Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   120

 
42 
 
Makedoniyalı İsgəndərin Şərqə yürüşü 
II Filipp Yunanıstanı işğal etdikdən sonra dövlətinin ərazisini genişləndirmək və 
İrana yürüş etmək istəyirdi. Lakin, II Fillip yürüş ərəfəsində, e.ə. 336-cı ildə   suiqəsd 
nəticəsində  öldürüldü.  Onun  yerinə  20  yaşlı  oğlu  İsgəndər  (e.ə  336-323)  keçdi. 
İsgəndər bir çox tədbirlər həyata keçirdikdən sonra Şərqə yürüşə başladı. Makedoniya 
ordusu İsgəndərin başçılığı ilə Şərqə doğru hərəkət etdi. E.ə. 334-cü ildə onun qoşunları 
Kiçik  Asiyaya  soxuldu.  İsgəndər  burada  İran  qoşunlarına  qalib  gələrək  Aralıq  dənizi 
sahili ilə Misirə doğru hərəkət etdi.  
Bu  zaman  Finikiyanın  Tir  şəhəri  İsgəndərə  ciddi  müqavimət  göstərsə  də  şəhər  tutularaq  dağıdıldı.  Finikiyanın 
digər  şəhərləri  və  Misir  isə  İsgəndərə  vuruşmasız  tabe  oldu.  Misir  kahinləri  İsgəndəri  firon  və  tanrı 
adlandırdılar. İsgəndər Misirdən qayıdaraq yenidən Kiçik Asiyaya (Mesopotamiyaya) doğru hərəkət edən zaman İran şahı 
III Dara  ona  qarşı çoxlu qoşun topladı.  E.ə. 334-cü ildə  İss,  333-cü ildə  Qranik,  e.ə. 331-ci  ildə  həlledici döyüş olan 
Qavqamela (Cancal) döyüşündə III Daranın qoşunları İsgəndər tərəfindən məğlub edildi. 
Qavqamela  döyüşündə  ağır  məğlubiyyətdən  sonra  Əhəməni  hökmdarı  III  Dara  ölkənin  şərqinə  qaçdı.   Lakin  III 
Dara  e.ə.  330-cu  ildə  özünün  Baktriyadakı  satrapı  Bess  tərəfindən  öldürüldü.  Beləliklə  İsgəndərin  Şərq  yürüşü 
nəticəsində  Əhəməni  imperiyası  süqut  etdi.  İranı  ələ  keçirdikdən  sonra  İsgəndər  Mərkəzi  Asiyada  Baktiriya  və 
Soqdiananı  ələ  keçirdi.  İsgəndərin  son  yürüşü  Hindistan  oldu.  E.ə.  328-ci  ildə  Makedoniyalı  İsgəndər  yürüşünü 
Hindistana doğru davam etdirdi.  
QEYD:
  Misir_Yuna-Baktriya_Parfiya'>Makedoniya  dövləti  tərəfindən    işğal  olunması  e.ə  IV  əsrdə  yunan  şəhər  dövlətləri  və  Əhəmənilər 
imperiyasının süqutu ilə oxşar cəhət təşkil edir. 
 
Makedoniy imperiyasının parçalanması 
Makedoniyalı  İsgəndər  Şərq  yürüş  nəticəsində  böyük  imperiya 
yaratdı.  Makedoniya  imperiyasının  ərazisi  qərbdə  Balkan  yarımadası 
və Misirdən,  şərqdə  Hindistana  qədər  böyük  bir  ərazini  əhatə  edirdi. 
Babil  şəhəri  Makedoniyalı  İsgəndər  imperiyasının  paytaxtı  elan 
edilmişdi.  
E.ə.  323-cü  ildə  İsgəndər    33  yaşında  qısa  sürən  xəstəlikdən 
sonra  vəfat  etdi  və  özünün  saldırdığı  İsgəndəriyyə  şəhərində  dəfn 
olundu.  Onun  ölümündən  sonra  imperiya  bir  neçə  padşahlığa  - 
Makedoniya, Suriya və Misir dövlətlərinə parçalandı.  
 
 
 
 
 
 
 
 
 
 
Makedoniya 
 Suriya (Seleviklər) 
Misir 
Yuna-Baktriya     
Parfiya
 
İsgəndərin ölümündən sonra onun yaratdığı imperiyanın yerində yaranan padşahlıqlar 
 
Mesopotamiya 
 
Finikiya 
 
Misir
 
 
Yunanıstan
 
 
İran, Orta Asiya 
 
 
Makedoniya 
 
Şimal-qərbi Hindistan 
 
 
 


 
43 
 
 
Ellinizm mədəniyyətinin Şərqə yayılması  
İsgəndərin ordusu tərəfindən işğal olunan Şərq ölkələrində: 

 
İsgəndərin adını daşıyan çoxsaylı şəhərlər salındı. 

 
Ellin mədəniyyəti (yunan dili və yunan mədəniyyəti) geniş yayıldı. 
İsgəndərin  Şərqə  yürüşündən  sonra  salınan  çoxsaylı  şəhərlərdən  biri  də 
İsgəndəriyyə idi. İsgəndəriyyə şəhərinə aiddir: 

 
Nil çayının deltasında Makedoniyalı İsgəndər tərəfindən salınmışdı. 

 
Evkilid  Arximed kimi alimlər burada yaşayıb yaratmışdılar. 

 
Dünyada ilk musey (muzların məbədi) bu şəhərdə yaradılmışdı. 

 
Şəhərin qarşısındakı Faros adasında 140 metr hündürlüyündə İsgəndəriyyə 
mayakı tikilmişdi. 
QEYD:
  Şərqdə  elmin  ən  yüksək  inkişaf  səviyyəsinə  çatmasını  İsgəndəriyyə 
museyi də təsdiq edir. İsgəndəriyyə museyində olan kitabxanada papirus və perqament 
 üzərində yazılmış 700 min əlyazma saxlanılırdı.  Perqament (yazı yazmaq üçün xüsusi 
işlənmiş  buzov  və  quzu  dərisi)  Kiçik  Asiyadakı  Perqam  şəhərində  hazırlandığı  üçün 
belə adlanırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 Evklid  
 
Arximed 
 
Qədim İsgəndəriyyə şəhərinin qurulması. 
Faros mayakı
 
İsgəndəriyyə şəhərinin salınması 
 
...İsgəndər  Misiri  tutduqdan  sonra  burada  bir  yunan  şəhəri 
saldırıb,  ona  öz  adını  vermək  istəyir.  Memarların  məsləhəti  ilə  o, 
gələcək  şəhər  üçün  yer  də  ayırıb,  onu  hasara  aldırır.  Amma  gecə 
yuxuda    görür  ki,  ağsaçlı  bir  qoca  onun  yanında  dayanıb  aşağıdakı 
şeiri oxuyur:  
Geniş coşqun dənizdə bir ada var  
Faros çağırır onu adamlar. 
İsgəndər həmin dəqiqə qalxıb Farosa yollanır. İsgəndər gördü ki, 
bura, doğrudan da, gözəl və səfalı yerdir. Yaxşı körfəzi və limanı olan 
geniş  torpaq  sahəsi  var.  Elə  buradaca  o,  memarlara  yeni  şəhərin 
planını  hazırlamağı  tapşırdı.  Tabaşir  olmadığından  memarlar  arpa 
unuyla  qara  torpaq  üzərində  hərbi  meydana  bənzəyən  şəhər  planı 
cızdılar.  İsgəndər  onu  çox  bəyəndi,  amma  birdən  bir  sürü  quş  bulud 
kimi  göyün  üzünü  aldı,  onlar  yerə  qonub  cizgiləri  pozdular.  Şah  bu 
əlamətdən  narahat  oldu,  amma  falçılar  izah  edəndə  ki,  onun  əsasını 
qoyduğu  şəhəri  gəlmə  adamlar  abad  edəcək,  İsgəndər  rahatlaşdı. 
Sonra  o,  gözətçilərə  tikintiyə  ciddi  nəzarət  etməyi  tapşırıb,  Amon 
məbədinə getdi.  
Plutarxın  “İsgəndər Zülqərneyn” kitabından 
«Qordi düyünü» 
Dövrümüzdə  işlədilən  «Qordi  düyününü  doğramaq»  ifadəsi  hər  hansı  qarışıq  məsələni  başa  çatdırmaq 
mənasını  bildirir.  Qordi  Kiçik  Asiyada  Frigiya  dövlətinin  əfsanəvi  hökmdarı  idi.  Rəvayətə  görə,  o,  paytaxtı 
Qordionda boyunduruğu mürəkkəb ilgəklərlə düyünlənmiş araba qoyubmuş. Belə hesab olunurmuş ki, kim «Qordi 
düyünü»nü aça bilsə, o, Asiyanın hökmdarı olacaq. Onu açmağa cəhd göstərən Makedoniyalı İsgəndər də istəyinə 
çata bilmir. Bu zaman o, «Qordi düyünü»nü qılıncı ilə doğrayır.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə