Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə1/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
  1   2   3   4   5   6   7   8   9   ...   91


 
AZƏRBAYCANIN NADĠR AĞAC VƏ KOL  BĠTKĠLƏRĠ 
 
Azərbaycan coğrafi vəziyyəti, relyefi, torpağı və iqlimi ilə əlaqədar 
xüsusi  bir  bitki  örtüyünə  malikdir.  Azərbaycan  florasında  5000-ə  yaxın 
bitki  növünə  rast  gəlinir  ki,  bunlardan  460-dan  artıq  növü  ağac  və  kol 
bitkiləridir.  Hal-hazırda  mövcud  olan  bu  növlərin  hər  3-dən  biri  məhv 
olmaq  təhlükəsi  ilə  üzləşməkdədir.  Bu  bitki  növləri  içərisində  onlarca 
növün  təhlükə  altında  olduğu  müəyyən  edilmişdir.  Aparılan  tədqiqatlara 
görə hal-hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və 
kol  növlərinin  sayı  200-ə  yaxındır.  Bu  qədər  növ  Azərbaycan  florasında 
olan  ağac  və  kol  bitkilərinin  təxminən  43%-ni  təşkil  edir.Bu,  həyəcan 
təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və 
kol bitkilərinin növ baxımından təxminən 25%-ə qədəri relikt bitkilərdir .  
Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 
28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni 
ağac və kol bitkisinin olduğu müəyyən edilmişdir . Nadir bitki növlərinin 
sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edə-
rək, onun qarşısının alınması dövlət strukturlarının və elm müəssisələrin 
qarşısında duran ən aktual məsələlərdən biridir. Ona görə də, Azərbaycan 
Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 № li sərəncamı 
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qo-
runması  və  davamlı  istifadəsinə  dair  Milli  Strategiya  və  Fəaliyyət 
Planı”nda  nadir  bitkilərin  repatriasiyası,  insan  amilinin  ətraf  mühitə 
təsirinin  azaldılması,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  elmi-
tədqiqat  işlərinin  aparılması  üçün  lazımi  şəraitin  yaradılması  kimi  vəzi-
fələr qarşıya bir məqsəd kimi qoyulmuşdur. 
Aparılan  müşahidələr  göstərmişdir  ki,  Azərbaycan  florasında  olan 


 
nadir  və  nəsli  kəsilməkdə  olan  oduncaqlı  bitki  növlərin  areallarının  bir 
hissəsinin  mühafizə  strategiyası  yoxdur.  Ölkəmizdə  mühafizə  olunacaq 
bitki növlərinin təyin edilməsi, siyahılarının dəqiq hazırlanması, bu bitki-
lərin  nadir  bitki  kateqoriyalarına  aid  edilmə  səbəblərinin  aşkarlanması 
müasir  dövrün  ən  vacib  məsələlərindən  biridir.  Bu  prosesləri  öyrənmək 
üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələ-
batlarını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum qurulu-
şunu və keyfiyyətini, cücərməsini, kök sistemini və sonrakı  inkişaf mər-
hələlərinin tədqiqi vacibdir . 
Dünya florasında məlum olan bitki növlərinin, xüsusilə də məhdud 
bir  arealda  yayılan  endemlərin  qorunması  ilə  əlaqədar  son  illərdə  çox 
ciddi tədqiqatlar aparılmaqdadır. Ilk öncə tədqiqatçıların qarşısında duran 
məqsədlərdən  biri  nadir  bitkilərin  beynəlxalq  qurumlar  tərəfindən  qəbul 
edilən təhlükə kateqoriyalarının hansına aid olduğunu müəyyənləşdirmək, 
sonra  isə  görüləcək  tədbirləri    bu  bitkilərə  yönəltməkdir.  Bu  məqsədlə 
IUCN  (International  Union  for  Conservation  of  Nature  and  Natural 
Resourches-Təbiətin və Təbii Ehtiyatların Beynəlxalq Mühafizə İttifaqı), 
TPC (Threatened Plant Committee - Təhlükədə olan Bitki Komitəsi) ka-
tibliyi,  WWF  (World  Wildlife  Foundation-Dünya  Vəhşi  Təbiət  Fondu), 
OPTIMA  (Organization  for  the  Phytotaxonomic  Investigation  of  the 
Mediterranean  Area-Aralıq  Dənizi  Bölgəsinin  Fitotaksonomik  Tədqiqi 
Təşkilatı) kimi təşkilatların fəaliyyəti ilə yanaşı hər bir ölkə öz bitki alə-
mini  mühafizə  etmək  məqsədi  ilə  müxtəlif  tədbirlər  görməkdədir.  Xü-
susilə nəsli kəsilmək təhlükəsi altında olan bitkiləri mühafizə etmək üçün 
Milli  Parklar,  qoruqlar  və  yasaqlıqlar  yaradılmaqdadır.  Dünyanın  təbii 
həyatını  mühafizə  etmək  məqsədilə  İsveçrənin  Bern  şəhərində  1979-cu 
ildə  təşkil  olunan  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  bir  toplantıda  qəbul 


 
edilən  qərarlar  dünyanın  bir  çox  ölkələrinin  parlamentində təsdiqlənərək 
qanun  halını  almışdır.  1974-cü  ildə  Avropa  Şurası  təbiəti  qorumaq  məq-
sədilə  qərarlar  qəbul  etmiş  və  1977-ci  ildə  Avropa  ölkələri  tərəfindən 
1500-ə  qədər  bitki  növünün  siyahısı  yerləşən  “Red  Data  Book”  kitabı 
buraxəlmışdır.  1982-ci  ildə  nadir  bitkilərin  bu  siyahısına  Avropa  flora-
sının  çap  olunmasından  sonra  baxılaraq  1983-cü  ildə  yenidən  nəşr 
olunmuşdur.  Bu  cür  siyahılar  IUCN  və  OPTIMA-nın  təşkilatçılığı  ilə 
Afrika  və  Şimal  ölkələrində  1980-ci  illərdə  çap  olunmuşdur.  1980-ci  ilə 
qədər istifadə olunan təhlükə kateqoriyalarına yenidən baxılması və daha 
obyektiv  meyarlarda  saxlanılması  məqsədiə  1994-cü  ildə  IUCN 
(ƏMBMİ) yeni bir kateqoriyası yaradılmış  və bu təşkilatın bir qolu olan 
WCMC  (World  Conservation  Monitoring  Centre-Dünya  Mühafizəsinin 
Monitorinq  Mərkəzi)  40  illik  tədqiqat  nəticəsində  33  minə  qədər  bitki 
növünü bu kateqoriyalara görə təsnif etmişdir.  
Azərbaycan  florasında  yayılan  nadir  və  nəsli  kəsilməkdə  olan  bit-
kilərin mühafizəsi üçün  qanunvericilik bazası  yaradılmışdır. Ətraf mühi-
tin  mühafizə  edilməsi  12  noyabr  1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan 
Respublikasının  Konstitusiyasında  öz  yerini  almışdır.  Bununla  yanaşı 
ölkəmizdə biomüxtəlifliyin bir qolu olan bitkilərin qorunması ilə əlqədar 
1996-cı ildə “Birtki mühafizəsi haqqında”qanun qəbul etmişdir.  
Qafqaz florasına aid bitki növlərinin yarıdan çoxuna Azərbaycanda 
rast gəlmək olar. Ölkəmizin nadir və nəsli kəsilməkdə olan bitkilərini qo-
rumaq üçün keçmiş SSRİ dövründə Azərbaycan SSRİ Nazirlər Sovetinin 
qərarı ilə (1977, 25 iyul) “Qırmızı Kitab”ın çap olunması tövsiyə edilmiş-
dir.  400  növ  nadir  bitkinin  mühafizə  edilməsi  üçün  Nazirlər  Soveti 
16.03.1982 tarixli, 38№-li qərar qəbul etmişdir. 1989-cu ildə Azərbaycanın 
“Qırmızı Kitabı” çap olundu. Bu kitabda 140 nadir növ öz əksini tapmışdır.  



Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə