlə bağlı idi: 

 
Feodalların mərkəzi hakimiyyəti müdafiə etməməsi. 

 
Feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi. 

 
İmperiyanın vilayətləri arasında iqtisadi əlaqələrin zəif olması. 

 
Natural təsərrüfatın inkişafi. 
843-cü  ildə  Böyük  Karlın  üç  nəvəsi  Verden  şəhərində  Frank 
imperiyasını bölmək haqqında müqavilə bağladılar. 
Verden müqaviləsinin 
şərtlərinə əsasən 
Frank imperiyası bölüşdürüldü. Bu bölüşdürmə nəticəsində 
imperiyanın ərazisində üç dövlət – krallıq meydana gəldi:
 
1.
 
Fransa krallığı. 
2.
 
Almaniya krallığı. 
3.
 
İtaliya krallığı
Bu krallıqların hər biri iri feodal mülklərinə, feodal mülkləri isə xırda 
feodallıqlara    parçalanmışdı.  Müstəqil  olan  hər  bir  feodal  əhalidən  vergi 
toplayır,  öz  təbəələrini  mühakimə  edirdi.  Beləliklə,  Qərbi  Avropada  IX-XI 
əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı. 
 
 
Frank dövləti 
 
Frank imperiyası 
 

 
Xlodvinq tərəfindən yaradılmışdı. 

 
Xristianlıq dövlət dini kimi qəbul edilmişdi. 

 
Puatye döyüşündə qalib gəlmişdi. 

 
Frankların qanunlar toplusu hazırlanmışdı.
 
 

 
Böyük Karl tərəfindən yaradılmışdı. 

 
Natural təsərrüfat inkişaf etmişdi. 

 
Geniş işğallar aparmışdı. 

 
Verden müqaviləsi nəticəsində dağılmışdı. 
 
 
 
Fransa krallığı 
X-XI əsrlərdə Fransa krallığına aiddir: 

 
Qərbi Frank krallığının ərazisində yaranmışdı. 

 
Kapetinqlər sülaləsi hakimiyyətdə olmuşdu. 

 
Karolinqlər sülaləsinin dövründə iri feodal mülklərinə bölünmüşdü


 
Kral hakimiyyəti xeyli zəifləməmiş, ölkə iri feodal mülklərinə parçalanmışdı. 

 
Feodallar krala nisbətən daha geniş torpaq mülklərinə sahib idilər. 

 
Hər-bir feodal öz mülkünün müstəqil hakimi idi və kral hakimiyyəti  
ilə hesablaşmırdılar. 

 
Feodal münasibətlərinin formalaşması başa çatmışdı.
 
 
Almaniya krallığı. Müqəddəs Roma imperiyasının yaranması 
X-XI əsrlərdə Almaniya krallığına aiddir:
 

 
Feodal münasibətləri sürətlə  inkişaf etdi. 

 
Frank imperiyasının süqutu ilə 
Almaniya vilayətləri vahid dövlətdə birləşdirildi
. 

 
Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq vahid dövlət idi. 

 
İşğalçılıq siyasəti  yeridirdi. Bu dövrdə Almaniya  kralı  I Otto (936-973) 962-ci 
ildə: 

 
İtaliyanın bir hissəsini, o cümlədən Roma şəhərini işğal etdi. 

 
Özünü Roma imperatoru elan etdi. 

 
Müqəddəs Roma imperiyasının (962-1806) əsasını qoydu. 
Bəhs edilən dövrdə Almaniyada 
feodal münasibətlərinin sürətlə  inkişafı
 ayrı-ayrı 
feodalların güclənməsinə və vahid dövlətin parçalanmasına səbəb olurdu. 
QEYD: 
İtaliyanın  bir  hissəsini,  həmçinin  Roma  şəhərini  işğal  etməsi  və  özlərini 
imperator  elan  etməsi  Böyük  Karlla  I  Ottonun  fəaliyyəti  dövrü  üçün  oxşar  cəhət 
təşkil edir. 
 
 
 
 
 
 
Frank imperiyasının Böyük Karlın 
övladları arasında bölüşdürülməsi 
 
 
 
 
 
 
I Otto. Müqəddəs Roma 
imperiyasının ərazisi və 
bayrağı 
 
Müqəddəs Roma  
imperiyası 


 
112 
 
 
İaliya krallığı 
IX-X əsrlərdə İtaliya tarixi üçün səciyyəvi cəhətlər bunlar idi: 

 
Müqəddəs Roma imperiyasının tərkibində qatılmışdı.
 

 
İtaliyaya hakim olmaq uğrunda Roma Papası və Almaniya kralı arasında mübarizə gedirdi.
 

 
Digər Avropa ölkələrinə nisbətən ticarət və sənətkarlıq mərkəzləri olan iri şəhərlər daha tez meydana gəldi.
 

 
Şəhərlərin çoxu 
kommuna - 
özünüidarə hüququ aldı
 (Lukka, Piza, Milan şəhərlərində kommunalar yaradıldı). 

 
Ölkə müstəqil dövlətlərə parçalandı - 
Genuya, Piza  Venesiya şəhər respublikaları yarandı.
 
QEYD:
 Dövlətin eyni vaxtda yaranması Fransa, Almaniya və İtaliya tarixi üçün oxşar cəhət təşkil edir. 
 
Qərbi Avropada asılı və təhkimli kəndlilərin meydana gəlməsi 
VI  əsrin  sonlarından  etibarən  ailələrin  torpaq  payları  icma  üzvlərinin  xüsusi  mülkiyyətinə  çevrildi.  Artıq 
kəndlilər  öz  pay  torpaqlarının  tam  sahibi  idilər.  Lakin  kəndli  torpaq  mülkiyyətini  əldə  saxlaya  bilməyərək,  iri  torpaq 
sahibindən asılı vəziyyətə düşdülər. Beləliklə, Qərbi Avropada asılı  təhkimli kəndlilər meydana gəldi.
 

 
Asılı  kəndlilər - torpaq mülkiyyətini itirən kəndlilər idi. 

 
Təhkimli  kəndlilər - həm torpağını, həm də şəxsi azadlığını itirən kəndlilər idi. 
QEYD:
  Orduda  xidmət  edənlərə  torpaq  sahəsi  ayrılırdı.  Hərbi  xidmət  əvəzində  verilən  bu  torpaq feod adlanır  və 
irsən keçirdi. Feodun sahibinə feodal deyilirdi. Odur ki, 
Erkən orta əsrlər dövründə Qərbi Avropada hərbi xidmət əvəzində 
verilən və irsi keçən torpaq mülkü  ―feod‖ adlanırdı.
 
 
 
 
 
Qərbi Avropada natural təsərrüfatın inkişafı 
Erkən  orta  əsrlər  dövründə  Qərbi  Avropada  natural  təsərrüfat  hökmran  idi.  Yaşayış  üçün  lazım  olan  bütün 
məhsulların  satış  üçün  deyil,  şəxsi  tələbatı  ödəmək  üçün  hazırlanması  natural  təsərrüfat  adlanırdı.  Natural  təsərrüfat 
dövründə:
 

 
Məhsul satış üçün deyil,  şəxsi təlabat üçün hazırlanırdı. 

 
Ölkənin vilayətləri arasında iqtisadi əlaqələr zəif idi. 

 
Ayrı-ayrı feodal mülkləri arasında möhkəm əlaqələr yox idi. 

 
Hər bir iri feodal öz mülkündə təkbaşına hakim idi.
 
Asılı kəndlilərin işinə nəzarət etmək və onları mükəlləfiyyətlər daşımağa məcbur etmək üçün feodalların öz döyüşçü 
dəstəsi, məhkəməsi, öz təsərrüfat nəzarətçiləri var idi.  
 
Avropada feodal dağınıqlığı dövrünün xüsusiyyətləri 
IX-XI  əsrlər  Qərbi  Avropada  feodal  dağınıqlığı  dövrü  kimi  xaraktrizə  olunur.    IX-XI  əsrlərdə  Qərbi  Avropada 
feodal dağınıqlığının əsas səbəbləri aşağıdakılar idi: 

 
Natural təsərrüfatın inkişafı. 

 
Feodalın torpaq üzərində hakimiyyətinin möhkəmlənməsi. 
IX-XI əsrlərdə Qərbi Avropada feodal dağınıqlığı dövrünün əsas xüsusiyyətləri aşağıdakılar idi: 

 
Kral hakimiyyəti  zəifləmişdi. 

 
Hər bir feodal mülkü müstəqil mülklərə parçalanmışdı. 

 
Feodalların müstəqilliyi artırdı. 

 
Ara müharibələri baş verdi. 

 
Vahid dövlət yox idi. 

 
Feodal nərdivanı mövcud idi. 
 
Feodal nərdivanı 
Erkən  Orta  əsrlər  dövründə  Qərbi  Avropada  feodal  nərdivanı    feodallar  arasında  münasibətlərin  təşkilat  forması 
idi. Torpaq sahibi olan feodal ondan torpaq alanların senyoruna (böyüyünə) çevrilir, senyorlardan xidmət əvəzində torpaq 
Feod torpaq 
mülkiyyəti 
 
Kral tərəfindən verilən və 
irsən keçən torpaq mülkiyyəti idi 
 
Sahibi feodal adlanırdı 
 
Hərbi xidmət müqabilində 
verilirdi 
 
İcma torpağından  
verilirdi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə