Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə118/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   236

 

350 


rının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı gös-

tərilmişdir.  Fənn  kurikulumlarında  şagird  nailiyyətlərinin  qiymət-

ləndirilməsi  üzrə  işin  məzmunu  bilavasitə  bir  subyekt  kimi  təlim 

alanlara  yönəldilmişdir. Qiymətləndirmə  standartlarında  şagirdlərin 

fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə  ya-

naşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilmiş-

dir.  Şagird  şəxsiyyətinin  bütün  parametrlərdə  inkişaf  istiqamətləri 

diqqət mərkəzində saxlanılmışdır. 



3.  Fənn  kurikulumları  konseptual  sənəddir.  “Azərbaycan 

respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)” 

sənədindəki müddəalar respublikada hər hansı fənn üzrə fəaliyyətlər 

sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. 

Ona görə də fənn kurikulumları öz növbələrində həm də çərçivə sə-

nədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb və sinif kuriku-

lumlarının  ümumi  prinsiplərini  əks  etdirir.  Fənn  kurikulumları  hər 

bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndir-

mə  məsələlərini  əhatə  etməklə  çoxçeşidli  iş  parametrlərini  əlaqəli 

şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillə-

ləri  və  siniflərə  aid  məzmun  xətləri  üzrə  kurikuluma  daxil  edilir. 

Standartlar  səviyyəsində  təqdim  olunmuş  siniflər  üzrə  nəticələrin 

sərhəddi  standartlar  və  altstandartların  (bençmarkların)  hüdudunda 

müəyyənləşdirilir. 



4.  Fənn  kurikulumları  inteqrativ  xarakter  daşıyır.  Bu, ilk 

növbədə, onun ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird 

şəxsiyyətinin  formalaşmasına  imkan  yaratması,  şagirdlərdə  həyati 

bacarıqların formalaşdırılması, onların davamlı fəaliyyət üçün hazır-

lanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş təlim 

nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmlən-

dirmək,  davam  etdirmək  baxımından  elə  ardıcıllıqla  verilir  ki, 

onların  vasitəsilə  şagird  şəxsiyyətinin  formalaşmasını  və  inkişafını 

izləmək mümkün olur. Bu əlaqələr məzmun və istiqamətinə görə iki 

yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya. 

Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər ara-

sındakı əlaqəsini, üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əla-

qəsini  ehtiva  edir.  Bütün  hallarda  şagirdlərin  inteqrativ  standartlar 



 

351 


əsasında  ölçülə  bilən  bacarıqlara  yiyələnmələri  diqqət  mərkəzində 

saxlanılır. 



5.  Fənn  kurikulumları  qabaqlayıcı  xarakter  daşıyır.  Bu, 

onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün  təlim nəti-

cələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yara-

dır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə ol-

masını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kuri-

kulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, be-

lə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun 

qabaqlayıcı funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kuri-

kulumları həm də: 

- müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaş-

dırılmış və əhatəli yanaşmanı özündə saxlayır; 

-  təlimin  fəal  üsullarından  istifadə  olunmaqla  məzmun  stan-

dartlarının səviyyəsinə çatmağa imkan yaradır; 

- şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, 

tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur; 

- şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlan-

masını və həvəsləndirilməsini təmin edir; 

- şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, sava-

dı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə 

tutur; 


- uyğun təlim resuslarına və inzibati yardıma malik olur. 

Fənn  kurikulumlarında  fənnin  məzmunu  standartlar  şəklində 

ifadə olunur. Standartlar öyrədiləcək məzmundan xəbər verir və ba-

carığın xüsusiyyətini göstərir. Yəni nəyin öyrədiləcəyi və öyrədilən-

lərin  necə  nümayiş  etdiriləcəyi  aydın  təsvir  edilir.  Hər  bir  standart 

altstandartlarla müşayiət edilir. Tədqiqatçılar altstandartları aşağıda-

kı kimi səciyyələndirirlər: 

- altstandartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür; 

- altstandartlar təlim məqsədlərinin müəyən olunması üçün zə-

min olan komponentləri əks etdirir; 

- sinifdən-sinifə keçdikcə altstandartlar dəyişir. 

Biliyin  kateqoriyaları  baxımından  ümumi  xarakter  daşıyan 

məzmun altstandartlarda hissələrə bölünərək biliyin deklorativ, pro-



 

352 


sedural və kontekstual adlanan üç böyük kateqoriyasından birinə aid 

olur. 


Məzmun  standartlarında  fəaliyyət  taksonomiyaların  köməyi 

ilə  sistemləşdirilir.  Müxtəlif  taksonomiyalardan  yalnız  üçü-idraki, 

emosional  və  psixomotor  taksonomiyalar  mütəxəssislər  tərəfindən 

təhsil üçün əhəmiyyətli  hesab edilmişdir. İdraki  fəaliyyəti əks etdi-

rən standartlar, ilk növbədə, intellektual bacarıq və vərdişlərin inki-

şaf etdirilməsinə istiqamətlənir. B.Blumun adı ilə bağlı olan funda-

mental  idraki  taksonomiyalarda  düşünmə  bacarıqları  sadədən  mü-

rəkkəbə  doğru  mərhələlərə  görə  təsnif  edilir.  Bu  taksonomiya  ona 

görə fundamentaldır ki, sonrakı, daha mürəkkəb idraki bacarıqların 

(problem  həlletmə,  mühakiməyürütmə,  isbatetmə,  əlaqələndirmə) 

əsasını təşkil edir. K.Mur psixomotor taksonomiyaları 3 mərhələyə 

ayırır: təqlid (imitasiya), idarə (monipulyasiya), dəqiq icra . 



Təqlid mərhələsində şagirdlər müəllimin nümayiş etdirdiklə-

rini təqlid edirlər ki, bu da hərəki bacarıqların ilkin mərhələsi kimi 

dəyərləndirilir. 

İdarə mərhələsində şagirdin hər hansı hərəki bacarığı müstə-

qil şəkildə, müəllimin yardımı olmadan nümayiş etdirməyə qabil ol-

ması nəzərdə tutulur. Burada icranın qeyri-dəqiqliyi yol veriləndir. 

Dəqiq icra psixomotorun ən yüksək mərhələsidir. Bu mərhə-

lədə şagirdlər hərəkətləri bacarıqla və dəqiq icra edirlər. 

Müxtəlif  sinif  mərhələlərində  altstandartlar  dəyişkən  olur. 

Standartlar, əsasən dəyişmir. Altstandartlar sinifdən-sinifə məzmun 

baxımından genişlənir və dərinləşir. 

 

 



10.2. Ümumi orta təhsilin məzmunu 

 

10.2.1. Təhsilin məzmunu 

 

Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində 

öyrənmək  üçün  seçilmiş  biliklər,  bacarıqlar  sistemi  başa  düşülür. 

Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən 

ayrılmazdır.  Şagirdlərin  təfəkkürünü,  idraki  maraqlarını  formalaş-

dırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazır-

lamaq  ümumi  təhsilin  məzmunun  əsasını  təşkil  edir.  Məzmun  təh-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə