Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə117/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   236

 

347 


zırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnamə-

sinə  əsasən  tənzimlənir.  Təhsil  kurikulumları  xarakterinə  görə 



iki yerə ayrılır: fənyönümlü və şəxsiyyətyönümlü. 

Fənyönümlü  kurikulumlar  məzmun  etibarilə  elm  sahəsini, 

onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu an-

layışların  mənimsənilməsinə  istiqamətləndirilir.  Belə  kurikulumların 

keyfiyyətində  biliklərin  həcmi  və  miqdarı  əsas  rol  oynayır.  Bütün 

praktik  bacarıqların  yerinə  yetirilməsində  məqsəd  biliklərin  möh-

kəmliyini,  davamlığını  artırmağa  xidmət  göstərməkdən  ibarət  olur. 

Praktik əhəmiyyət daşıyan, bacarıq, vərdiş və qabiliyyətlər arxa plana 

keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. Şa-

girdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri 

öyrənmək  məcburiyyətində  qalırlar.  Belə  kurikulumlardan  daha  çox 

ixtisaslar, təmayüllər üzrə təhsilalma prosesində istifadə olunur. Eyni 

zamanda onlara ali təhsilin bakalavr və magistr pillələrində məzmu-

nun formalaşdırılması, müxtəlif elm  sahələrinə aid fənlərin məzmu-

nunun müəyyənləşdirilməsi zamanı müraciət edilir. 



Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və 

vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə insa-

nın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vər-

dişlər əhatə  edilir, onun  əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin for-

malaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin for-

malaşdırılmasına  imkan  yaradan  minimum  biliklərin  həcmi  müəy-

yənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün 

vasitə kimi nəzərdə tutulur. Onlar dinamik xarakterə malik olub mü-

əyyən bacarıq və vərdişlərin, əqli fəaliyyət növlərinin əsasında du-

rur.  Daha  çox  funksional  dəyərliliyi  ilə  seçilir.  Belə  kurikulumlar-

dan, adətən, təhsilin icbari mərhələsində istifadə olunur. Şagirdlərin 

hazırlığına  verilən  minimum  tələblər  bu  kurikulumlara  daxil  edilir 

və dövlət tərəfindn təsdiqlənərək hüquqi status alır. 

Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçi-

lir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdiril-

məsində şəxsiyyətin formalaşması üçün lazım olan tələblər əsas gö-

türülür. Kurikulumların inteqrativ məzmunda hazırlanması onun bir 

neçə  cəhətdən  keyfiyyətinin  yüksəlməsinə  təsir  göstərir.  Birincisi, 

fənlərin  inteqrasiyası  onların  saylarının  azalması  ilə  nəticələnir. 



 

348 


Məzmunca yaxın fənlər sintez edilir. İkincisi, fənlərin inteqrasiyası 

həftəlik saatların minimum  səviyyəyə  endirilməsinə imkan  yaradır. 

Bu isə təlim yükünün, məşğələlərin sayının azalmasına gətirib çıxa-

rır. Üçüncüsü, şagirdlərin həyati  əhəmiyyəti olan bilik,  bacarıq və 

vərdişlər  qazanmalarına,  onların  şəxsiyyətinin  formalaşması  üçün 

ən  zəruri  paktik  işlərin  həyata  keçirilməsinə  imkan  yaranır.  Bütün 

bunlar  bütövlükdə  təhsilin  humanist  prinsip  əsasında  qurulmasına 

təminat verir. 

Azərbaycanda  kurikulumlara  ciddi  konseptual  bir  sənəd  kimi 

yanaşılır.  Onun  fənn  üzrə  bütün  fəaliyyətləri  istiqamətləndirə  bilə-

cək bir sənəd olması vacib hesab edilir. Ona görə də orada ilkin ola-

raq fənnin məzmununa  yer ayrılır. Şagirdlərin əldə edəcəkləri nəti-

cələr  təhsil  pillələri  və  siniflər  üzrə  müəyyənləşdirilir.  Onlar  zəruri 

məzmun  standartları  kimi  kurikulumlara  daxil  edilir.  Şagirdlərin, 

daha  geniş  mənada, məktəbin  nailiyyətlərinin müəyyən olunmasın-

da onlar əsas vasitə kimi çıxış edir. 

Kurikulumlar hazırlanarkən, məzmuna uyğun müvafiq strate-

giyaların müəyyən olunmasına diqqət  yetirilir. Gözlənilən nəticələ-

rin  daha  uğurlu  əldə  olunması  baxımından  bu,  əhəmiyyətli  hesab 

edilir.  Həmin  strategiyaların  verilməsinin  dərslik  müəllifləri,  fənni 

öyrədən  müəllimlər  üçün  faydalı  olduğu  nəzərə  alınır.  Prinsiplər 

fənlər  üzrə  təlimin  mühüm  didaktik  əsası  kimi  şərh  olunur.  Fənnin 

ümumi məqsəd və vəzifələrinin yerinə yetirilməsi baxımından əsas-

landırılır.  Bu  zaman  hər  bir  fənnin  özünəməxsus  cəhətləri,  ümumi 

təhsil sistemində rolu və əhəmiyyəti nəzərə alınır. Bunlardan əlavə, 

prinsiplərə fənn üzrə strateji fəaliyyətin özülünü təşkil edən bir an-

layış kimi də yanaşılır. Onlara müxtəlif forma və üsulların mütəhər-

rik mexanizminin pedaqoji təminatçısı kimi baxılır. 

Müasir təhsil müstəvisində şagirdin bir şəxsiyyət kimi fəaliy-

yətə cəlb olunması, onun ehtiyac və maraqlarının əsas götürülməsi, 

pedaqoji  problemlərin  həllində  müəllimlərlə  əməkdaşlığı,  yaradıcı 

və təşəbbüskar rolu xüsusi olaraq nəzərə alınır. Bunlar yeni pedaqo-

ji texnologiyaların mahiyyətini təşkil edən mühüm elementlər kimi 

onun  xarakterik  keyfiyyətini  göstərir.  Yeni  fənn  kurikulumlarında 

özünə yer almış təlim strategiyalarının məğzini təşkil edir. 



 

349 


Qiymətləndirmə mexanizmləri kurikulumun məzmununda xü-

susi  yer  tutur.  Ümumiyyətlə,  dünya  ölkələrinin  təcrübəsində  qiy-

mətləndirmə məsələlərinin kurikulumlarda əhatə olunmasına xüsusi 

diqqət  yetirilir.  Ona  nailiyyətlərin  obyektiv  və  real  qiymətləndiril-

məsi vasitəsi kimi baxılır. 

Hər bir fənn kurikulumunda sonuncu bölmə kimi təqdim olu-

nan qiymətləndirmə hissəsi mahiyyət etibarilə Azərbaycan təhsilin-

də  yeni  yanaşma  tərzidir.  Bu  sistemdə  qiymətləndirmənin  müxtəlif 

növləri, formaları və vasitələrinin özünəməxsusluğu nəzərə alınır. 

Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. 



1. Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir. 

Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərq-

ləndirir.  Nəticəyönümlülük  müasir  kurikulumların  hazırlanmasında 

nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim 

prosesində  əldə  olunacaq  nəticələrin  əvvəlcədən  müəyyən  edilməsi 

və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri 

kimi  dəyərləndirilir.  Nəticəyönümlülüyün  olması,  ilk  növbədə,  tə-

lim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyəti-

ni təşkil edən son nəticəni görməyə imkan verir. Fənn kurikulumla-

rında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr. 

Bunlar  həm  məzmunu  müəyyənləşdirmək,  həm  də  qiymətləndirmə 

aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifa-

də edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. On-

lar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə 

edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümu-

mi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur. 



2.  Fənn  kurikulumları  şagirdyönümlülüyü  ilə  seçilən  sə-

nəddir.  Fənn  kurikulumlarında  öz  əksini  tapan  bütün  nəticələr  şa-

girdlərə,  onların  inkişafının  izlənməsinə  yönəldilmişdir.  Fənnin 

ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəy-

yənləşdirilməsində  şagird  şəxsiyyətinin  formalaşması  və  inkişafı 

diqqət  mərkəzində  saxlanılmışdır.  Onların  sinifdən-sinfə,  bir  təhsil 

pilləsindən  digərinə  keçməsinin  tənzimlənməsi,  inkişafının  istiqa-

mətləndirilməsi  ön  planda  saxlanılmışdır.  Şagirdin  idrakı,  hissi  və 

psixomotor  bacarıqlarının  müəyyən  olunmuş  həddə  çatması  üçün 

humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formala-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə