Anar İsayev Ramil Rəhimov


Ağ Hun imperatorluğunun tənəzzülü (567-ci il)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

 
63 
 
Ağ Hun imperatorluğunun tənəzzülü (567-ci il) 
Zaman  keçdikcə  geniş  ərazilərə  malik  olan  imperatorluğu  idarə  etmək  çətinləşdi.  Ayrı-ayrı  bölgələrdə  mərkəzi 
hakimiyyətə  qarşı  çıxışlar  artdı. 
VI  əsrin 
ortalarından  başlayaraq 
Ağ  Hun  imperatorluğu  zəifləməyə  başladı. 
Müstəqil 
xaqanlıqlar meydana  gəldi.   
Ağ Hun imperatorluğunun zəifləməsinin səbəbi imperatorluğun genişlənməsi  yeni ərazilərə 
yayılması idi.
 
VI  əsrdə  yeni  yaranan  Göytürk  dövləti  Ağ  hunların  şimal-şərqində  sərhəd  qonşusu  və  əsas  rəqibi  idi.  Bu  zaman 
Göytürk  dövləti  Ağ  Hun  dövləti  üçün  təhlükəyə  çevrildi.  Göytürk  xaqanı  İstəmi  xaqan  Eftalitlərə  qarşı  ittifaq  bağlamaq 
təklifi ilə Sasanilər dövlətinə müraciət etdi. Sasani hökmdarı Xosrov Ənuşirəvan (531-579)  eftalitlərə qarşı birgə çıxış etmək  
barədə  Göytürk  xaqanı  İstəminin  təklifini  məmnunluqla  qəbul  etdi.  567-ci  ildə  Xosrov  Ənuşirəvanın  və  İstəmi  xaqanın 
birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə başladılar. Döyüş nəticəsində: 

 
Ağ hunlar məğlub oldular və Ağ Hun imperatorluğu süqut etdi. 

 
Ağ Hun imperatorluğunun torpaqları göytürklər  sasanilər arasında bölüşdürüldü. 
QEYD:
  Mərkəzi  Asiyanın  ən  qədim  vilayətlərindən  biri  olan  Xarəzm  Ağ  Hun  dövlətinin  tabeliyində  idi.  Orada 
əkinçilik, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xarəzm hakimləri Xarəzmşah titulu daşıyırdılar. III əsrdən vilayətin mərkəzi 
Kiyat, sonra Ürgənc şəhəri paytaxt oldu. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin tabeliyinə keçdi.
 
 
Ağ Hun dövlətinin torpaqlarını  bölüşdürmüş dövlətlər 
 
 
Ağ hunların təsərrüfat həyatı 
Başqa  türk  tayfalarından  fərqli  olaraq,  Ağ  hunlar  oturaq  həyata  daha  tez  keçmişdilər.  Onlar  əkinçilik,  maldarlıq  və 
sənətkarlıqla  məşğul  olurdular.  Ağ  hunlar  ticarət  yollarının  üzərində  çoxlu  şəhərlər  salmışdılar.  Böyük  İpək  yolu  Ağ  Hun 
dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Eyni əsrdə  dövlət yaratmışdılar 
 
 
 
 
 
 
Hər ikisi türk mənşəli idilər
 
 
 
 
 
 
 
 
Azərbaycan xalqının təşəkkülündə böyük rol 
oynamışdılar 
 
 
 
 
 
 
 
 
Ağ hunlarla  Qərbi hunların oxşar cəhətləri 
 
 
 
 
 
 
 
 
 
 
Böyük Hun dövlətinin dağılmasından sonra köç 
etmişdilər 
 
 
 
 
 
 
 
 
Ağ hun 
türkləri
 
Əsas məşğuliyyəti  
əkinçilik, maldarlıq və 
sənətkarlıq idi 
 
 
 
Ticarət yollarının üzərində 
çoxlu şəhərlər salmışdılar
 
Böyük İpək yolunun bir 
hissəsinə nəzarət 
edirdilər 
 
Xarəzm vilayətini 
özlərinə  tabe 
etmişdilər
 
 
Oturaq həyata daha tez 
keçmişdilər
 
Sasanilər dövləti
 
Göytürk dövləti 
 


 
64 
 
I Göytürk xaqanlığı (552-588) 
 
 
 
Bumin xaqan. I Göytürk dövlətinin yaranması (552-ci il) 
Böyük  Hun  imperatorluğu  dağıldıqdan  sonra  türklər 
Şimali  Çinin  düzənliklərində 
türk  tayfalarının  yaratdığı 
  Jujan  dövlətinin  əsarəti  altına  düşdülər.  V  əsrdən  etibarən 
Jujan  dövləti  zəifləməyə  başladı.  Bu  zaman  azadlıqsevər  türk  qəbilələri  jujanlara  qarşı 
çıxmağa başladılar. Türk qəbilələrinin birinin başçısı olan Bumin xaqan 552-ci ildə jujan 
xanının  üzərinə  hücum  etdi.  Hücum  nəticəsində  Bumin  xaqan  ujanlar  üzərində  qələbə 
qazandı. 552-ci ildə ujanlar üzərində qələbədən sonra Bumin xaqan: 

 
I Göytürk dövlətini yaratdı. 

 
Özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. 

 
Ötükən şəhərini dövlətin paytaxtı elan etdi. 
 
I Göytürk dövlətinin ən qüdrətli dövrü. Muğan xaqanın hakimiyyəti (552-572) 
Bumin xaqan bir il hökmranlıq etdikdən sonra vəfat etdi. Onun yerinə keçən oğlu Muğan xaqan (552-572) hakimiyyətə 
gəldi. Muğan xaqanın hakimiyyəti dövründə: 

 
Göytürk dövləti qüdrətli imperatorluğa çevrildi və Çin türklərdən asılı vəziyyətə düşdü 

 
Qardaşı İstəmi xaqanın başçılığı ilə göytürklər 
Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum etdi
həmçinin İstəmi xaqanın başçılığı ilə göytürklər sasanilər dövləti ilə birlikdə Ağ hun dövlətini süquta uğratdılar. 
 
I Göytürk imperatorları 
 
 
 
 
 
 
Jujan dövlətini məğlub etdi, I Göytürk dövlətini yaratdı, Özünü dövlətin 
hökmdarı (il xaqan), Ötükən şəhərini isə dövlətin paytaxtı elan etdi. 
Çini türklərdən asılı vəziyyətə düşdü, Göytürk dövləti qüdrətli 
imperatorluğa çevrildi. 
 
Göytürklər Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum  
etdi
 
İstəmi xaqan (572-576) 
 
Muğan xaqan (552-572) 
 
Bumin xaqan 
 
 
Bumin xaqan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə