5
QƏDİM DÖVR
İbtidai icma quruluşu
Ən qədim insan izləri
Yer üzərində ən qədim insanların izləri
Şərqi Afrika və
Asiyada aşkar olunmuşdur. Alimlər Daş dövründə yaşamış
qədim
insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi müəyyən etmişlər:
Qolları çox uzun olub dizlərinə çatırdı.
Yalnız sadə işlər görə bilirdilər.
Ağacların budaqlarından meyvə yığırdılar.
Torpağı ucu iti sivri daş və ağacla qazaraq meyvə kökü və s. toplayırdılar.
İlk zamanlar sürü halında («ulu icma»da) yaşayırdılar.
Sərbəst danışa bilmir, yalnız qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar.
Ən qədim insanların ilk əmək alətləri
dəyənək, itiuclu ağac və
sivri daşlar, ilk məşğuliyyəti isə
yığıcılıq və
ovçuluq
olmuşdur. Zaman keçdikcə insanlar
daşdan və
sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək üçün daha çox
vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər. Çünki bu növ daşlar
zərbə nəticəsində asan parçalanır, iti
yanları olan qəlpələr əmələ gəlirdi.
Odun əldə edilməsi
Hələ insanlar odla Qədim Daş dövründən -
Alt Paleolitdən tanış idilər. İbtidai insanlar ilk zamanlar təbiətdə şimşək
çaxması, meşə yanğınları, vulkan püskürməsi zamanı gördülər ki, bu hadisələr nəticəsində yaranan od onları soyuqdan,
yırtıcı heyvanlardan qoruyur. İnsanlar da əsasən bu hadisələrdən istifadə edərək ocaq qalayır, onun ətrafına yığılırdılar.
İnsanlar artıq odun faydasını bildikləri üçün onu sönməyə qoymurdular.
Orta Paleolit dövründə insanlar (neandertallar)
tədricən
çaxmaqdaşını bir-birinə vurmaqla və ya quru ağac parçalarını bir-birinə sürtməklə süni yolla od əldə etməyi
öyrəndilər.
Qədim insanların təsərrüfat həyatı
«Ağıllı insan»lar («Homo sapiens»lər) yeni əmək vərdişləri qazanır, əmək alətlərini təkmilləşdirirdilər. Üst Paleolit
dövründə qohumluğu əsasında
qəbilə icması yarandı,
anaxaqanlığı (matriarxat) formalaşdı.
Orta Daş dövründə (Mezolitdə) ox və kamanın ixtirası insanların qidaya olan ehtiyacını təmin etdi. Onlar iri
heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş
küzdə saxlayır, əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan
maldarlıq
yaranmağa başladı. Toxumun yerə düşüb cücərdiyini görən qadınlar sonralar özləri onu yumşaltdıqları torpaq sahələrinə
səpir və yenidən məhsul alırdılar. Əvvəllər taxıl əllə toplansa da sonralar insanlar sünbülü biçmək üçün yeni əmək aləti olan
və əsasən
sümükdən hazırlan
oraq yaratdılar.
Yeni Daş dövründə (Neolitdə) qədim insanlar
toxa əkinçiliyi ilə su mənbəyinə yaxın olan münbit torpaqlı sahələrdə
əkinçiliklə məşğul olurdular. Ən qədim
əkinçilərin ilk məskənləri daha əlverişli şəraitə malik olan
Ön Asiyada aşkar
olunmuşdur. Burada
arpa və
buğda əkilirdi. Bu dövrdə tədricən sənətkarlığın müxtəlif sahələri meydana gəldi. İnsanlar gilin
odda bişərək bərkidiyini görüb, ondan keyfiyyətli
gil qablar istehsal etməyə başlamışlar. Beləliklə
dulusçuluq meydana
gəldi. Həmçinin dəri işləmə sənəti də ibtidai insanların mühüm peşəsi olmuşdur.
İti uclu ağac
Dəyənək
Sivri daş
İlk əmək alətləri