Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə115/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   236

 

341 


 

-

 



dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiya-

lar və dəqiq məqsədlərlə bağlı bacarıqlar; 

-

 



öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensi-

yalar; 

-

 



fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı; 

-

 



sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar; 

-

 



əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar; 

-

 



özünə əminlik, inamlılıqla (arxayınlıq) bağlı bacarıqlar; 

-

 



özünənəzarət bacarığı; 

-

 



gələcək haqqında düşünməyə, adaptasiya və abstraklaşmaya 

dair bacarıq və vərdişlər

-

 



qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli 

münasibət; 

-

 



təfəkkürün sərbəstliyi, orijinallığı; 

-

 



tənqidi (nəzəri) təfəkkürün inkişafı; 

-

 



mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı; 

-

 



hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin 

həllinə hazır olma; 

-

 



ətraf aləmin imkanlarının və ehtiyatlarının (həm material, həm 

də insan ehtiyatları) aşkarlanması üçün tədqiqatlar aparma bacarığı; 

-

 



fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu; 

-

 



məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan 

istifadə bacarığı; 

-

 



cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik; 

-

 



inadkarlıq, sözünün üstündə durma bacarığı; 

-

 



ehtiyatlardan istifadə bacarığı; 

-

 



etibar, inam, etimadla bağlı keyfiyyətlər; 

-

 



arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə 

bacarığı; 

-

 



şəxsi məsuliyyət; 

-

 



məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı; 

-

 



qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə 

işləməyə həvəs oyatma bacarığı; 

-

 



başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaş-

maq bacarığı; 

-

 



əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can 

atmaq bacarığı; 

-

 



ixtilafların həlli və fikir ayrılıqlarının, münaqişə vəziyyətinin 

yumşaldılması ilə bağlı bacarıqlar; 


 

342 


 

-

 



tabelik şəraitində səmərəli, effektiv işləmək bacarığı; 

-

 



ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözüm-

lülüyün təbliği ilə bağlı bacarıqlar; 

-

 



plüralistik siyasətin anlanılması ilə bağlı bacarıqlar; 

_^ 

-

 



təşkilati və ictimai planlaşdırma ilə məşğul olmağa hazırlıq və s.  

Kompetensiyalı  (və  ya  səriştəli)  yanaşma  özünün  hərtərəfli  məna 

tutumunda  və  dəyərlərində  təhsildə  modernləşdirmə  prosesinin  əsas  mə-

qamlarının dərin nəzəri və pedaqoji aspektlərini əks etdirir. Ona görə də: 

 



səriştəli  yanaşma  istehsal  sferasının  inkişafı  ilə  bağlı  ehtiyac-

lara dair problemlərin həllinə köməklik göstərir

 



səriştəli  yanaşma  sosial-iqtisadi  reallıqların  dəyişməsi  ilə  bağlı 

təhsilin məzmununun yeniləşdirilməsinə müsbət şərait yaradır; 

 



səriştəli  yanaşma  insanın  qabiliyyət  və  bacarıqlarının  ümumi 

inkişafının  mənbəyi  kimi  tədrisin  məzmununun  yeniləşdirilməsi  ilə  bağlı 

effektiv hərəkət etməyə imkan verir; 

 



səriştəlilik modernləşmənin radikal vasitəsi kimi çıxış edir; 

 



səriştəlilik  qabaqcadan  müəyyən  şəraitdə  formalaşan  bacarıq-

ların,  qabiliyyətlərin  yeni  şəraitə  uyğunlaşdırılması  imkanları  ilə  xarak-

terizə olunur; 

 



səriştəlilik “mütəxəssisin fəaliyyət sahəsinə uyğunlaşmasına ha-

zır olması” və ya gələcək yeni peşəkar fəaliyyətə hazırlığın atributu kimi 

müəyyən edilir . 

Səriştəli yanaşmaya çoxlu sayda bir-birinə münasibəti olan anlayış-

lar  (korrelyat)  kimi,  yəni  aşağıdakı  ənənəvi  yanaşmaların  məcmusu  kimi 

də baxmaq olar: 

-

 



kulturoloji yanaşma; 

-

 



elmi-maarifləndirici yanaşma; 

-

 



didaktik-sentrist yanaşma; 

-

 



funksional-kommunikativ yanaşma və s. 

Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, təhsildə 

sətiştəli  yanaşma  modelinin  tətbiqini  genişləndirərək,  ümumtəhsil  mək-

təblərində ayrı-ayrı fənlərin dərindən öyrədilməsi metodikalarından təd-

ricən  imtina  etməklə,  həyati  bacarıqların  formalaşdırılması,  öyrənənə 

istiqamətlənmiş, nəticəyönümlü tədris-təlim prosesinin əsas prinsipi olan 

inteqrasiya  olunmuş  biliklər  sisteminə  yiyələnmiş,  yüksək  intellektli, 

sağlam düşüncəli, məntiqi təfəkkürlü kamil insanın – şəxsiyyətin yetişdi-

rilməsini tədris prosesinin əsas məqsədinə çevirmək təhsilimiz qarşısında 

duran başlıca vəzifələrdəndir. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə