Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə107/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   236

 

321 


olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir. 

Proqramın  icrası  istiqamətində  atılmış  əhəmiyyətli  addımlar-

dan biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi 

və hər bir müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar, mü-

əssisələrdə  çalışan  işçilər  barədə  hərtərəfli  məlumatların  yığılması 

və məlumat bazasının yaradılmasıdır. 

Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsa-

sında “Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan” 

tərtib olunmuş və hökumət tərəfindən qəbul edilmişdir. 

Transformasiyanın  həyata  keçirilməsi  üçün  bütün  zəruri  me-

yarlar şərti olaraq iki qrupa bölünmüşdür: 

Əsas meyarlar: 

 



Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi; 

 



Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu; 

 



Göstərilən xidmətlərin keyfiyyəti. 

Əlavə meyarlar: 

 



Müəssisədəki uşaqların sayı; 

 



Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi; 

 



Hər  il  müəssisəyə  qəbul  olunan  və  müəssisəni  tərk  edən 

uşaqların sayı; 

 

Müəssisənin tipi. 



Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq müəssisə-

lərinin transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər 

müəssisələr  rayon  mərkəzlərində  yerləşir,  uşaqlar  yaxın  ərazilərdə 

yaşayır,  zəruri  xidmətlər  müəssisələrə  yaxın  ərazilərdə  yerləşir  və 

müəssisələrin infrastrukturu qənaətbəxşdir ki, bu da transformasiya 

üçün əlverişli zəmin yaradır. 

Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin 

yaradıcılıq alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nə-

zərdə tutulmuşdur. 

Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa     

(1 il), orta (3 il), uzun (5 il) müddət ərzində transformasiya olunma-

lıdır. 


De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq müəs-

sisələrinə  düşməsinin  qarşısını  almaq  üçün  risk  qrupuna  daxil  olan 

uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi də nəzərdə tutu-



 

322 


lur.  Azərbaycanda  alternativ  xidmətlərin  təşkili  sahəsində  ilk  ad-

dımlar 1997-ci  ildə QHT-lərin təşəbbüsü ilə  atılmışdır. Son illərdə 

xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna daxil olan uşaqlar üçün 

alternativ  xidmətlərin  yaradılmasında  bəzi  müvəffəqiyyətlər  əldə 

edilmişdir. Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailə-

lərin və onların uşaqlarının rifahının yaxşılaşdırılması istiqamətində 

atılmış  əhəmiyyətli  addımlardan  biri  yerlərdə  xidmətlərin  təşkil 

olunmasıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək Mərkəzi və 

iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mərkəz-

lərin  yaradılması  ilk  təcrübədir.  İndiyədək  ölkəmizdə  belə  mərkəz-

lər fəaliyyət göstərməmişdir. 

De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramı-

nın həyata keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda 

uşaq  müdafiə  sisteminin  olmamasıdır.  BMT  tərəfindən  qəbul  edil-

miş “Minilliyin məqsədləri”ndə , eyni zamanda 2007-ci ildə BMT-

nin Baş Katibi “Uşaqlara qarşı zorakılığın öyrənilməsinə” həsr edil-

miş  araşdırmanın  nəticələri  barədə  hesabatında  qeyd  etmişdir  ki, 

uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onla-

rın  müdafiəsini  təmin  etmək  və  hüquqlarını  qorumaq  məqsədi  ilə 

hər  bir  ölkə  Milli  Uşaq  Müdafiəsi  Sisteminə  malik  olmalıdır.  Bu 

sistem risk qrupuna daxil olan ailələrdəki uşaqların (valideyn hima-

yəsindən məhrum olmuş,  dövlət  uşaq müəssisələrində  tərbiyə  alan, 

qanunla ziddiyyətdə  olan, hərbi münaqişələrin qurbanı  və  küçə hə-

yatına  düçar  olmuş  uşaqlar)  hüquqlarının  təmin  edilməsi,  təhsildən 

yayınmış  uşaqların  təhsilə  cəlb  edilməsi,  valideyn  himayəsindən 

məhrum olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların 

qarşısının alınması, uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud 

rəftarın  və  digər  zərərli  təsirlərin  profilaktikası,  uşaqların  təhsili, 

sağlamlığı  və  müdafiəsi  sahəsində  fəaliyyət  göstərən  bütün  dövlət 

və  qeyri-hökumət  təşkilatlarının,  vətəndaş  cəmiyyəti  qrumları  və 

medianın  səylərinin  əlaqələndirilməsini  özündə  ehtiva  edir.  Bu  ba-

rədə  Azərbaycan  müəllimlərinin  XIII  qurultayında  da  təkliflər  irəli 

sürülmüş və bu məsələ Qurultayın qətnaməsində öz əksini tapmışdır. 

Uşaq  Müdafiə  Sistemi  qeyd  edilən  bütün  hallardan  uşaqları 

müdafiə  etməklə  yanaşı,  bu  cür  hallarla  qarşılaşa  biləcək  uşaqların 

müdafiəsini təmin etməlidir. Uşaq Müdafiə Sistemi ilə əlaqədar mə-




 

323 


sələlərin  həlli  üçün,  dünya  təcrübəsində  olduğu  kimi,  xüsusi  quru-

mun  yaradılmasına  ciddi  ehtiyac  vardır.  Uşaq  müdafiə  Sistemi  bu 

qurumun  vasitəsi  ilə  icma,  rayon  və  milli  səviyyədə  fəaliyyət  gös-

tərməli və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq po-

zuntusunun  qarşısını  almaq  imkanına  malik  olmalıdır.  Həmin  Sis-

tem uşaqların düşdüyü vəziyyəti, onların sosial durumunu və onlara 

təsir  edən  problemləri  vaxtında  müəyyənləşdirməli  və  bütün  prob-

lemlərin kökünü axtarmalıdır. Buna nail olmaq üçün bütün aidiyyatı 

olan  dövlət  və  qeyri-dövlət  qurumları  arasında  əlaqələndirilmiş  şə-

bəkə  qurmalı,  müvafiq  təlimlərdən  keçmiş  mütəxəssislər  hazırlan-

malı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir. 

Uşaqların  ehtiyaclarının  ödənilməsi,  onların  yaşadıqları  ailə 

və ya müəssisədə təhlükəsizliyinin təmin edilməsi həm ailənin, həm 

icmanın, həm də dövlətin vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən 

böyüklər öz vəzifələrini yerinə yetirmirsə, onları tələb olunan qayğı 

ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq edir və ya ko-

bud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də Uşaq 

Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməli-

dir. Uşaq Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və 

təklif  ediləcək  xidmətlər  uşağın  və  onun  ailəsinin  üzləşdiyi  prob-

lemdən, uşağa dəymiş zərərdən və ya onun normal  yaşamasına, in-

kişafına, habelə ümumi təhlükəsizliyinə olan riskin həcmindən asılı 

olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xid-

mətlər  dedikdə,  ilk  növbədə,  davamlı  xidmətlər  nəzərdə  tutulur. 

Xidmətlərin  ümumi  məqsədi  uşağın  və  onun  ailəsinin  üzləşdiyi 

problemlərin və ya mövcud vəziyyətin yaranmasına gətirib çıxarmış 

amillərin aradan qaldırılmasıdır. Eyni zamanda xidmətlərin göstəril-

məsi yaranmış vəziyyətin gələcəkdə təkrar olunmamasına yönəldil-

məlidir. 

Uşaq Müdafiə Sistemi ilk növbədə, uşağın məhz ailə mühitin-

də tam inkişaf edə biləcəyinə əsaslanaraq, uşağın öz ailəsində böyü-

məsi üçün bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. La-

kin ailə mühitində uşağın təhlükəsizliyinə və ya onun tam inkişafına 

zəmanət  yoxdursa,  onda  uşağın  ailədən  kənarlaşdırılması  zərurəti 

yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq 

sosial işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən keçirilmə-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə